Cümə axşamı günü, 1 may 2025
     

Şəbəkə marketlərinin qadın və gənclərin məşğulluğunda rolu danılmazdır

Image

Məşğulluq problemi dünya əhalisini ən çox sınağa çəkən amillərdən biri kimi günümüzün reallıqlarından biridir. Xüsusən də orta təhsilli, heç bir peşə və sənəti mənimsəməyən qadınların və gənclərin məşğulluğunun təmin edilməsindəki çətinliklər daim gündəmdədir. Bu problemin həll olunmasında biznes şirkətləri, biznes qurumları, sahibkarlar insanların köməyinə yetir və onlara işləmək imkanları verir.

Belə sahələrdən biri də iqtisadiyyatda mühüm payı olan şəbəkə marketidir ki, bu Azərbaycanda da sürətlə inkişaf edir. Şəbəkə marketinin geniş inkişaf etməsi üçün dövlətin yerli şirkətlərə yaratdığı münbit şərait də danılmazdır. Dövlət sahibkarlıq fəaliyyətinin səmərəliliyinin artırılması üçün daim öz dəstəyini göstərir.

Bilirik ki, şəbəkə marketinin iqtisadiyyatımızda nə kimi səmərəli rol oynadığı son dövrlərin ən çox müzakirə edilən məsələrdən biridir. Əksər ekspertlərin fikrincə, şəbəkə marketlərinin geniş fəaliyyəti, ölkə üzrə yayılması ilk növbədə işsizlik probleminin həllində əhəmiyyətli paya malikdir. Eyni zamanda da şəbəkə marketlərinin qeyri-neft sektorunda əhəmiyyətli vergi ödəyiciləri olduğu da məlumdur. Ölkədə şəbəkə marketinin fəaliyyətinin genişliyinin başlıcası iqtisadiyyatımıza faydaları var.

Bu gün ölkənin aparıcı şirkətlərdən olan Veysəloğlu şirkətlər qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi, “Veysəloğlu-Rossmann” vətəndaşların, xüsusən də gənclərin və qadınların işlə təmin olunmasında əvəzsiz rola malikdir.

Məlumata görə, hazırda “Araz” marketlər şəbəkəsində işçi sayı 7000-dən çoxdur, “Oba” supermarketlər şəbəkəsində isə 9000 mindən artıq işçi çalışır.

“Bazarstore”-də işçi sayı 3200-dən, “Bravo”da (supermarket) işçi sayı 4000-dən çoxdur,

“AL” marketdə işçi sayı 3982, Rahat Marketdə isə işçilərin sayı 4000 nəfərdir. Statistikaya baxmaq kifayət edər ki, biz “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan supermarketlərin işsiliyin azaldılmasınıda rolunu aydın görə bilək.

Mətbautdan da məlumdur ki, bu şirkətə daxil olan “Araz” supermarketlər şəbəkəsi ölkəmizdə yeni iş yerlərinin yaradılmasına və əhalinin məşğulluğunun təmin olunmasına ciddi töhfə verir. Şirkət gənclərin işlə təminatı və peşəkarlığının artırılmasında mühüm rol oynayır.

Məlumata görə, hazırda “Araz”da fəaliyyət göstərənlərin 46%-ni gənclər təşkil edir. Mütəxəssis heyətində təmsil olunanların 54%-i, rəhbər heyətin isə 18%-i gənc kadrlardan ibarətdir. Ötən il şirkətə işə qəbul olunanların 67.3%-ni gənclər təşkil edib.

“Araz” uzun müddət təcrübəsi olan peşəkar kadrlarla yanaşı, əmək fəaliyyətinə yeni başlayan və iş təcrübəsi olmayan gənclərə də iş imkanları yaradır. “Araz”da əmək fəaliyyətinə başlayan gənclərin əksəriyyəti iş təcrübəsi olmayan və burada uğurlu karyeraya quranlardır.

