Cümə günü, 2 may 2025
     

Tarix-mədəniyyət abidələrini özəl sektor bərpa etsə nələr olar? - Sahibə Qafarovanın Səyyad Arana kəskin etirazının mahiyyəti...

Image

Milli Məclisin deputatı Səyyad Salahlı (Səyyad Aran) parlamentin iclasında tarixi və mədəni abidələrin bərpasının iş adamlarına həvalə edilməsini təklif edib.

O bildirib ki, abidələrin sonrakı taleyi ilə bağlı narahatlıq keçirməliyik: “Abidələri pasportlaşdırırıq, bəs onların sonrakı aqibəti nə olacaq? Mədəni, tarixi abidələrə ciddi nəzarət yoxdur. Abidələri bərpa etmək üçün onları iş adamlarına vermək lazımdır. Bu abidələr milli mənsubiyyətimiz, özümüzün tarixidir. “Qorxma mən səninləyəm” filmi çəkilən abidənin vəziyyəti indi necədir? Ümumiyyətlə, bunların sonrakı taleyi ilə bağlı narahat olmalıyıq”.

Spiker Sahibə Qafarova isə deputatın çıxışına etirazını bildirib: “Abidələr hamısı Azərbaycan mədəniyyətinə aiddir. Azərbaycan hökümətinə nə olub ki, bunlar mütləq biznesmenlərə verilə?! Deyirsiniz ki, pasportlaşma nəyə lazımdır, siz nə danışırsınız?”.

Tarix və mədəniyyət abidələrinin bərpasını biznes strukturlarının ixtiyarına versələr abidələrimizi nə gözləyə bilər?

Deputatın təklifini ictimaiyyət də müsbət qarşılamır, əksəriyyətin fikrincə spiker haqlıdır və abidələrin bərpasını qətiyyən iş adamlarına həvalə etmək olmaz. Sosial şəbəkə istifadəçilərinin də əksəriyyəti yazır ki, iş adamlarının abidələrə qayğısı barədə düşünmək yersizdir. Sosial şəbəkə istifadəçilərinə görə, azərbaycanlı iş adamları tarix və mədəniyyət abidələrini bərpa etmək əvəzinə onun ərazisində özlərinə biznes qurarlar. Bərpa məsələsinin çox ciddi yanaşma tələb etdiyini deyənlər qeyd edirlər ki, bu işi yalnız dövlət həyata keçirə bilər.

Ekspertlər hesab edir ki, bu iş biznes adamlarına tapşırılarsa abidələrimizin başına dəhşətli faciələr gələ bilər. Ekspetlərə görə, deputatın bu təklifi çox lazımsızdır və faydasızdır.

Bəzi ekspertlər qeyd edirlər ki, S.Aran bundan əvvəl də bir səmərəsiz təklif verib və bildirib ki, Cahangir Novruzovu Azərbaycana gətirək, teatrlar başsız qalıb. Guya C.Novruzov Mehdi Məmmədovdur, Ədil İsgəndərovdur, Tofiq Kazımovdur? Ekspertlər bildirir ki, C.Novruzovun özünün teatrda nə kimi xarizması, nə kimi mövqeyi, nə kimi rolu olub, o gəlib Azərbaycan teatrında nəsə yarada? Ekspertlər qeyd edir ki, deputatın bu fikrinə də cəmiyyət ciddi təpki göstərdi, tarixi abidələr məsələsi ilə bağlı təklifi də narazılıqla qarşılanır.

Rizvan Qarabağlı: “Abidələrin bərpasını iş adamlarına qətiyyən həvalə etmək olmaz”

Memarlıq üzrə fəlsəfə doktoru, Memarlar İttifaqının üzvü, tanınmış memar Rizvan Qarabağlı “Bakı-Xəbər”ə “Tarix və mədəniyyət abidələrinin bərpasını iş adamlarına qəti şəkildə həvalə etmək olmaz” - deyə bildirdi.

