Hövsanda evdə partlayış olub

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində evdə partlayış olub. Hadisə Bağlar massivində evdə baş verib. Nəticədə evdə olan Elvin Məmmədov ölüb, Nihad Əşrəfov isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, partlayış baş verən ev spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərib. Bildirilib ki, ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 4 otaqlı evin (spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərən) yanar konstruksiyaları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Faktla bağlı araşdırma aparılır.
Mətləb