Supermarketlər şəbəkəsinin təlimlər və təkmilləşdirmə proqramlarına da diqqət yetirdikdə görürük ki, “Araz” supermarketlər şəbəkəsi gəncləri yalnız işlə təmin etməklə kifayətlənmir, eyni zamanda əmək fəaliyyətinə başlayan gənclərin bilik və bacarıqlarının artırılması məqsədilə mütəmadi olaraq təlimlər təşkil edilir, təkmilləşdirilmə proqramları həyata keçirilir. Həmçinin əməkdaşların peşəkarlıq göstəricilərinin yüksəldilməsi məqsədilə fərdi inkişaf proqramları hazırlanıb tətbiq edilir. Bunun nəticəsidir ki, əmək fəaliyyətinə aşağı vəzifələrdən başlayan gənclər müvafiq sahələr üzrə zəruri bilik və bacarıqlar əldə edərək karyera yüksəlişinə nail olurlar. Ötən il 3000-ə yaxın gənc şirkət tərəfindən təşkil edilən təlimlərdən faydalanıb.

Məlumatlara görə, “Araz” supermarketlər şəbəkəsi 2024-cü ildə “Araz” Akademiyası çərçivəsində “Karyerada ilk addım” təcrübə proqramını da davam etdirib. 2022-ci ildən etibarən keçirilən proqramda indiyədək 220-dən çox gənc iştirak edib. 2022-ci ildə 33, 2023-cü ildə 71, 2024-cü ildə isə 164 nəfər proqram üzrə məzun olub. Onlar insan resursları, maliyyə-mühasibatlıq, keyfiyyətə nəzarət, stokun idarə edilməsi, marketinq, İT mütəxəssisi kimi müxtəlif strukturlarda təcrübə keçiblər. Ödənişli təcrübə proqramına qoşulan 76 nəfər şirkətdə müvafiq strukturlarda işlə təmin edilib. Məqsəd ölkəmizdə kadr potensialının inkişaf etdirilməsinə töhfə vermək, ali təhsilli gənclərin peşəkar iş mühitində təcrübə toplamasına imkan yaratmaq, onların məşğulluğunun təmin olunmasına dəstək verməkdir.

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirdi ki, işsizlik bütün dünya ölkələrinin ciddi problemlərindən biridir və bütün ölkələrin hökumətləri işsizliyin aradan qaldırılması üçün müxtəlif vasitələrdən istifadə edir. Xüsusən də qadınların işsizliyinin böyük bir problem kimi qlobal iqtisadiyyatda müzakirə edildiyini deyən A.Nəsirli qeyd edir ki, Azərbaycanda qadınlar daha çox tibb və təhsil sahəsində böyük paya malikdirlər, digər sahələrdə qadınların işlə məşğul olması ciddi problemdir. “Son 20 ilə qədər qadınların məşğulluğu üçün çox az iş yerləri yaradılıb. Tikiş sexlərində, təmizlik işində qadınlar işləyir. Düzdür, belə iş yerləri yaradılıb, amma orda çox az kontingent çalışır. Son illər qeyd edilən seqmentdə işsizliyin aradan qaldırılması, məşğulluğun təmin edilməsi sahəsində mövcud olan istiqamətlərdən biri də marketlər şəbəkəsidir. Azərbaycanda marketlər şəbəkəsində iş yerlərinin bir sıra üstünlükləri, keyfiyyətləri var. Birinci keyfiyyət odur ki, bu iş yerlərində qadınlar və gənclər daha çox təmsil olunurlar.