R.Qarabağlının sözlərinə görə, çünki onlar bu sahədə professional deyillər, o işi bilmirlər: “İş adamları çoxmərtəbəli hündür binalar tikirlər, onlar heç bu binalara təminat verə bilmirlər. Sabah bir zəlzələ olsa o hündür binaların hamısı yerə gedəcək. İş adamları o sahəni incəliyinə qədər bilmirlər. Ona görə də, onlara etibar etmək olmaz. Bu dövlət məsələsidir, dövlət işidir. Bunun üçün xüsusi bərpaçılar lazımdır. “Abidəni bərpa edərəm” demək asandır. Deyək ki, bir abidədir, ona əvvəlcə baxış keçirilməlidir. Ona bir adam qərar vermir, o abidəyə təcrübəli bərpaçı memarlar baxış keçirir və orda konservasiya, bərpa, təmir işi getməlidirmi, rekonstruksiya olunmalıdırmı, bu barədə yekdil bir qərar qəbul olunur, ondan sonra o işə başlayırlar. Məsələn, onun çertiyoju, ölçü işləri hazırlanır. Ölçü işlərindən yaranmış çertyojlar əsasında işçi çertyoj yaranır. Orda ardıcıl təbəqəli texnoloji proses gedir. Onu iş adamı hardan bilə bilər? Düzdür, iş adamı memar çağırar pulunu verər və deyər ki, get bu işlə məşğul ol. Bizdə o təcrübə olmayıb. Ona görə də bu məsələyə bir az ehtiyatla yanaşmaq lazımdır.

Amma əgər bir abidəni dövlət qoruyursa ona dövlət nəzarərti və dövlət bərpası lazımdır”.

Bu işin iş adamlarına həvalə edilməsinin təhlükəli olub-olmaması məsələsinə gəlincə, R.Qarabağlı deyir ki, onlar bərpa yox, təmir edirlər. “Deyirlər ki, nə var burda? Mən Tarix Muzeyinin bərpası ilə bağlı tender komissiyasının üzvü idim. Mən onda imza qoydum ki, bu abidənin bərpası Topqapı Sarayını bərpa edən mütəxəsissislərə həvalə edilsin. Çünki mən onların işini görmüşəm. Amma onlar bu işi kanal çəkənlərə, ev tikənlərə, körpü salanlara vermək istəyirdilər. Mən buna qəti etiraz etdim. Dedim gətirin o mühəndisləri biz oturub onlarla söhbət edək ki, bu abidəni necə bərpa edəcəklər. Mən onlara sual verdim ki, qardaş, bu Tarix Muzeyidir, Hacı Zeynalabdin Tağıyevin evidir, bunun içini demirəm, fasadını necə bərpa edəcəksiz? Əvvəlcə, nədən başlayacaqsınız? “Rizvan müəllim, burda nə var ki, üzlük piltələrdi də, qaşıyıb yerə tökəcəyik təzədən ağ aqlayla üzləyəcəyik” - dedi. Bu adam hələ bilmirdi ki, o konstruktivdir, binanın divarından bir daş çıxarsan divar uça bilər. O divar üzlənməyib, onlar divara qoyulmuş hazır yonulmuş daşlardır. Onlar həm də yükdaşıyandır. Demək istəyirəm ki, onlar bu məsələni incəliyinə qədər bilmirlər. Sizə bir misal çəkdim və özünüz təsəvvür etdiniz ki, bu işi iş adamlarına vermək hansı fəsadlar yaradar. Ona görə də abidələrin bərpasını iş adamlarına qətiyyən həvalə etmək olmaz” - deyə R.Qarabağlı bildirdi.

Elyar İslamoğlu: “Tarix və mədəniyyət abidələrinin bərpasını iş adamlarına tapşırmaq quzunu qurda tapşırmağa bənzəyir”

Filologiya üzrə fəlsəfə doktoru, ictimai fəal Elyar İslamoğlu “Bakı-Xəbər”ə bildirdi ki, S.Aranın bu təklifini müsbət qarşılamır. “Deputatın bu təklifini mən də dinlədim. Açığını deyim ki, onun bu təklifini müsbət qarşılamadım. Spiker çox haqlı olaraq bununla bağlı Səyyad Arana irad bildirdi. Tarix və mədəniyyət abidələrinin bərpasını iş adamlarına tapşırmaq quzunu qurda tapşırmağa bənzəyir. Çünki onlar həmin tarixi abidələrdən gəlir götürmək üçün içərisinin formasını da, görüntüsünü də dəyişəcəklər. Biz bunu əsassız demirik. Əvvəlki təcrübədə buna rast gəlmişik. Bəzi tarixi abidələrimiz hansısa iş adamının gəlir götürməsi üçün bərbad vəziyyətə salınıb. Tarixi abidələr dövlət tərəfindən qorunduğu kimi onların bərpası da dövlət büdcəsi hesabına həyata keçirilməlidir. Hazırda ölkədə elə bir qurum yoxdur ki, sırf tarixi abidələrin bərpası ilə məşğul olsun”.

