Çərşənbə günü, 30 aprel 2025
     

Məktəblərimizdə hərbi vətənpərvərlik dərsləri - dinamika var, bəs nəticə?

Image

Gənc nəslin vətənpərvərlik tərbiyəsinin və milli mənlik şüurunun formalaşmasının ilk pillələrindən biri orta məktəblərdir. Bilirik ki, orta ümumtəhsil məktəblərində şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi ilə bağlı kifayət qədər tədbirlər həyata keçirilir. Orta məktəblərdə ayrıca hərbi hazırlıq fənni tədris olunur və bu fənnin də tədris edilməsinin böyük əhəmiyyəti var.

Məktəblərdə hərbi vətənpərvərlik dərslərinin tədris metodikası necədir?

Eyni zamanda məktəblərdə tədris olunan hərbi dərslər gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi üçün nə qədər əhəmiyyətlidir? Əsasən də tədrisin metodikası necədir?

“Çağırışa qədərki hazırlıq fənninin dərs saatı artırılıb”

Tanınmış hərbi ekspert, pedaqoq İbrahim Rüstəmli “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə, orta məktəblərdə hərbi hazırlıq fənninin tədris olunması çox böyük əhəmiyyət daşıyır. O qeyd etdi ki, bu fənnin keçilməsi gənc nəslin formalaşmasında, gənclərin mənsub olduğu dövlətə, xalqa və Vətənə münasibətində əhəmiyyətli dərəcədə müəyyənedici rol oynayır. Bu fənnə hərbi hazırlıq demirik. Məktəblərdə bu fənn çağrışa qədərki hazırlıq adı altında tədris olunur. 44 günlük Vətən savaşından sonra bu fənnin tədrisinə çox ciddi əhəmiyyət verilir. Yəni söhbət nədən gedir? 44 gülük Vətən savaşından öncə çağrışa qədərki hazırlıq fənninin dərs saatları az idi, lakin qələbəmizdən sonra hər sinfdə bu fənnə daha bir saat əlavə verilib. Yəni çağrışa qədərki hazırlıq fənninin dərs saatı atrırılıb. Bu da təbii ki, gənclərin vətənpərvərlik tərbiyəsinə müsbət təsir edir”-deyə İ.Rüstəmli bildirdi.

“Tədrisin metodikası ilə bağlı da çox ciddi irəliləyişlər əldə edilib”

İ.Rüstəmlinin sözlərinə görə, istər Vətən müharibəsi, istərsə də lokal antiterror tədbirləri, o cümlədən Birinci Qarabağ savaşı və sair hadisələr hərb tariximizin öyrənilməsi baxımından çağrışa qədərki hazırlıq fənninin oynadığı rol əvəzsizdir. “yaxın keçmişimizə üz tutsaq görəcəyik ki, bizim hərb tariximizdə nə qədər böyük şəxsiyyətlər olub. Səməd bəy Mehmandarov, Əliağa Şıxlınski, general Səlimov, Cəmşid Naxçıvanski, bir qədər irəli gəlsək general Həzi Aslanov və başqa şəxsiyyətlərin yeni yetişən gənc nəslə tanıdılmasında çağrışa qədərki hazırlıq fənni həm birbaşa, həm də dolayısı ilə körpü rolunu oynayır.

