Şənbə günü, 3 may 2025
     

Mərkəzləşdirilmiş istilik təchizatı sistemləri məcburi hala gətirilir, çoxmənzilli binalar vahid mənbədən istilik enerjisi ilə təchiz ediləcək

Image

“İstilik təchizatı haqqında” qanun layihəsi Milli Məclisə daxil olub. Trend xəbər verir ki, sənəd parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Məlumat verilib ki, layihənin qəbulunda məqsəd istilik enerjisinin istehsalından, paylanmasından (ötürülməsindən), satışından və istehlakından irəli gələn iqtisadi münasibətlərin hüquqi əsaslarını, istilik təchizatı sahəsinin tənzimlənməsində dövlət orqanlarının və tənzimləyicinin səlahiyyətlərini, istilik təchizatı subyektlərinin hüquq və vəzifələrini müəyyən etməkdən, istehlakçıların istilik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsindən barətdir.

İstilik təchizatı sahəsi “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 3 aprel 1998-ci il tarixli Qanunu ilə tənzimləndiyi üçün yeni “Elektroenergetika haqqında” qanunun qüvvəyə minməsi ilə sahənin tənzimlənməsində boşluq yaranıb və yeni qanunun qəbuluna ehtiyac yaranıb.

Bu Qanun Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq istilik enerjisinin istehsalı, paylanması (o cümlədən ötürülməsi), satışı və istehlakı ilə bağlı istilik təchizatı subyektləri, istehlakçılar və istilik təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyir, istilik təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Qanun istilik və isti su təchizatı məqsədilə istilik enerjisinin istehsalı, paylanması və satışı funksiyasını həyata keçirən istilik təchizatı subyektlərinə, istehlakçılara, dövlət orqanlarına (qurumlarına), o cümlədən tənzimləyiciyə şamil olunur. İstehlakçının (layihələndirmə zamanı fərdi istilik sistemlərinin quraşdırılması nəzərdə tutulan çoxmənzilli yaşayış binalarının mənzillərində, yaşayış evlərində, qeyri-yaşayış təyinatlı tikinti obyektlərində) istilik enerjisinə tələbatın qarşılanması üçün fərdi istilik sistemləri quraşdırması və onun istismarı ilə əlaqədar münasibətlər digər normativ hüquqi aktlarla tənzimlənir.

Yeni qanunun qəbulu ilə istilik təchizatı sektorundakı fəaliyyət növlərini (istilik enerjisinin istehsalı, istilik enerjisinin paylanması, istilik enerjisinin satışı) həyata keçirən subyektlərin formalaşması nəzərdə tutulur. İstilik təchizatı sektorunun subyektlərinin (istehsalçı, paylayıcı, satıcı) digər fəaliyyətlə (fəaliyyətlərlə) məşğul olmasına hər hansı məhdudiyyət tətbiq edilmir.

İstilik təchizatının etibarlılığı və təhlükəsizliyi, idarəetmə və tənzimləmənin effektivliyi və şəffaflığı, istilik təchizatı subyektlərinin şəbəkədən, o cümlədən təbii inhisar subyektinə məxsus şəbəkədən bərabər və ayrı-seçkiliyə yol verilmədən istifadə imkanının yaradılması, qabaqcıl texnologiyalar və mütərəqqi təcrübə əsasında dayanıqlı inkişafının təmin edilməsi qanunla müəyyən edilən istilik təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləri hesab olunur.

Qanuna əsasən, müəyyən hallar istisna olmaqla bu qanun qüvvəyə mindikdən sonra tikilən çoxmənzilli yaşayış binaları layihələrində binaya aid olan bütün mənzillərin vahid bir istilik mənbəyindən və ya bir neçə binanı əhatə edən vahid şəbəkə vasitəsilə istilik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulmalıdır. Çoxmənzilli yaşayış binaları layihələndirilərkən layihələrində hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasının nəzərdə tutulmasına yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda yol verilir. Halların mövcudluğuna hər bir bina üzrə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikinti layihələrinin ekspertizadan keçirilməsi zamanı baxılır.

Qeyd edilib ki, mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin məcburi hala gətirilməsi bu sahədə ciddi dəyişikliyə səbəb olacaq və nəticədə enerji resurslarına qənaət edilməsi, ətraf mühitə atılan emissiyaların azaldılması təmin ediləcək.

