AYB-də tanınmış şairə Zeynəb Bəhmənlinin “Seçmələr” (Yuxuma güllə dəyib) kitabının təqdimatı olub - FOTO

Bu günlərdə AYB-də şairə, publisist, 20-dən çox media mükafatlarının və diplomların laureatı, prezident mükafatçısı, şəhid ailəsinin üzvü, Kərbəlayi Zeynəb xanım Bəhmənlinin sayca 13-cü “Seçmələr” (Yuxuma güllə dəyib) kitabının təqdimatı olub.
Kitabın redaktoru tanınmış şair-publisist Mürvət Qədimoğlu Həkəridir. Kitab çox nəfis şəkildə “ÇapArt” nəşriyyat evinin mətbəəsində çap olunub. 280 səhifəlik kitabda hər mövzuda şeirlər vardır. Kitab 8 bölmədən ibarətdir. Şairənin öncəki kitablarını oxuyan, onu yaxından tanıyanlar, dostları, həmkarlarının ürək sözləri, ona aid şeirləri də yer almışdır.
“Dünya Söz Akademisinin Uluslararası Kültür ve Edebiyat ödülü” diplomunu elə oranın Azərbaycan təmsilçisi şair, professor Qardaş bəy Əlişoğlu Zeynəb Bəhmənliyə təqdim etdi. Şairə-musiqişünas Zeynəb xanım həm də İrak-Türkmən Yazarlar Birliyinin fəxri üzvüdür.
Kitabda vətənpərvərlik və Ana mövzusu daha çox yer almışdır. Məclisdə şairənin yaxınları, dostları, qazilər, həmkarları, alim, professorlar, tələbələr və digər qonaqlar da iştirak etmişlər.
Professor, şair Qardaş bəy Əlişoğlu, türkoloq professor Minəxanım Təkləli, aparıcı Mürvət Qədimoğlu Həkəri, xalq artisti Gülyaz Məmmədova, Qəşəm Nəcəfzadə, aşıq Xanım Göyçəli, Hacı Ruhəngiz (Yaşar Nurinin bacısı), xeyriyyəçi-söz adamı Hacı Nailə, xanım mühəndis Hacı Zəhra, qəzəlxan-şair Ceyhun Möhübbi, Vahab İsmayılov (M.Müşviqin əmisi oğlu, alim-qəzəlxan), bəstəkar Arif Səlimov, şairlər Qızbəs Qəbələ, Tahirə Məğrur, “Mübariz” jurnalının baş redaktoru Nüşabə xanım Əhmədova, Səadət Novruzqızı, Aliyə Əzizgöl, Zərifə Zərri, Tubu İmanlı, Cəmil Zəbullaoğlu, Saday Qazaxlı və qızı Vüsal xanım, bacısı qızı Təhsil İdarəsinin mütəxəssisi Gülpəri xanım, nəvələri – universitetin III kurs tələbəsi Nurgül Allahverdiyeva və onun rəfiqəsi Şəki gözəli Fidan xanım, balaca nəvələri, nənələrinin şeirini çox gözəl söyləyən Zəhra və Əli, şəhid bacıları (qardaşı qızları) həkim Tahirə xanım, iş adamı Arəstə və Sevil mənalı çıxışlar, ürək sözlərini söylədilər.
Sonda xatirə şəkilləri çəkdirildi. MTV kanalı tədbiri çəkib, işıqlandırmışdır.
Hazırladı: Nurgül Allahverdiyeva