Cümə axşamı günü, 1 may 2025
     

İşğaldan azad edilmiş bölgələrdə qoyunçuluqda aşkar tənəzzül başlayıb...

Image

Akif Nəsirli: “Orada çox az sayda fermerlərimiz fəaliyyət göstərir və hamını ora buraxmırlar”

Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında Azərbaycanda mal-qaranın sayında azalma qeydə alınıb.

Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 3 ayında iribuynuzlu mal-qaranın sayı 2,2%, inək və çamışların sayı 1,5%, qoyun və keçilərin sayı isə 4% azalıb. Məlumat üçün bildirək ki, aprel ayının əvvəlinə olan məlumata görə, ölkədə 2 milyon 456 min 561 baş iribuynuzlu mal-qara olub və onların 1 milyon 220 min 48 başını inək və çamışlar təşkil edib. Qoyun və keçilərin sayı isə 6 milyon 919 min 967 baş olub.

Burada təəccüb doğuran məqam odur ki, işğaldan azad olunan rayonlarda da mal-qaranın sayında azalma qeydə alınıb. İşğaldan azad edilən rayonlar çox geniş və verimli örüş sahələrinə malikdir. Üstəlik, digər rayonlarla müqayisədə, azad edilən rayonlarda mal-qaranın bəslənməsinə çəkilən xərclər aşağıdır. Bir sıra fermerlər bu rayonlarda yeni-yeni təsərrüfatlar yaradırlar. Bütün bunların fonunda işğaldan azad olunan rayonlarda mal-qaranın sayı niyə azalır?

“Üstəlik, otlaq sahələrinin böyük hissəsi aqroparklara himayəyə verilib və orada da bir sıra bitkilər becərilir”

Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Əvvəla, işğaldan azad edilmiş ərazilərdə o qədər də çox mal-qara saxlayan fermerlərimiz mövcud deyil. Sözügedən ərazilərdə hələ ki, çox az sayda fermerlərimiz fəaliyyət göstərir və hamını ora buraxmırlar. Məsələn, mən adamlar tanıyıram ki, müəyyən müddət azad edilmiş ərazilərdə heyvanlarını bəslədilər. Ancaq problem ondadır ki, növbəti ildə həmin heyvanları o ərazilərə buraxmadılar. Yəni həmin ərazilərin böyük əksəriyyətində daimi heyvan bəsləmək bir qədər çətindir. Əsasən Laçın-Kəlbəcər yaylaqları yay aylarında heyvandarlıq üçün münasib olur. Qış aylarında orada kütləvi heyvan saxlamaq çətindir. Çünki hava şəraiti sərt soyuq olur və bu səbəbdən çoxlu yemə, isti tövlələrə ehtiyac olur. Ona görə də həmin ərazilərin hələ tam şəkildə heyvandarlıq üçün münasib məkana çevrilməsi prosesi baş verməyib. Təkcə həmin ərazilərdən yayda yaylaq kimi istifadə etmək yetərli deyil. O ki qaldı Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli rayonlarına, bu rayonlarda geniş otlaq sahələri var. Bu rayonlara da hamını buraxmırlar. Üstəlik, otlaq sahələrinin böyük hissəsi aqroparklara himayəyə verilib və orada da bir sıra bitkilər becərilir. Ölkənin digər rayonlarında isə heyvanların sayının azalması, əsasən otlaq sahələrinin məhdud olması ilə əlaqədardır. 2000-ci ildə bələdiyyələr formalaşandan sonra başladılar o ərazilərdəki otlaq sahələrini satmağa, özəlləşdirməyə və s. Bunun ardınca 2015-ci ildən sonra pambıq strateji məhsul elan edildi və otlaq sahələrinin bir hissəsi pambıq altına verildi. 2018-ci ildən sonra aqroparklar yaradıldı və otlaqların qalan hissəsini də aqroparklar zəbt etdi. Bu səbəbdən ölkə ərazisində fərdi qaydada çoxlu sayda heyvan bəsləmək mümkün deyil. Ona görə də həm ildən-ilə heyvanların sayı azalır, həm də onların bəslənməsi çoxlu xərc tələb edir. Bu da ətin maya dəyərinə öz təsirini göstərir. Bir var bir çoban geniş otlaq ərazisində 2000 baş qoyun saxlayır, bir də var bir fermer qapalı şəraitdə 150-200 baş qoyun saxlayır. Bax bu dərəcədə arada böyük fərq var. Ona görə də sadaladığım problemlər həllini tapmasa, heyvanların sayı azalmaqda davam edəcək”.

Vidadi ORDAHALLI



VİDEO

SON XƏBƏRLƏR

01.05.2025 / 15:19
Naxçıvanda rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifəsinin müvəqqəti icrası ona həvalə olundu

01.05.2025 / 15:13
“Qan-qan deyən” Hindistanla Pakistan arasındakı müharibə kimə sərf edir?”

01.05.2025 / 15:11
Konqres Trampın Ukraynayla sazişini “qəsbkarlıq” adlandırdı

01.05.2025 / 15:06
Polis Qaradağda əməliyyat keçirdi - saxlanan var...