Layihə hazırlanarkən beynəlxalq təcrübə araşdırılıb və layihədə nəzərə alınıb. Layihə hazırlanarkən nümunə kimi hansısa konkret bir ölkə seçilməuib və onun qanunvericiliyindən istifadə edilməyib.

Hazırlanan layihə enerji təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitə zərər vurulmaması, enerji resurslarından səmərəli istifadə edilməsi şərtləri rəhbər tutularaq istehlakçıların etibarlı və təhlükəsiz enerji ilə təchiz edilməsi kimi nəticələrin əldə edilməsinə imkan verəcək. Bunun üçün layihədə istilik təchizatı sahəsinin tənzimlənməsində dövlət orqanlarının səlahiyyətləri, istilik təchizatı subyektlərinin hüquq və vəzifələri dəqiq müəyyən edilib.

Normativ hüquqi aktın qəbul edilməsinin ehtimal olunan nəticələri aşağıdakı kimi proqnozlaşdırılıb:

mərkəzi istilik təchizatı sistemlərindən istifadənin genişləndirilməsi;
özəl investisiyaların və davamlı iqtisadi inkişafın dəstəklənməsi;
əlverişli investisiya mühitinin yaradılması;
rəqabət mühitinin formalaşdırılması, inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması;
istehlakçıların hüquqlarının müdafiəsi;
bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması və inkişaf etdirilməsi, enerji resurslarından səmərəli istifadənin təşviq edilməsi;
istilik təchizatı subyektlərinin effektiv fəaliyyətinin, həmçinin istilik təchizatı sektorunda keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi.
Layihənin qəbul edilməsi ilə əlaqədar qüvvədə olan Nazirlər Kabinetinin 2023-cü il 5 dekabr tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları” ləğv edilməlidir.

Layihənin qəbul edilməsi ilə əlaqədar Nazirlər Kabinetinin qərarları ilə təsdiq olunması nəzərdə tutulan “İstilik enerjisindən istifadə qaydaları”, “Çoxmənzilli yaşayış binaları layihələndirilərkən layihələrində hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar”, “İstilik təchizatı obyektlərinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”, “İstilik qurğularının quraşdırılması qaydaları”, “istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”, “İstilik qurğularının texniki istismar qaydaları” hazırlanmalıdır. Bununla yanaşı, tənzimləyici tərəfindən “Monitorinq qaydaları”, “kommersiya uçotu qaydaları”, “Şəbəkədə istilik enerjisi itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydaları”, “İstilik təchizatı sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən olunması qaydaları” təsdiq edilməlidir.



VİDEO

SON XƏBƏRLƏR

02.05.2025 / 22:23
Məhkəmədə Ermənistanda yüksək vəzifələr tutmuş şəxsin qondarma rejimdə "nazir vəzifəsinə" təyin olunduğu açıqlandı - FOTO

02.05.2025 / 22:13
Rusiyanın qandonduran cinayətləri: – “Pokrovskini yer üzündən silir”

02.05.2025 / 22:10
Nyu-York yəhudi icmasının üzvləri qazaxıstanlılara Holokost zamanı göstərdikləri köməyə görə təşəkkür etdilər

02.05.2025 / 21:35
Pakistan terror aktının beynəlxalq araşdırılmasını tələb etdi - Hindistan niyə susur?...

02.05.2025 / 21:19
Berbok Azərbaycanı sevməyən nazir idi - yerinə “Ermənistana işğalçı” deyən şəxs gəlir...

02.05.2025 / 21:06
Nazirlərin müşavir ştatları getdikcə "şişir" - həm də vurulmuş məmurların hesabına...

02.05.2025 / 20:51
Avropanın marağı, Zəngəzur dəhlizinin yeni statusu - Sakit və Atlantik okeanları arasında ən qısa yol...

02.05.2025 / 20:36
ABŞ Senatı mütləq çoxluqla Trampın əleyhinə qalxdı...

02.05.2025 / 20:22
Ermənistan anlamağa başlayır - Avropa bizi Ukrayna kimi uçuruma aparır...

02.05.2025 / 20:08
Əhliman Əmiraslanovun qaldırdığı məsələ üzərində düşünməyə dəyər - belə artım yaxşı hal sayılmır...

02.05.2025 / 20:07
Davit İşxanyanın və qardaşının Qaradağlıda mülki azərbaycanlı əhalinin öldürülməsində iştirakını sübut edən sənəd tədqiq olunub

02.05.2025 / 19:55
Almaniyada Azərbaycan üçün sərfəli siyasi proses başladı...

