Həcc ziyarətinə sənəd qəbulunun müddəti yenidən uzadıldı

Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti may ayının 10-dək uzadılıb.
Bunu Trend-in sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.
O bildirib ki, hazırda kvota 96%-dən çox dolub.
"Bu il kvota sayı 1200-1300 arası müəyyənləşdirilib", - QMİ rəsmisi qeyd edib.
Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.