Tədrisin metodikası ilə bağlı da çox ciddi irəliləyişlər əldə edilib. Bilirsiz, heç vaxt mükəmməl dərslik, mükəmməl əsər olmur. Yəni bir müəllif öz əsərini bir neçə variantda yazır... Bu mənada çağrışa qədərki hazırlıq fənninin metodikasdı, tədrisi, fənn kitabının hazırlanması ilə bağlı daim müxtəlif yeniliklər edilir, müxtəlif arayışlar verilir. Məsələn, çağrışa qədərki hazırlıq fənnində 44 günlük Vətən savaşında Azərbaycan Silahlı Qüvvələrinin, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Prezidnet İlham Əliyevin xidmətlərin yer alması əlbəttə yeni redaktənin məhsuludur. Bu dəyişikliklər daim həyata keçirilir. Amma ən əsası odur ki, bu gün çağrışa qədərki hazırlıq fənninin tədrisi ilə məşğul olan bir müəllim kimi ürəklə, böyük cəsarətlə, çəkinmədən deyə bilərəm ki, Elm və Təhsil Nazirlyi bu fənnin tədrisi ilə bağlı irəliyə doğru çox ciddi addımlar atıb. Yəni bu fənnin tədrisinin metodikası da çox güclüdür, fənn kitabı var, metodik vəsaitləri var və sair. Bu metodik vəsaitlərdə hərbi vətənpərvərlik tərbiyyəsinin müasir hərbi uğurlarımızla əlaqələndirilməsi, Azərbaycanın Milli Qəhrəmanlarının təbliğ olunması, eyni zamanda şəhidlərimizin gənc nəslə tanıdılması ilə bağlı böyük işlər görülüb. Yazılarımda da qeyd etmişəm, Vətən savaşında qazandığımız qələbənin böyük payı Azərbaycan gəncliyinin üzərinə düşür. Təbii ki, bu sırada Elm və Təhsil Nazirliyinin təhsil sistemində çağrışa qədərki hazırlıq fənninin tədrisi ilə bağlı dayanmadan aparılan islahatlar böyük əhəmiyyət kəsb edir. Yəni islahatlar təkcə tədris fənni, onun metodik vəsaitləri, praktik təcrübələri ilə yekunlaşmır, nazirliyin təşəbbüsü ilə çağrışa qədərki hazırlıq fənnini tədris edən müəllimlərin məvacibi də nəzərəçarpacaq dərəcədə, demək olar ki, üç-dörd dəfə artırılıb. Əlbəttə, müharibədn çıxmış bir dövlətik, şəhidlərimiz, qazilərimiz var, sağlamlığı bərpa olunmalı insanlarımız var. Müharibə ağır kampaniyadır. Mən elə gəlir ki, bir müddətdən sonra çağrışa qədərki hazırlıq fənninin tədrisi, fənn müəllimlərinin maddi-rifah halının yaxşılaşdırılması istiqamətində də müəyyən addımlar atılacaq. Amma bütövlükdə götürdükdə mən 7 ildir bu fənni tədris edirəm. Böyük əminliklə deyə bilərəm ki, Elm və Təhsil Nazirliyi birinci, bu fənnin mükəmməl şəkildə tədrisi, mükəmməl şəkildə tədris üçün dərs vəsaitlərinin, metodik vəsaitlərin çap olunması, çağrışa qədərki hazırlıq fənnin prkatikliyinin təmin olunması istiqamətində də çox böyük addımlar atıb. Yerləşdiyi inzibati binasından aslı olaraq, əgər məktəblərin binası imkan verirsə bütün şəhər məktəblərinə silahlar verilib. Təbii ki, bunlar tədris silahlarıdır. Bütün məktəblər tirlərlə- atış otaqları ilə təmin edilib. Eyni zamanda praktik tədris üçün məktəblərə minaların, digər döyüş silah sürsatlarının maketləri, fiqurları verilib. Bunlar silah sursatların daxili qurluşunu özündə əks etdirən vəsaitlərdir, maketlərdir. Bunlar hamısı müsbət hallardır. Sağlıq olsun, inanıram ki, gələcəkdə daha böyük adımlar atılacaq. Ümumiyyətlə, götürdükdə bu fənnin tədrisi, təbliği əlbəttə, gənclərimizin həyatında mühüm rol oynayır”-deyə İ.Rüstəmli bildirdi.

İ.Rüstəmli qeyd etdi ki, qələbənin qazanılmasında çox böyük payı olan Azərbaycan gənclərinin də böyük əksəriyyəti yaxın keçmişdə parta arxasından qalxıb orduya gedən gənclər idilər. Bütün bu məqamların çağırışa qədərki hazırlıq fənnin nə qədər böyük əhəmət daşıdığının göstəricisi olduğunu deyən İ.Rüstəmli vurğuladı ki, bu gün sözügedən fənnin tədrisi ilə bağlı keçən beş-altı il ərzində çox böyük işlər görülüb, irəliy doğru əhəmiyyətli dərəcədə mühüm addımlar atılıb. O, hesab edir ki, bu fənnin tədrisi ona göstərilən diqqətin etimadını doğruldur.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

30.04.2025 / 14:12
Rusiya işgəncələrlə öldürdüyü jurnalistin cəsədini Ukraynaya qaytardı

30.04.2025 / 14:10
Kursk bölgəsində 600 Şimali Koreya əsgəri həlak olub

30.04.2025 / 14:02
DİN-dən uşaqların qaçırılması xəbərlərinə reaksiya - iddialar əsassızdır...

30.04.2025 / 13:46
Nömrəsi olmayan avtomobillə xuliqanlıq edən qazi saxlandı

30.04.2025 / 13:34
Nömrəsiz avtomobil idarə edən sürücünün narkotik aludəçisi olduğu ortaya çıxdı

30.04.2025 / 13:21
İran və ABŞ arasında danışıqların növbəti raundu Romada keçiriləcək

30.04.2025 / 13:10
Жёсткий ответ армянскому "генералу" тушёнкаеду - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

30.04.2025 / 12:12
Paşinyanı sıxışdırırlar - həm Qərbdən, həm də Moskvadan...

