Qubada ata yol qəzası törətdi, oğlu vəfat etdi

Qubada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Belə ki, rayon sakini Ədilov Bayaz Sabir oğlu Susay kəndi ərazisində idarə etdiyi “VAZ-21010” markalı avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişinlərdən Ədilov Nahid Bayaz oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, Məmmədov Qadir Əmrağa oğlu, Daşdəmirov Rəvan Bəybala oğlu və Ədilov Rafiq Bəhruz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Mətləb