E.İslamoğlunun fikrincə, xüsusi bir qurum yaradılmaldır ki, o həm tarix və mədəniyyət abidələrinin bərpasını, həm də mühafizəsini həyata keçirsin. Bir çox tarixi abidələrin mühafizəsində ciddi problemlər olduğunu deyən E.İslamoğlunun sözlərinə görə, elə abidələr var ki, onların aqibəti bilinmir. “Elə tarixi abidələrimiz var ki, uçulub dağılmaq üzrədir. Bəzi tarixi abidələr qanunsuz olaraq sökülüb, yerində obyektlər, yaxud evlər inşa edilib. Ona görə də, ölkəmizin ərazisində olan bütün tarixi abidələr siyahıya alınmalıdır və dövlət tərəfindən qorunmalıdr. Tarixi abidələr bizim keçmişimizdir, eyni zamanda maddi dəyərimizdir, sərvətimizdir. Biz tarixi abidələrimizi qorumalıyıq. Bu xalqın abidələrinin kimlərinsə gəliri üçün dağıdılmasına, məhv edilməsinə imkan verməməliyik. Yaxşı olardı ki, iş adamlarımız tarixi abidələri restoran, kafe kimi istifadə etmək üçün yox, həm də onların yaşaması üçün pul xərcləsinlər. Bu ölkədən pul qazanan imkanlı şəxslər bu abidələrin qorunması üçün də əllərini ciblərinə atsalar yaxşı olar. Düşünürəm, iş adamları könüllü şəkildə tarixi abidələrin bərpasına və qorunmasına maliyyə dəstəyi versinlər. Amma söhbət onlara bərpa işini həvalə etməkdən getmir, bu olmaz. İş adamları bərpaya pul yardımı edə bilərlər. Bu hər bir vətəndaşın borcudur” - deyə E.İslamoğlu bildirdi.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

01.05.2025 / 23:12
Bakının bu ərazilərində ev və obyektlər söküləcək - sakinlərə müraciət edildi...

01.05.2025 / 22:46
Ermənistan SQ-nin Qaradağlı kəndini işğal etməsi, azərbaycanlıları vəhşicəsinə qətlə yetirməsi, işgəncə verməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub - FOTO

01.05.2025 / 22:21
Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində olublar - FOTO

01.05.2025 / 21:37
Bəzi İran dairələrinin Azərbaycana qarşı "mədəniyyət iddialarına" son qoyula bilər...

01.05.2025 / 21:22
Bank kartlarındakı pulun sığortalanması mümkündür?...

01.05.2025 / 21:08
Putinin partiyasının konfransında ermənilərin Azərbaycana qarşı təxribatı baş tutmadı...

01.05.2025 / 20:55
Ermənistan həsrətində olduğu Şimal-Cənub dəhlizi xatirinə borca girdi...

01.05.2025 / 20:41
Putin "Stalinin irsinə" dönüş edir - ilk addım atıldı...

01.05.2025 / 20:27
Azərbaycanın Çinlə birgə avtomobil istehsalının uğursuzluğu Naxçıvandan başladı...

01.05.2025 / 20:14
Qərbin Qarabağ erməniləri ilə bağlı illər əvvəlki planı açılır - 2023-cü ilin iyulunda...

01.05.2025 / 20:01
Kiprin tanınmış müğənnisi Bahar Gökhan Bakı Beynəlxalq Muğam Mərkəzində təntənəli konsertlə çıxış etdi... - FOTO/VİDEO

01.05.2025 / 19:57
Hindistan Pakistanın parlament qərarına da baxmadı - İslamabad zorla müharibəyə təhrik edilir...

01.05.2025 / 19:44
Azərbaycanın dövlət büdcəsi niyə hər il kəsirlə tərtib olunur? - Peşəkarların təhlili...

01.05.2025 / 19:30
Netanyahu və Ərdoğanın Bakıda görüş ehtimalına ziddiyyətli reaksiyalar var...

