Cümə axşamı günü, 1 may 2025
     

Azərbaycanlı tələbələr Çində ən çox nələri öyrənə bilər?...

Image

Kamran Əsədov: “...Bir neçə mühüm üstünlük yaradır”

Azərbaycanla Çin arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi gündəmdədir. Söhbət Azərbaycan-Çin birgə universitetinin yaradılmasından, tələbə mübadiləsinin artırılmasından və sairdən gedir.

Azərbaycan Prezidenti İlham Əliyev Pekində CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib ki, Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var. "Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar. Hazırda biz bu imkanın dəyərləndirilməsi mərhələsindəyik. Lakin sözsüz ki, insanlar nə qədər çox səyahət edirlərsə, mədəniyyət, xalq barədə nə qədər çox bilirlərsə, ölkələr arasında əlaqələr bir o qədər də daha sıx olur. Çünki, bəli, biz siyasi qərarlar qəbul edirik, strateji tərəfdaşlarıq. Biz liderlər və hökumətlər olaraq dostuq. Lakin bizim xalqlarımızın da daha çox yaxınlaşmasına, onların da dost olmasına ehtiyacımız var", - deyə Prezident Əliyev vurğulayıb.

Çin universitetləri ilə tələbə mübadiləsi bizə nə verər? Bizim universitetlər Çinlə tələbə mübadiləsinə hazırdırmı? Biz Çin universitetlərindən nə öyrənə bilərik?

“Çin universitetləri ilə tələbə mübadiləsi Azərbaycanın təhsil sisteminin beynəlxalqlaşması, yeni texnologiya və idarəetmə təcrübələrinin ölkəyə gətirilməsi baxımından strateji önəm daşıyır”

Tanınmış təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə bildirdi ki, Çin universitetləri ilə tələbə mübadiləsi son illər qlobal təhsil gündəminin əsas mövzularından birinə çevrilib və Azərbaycan üçün də bu istiqamətdə yeni imkanlar açır. “Prezidentin çıxışında qeyd olunan “Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var” fikri, təkcə rəqəmsal artım deyil, həm də keyfiyyət baxımından yeni mərhələnin başlandığını göstərir. Məsələni təhlil edərkən ilk növbədə Çin təhsilinin son 20 ildə keçdiyi inkişaf yolunu nəzərə almaq vacibdir. Hazırda Çin dünyada ən çox xarici tələbə qəbul edən ilk beş ölkədən biridir: 2023-cü ilin statistikası göstərir ki, burada təhsil alan əcnəbi tələbələrin sayı 500 minə yaxınlaşır. Çin universitetləri “QS World University Rankings” və “Times Higher Education” reytinqlərində artıq ilk 20-likdə yer almağa başlayıb. Məsələn, Tsinghua və Peking Universitetləri Asiya regionunda lider mövqedədir.

Azərbaycan üçün Çin universitetləri ilə tələbə mübadiləsi bir neçə mühüm üstünlük yaradır. Birincisi, bu proqramlar azərbaycanlı gənclərə yeni texnologiyaların, tətbiqi elmin və müasir təhsil infrastrukturunun üstünlüklərini birbaşa təcrübədə görməyə imkan verir. Çin hazırda süni intellekt, biotexnologiya, mühəndislik, alternativ enerji və maliyyə texnologiyaları kimi sahələrdə qlobal liderlik iddiası olan ölkədir və bu sahələr üzrə mübadilə proqramlarında iştirak, gənc mütəxəssislərimizin dünyagörüşünü genişləndirə, əmək bazarına daha rəqabətli çıxışını təmin edə bilər. İkincisi, Çin cəmiyyətinin əmək nizam-intizamı, kollektiv düşüncə, sistemli innovasiya və sosial məsuliyyət modeli Azərbaycan üçün yeni idarəetmə yanaşmaları və peşə etikasının öyrənilməsinə şərait yarada bilər. Qeyd etmək lazımdır ki, bu ölkədə tətbiq olunan “ikili diplom” proqramları, təcrübə və tədqiqat imkanları yerli tələbələr üçün də maraqlıdır”-deyə K.Əsədov bildirdi.