02.05.2025 / 19:41
Hindistan tədricən Rusiyaya arxa çevirməyə başlayır... 9 May sübutu...

02.05.2025 / 19:28
Hindistan Pakistana qarşı terrorlar da daxil geniş planlar hazırlayır...

02.05.2025 / 19:14
Bakı məhkəməsi Zori Balayanın da illər öncə Qarabağdakı cinayətlərini açır...

02.05.2025 / 19:00
Rusiyanın Bakıdakı kibercasus şəbəkəsi ifşa olundu...

02.05.2025 / 18:47
CASCFEN “Ramiz Əskər - Türk Dünyasına Xidmət Ödülü”nün qaliblərini mükafatlandırdı - FOTO

02.05.2025 / 18:35
Hindistanın Pakistanın suyunu kəsməsi insanlığa və müharibə qanunlarına qarşı cinayətdir...

02.05.2025 / 18:21
ABŞ-Ukrayna sazişinin müharibəyə son qoya biləcəyinə inam çox azdır... Niyə?

02.05.2025 / 18:15
Xocalıda hərbi sursat partladı - bir nəfər xəsarət aldı...

02.05.2025 / 18:07
Azərbaycanda "pul bazası" azaldı, 21 milyard manata düşüb - bu nə deməkdir...

02.05.2025 / 17:53
Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

02.05.2025 / 17:40
Türkiyə 6 ay əvvəl Netanyahuya tətbiq etdiyi qadağanı geri çəkdi - nə dəyişib?...

02.05.2025 / 17:27
Pakistanla qarşıdurmanı dərinləşdirməyin kökündə Modinin seçki maraqları dayanır - 2019-da da belə olmuşdu...

02.05.2025 / 17:14
Buraxılışda maksimum bal yığan şagirdlərin sayı 8 dəfə artıb - 2 səbəb göstərilir...

02.05.2025 / 17:01
Deputat: "Media resurslarına qarşı həyata keçirilən hücumlar sıravi kiberhücum olmayıb"

02.05.2025 / 16:51
Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinə 550 min manat ayrıldı

02.05.2025 / 16:34
"Dövlətimiz formasından asılı olmayaraq istənilən təhdidi dəf etməyə qadirdir" - Ramid Namazov

02.05.2025 / 16:26
"Bank kartları ilə bağlı məlumatları tanımadığınız şəxslərə verməyin" - Elşad Hacıyev

02.05.2025 / 16:22
Azərbaycana kiberhücumların arxasında Rusiya ilə əlaqəli APT29 qrupunun dayandığı açıqlandı

02.05.2025 / 16:08
"Media resurslarına hücumlar əlaqələndirilmiş və siyasi motivlidir" - Ramid Namazov

02.05.2025 / 16:03
DSX Xəzərdə əməliyyat keçirdi - bir qaçaqmalçı öldürüldü... - FOTO

02.05.2025 / 15:47
ABŞ İranla nüvə sazişinin şərtlərindən birini açıqladı

02.05.2025 / 15:44
Hünər dastanlı Əsgər

02.05.2025 / 15:30
Deputatlar BMU-nun laboratoriyaları ilə tanış olublar

02.05.2025 / 15:25
Nəqliyyat infrastrukturunda davamlı həllər medianın dəstəyi ilə müzakirə olunub

02.05.2025 / 15:07
Tramp Konqresdən onun iimpiçmentinə cəhd edənləri qovmağa çağırdı

02.05.2025 / 15:06
Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutuldu

02.05.2025 / 14:59
Dövlət Departamenti: ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq

02.05.2025 / 14:57
Əl-Cəzirə: -“İsrail Qəzza blokadasını yarmağa çalışan gəmiyə zərbə endirdi”

02.05.2025 / 14:54
Əkrəm İmamoğlu 200-dən çox şəxs və qurumu ittiham etdi

02.05.2025 / 14:40
“Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”nə həsr olunan panel sessiya keçirilib

02.05.2025 / 14:23
"Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri nəticəsində öldü" - Zərərçəkmiş şəxs

02.05.2025 / 13:57
BMT-nin İnkişaf Proqramının nümayəndəliyinin Bakı ofisi bağlandı...

