Mədə xərçənginə səbəb olan “Helicobacteri pilori” və onun təbii müalicəsi

Günümüzdə insanların qorxulu yuxusuna çevrilən Helicobakteri pilori mikrobu müalicəyə çətin tabe olmaqla yanaşı,müalicəsi yorucu zəhmət və bahalı maddi vəsait tələb edir. Adı çəkilən mikrob orqanizmə düşdükdə insanlarda mədə qastritindən tutmuş mədə xorasına, hətta mədə xərçənginin yaranmasına belə səbəb olur. Bu mikrobun orqanizmə düşməsi nəticəsində qarın nayihəsində köp, şişkinlik,mədə yanması, mədə bulantısı, xoşagəlməz ağrılar əmələ gəlir. Biz bu günkü yazımızda orqanizmə düşmüş bu mikrobun təbii vasitələrlə müalicəsi üçün sizi sirrli hind reseptiylə tanış etmək istəyirik. Bu qarışım sizin mədənizi helicobakteridən qoruyacaq. Belə ki,bu qarışım adı çəkilən mikrobu öldürür, mədədə və qara ciyərdəki iltihabı,mədədəki köpü və yanma hissini aradan qaldırır, qanda şəkəri təzimləyir, göbələk ifeksiyasını məhv edir, bədəndə pis xolesterinin və triqlerisidin səviyyəsini endirir və bədəndəki turşululq balansını tənzimləyir, həmçinin karies əmələ gətirən bakteriyaların əmələ gəlməsini əngəlləyir.
Qarışımı hazırlamaq üçün qazana 0,5 litr su tökülür, təxminən 2 sm uzunluğunda yaş zəncəfil götürülür,qabığı səliqəylə qaşınır,təmizlənir,kiçik dilimlərlə doğranıb qazandakı suya tökülür.
Sonra 3 ədəd hilİ{kardomon} götürülür,sarımsaq əzəndə sıxılır –xırdalanır və qazana əlavə edilir.
Daha sonra isə bir xörək qaşığı kətan toxumu,yəni zəyərək toxumu əlavə edilir.
Qazanın ağzı kip bağlanır,odun üstünə qoyulur.Qazandakı qarışımı qaynama dərəcəsinə çatdırıldıqdan sonra, 5 dəqiqə müddətində bişirilir.Sonra qazan odun üzərindən götürülür 40 dəqiqə soyuması üçün gözlədilir.Bundan sonra qazandakı qarışım stəkana süzülür.1 stəkan məhlula bir çay qaşığı təbii bal əlavə olunması məsləhət görülür.
Istifadə qaydası: – Gündə 2 dəfə,hər dəfə 1 stəkan yeməkdən 40 dəqiqə əvvəl içilir.Müalicə-kursu 14 gündür
Bu qarışım antibakterial,ağrıkəsici olmaqla yanaşı,mədənin zədələnmiş selikli qişasının bərpa edir, qan təzyiqini normallaşdırır və ateresklerozun əmələ gəməsini əngəlləyir.
Bəs artıq helikobakteri pilori mikrobuna yoluxmuş insanlara hansı qidaların qəbulu məsləhət görülmür:
1.Şəkər və şəkərli qidalar, hansı ki, bu qidalar orqanizmdə helicobakterinin inkişafını daha da sürətləndirir,
2.Duzdan normadan artıq istifadə edilməsi, bu mikrobun mədənin selikli qişasının zədələnməsinə gətirib çıxarır ki, nəticədə mədə xorası, hətta xərçəngin əmələ gəlməsinə səbəb olur.
3.Tədqiqatlar göstərir ki, acqarına kofenin qəbulu mədə divarını zədələyir və nəticədə mikrobun mədədə çoxalması baş verir,
4. Alkoqollu içkilərin qəbulu mədə xorasına səbəb olur,
5.İstənilən məhsul hansı ki,tərkibi qlütenlə zəngindir,məsələn ağ çörək və ağ undan hazırlanmış məhsullar. Yaddan çıxarmayaq ki, helicobakteri mikrobu bu məhsulları çox sevir və məhz bu məhsulların sayəsində sizin mədənizdə artıb-çoxalır. Eyni zamanda bu məhsulların qəbulu xeyirli vitaminlərin bədənə sorulmasını da əngəlləyir. Bir sözlə marketlərdən məhsul almazdan öncə onların tərkibini diqqətlə öyrənin.
Sağlam olun, sağlamlığıvızı qoruyun.Və qida seçərkən onun dadından çox faydasını düşünün
Surxay Əliyev