İkincisi, bilirsiz ki, Azərbyacanda qeyri-leqal iş yerləri kifayət qədərdir. Leqal olmayan iş yerləri də əhalinin qeyri-rəsmi işləməsi ilə onların gələcəkdə pensiyaya çıxmaq imkanlarını məhdudlaşdırır. Yəni qeyri-leqal işçilərə verilən əməkhaqqının heç bir qeydiyyatı olmur. Qeyiyyatı olmayan əməkhaqqından isə məcburi sosial sığorta ödənilmir. Məcburi sosial sığorta ödənilmirsə demək qeyri-leqal işlə məşğul olan vətəndaşın pensiya hüquqları pozulur. Bir adam qeyri-leqal işlə məşğul olursa bu işin gələcəkdə onun həyatının yaşlı hissəsinin sığortalanmasına heç bir aidiyyəti yoxdur. Amma bilirsiz ki, marketlər şəbəkəsində əvvəldən əmək münasibətləri leqaldır, işə götürülən şəxslərlə dərhal müqavilə bağlanılır və işçiyə nə qədər əməkdaqqı verilirsə ona uyğun da məcburi sosial sığorta ödənişləri həyata keçirilir. Yəni bu da marketlər şəbəkəsinin ikinci üstünlüyüdür. Marketlər şəbəkəsinin iş yerləri ilə bağlı üçüncü üstünlüyü ondan ibarətdir ki, burada işçinin hansısa ixtisas sahibi olmasına çox ciddi tələbat yoxdur. Yəni bir qədər başqa sözlə desək, istənilən vətəndaş marketdə asanlıqla işi düzələ və həmin şəbəkədə öz qabiliyyətinə uyğun karyera qura bilir. Məsələn, adamlar tanıyıram ki, market işinə satıcılıqdan başlayıb və vəzifə pilləsində irəliləyib, indi böyük bir marketin müdiridir, yaxud həmin marketlər şəbəkəsində bölgə müdirdir, yüksək vəzifədədir. Bu da marketlər şəbəkəsində iş yerinin özəl bir keyfiyyədirdir. Yəni bu iş yerlərində gənclər ən aşağı vəzifədən başlayaraq yuxarı pillərə doğru heç bir maneyəyə rast gəlmədən irəliləyə bilirlər. Əsas məsələ odur ki, işçi öz işini layiqincə yerinə yetirsin və müştərilərə normal xidmət göstərsin. Yəni kassirdirsə kassir kimi, satıcıdırsa satıcı kimi öz vəzifəsini lazımı şəkildə icra edəndə onun bu istiqamətdə karyerasında irəliləməsi tamamilə mümkündür”.

O, qeyd etdi ki, digər tərəfdən bu işçilərin vəzifələrinin dəyişməsi rəhbərliklərin qərarı ilə deyil, işçinin öz qabiliyyəti ilədir, yəni yüksək göstəricisi olan işçilər mütləq şəkildə uğur qazanırlar. A.Nəsirli bildirdi, marketlər şəbəkəsində işçilər kamera müşahidəsi altında işləyir və onların fəaliyyətinə ciddi nəzarət olunur. Müsbət keyfiyyətlər nümayiş etdirən personalın rəhbər vəzifəli şəxslərin rəyi nəticəsində imtahanlara cəlb olunduğunu deyən A.Nəsirli hesab edir ki, bu da işçilərin karyera yolunda irəliləyiş deməkdir. Burda müəyyən norma və qaydaların olduğunu deyən ekspertin sözlərinə görə, daha böyük vəzifəyə iddia edən şəxslər imtahandan keçib öz hədəflərinə çata bilirlər. A.Nəsirli işçinin bu vəzifəyə rəhbərlik tərəfindən təyin edilmədiyini və bu vəzifəni işçinin özünün öz zəhməti ilə qazandığını deyir. “Bu da marketlər şəbəkəsinin Azərbaycanda işçi ilə münasibətlərə gətirdiyi keyfiyyətlərdən birdir. Azərbaycanın sıx məskunlaşan böyük şəhərlərində gənclərin və qadınların karyera qurmaq üçün işə marketdən başlaması çox normaldır. Çünki onlar bu sahədə qurduqları karyeranı ayba-ay, ilbə-il yüksəldə bilərlər. Belə gənclərimiz kifayət qədər çoxdur”.

A.Nəsirli deyir ki, orta ixtisaslı və orta təhsilli gənclərimizin və qadınlarımızın işlə təmin olunması sahəsində üzləşdikləri problemləri supermarketlər şəbəkəsi qismən aradan qaldıra bilir. “Əsasən də xanımların karyera qurması üçün marketlər şəbəkəsində işləməsi bir fürsətdir. Məlumdur ki, ölkə üzrə marketlər şəbəkəsində təxminən 100 min nəfərə qədər işçi çalışır, bunun da 70-80 faizi qadınlardan ibarətdir. Bu böyük göstəricidir”.