K.Əsədov vurğuladı ki, digər tərəfdən, bizim universitetlərin Çinlə tələbə mübadiləsinə nə dərəcədə hazır olması məsələsi hələ tam optimist mənzərə yaratmır. O, qeyd etdi ki, hazırda Azərbaycan universitetlərinin beynəlxalq proqramlarda iştirakı əsasən Türkiyə, Avropa və bir qədər də MDB ölkələri ilə məhdudlaşır. Ekspertin sözlərinə görə, 2024-cü ilin rəsmi statistikası göstərir ki, hazırda ölkəmizdən Çinə oxumağa gedən tələbələrin sayı 200-ə yaxındır, halbuki Türkiyədə bu göstərici 15 min, Avropa ölkələrində isə 4-5 min civarındadır. “Universitetlərimizin əksəriyyəti Çin universitetləri ilə ikitərəfli müqavilələr və ortaq proqramlar üzrə praktiki təcrübəyə malik deyil. Xarici dil (xüsusilə ingilis dili və Çin dili) hazırlığı, kurikulum uyğunlaşması, kreditlərin tanınması, akademik mobillik üçün infrastruktur və idarəetmə resursları hələ kifayət qədər deyil. Buna baxmayaraq, ADA, BDU və bir neçə digər universitet son illərdə Çinlə məhdud sayda əməkdaşlıq və layihələrə qoşulub.

Çin universitetlərindən nə öyrənə bilərik sualına gəldikdə, ilk növbədə, dövlət və cəmiyyət prioritetlərinin təhsilə yönləndirilməsi, “massive open online courses” (MOOC), STEM yönümlü kurikulumların, laboratoriyaların və texnoloji parkların inkişafı, universitet-sənaye əməkdaşlığı və yeni nəsil innovasiya ekosistemi Azərbaycanın təhsil sahəsində tətbiq oluna biləcək təcrübələrdir. Eyni zamanda, Çin universitetləri beynəlxalq elmi jurnallarda məqalə dərcində ciddi nəticələr göstərir, intizam və etik kodekslərə riayət, müəllimlərin akademik reytinq sisteminə əsasən qiymətləndirilməsi də bizim üçün yeni yanaşma ola bilər. Statistikaya görə, 2023-cü ildə Çin elmi məqalə sayı üzrə dünyada birinci yerdədir.

Bütün bunlarla yanaşı, Azərbaycan universitetləri Çinlə əməkdaşlıqda yeni akademik proqramlar və birgə araşdırma mərkəzləri yaradarsa, tələbə və müəllim mübadiləsini genişləndirərsə, həm təhsilin beynəlmiləlləşməsi, həm də elmi potensialın güclənməsi təmin olunar. Mübadilə proqramlarının genişlənməsi yeni texnologiyaların, işgüzar etikanın və fərqli düşüncə modellərinin ölkəyə transferi üçün real zəmin yaradar. İnteqrasiya üçün isə ən böyük çağırışlardan biri xarici dil səviyyəsinin yüksəldilməsi və tədrisin strukturuna yeniliklərin gətirilməsidir. Çinin sərt intizam, sürətli inkişaf, elmi-tədqiqat yönümlü universitet modellərindən faydalanmaq, Azərbaycan təhsilinin rəqabət qabiliyyətini artırmağa imkan verə bilər.

Nəticə etibarilə, Çin universitetləri ilə tələbə mübadiləsi Azərbaycanın təhsil sisteminin beynəlxalqlaşması, yeni texnologiya və idarəetmə təcrübələrinin ölkəyə gətirilməsi baxımından strateji önəm daşıyır. Tam səmərə üçün isə həm hüquqi, həm texniki, həm də dil və məzmun baxımından ciddi hazırlıq, yeni layihələrin təşviqi və universitetlər arasında qarşılıqlı inam mühiti yaradılmalıdır”-deyə K.Əsədov vurğuladı.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

01.05.2025 / 14:35
Məhkəmədə Davit İşxanyanın Şuşanın işğalına dəstəyini əks etdirən video nümayiş olunub

01.05.2025 / 14:09
Məhkəmədə Arkadi Qukasyanın Şuşanın işğalından dərhal sonra orada olmasını əks etdirən videomateriallar nümayiş etdirilib

01.05.2025 / 13:52
Xocalıda kütləvi məzarlıq aşkarlandı - FOTO

01.05.2025 / 13:38
Prezident İlham Əliyev Qusarda yolun təmirinə 1,5 milyon manat ayırdı

01.05.2025 / 12:26
Tramp Ukraynanı yenidən silahlandırmağa başladı

01.05.2025 / 12:07
Şəkidə mal-qara oğruları yaxalanıb

01.05.2025 / 12:00
Yunanıstan yanğınlarla bağlı İsrailə təyyarə göndərməkdən imtina etdi

01.05.2025 / 11:25
Dünyanın ən yaşlı insanı olan 116 yaşlı rahibə vəfat edib

01.05.2025 / 11:22
Politico: - “Nəhayət ki,Trampı Putinin onu axmaq yerinə qoymasına inandırdılar”

01.05.2025 / 11:15
Netanyahu və Ərdoğan Azərbaycana gəlirlər - saatlar Bakı vaxtı ilə qurulur...

