"WelnessPulse": “İspanaq, lobya və kakao sümükləri və immunitet sistemini gücləndirir”

Yaşıl yarpaqlı tərəvəzlər, düyü, lobya, kakao, qoz-fındıq və tünd şokolad sümükləri və immunitet sistemini gücləndirən bir mineral olan maqneziumun optimal səviyyəsini saxlamağa kömək edir. Bu barədə WelnessPulse-a Tennessi Universitetinin Sağlamlıq Elmləri Mərkəzinin əməkdaşı, Marsi Pilat məlumat verib. Mütəxəssis xatırladıb ki, maqnezium sinir hüceyrələrinin fəaliyyətinə kömək edir, normal sümük sıxlığını qoruyur və orqanizmin immun müdafiə ehtiyatını artırır. 30 yaşdan kiçik kişilər və qadınlar bu mineraldan gündəlik olaraq müvafiq olaraq 400 və 310 mq istehlak etməlidirlər. Yaşlı insanlar üçün norma 420 və 320 mq-a qədər artır. Əczaçıya görə, pəhriz əlavələri orqanizmdə maqneziumun optimal səviyyəsini saxlamağa kömək edir. Asan həzm olunan maqnezium glisinat indi məşhurdur. Ancaq pəhrizinizi tənzimləyərək təbii olaraq bu maddənin istehlakını artırmaq mümkündür. Mütəxəssis qeyd edib ki, balqabaq tumları tərkibində maqnezium baxımından “liderl”dir. Bir ovucda (28 q) 168 mq bu mineral var. Maqneziumla zəngin olan digər qidalara ispanaq (180 q bişmiş 157 mq), ağ lobya (175 q stəkan üçün 110 mq), lobya (172 q bişmiş 77 mq) və qəhvəyi düyü (195 qr üçün 110 mq maqnezium) daxildir. Braziliya qozu və badamında 28 q porsiyada müvafiq olaraq 105 və 77 mq maqnezium var. Bu faydalı mineral həmçinin kakao tozunda (27 mq yemək qaşığı) və məşhur müalicəvi tünd şokoladda (28 qramda 65 mq) mövcuddur.
Surxay Əiyev