A.Nəsirli bildirdi ki, ölkədə məşğulluğun təmin olunması sahəsində Veysəloğlu Şirkətlər Qrupu Şəbəkəsinə daxil olan supermarketlərin rolunun əhəmiyyətli dərəcədə çox olduğunu görürük. Azərbaycanın bir çox bölgələrində “Araz”, “Oba” və “Spar” kimi markletlər şəbəkəsinin fəaliyyət göstərdiyini vurğulayan mərkəz sədri dedi ki, bu, bölgələrdə məşğulluğun təmin olunmasına, əmək fəaliyyəti ilə məşğul olan gənclərin və qadınların sayının artmasına səbəb olur. Bakının, eləcə də Bakı kənd və qəsəbələrinin də bir çoxunda “Araz” və “Oba” kimi supermarketlər şəbəkəsinin olmasından ən çox əhalimiz qazanır - insanlar uzağa getmədən qapısının ağzındaca gündəlik istifadə etdiyi keyfiyyətli qida məhsullarını və lazımı vasitələri ala bilirlər. Bu marketlər şəbəkələrində peşəkar, gülərüz, müştəri ilə xoş rəftar edən işçilərinin sayının da həddən artıq çox olduğunu vurğulayan müsahibimiz onu da dedi ki, bu iş həm də gənclərin xarakterinin formalaşmasında mühüm rol oynayır.

Şəbəkə marketlərinin yeni iş yerlərinin yaranmasında, xüsusən də qadın və gənclərin işlə təmin edilməsində əhəmiyyətli missiya daşıyır. Gənclərin fəaliyyətinin səmərəli təşkili məsələsində bu şəbəkələrin oynadığı rol da göz önündədir ki, gənclər işsiz qalmır və vaxtını əməyə xərcləyir, ailəsinin maddi təminatına dəstək verir. Bir sözlə, ölkədə şəbəkə marketlərinin fəaliyyəti və daşıdığı missiyanın faydalarını həm insanlarımız, həm də dövlətimiz görür.

İradə SARIYEVA
Yazı Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.



VİDEO

SON XƏBƏRLƏR

30.04.2025 / 21:38
Arazın o tayı, bu tayı arasında yeni iqtisadi bağlar qurulur

30.04.2025 / 21:25
Ermənistan-Rusiya-Belarus vahid neft bazarı - 2027-ci ildə nə baş verəcək...

30.04.2025 / 21:11
Dünya QHT-ləri ikili standartlarla mübarizə üzrə Bakıda razılığa gəldilər...

30.04.2025 / 20:57
Əfqanıstanın təhlükəsizlik məsələləri Azərbaycanda müzakirə olunur...

30.04.2025 / 20:44
İrəvan Bakının daha bir tələbini yerinə yetirir - hazırlıq gedir...

30.04.2025 / 20:31
İran, ABŞ, İsrail də Azərbaycanı seçir - Pezeşkianın səfərindən sonra İrəvanda matəmdir...

30.04.2025 / 20:17
Bir ermənipərəst Avropa deputatı Kaya Kallası Azərbaycana qarşı yönəltdi...

30.04.2025 / 20:02
Moskvadan İrəvana yeni təlimat gəlib - Köçəryanla Sarkisyanı heç cür barışdırmaq olmur...

30.04.2025 / 19:48
"Ulduz" metrosunun qabağında camaat 36 saylı marşrutu həsrətlə gözləyir...

30.04.2025 / 19:46
Siyasi dialoq: qazanan kimdir? - TƏHLİL

30.04.2025 / 19:43
Hindistanın baş naziri 9 may paradında iştirakdan imtina etdi

30.04.2025 / 19:42
ABŞ senatoru növbəti Papa kimi Trampı görmək istəyir

30.04.2025 / 19:30
Ermənistan prezidenti gürcü həmkarına Azərbaycanla bağlı yanlış məlumat verdi...