01.05.2025 / 11:07
Yasamal sakini dəm qazından zəhərlənərək ölüb

01.05.2025 / 11:00
Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək

01.05.2025 / 10:48
17 yaşı var, "Barselona"da rekord qırır...

01.05.2025 / 10:33
ABŞ və Ukrayna arasında “təbii sərvətlər haqqında” saziş imzalandı

01.05.2025 / 10:24
Rusiya “Şahidlər”lə Odessaya hücum etdi: ölənlər və yaralananlar var.

01.05.2025 / 10:20
Tramp Kamala Harrisin ərini işdən qovub - Ağ Evdən ETİRAF

01.05.2025 / 10:14
Şahzadə Dianaya görə Silvestr Stallone və Riçard Qir qırğına çıxdılar

01.05.2025 / 10:07
Salyanda narkotik tərkibli bitkilər yetişdirən 4 nəfər saxlanılıb

01.05.2025 / 10:00
Milli Məclis bu gün Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimata baxacaq

01.05.2025 / 09:40
Ukrayna ABŞ-la bağlanacaq sazişin şərtlərini açıqlayıb - Baş nazir bir-bir sadaladı...

01.05.2025 / 09:38
QHT yeni layihəyə start verir

01.05.2025 / 09:30
Bu gün Sabunçunun bir çox ərazisi qazsız qalacaq

01.05.2025 / 09:25
Sabirabadda ölümlə nəticələnən yol qəzası olub

01.05.2025 / 09:23
"Müğənni olmaqdansa şəxsiyyətli kişinin xanım olardım" - Mətanət Əsədova

01.05.2025 / 09:23
Beş ildən bir həkimlərin imtahan edilməsinə etirazlar çoxalır...

01.05.2025 / 09:16
“Barselona” - “İnter” görüşü: hərəyə 3 qol...

01.05.2025 / 09:12
Şimali Kiprdə XIX Beynəlxalq Simpozium keçilib

01.05.2025 / 09:06
Ərdoğan təyyarədə Ukrayna barədə danışdı - sülhlə bağlı ümidimizi itirməmişik...

01.05.2025 / 09:00
Bu gündən birinci siniflərə şagird qəbuluna başlanılır

01.05.2025 / 08:44
Mədəniyyət Nazirliyi Qubadakı tarixi abidə ilə bağlı müraciətə cavab verib

01.05.2025 / 08:36
Dərman qıtlaşır, həm də bahalaşır - Bakıda nə düşünürlər...

30.04.2025 / 21:38
Arazın o tayı, bu tayı arasında yeni iqtisadi bağlar qurulur

30.04.2025 / 21:25
Ermənistan-Rusiya-Belarus vahid neft bazarı - 2027-ci ildə nə baş verəcək...

30.04.2025 / 21:11
Dünya QHT-ləri ikili standartlarla mübarizə üzrə Bakıda razılığa gəldilər...

30.04.2025 / 20:57
Əfqanıstanın təhlükəsizlik məsələləri Azərbaycanda müzakirə olunur...

30.04.2025 / 20:44
İrəvan Bakının daha bir tələbini yerinə yetirir - hazırlıq gedir...

30.04.2025 / 20:31
İran, ABŞ, İsrail də Azərbaycanı seçir - Pezeşkianın səfərindən sonra İrəvanda matəmdir...

30.04.2025 / 20:17
Bir ermənipərəst Avropa deputatı Kaya Kallası Azərbaycana qarşı yönəltdi...

30.04.2025 / 20:02
Moskvadan İrəvana yeni təlimat gəlib - Köçəryanla Sarkisyanı heç cür barışdırmaq olmur...

30.04.2025 / 19:48
"Ulduz" metrosunun qabağında camaat 36 saylı marşrutu həsrətlə gözləyir...

30.04.2025 / 19:46
Siyasi dialoq: qazanan kimdir? - TƏHLİL

30.04.2025 / 19:43
Hindistanın baş naziri 9 may paradında iştirakdan imtina etdi

30.04.2025 / 19:42
ABŞ senatoru növbəti Papa kimi Trampı görmək istəyir

30.04.2025 / 19:30
Ermənistan prezidenti gürcü həmkarına Azərbaycanla bağlı yanlış məlumat verdi...