30.04.2025 / 12:07
Ölkəmizdə distant təhsil xidməti üzrə yeni dövlət standartı qəbul edilib

30.04.2025 / 12:00
"Azərbaycan yaxın dostu olan İsrail ilə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir"

30.04.2025 / 11:48
Prezident İlham Əliyev Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub

30.04.2025 / 11:43
Gəncədə 400-dən çox qadın süd vəzi xərçəngi ilə əlaqəli tibbi müayinələrə cəlb olunub

30.04.2025 / 11:38
Qeyri-adi müsahibə

30.04.2025 / 11:32
Abdulla Qədirinin "Ötən günlər" əsərinin premyerası keçirilib

30.04.2025 / 11:29
Kukla festivalının Bakı mərhələsi yekunlaşdı

30.04.2025 / 11:10
Prezident İlham Əliyev İsrail Prezidentini təbrik etdi

30.04.2025 / 11:06
ABŞ Rusiya üçün faciəli qərar verə bilər - CANLI

30.04.2025 / 11:06
Əkrəm İmamoğlunun korrupsiya işi üzrə daha 18 nəfər həbs edildi

30.04.2025 / 11:00
Bank kartlarından oğurluq davam edir - bir gündə 36 min manat oğurlanıb...

30.04.2025 / 10:30
Tramp Rusiyaya qarşı yenə qeyri müəyyən ifadələr işlətdi

30.04.2025 / 10:25
Zənginlərə BƏD XƏBƏR: Maltada "qızıl pasport" almaq qadağan edildi!

30.04.2025 / 10:19
Türkiyə yenidən silkələndi...

30.04.2025 / 10:10
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb - polis

30.04.2025 / 10:06
"Liverpul" bu isveçli futbolçu üçün 144 milyon avro ödəyəcək!

30.04.2025 / 10:00
Trampdan QƏRAR: Polşaya 1,3 milyard dollarlıq raket satışını təsdiqlədi

30.04.2025 / 09:32
Pakistan və Hindistan arasında atışma olub

30.04.2025 / 09:24
Vaxtı keçmiş kreditlər yenə çoxalmağa başlayıb...

30.04.2025 / 09:22
Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb

30.04.2025 / 09:14
Bu gün Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 26 il ötür

30.04.2025 / 09:07
PSJ "Arsenal"ı məğlub edib

30.04.2025 / 09:02
Naxçıvanın bir neçə kəndində qaz olmayacaq - XƏBƏRDARLIQ

30.04.2025 / 08:38
Düz 1 ay qaldı - saatlıq əmək haqqı...

29.04.2025 / 21:17
Azərbaycan Beynəlxalq Elmi Ay Stansiyası tikiləcək - ölkə kosmik yarışa qoşulur...

29.04.2025 / 21:14
Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər - FOTO

29.04.2025 / 21:02
Ermənistan 3 ayda 4 faizdən çox iqtisadi artımı nəyin hesabına əldə edib...

29.04.2025 / 20:48
İranla münasibətlər yeni pillədə - Azərbaycanın Avrasiyada logistika-tranzit mövqeyi misilsiz dərəcədə güclənir...

29.04.2025 / 20:40
Bakıda ICESCO-nun regional ofisinin rəsmi açılışı oldu - FOTO

29.04.2025 / 20:33
Tarixdə Tramp kimi 100 gündə bu qədər nüfuz itirmiş 2-ci prezident olmayıb...

29.04.2025 / 20:22
Türkiyənin Azərbaycandakı səfiri Mətbuat Şurasında olub - FOTO

29.04.2025 / 20:19
Ermənilər qəti etiraf edir - Bakı Ermənistandakı revanşizmi yerindəcə məhv etməyə qadirdir...

29.04.2025 / 20:11
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs: "Talış kəndi istiqamətində yenicə basdırılmış 59 mina zərərsizləşdirdik" - FOTO

29.04.2025 / 20:04
Şimal-Cənub dəhlizinin əsas hissələrinə Azərbaycanda yenidən sərmayə qoyulur...

29.04.2025 / 19:50
Hindistan müharibəyə başlayır - nüvə apokalipsisi dünyanı haqladı...

29.04.2025 / 19:37
Sibirdə sürgündə doğuldu, 1 yaşında Qazaxa köçdü... Vəli Xramçaylı-70

29.04.2025 / 19:23
Naxçıvana Araz dəhlizi ilə bağlı fərziyyələr və şayiələr...

29.04.2025 / 19:09
Məktəblərdə elektron gündəlik, elektron jurnal və elektron lövhələr...

29.04.2025 / 18:54
Pezeşkian Ermənistanın Naxçıvana yol verməsinə ikibaşlı yanaşdı - “beynəlxalq hüququ pozmursa...”

29.04.2025 / 18:53
Siyasi partiya sədrlərinin birgə səfərlərinin növbəti ünvanı Laçın şəhəridir

29.04.2025 / 18:40
Saxta erməni “genosid” abidəsinin üstündə 29 il əvvəl başladılmış siyahıya daha 2 şübhəli ad yazılacaq...