30.04.2025 / 19:16
Müqəddəs “Qurani-Kərim”in qədim əlyazmaları

30.04.2025 / 19:04
Qlobal Cənub QHT-nin ədalətli dünya uğrunda mübarizəsi Bakıda müzakirə olundu...

30.04.2025 / 18:49
6 raund Putin-Tramp müzakirələri tam iflasa uğradı...

30.04.2025 / 18:35
Müəllimlərə 1 il, həkimlərə cəmi 6 ay... Niyə?

30.04.2025 / 18:21
Diaspor təşkilatlarımız və azad rayonlarımızın bərpasında iştirak problemləri...

30.04.2025 / 18:14
Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclası keçirildi

30.04.2025 / 18:07
Tbilisidə oxuyan tələbələrimizlə bundan sonra müşavir məşğul olacaq...

30.04.2025 / 17:53
Bu xidmətin haqqını bahalaşdırdılar - peşənin "blatı" qalxacaq...

30.04.2025 / 17:44
Azərbaycanda ötən əsrlərdə ilkin xalça və xalça məmulatı necə hazırlanırdı... - FOTO

30.04.2025 / 17:40
Bir satqın türk alimi ermənilərə saxta genosidi dünyada tanıtmaq yollarını öyrədir...

30.04.2025 / 17:37
İrəvanın ortasında ermənini belə döydülər - VİDEO

30.04.2025 / 17:31
İki nüvə dövləti arasında müharibə başlayır… Hindistan yaxın 24 saat ərzində Pakistana hücum edəcək...

30.04.2025 / 17:26
Paşa Yaqubun yeni kitabçası çap olunub

30.04.2025 / 17:22
Naxçıvanın su təchizatına Prezident şəxsən müdaxilə etdi... Lakin...

30.04.2025 / 17:17
Yunus Oğuzun “TÜRK” etnonimi və törələri” adlı yeni kitabı başa çatıb

30.04.2025 / 17:06
Samarada Stalinin əfsanəvi gizli bunkeri tapıldı...

30.04.2025 / 16:53
Qazaxıstan 9 may paradından və “Müqəddəs Georgi” lentindən niyə imtina etdi?

30.04.2025 / 16:46
Suriyada Hafiz Əsədin məzarı açıldı, sümükləri oğurlandı...

30.04.2025 / 16:27
85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30.04.2025 / 16:10
Ceyhun Bayramov Küveytin xarici işlər naziri ilə görüşdü

30.04.2025 / 16:03
Avtomobildə narkotik vasitə daşıyan şəxslər tutuldu

30.04.2025 / 15:46
Pakistandan Hindistana nüvə təhdidi - Onlar üçün 130 nüvə başlığı ayırmışıq...

30.04.2025 / 15:34
Narkomaniyanın yaratdığı fəsadlar

30.04.2025 / 15:26
BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30.04.2025 / 15:19
Bakıda özünü avtomobil yoluna ataraq sürücüləri qorxudub pul qoparan şəxslər peyda olub - DİN xəbərdarlıq etdi

30.04.2025 / 14:49
Gələn ilin sonunadək azad olunmuş ərazilərdə 44 kənd salınacaq...

30.04.2025 / 14:16
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını etdi - FOTO

30.04.2025 / 14:12
Rusiya işgəncələrlə öldürdüyü jurnalistin cəsədini Ukraynaya qaytardı

30.04.2025 / 14:10
Kursk bölgəsində 600 Şimali Koreya əsgəri həlak olub

30.04.2025 / 14:02
DİN-dən uşaqların qaçırılması xəbərlərinə reaksiya - iddialar əsassızdır...

30.04.2025 / 13:46
Nömrəsi olmayan avtomobillə xuliqanlıq edən qazi saxlandı

30.04.2025 / 13:34
Nömrəsiz avtomobil idarə edən sürücünün narkotik aludəçisi olduğu ortaya çıxdı

30.04.2025 / 13:21
İran və ABŞ arasında danışıqların növbəti raundu Romada keçiriləcək

30.04.2025 / 13:10
Жёсткий ответ армянскому "генералу" тушёнкаеду - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

30.04.2025 / 12:12
Paşinyanı sıxışdırırlar - həm Qərbdən, həm də Moskvadan...

