D vitamini xərçəngin qarşısını alır və müalicəsinə müsbət təsir göstərir

Məlum olduğu kimi,D vitamini sümükləri, əzələ gücünü və immuniteti gücləndirən vitamin kimi tanınır.Lakin son araşdırmalar göstərir ki,D vitaminin xərçəngin qarşısının alınması da daxil olmaqla bir sıra digər faydaları da var. Nutrients jurnalında dərc edilən yeni bir araşdırma göstərir ki, bu vitamin kolorektal xərçəngin qarşısının alınması və müalicəsində faydalıdır. Macarıstanlı tədqiqatçılar 1,3 milyondan çox insanı əhatə edən 50 əvvəlki tədqiqatın meta-analizini apararaq, D vitamininin xərçəng riskinə, immunitetə və iltihaba potensial təsirlərini araşdırıblar. Alimlər müəyyən ediblər ki, D vitamini iltihabı azaldır, xərçəng hüceyrələrinin məhv olmasına kömək edir, bəd xassəli şişin böyüməsinin qarşısını alır və immun sistemini gücləndirir. Tədqiqatın nəticələrinə görə, xərçəngin qarşısının alınması ilə yanaşı, D vitamini inkişaf etmiş kolorektal xərçəngi olan xəstələrdə sağ qalma nisbətini də xeyli artırır.
Surxay Əliyev