30.04.2025 / 19:16
Müqəddəs “Qurani-Kərim”in qədim əlyazmaları

30.04.2025 / 19:04
Qlobal Cənub QHT-nin ədalətli dünya uğrunda mübarizəsi Bakıda müzakirə olundu...

30.04.2025 / 18:49
6 raund Putin-Tramp müzakirələri tam iflasa uğradı...

30.04.2025 / 18:35
Müəllimlərə 1 il, həkimlərə cəmi 6 ay... Niyə?

30.04.2025 / 18:21
Diaspor təşkilatlarımız və azad rayonlarımızın bərpasında iştirak problemləri...

30.04.2025 / 18:14
Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclası keçirildi

30.04.2025 / 18:07
Tbilisidə oxuyan tələbələrimizlə bundan sonra müşavir məşğul olacaq...

30.04.2025 / 17:53
Bu xidmətin haqqını bahalaşdırdılar - peşənin "blatı" qalxacaq...

30.04.2025 / 17:44
Azərbaycanda ötən əsrlərdə ilkin xalça və xalça məmulatı necə hazırlanırdı... - FOTO

30.04.2025 / 17:40
Bir satqın türk alimi ermənilərə saxta genosidi dünyada tanıtmaq yollarını öyrədir...

30.04.2025 / 17:37
İrəvanın ortasında ermənini belə döydülər - VİDEO

30.04.2025 / 17:31
İki nüvə dövləti arasında müharibə başlayır… Hindistan yaxın 24 saat ərzində Pakistana hücum edəcək...

30.04.2025 / 17:26
Paşa Yaqubun yeni kitabçası çap olunub

30.04.2025 / 17:22
Naxçıvanın su təchizatına Prezident şəxsən müdaxilə etdi... Lakin...

30.04.2025 / 17:17
Yunus Oğuzun “TÜRK” etnonimi və törələri” adlı yeni kitabı başa çatıb

30.04.2025 / 17:06
Samarada Stalinin əfsanəvi gizli bunkeri tapıldı...

30.04.2025 / 16:53
Qazaxıstan 9 may paradından və “Müqəddəs Georgi” lentindən niyə imtina etdi?

30.04.2025 / 16:46
Suriyada Hafiz Əsədin məzarı açıldı, sümükləri oğurlandı...

30.04.2025 / 16:27
85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30.04.2025 / 16:10
Ceyhun Bayramov Küveytin xarici işlər naziri ilə görüşdü

30.04.2025 / 16:03
Avtomobildə narkotik vasitə daşıyan şəxslər tutuldu

30.04.2025 / 15:46
Pakistandan Hindistana nüvə təhdidi - Onlar üçün 130 nüvə başlığı ayırmışıq...

30.04.2025 / 15:34
Narkomaniyanın yaratdığı fəsadlar

30.04.2025 / 15:26
BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30.04.2025 / 15:19
Bakıda özünü avtomobil yoluna ataraq sürücüləri qorxudub pul qoparan şəxslər peyda olub - DİN xəbərdarlıq etdi

30.04.2025 / 14:49
Gələn ilin sonunadək azad olunmuş ərazilərdə 44 kənd salınacaq...

30.04.2025 / 14:16
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını etdi - FOTO

30.04.2025 / 14:12
Rusiya işgəncələrlə öldürdüyü jurnalistin cəsədini Ukraynaya qaytardı

30.04.2025 / 14:10
Kursk bölgəsində 600 Şimali Koreya əsgəri həlak olub

30.04.2025 / 14:02
DİN-dən uşaqların qaçırılması xəbərlərinə reaksiya - iddialar əsassızdır...

30.04.2025 / 13:46
Nömrəsi olmayan avtomobillə xuliqanlıq edən qazi saxlandı

30.04.2025 / 13:34
Nömrəsiz avtomobil idarə edən sürücünün narkotik aludəçisi olduğu ortaya çıxdı

30.04.2025 / 13:21
İran və ABŞ arasında danışıqların növbəti raundu Romada keçiriləcək

30.04.2025 / 13:10
Жёсткий ответ армянскому "генералу" тушёнкаеду - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

30.04.2025 / 12:12
Paşinyanı sıxışdırırlar - həm Qərbdən, həm də Moskvadan...

30.04.2025 / 12:07
Ölkəmizdə distant təhsil xidməti üzrə yeni dövlət standartı qəbul edilib

30.04.2025 / 12:00
"Azərbaycan yaxın dostu olan İsrail ilə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir"

Diaspor təşkilatlarımız və azad rayonlarımızın bərpasında iştirak problemləri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678