29.04.2025 / 18:36
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxsi yaradıldı

29.04.2025 / 18:26
Azərbaycanla İran çoxdan "unudulmuş" bir sahə üzrə də əməkdaşlığa başlayır...

29.04.2025 / 18:12
Tramp Putinə inamını itirməyə başlayır - "onun mülki obyektləri vurmasına səbəb yox idi"...

29.04.2025 / 18:06
Ceyhun Bayramov britaniyalı naziri Ermənistanın mina təhdidi barədə məlumatlandırdı

29.04.2025 / 17:58
"Bakıda xristian abidələri dağıdılır, xristianlar öldürülür, tarix silinir" - Qərbdən yalanların sonu gəlmir...

29.04.2025 / 17:45
“Araz”la yüksələn “Oba”nın nağılı…

29.04.2025 / 17:32
Tramp Krımın başında Zelenski ilə tələ qurduqlarını nümayiş etdirir - hansı tələdir?...

29.04.2025 / 17:27
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi

29.04.2025 / 17:23
XİN AŞ komissarını qəbuledilməz təzyiq göstərmək cəhdlərindən çəkinməyə çağırdı

29.04.2025 / 17:19
Azərbaycan-İran əlaqələrinin yeni istiqamətlərinin anonsu verildi...

29.04.2025 / 17:14
Azərbaycan XİN-dən Avropa Şurasının komissarına sərt cavab - gedin AŞ ölkələrində bunları araşdırın...

29.04.2025 / 17:06
Avrobonda görə Azərbaycanın 1,4 milyard manat xarici borcu yaranıb...

29.04.2025 / 17:02
Prezident İlham Əliyev Banqladeşin Baş müşavirini İƏT-in 17-ci Zirvə Toplantısına dəvət etdi

29.04.2025 / 16:55
"Erməni silahlı dəstələrinin hücumu zamanı 14 hərbçi yoldaşım şəhid oldu" - Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs

29.04.2025 / 16:47
Azərbaycanın Almaniya və Fransadakı səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifələri ləğv edildi

29.04.2025 / 16:32
Vüqar Rəhimzadə: Azərbaycan-İran əlaqələri ölkələrimizin və bölgənin inkişafı baxımından böyük önəm kəsb edir

29.04.2025 / 16:24
Bakıda psixotrop tərkibli həb satan şəxslər saxlandı

29.04.2025 / 16:15
Azərbaycanın Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edildi

29.04.2025 / 16:10
Naxçıvanda içməli su təminatının artımına dair əsas və digər icraçı qurumların yerləri dəyişdirildi - SƏRƏNCAM

29.04.2025 / 15:57
Bakıda “Artıq ikili standartlar yoxdur: QHT-lər katalizator kimi, Qlobal Cənubda ədalətli inkişaf” mövzusunda müzakirələr aparılıb

29.04.2025 / 15:35
Bakıda “Sərhədləri aşmaq: firavan gələcək naminə D8 əməkdaşlığı” mövzusunda müzakirə aparıldı

29.04.2025 / 15:30
Azərbaycanda ICESCO-nun regional ofisi yaradılır

29.04.2025 / 14:40
DİN-dən daha bir yenilik... Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - VİDEO

29.04.2025 / 14:31
"Azərbaycan kimi ölkələrin bizə yardımı Qərbin maraqlarına ziddir" - Nigerli Forum iştirakçısı

29.04.2025 / 14:25
İran prezidentinin Bakı səfəri, səsləndirdiyi bəyanatlar erməniləri dəli etdi

29.04.2025 / 14:21
İmamoğlu həbsdə qalsa, Mənsur Yavaş namizəd, İmamoğlu isə baş nazir olacaq

29.04.2025 / 14:10
“İçərişəhər” ərazisində avtomobili sürətlə sürən şəxsin əraziyə girişi qadağan edildi

29.04.2025 / 13:52
"Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisindən qovulmuş 300 minə yaxın əhali birləşir" - Əziz Ələkbərli

29.04.2025 / 13:36
"Azərbaycanın Qlobal Cənub QHT Platformasına sədrliyi mühüm prosesin başlanğıcını göstərir" - QHT Koalisiyasının rəhbəri

29.04.2025 / 13:21
"Bölgələrdə həkim çatışmazlığı var, tibb işçiləri əsasən Bakıda toplaşıblar" – Nazirlik rəsmisi

29.04.2025 / 13:10
Путин проиграл, но признать не может - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

29.04.2025 / 12:53
"Azərbaycan ədalətli inkişaf məsələlərini prioritet hesab edir" - Ərəb Platformasının prezidenti

Məktəblərdə elektron gündəlik, elektron jurnal və elektron lövhələr...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011