01.05.2025 / 19:26
Reuters-in sensasiyalı tapıntısı: “İranın gizli imperiya planı” üzə çıxdı

01.05.2025 / 19:17
Dini və milli tolerantlığın Azərbaycan nümunəsinə dünyada ehtiyac artır

01.05.2025 / 19:03
Rəsmi Bakı Hindistan və Pakistanı gərginliyi aradan qaldırmaq üçün dialoqa çağırdı...

01.05.2025 / 18:47
Avropa Xalq Partiyası Azərbaycana qarşı ermənipərəst qərar qəbul etdi...

01.05.2025 / 18:32
Trampın 100 gündə ən böyük "qazancı" - vədlərinin heç biri...

01.05.2025 / 18:23
İsrail səfiri Ronen Kraus "İsraildə Azərbaycan Evi"də diaspor və icma rəhbərləri ilə dəyirmi masa keçirib - FOTO/VİDEO

01.05.2025 / 18:18
ABŞ nümayəndəsi BMT TŞ-də Rusiyanı kəskin ittiham etdi...

01.05.2025 / 18:10
DİN Qaradağda məktəb ətrafında naməlum şəxslə bağlı yayılan görüntüləri araşdırdı…

01.05.2025 / 18:05
Türkiyə İsrailin Dəməşqə hərbi zərbələrinə susur... Niyə? - İlginc məqamlar var...

01.05.2025 / 17:59
“Türk” etnonimi və törələri - YUNUS OĞUZ yazır

01.05.2025 / 17:56
Leyla Əliyeva və Arzu Əliyeva “Yalnız mədəniyyət” musiqili-bədii gecədə iştirak ediblər - FOTO

01.05.2025 / 17:56
"Təyyarədaşıyan manevr etdi - Amerikanın F/A-18E qırıcısı Qırmızı dənizə qərq oldu

01.05.2025 / 17:51
Bölgələrimizdə tarixi abidələrin mühafizəsində ciddi nöqsanlar hələ mövcuddur...

01.05.2025 / 17:38
Trampın komandası Azərbaycana “hücuma” hazırlaşır? - “Azərbaycanda demokratiya aktı”?...

01.05.2025 / 17:33
Bakıda avtomobillərin qarşısına çıxaraq təhlükə yaradan şəxs saxlandı

01.05.2025 / 17:26
Bakıda “Porsche” ilə “avtoşluq” edən sərxoş sürücü həbs edildi...

01.05.2025 / 17:24
Beynəlxalq ekspert Azərbaycanda ingilis dili metodikasına irad bildirdi...

01.05.2025 / 17:20
“Bu cür kütləvi məzarlıqlar erməni vandalizminin çoxsaylı əyani sübutlarındandır” - Umud Mirzəyev

01.05.2025 / 17:15
Rusiyada bir mənzildə güclü partlayış 3 ukrayna agentini ələ verdi - bomba əllərində partladı...

01.05.2025 / 17:03
Əlcəzairdən Fransaya sərt cavab - səfirliyin ərazisi 14 hektardan 2-yə endirilir, icarə qiyməti qaldırılır...

01.05.2025 / 16:33
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi

01.05.2025 / 16:28
“Azəristiliktəchizat”a yeni sədr təyin edildi

01.05.2025 / 16:20
Közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edildi

01.05.2025 / 16:17
Bir sıra dövlət qulluqçularının aylıq vəzifə maaşları artırıldı - FƏRMAN

01.05.2025 / 15:20
Dağılmaqda olan tarixi hamamlar...

01.05.2025 / 15:19
Naxçıvanda rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifəsinin müvəqqəti icrası ona həvalə olundu

01.05.2025 / 15:13
“Qan-qan deyən” Hindistanla Pakistan arasındakı müharibə kimə sərf edir?”

01.05.2025 / 15:11
Konqres Trampın Ukraynayla sazişini “qəsbkarlıq” adlandırdı

01.05.2025 / 15:06
Polis Qaradağda əməliyyat keçirdi - saxlanan var...