30.04.2025 / 12:07
Ölkəmizdə distant təhsil xidməti üzrə yeni dövlət standartı qəbul edilib

30.04.2025 / 12:00
"Azərbaycan yaxın dostu olan İsrail ilə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir"

30.04.2025 / 11:48
Prezident İlham Əliyev Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub

30.04.2025 / 11:43
Gəncədə 400-dən çox qadın süd vəzi xərçəngi ilə əlaqəli tibbi müayinələrə cəlb olunub

30.04.2025 / 11:38
Qeyri-adi müsahibə

30.04.2025 / 11:32
Abdulla Qədirinin "Ötən günlər" əsərinin premyerası keçirilib

30.04.2025 / 11:29
Kukla festivalının Bakı mərhələsi yekunlaşdı

30.04.2025 / 11:10
Prezident İlham Əliyev İsrail Prezidentini təbrik etdi

30.04.2025 / 11:06
ABŞ Rusiya üçün faciəli qərar verə bilər - CANLI

30.04.2025 / 11:06
Əkrəm İmamoğlunun korrupsiya işi üzrə daha 18 nəfər həbs edildi

30.04.2025 / 11:00
Bank kartlarından oğurluq davam edir - bir gündə 36 min manat oğurlanıb...

30.04.2025 / 10:30
Tramp Rusiyaya qarşı yenə qeyri müəyyən ifadələr işlətdi

30.04.2025 / 10:25
Zənginlərə BƏD XƏBƏR: Maltada "qızıl pasport" almaq qadağan edildi!

30.04.2025 / 10:19
Türkiyə yenidən silkələndi...

30.04.2025 / 10:10
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb - polis

30.04.2025 / 10:06
"Liverpul" bu isveçli futbolçu üçün 144 milyon avro ödəyəcək!

30.04.2025 / 10:00
Trampdan QƏRAR: Polşaya 1,3 milyard dollarlıq raket satışını təsdiqlədi

30.04.2025 / 09:32
Pakistan və Hindistan arasında atışma olub

30.04.2025 / 09:24
Vaxtı keçmiş kreditlər yenə çoxalmağa başlayıb...

30.04.2025 / 09:22
Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb

30.04.2025 / 09:14
Bu gün Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 26 il ötür

30.04.2025 / 09:07
PSJ "Arsenal"ı məğlub edib

30.04.2025 / 09:02
Naxçıvanın bir neçə kəndində qaz olmayacaq - XƏBƏRDARLIQ

30.04.2025 / 08:38
Düz 1 ay qaldı - saatlıq əmək haqqı...

29.04.2025 / 21:17
Azərbaycan Beynəlxalq Elmi Ay Stansiyası tikiləcək - ölkə kosmik yarışa qoşulur...

29.04.2025 / 21:14
Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər - FOTO

29.04.2025 / 21:02
Ermənistan 3 ayda 4 faizdən çox iqtisadi artımı nəyin hesabına əldə edib...

29.04.2025 / 20:48
İranla münasibətlər yeni pillədə - Azərbaycanın Avrasiyada logistika-tranzit mövqeyi misilsiz dərəcədə güclənir...

29.04.2025 / 20:40
Bakıda ICESCO-nun regional ofisinin rəsmi açılışı oldu - FOTO

29.04.2025 / 20:33
Tarixdə Tramp kimi 100 gündə bu qədər nüfuz itirmiş 2-ci prezident olmayıb...

29.04.2025 / 20:22
Türkiyənin Azərbaycandakı səfiri Mətbuat Şurasında olub - FOTO

29.04.2025 / 20:19
Ermənilər qəti etiraf edir - Bakı Ermənistandakı revanşizmi yerindəcə məhv etməyə qadirdir...

29.04.2025 / 20:11
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs: "Talış kəndi istiqamətində yenicə basdırılmış 59 mina zərərsizləşdirdik" - FOTO

Diaspor təşkilatlarımız və azad rayonlarımızın bərpasında iştirak problemləri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678