02.05.2025 / 13:42
"Azərbaycana qarşı informasiya məkanında təhdidlər artır" - Natiq Məmmədli

02.05.2025 / 13:25
Yasamalda oğurluq edənlər saxlandı

02.05.2025 / 13:10
Виталий Баласанян! Тебе мудрый совет: Молчи! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

02.05.2025 / 12:56
"Bir neçə saat ərzində həyata keçirilən antiterror əməliyyatlarında ordumuz peşəkarcasına döyüşüb" - Anar Eyvazov

02.05.2025 / 12:37
Sosial şəbəkələr neqativ informasiya bazarına çevrilib...

02.05.2025 / 12:35
Salyanda "avtoşluq" edən sürücü həbs edildi - FOTO

02.05.2025 / 12:17
Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda forumun açılış mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

02.05.2025 / 12:08
İsrailli köçkünlər yerli fələstinlilərə hücum etdi

02.05.2025 / 12:05
Dikiy:-“ Ukrayna təbii sərvətlərlə bağlı razılaşmaya görə böyük riskə getdi”

02.05.2025 / 12:00
Kreml 9 mayı bomba sığınacağında qeyd etməli olacaq

02.05.2025 / 12:00
Paşinyan bu iki şəxsdən birini ABŞ-a səfir göndərəcək

02.05.2025 / 11:59
“Ukrayna Rusiyanı 2014-cü il sərhədlərinə qaytara bilməyəcək”

02.05.2025 / 11:53
“Əkinçi” qəzeti milli hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlib" - Əhməd İsmayılov

02.05.2025 / 11:42
Ali Məhkəmə televiziyalarda ailə həyatına müdaxilə halları ilə bağlı qərar qəbul edəcək

02.05.2025 / 11:32
Türkiyədə qeyri-leqal miqrasiya ilə məşğul olan 21 nəfər saxlanılıb

02.05.2025 / 11:22
2030-cu ildə suya tələbat 16 faiz artacaq - Hökümətdən AÇIQLAMA

02.05.2025 / 11:15
"Neqativ xəbər axınına qarşı informasiya immuniteti gücləndirilir"- Əhməd İsmayılov

02.05.2025 / 11:07
Tramp 8 Mayı Qələbə Günü elan etdi

02.05.2025 / 11:05
Hindistan- Pakistan müharibəsi Azərbaycana toxunarmı? - CANLI

02.05.2025 / 11:00
Ermənistanın idxal-ixrac əməliyyatlarının iqtisadi təhlili layihəsinə start verildi

02.05.2025 / 10:43
"Forumun məqsədi media subyektləri ilə dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək olmaqdır" - Əhməd İsmayılov

02.05.2025 / 10:25
Bir gecədə 121 Ukrayna PUA-sı məhv edilib - Moskvadan açıqlama

02.05.2025 / 10:20
Baş nazirlikdən istefa verib prezident olmaq istəyir...

02.05.2025 / 10:12
"Zirə" bu gün "Turan Tovuz"la qarşılaşacaq

02.05.2025 / 10:07
Yasamalda qadın sürücünün vurduğu kişi xəstəxanada ölüb

02.05.2025 / 10:01
Bu gün Bakının iki rayonu qazsız qalacaq - XƏBƏRDARLIQ

02.05.2025 / 09:35
"Dünya siyasətinə etibarsızlıq qayıdır" - Donald Tuskdan AÇIQLAMA

02.05.2025 / 09:27
Azərbaycanda həkimlərin say yox, paylaşma problemi var - təyinat sistemi bərpa edilir?...

02.05.2025 / 09:22
Novxanı bağlar massivində silah-sursat tapılıb

02.05.2025 / 09:18
“Skype” gələn həftə bağlanır

02.05.2025 / 09:12
Yunanıstanı tətillər bürüyüb- qiymət artımına qarşı...

02.05.2025 / 09:07
Tramp keçmiş müşavirini BMT-yə səfir göndərir

02.05.2025 / 09:00
Avropa Liqası: "Mançester Yunayted" və "Tottenhem"dən qələbə

02.05.2025 / 08:36
"Elmlər doktoru" adı ləğv olunur - ciddi arqumentlər var...

01.05.2025 / 23:12
Bakının bu ərazilərində ev və obyektlər söküləcək - sakinlərə müraciət edildi...

01.05.2025 / 22:46
Ermənistan SQ-nin Qaradağlı kəndini işğal etməsi, azərbaycanlıları vəhşicəsinə qətlə yetirməsi, işgəncə verməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub - FOTO

01.05.2025 / 22:21
Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində olublar - FOTO

Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678