01.05.2025 / 14:50
Koordinasiya Şurasının növbəti iclası keçirildi

01.05.2025 / 14:35
Məhkəmədə Davit İşxanyanın Şuşanın işğalına dəstəyini əks etdirən video nümayiş olunub

01.05.2025 / 14:23
"Meyit qalıqlarının çoxu qadınlara aiddir, üzərində zorakılıq əlamətləri var" - Eldar Səmədov

01.05.2025 / 14:09
Məhkəmədə Arkadi Qukasyanın Şuşanın işğalından dərhal sonra orada olmasını əks etdirən videomateriallar nümayiş etdirilib

01.05.2025 / 13:52
Xocalıda kütləvi məzarlıq aşkarlandı - FOTO

01.05.2025 / 13:38
Prezident İlham Əliyev Qusarda yolun təmirinə 1,5 milyon manat ayırdı

01.05.2025 / 13:22
Bir gündə vətəndaşların bank kartlarından 30 min manat apardılar - DİN növbəti dəfə xəbərdarlıq etdi

01.05.2025 / 13:10
Что такое родина для армян? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

01.05.2025 / 12:54
Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verdi

01.05.2025 / 12:26
Tramp Ukraynanı yenidən silahlandırmağa başladı

01.05.2025 / 12:07
Şəkidə mal-qara oğruları yaxalanıb

01.05.2025 / 12:00
Yunanıstan yanğınlarla bağlı İsrailə təyyarə göndərməkdən imtina etdi

01.05.2025 / 11:25
Dünyanın ən yaşlı insanı olan 116 yaşlı rahibə vəfat edib

01.05.2025 / 11:22
Politico: - “Nəhayət ki,Trampı Putinin onu axmaq yerinə qoymasına inandırdılar”

01.05.2025 / 11:15
Netanyahu və Ərdoğan Azərbaycana gəlirlər - saatlar Bakı vaxtı ilə qurulur...

01.05.2025 / 11:07
Yasamal sakini dəm qazından zəhərlənərək ölüb

01.05.2025 / 11:05
Putin məhz buna görə sülhdən qorxur - CANLI

01.05.2025 / 11:00
Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək

01.05.2025 / 10:48
17 yaşı var, "Barselona"da rekord qırır...

01.05.2025 / 10:33
ABŞ və Ukrayna arasında “təbii sərvətlər haqqında” saziş imzalandı

01.05.2025 / 10:24
Rusiya “Şahidlər”lə Odessaya hücum etdi: ölənlər və yaralananlar var.

01.05.2025 / 10:20
Tramp Kamala Harrisin ərini işdən qovub - Ağ Evdən ETİRAF

01.05.2025 / 10:14
Şahzadə Dianaya görə Silvestr Stallone və Riçard Qir qırğına çıxdılar

01.05.2025 / 10:07
Salyanda narkotik tərkibli bitkilər yetişdirən 4 nəfər saxlanılıb

01.05.2025 / 10:00
Milli Məclis bu gün Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimata baxacaq

01.05.2025 / 09:40
Ukrayna ABŞ-la bağlanacaq sazişin şərtlərini açıqlayıb - Baş nazir bir-bir sadaladı...

01.05.2025 / 09:38
QHT yeni layihəyə start verir

01.05.2025 / 09:30
Bu gün Sabunçunun bir çox ərazisi qazsız qalacaq

01.05.2025 / 09:25
Sabirabadda ölümlə nəticələnən yol qəzası olub

01.05.2025 / 09:23
"Müğənni olmaqdansa şəxsiyyətli kişinin xanımı olardım" - Mətanət Əsədova

01.05.2025 / 09:23
Beş ildən bir həkimlərin imtahan edilməsinə etirazlar çoxalır...

01.05.2025 / 09:16
“Barselona” - “İnter” görüşü: hərəyə 3 qol...

01.05.2025 / 09:12
Şimali Kiprdə XIX Beynəlxalq Simpozium keçilib

01.05.2025 / 09:06
Ərdoğan təyyarədə Ukrayna barədə danışdı - sülhlə bağlı ümidimizi itirməmişik...

01.05.2025 / 09:00
Bu gündən birinci siniflərə şagird qəbuluna başlanılır

01.05.2025 / 08:44
Mədəniyyət Nazirliyi Qubadakı tarixi abidə ilə bağlı müraciətə cavab verib

01.05.2025 / 08:36
Dərman qıtlaşır, həm də bahalaşır - Bakıda nə düşünürlər...

30.04.2025 / 21:38
Arazın o tayı, bu tayı arasında yeni iqtisadi bağlar qurulur

Dini və milli tolerantlığın Azərbaycan nümunəsinə dünyada ehtiyac artır

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678