01.05.2025 / 14:50
Koordinasiya Şurasının növbəti iclası keçirildi

01.05.2025 / 14:35
Məhkəmədə Davit İşxanyanın Şuşanın işğalına dəstəyini əks etdirən video nümayiş olunub

01.05.2025 / 14:23
"Meyit qalıqlarının çoxu qadınlara aiddir, üzərində zorakılıq əlamətləri var" - Eldar Səmədov

01.05.2025 / 14:09
Məhkəmədə Arkadi Qukasyanın Şuşanın işğalından dərhal sonra orada olmasını əks etdirən videomateriallar nümayiş etdirilib

01.05.2025 / 13:52
Xocalıda kütləvi məzarlıq aşkarlandı - FOTO

01.05.2025 / 13:38
Prezident İlham Əliyev Qusarda yolun təmirinə 1,5 milyon manat ayırdı

01.05.2025 / 13:22
Bir gündə vətəndaşların bank kartlarından 30 min manat apardılar - DİN növbəti dəfə xəbərdarlıq etdi

01.05.2025 / 13:10
Что такое родина для армян? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

01.05.2025 / 12:54
Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verdi

01.05.2025 / 12:26
Tramp Ukraynanı yenidən silahlandırmağa başladı

01.05.2025 / 12:07
Şəkidə mal-qara oğruları yaxalanıb

01.05.2025 / 12:00
Yunanıstan yanğınlarla bağlı İsrailə təyyarə göndərməkdən imtina etdi

01.05.2025 / 11:25
Dünyanın ən yaşlı insanı olan 116 yaşlı rahibə vəfat edib

01.05.2025 / 11:22
Politico: - “Nəhayət ki,Trampı Putinin onu axmaq yerinə qoymasına inandırdılar”

01.05.2025 / 11:15
Netanyahu və Ərdoğan Azərbaycana gəlirlər - saatlar Bakı vaxtı ilə qurulur...

01.05.2025 / 11:07
Yasamal sakini dəm qazından zəhərlənərək ölüb

01.05.2025 / 11:05
Putin məhz buna görə sülhdən qorxur - CANLI

01.05.2025 / 11:00
Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək

01.05.2025 / 10:48
17 yaşı var, "Barselona"da rekord qırır...

01.05.2025 / 10:33
ABŞ və Ukrayna arasında “təbii sərvətlər haqqında” saziş imzalandı

01.05.2025 / 10:24
Rusiya “Şahidlər”lə Odessaya hücum etdi: ölənlər və yaralananlar var.

01.05.2025 / 10:20
Tramp Kamala Harrisin ərini işdən qovub - Ağ Evdən ETİRAF

01.05.2025 / 10:14
Şahzadə Dianaya görə Silvestr Stallone və Riçard Qir qırğına çıxdılar

01.05.2025 / 10:07
Salyanda narkotik tərkibli bitkilər yetişdirən 4 nəfər saxlanılıb

01.05.2025 / 10:00
Milli Məclis bu gün Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimata baxacaq

01.05.2025 / 09:40
Ukrayna ABŞ-la bağlanacaq sazişin şərtlərini açıqlayıb - Baş nazir bir-bir sadaladı...

01.05.2025 / 09:38
QHT yeni layihəyə start verir

01.05.2025 / 09:30
Bu gün Sabunçunun bir çox ərazisi qazsız qalacaq

01.05.2025 / 09:25
Sabirabadda ölümlə nəticələnən yol qəzası olub

01.05.2025 / 09:23
"Müğənni olmaqdansa şəxsiyyətli kişinin xanım olardım" - Mətanət Əsədova

01.05.2025 / 09:23
Beş ildən bir həkimlərin imtahan edilməsinə etirazlar çoxalır...

01.05.2025 / 09:16
“Barselona” - “İnter” görüşü: hərəyə 3 qol...

01.05.2025 / 09:12
Şimali Kiprdə XIX Beynəlxalq Simpozium keçilib

01.05.2025 / 09:06
Ərdoğan təyyarədə Ukrayna barədə danışdı - sülhlə bağlı ümidimizi itirməmişik...

01.05.2025 / 09:00
Bu gündən birinci siniflərə şagird qəbuluna başlanılır

01.05.2025 / 08:44
Mədəniyyət Nazirliyi Qubadakı tarixi abidə ilə bağlı müraciətə cavab verib

01.05.2025 / 08:36
Dərman qıtlaşır, həm də bahalaşır - Bakıda nə düşünürlər...

30.04.2025 / 21:38
Arazın o tayı, bu tayı arasında yeni iqtisadi bağlar qurulur

30.04.2025 / 21:25
Ermənistan-Rusiya-Belarus vahid neft bazarı - 2027-ci ildə nə baş verəcək...

30.04.2025 / 21:11
Dünya QHT-ləri ikili standartlarla mübarizə üzrə Bakıda razılığa gəldilər...

30.04.2025 / 20:57
Əfqanıstanın təhlükəsizlik məsələləri Azərbaycanda müzakirə olunur...

30.04.2025 / 20:44
İrəvan Bakının daha bir tələbini yerinə yetirir - hazırlıq gedir...

30.04.2025 / 20:31
İran, ABŞ, İsrail də Azərbaycanı seçir - Pezeşkianın səfərindən sonra İrəvanda matəmdir...

30.04.2025 / 20:17
Bir ermənipərəst Avropa deputatı Kaya Kallası Azərbaycana qarşı yönəltdi...

30.04.2025 / 20:02
Moskvadan İrəvana yeni təlimat gəlib - Köçəryanla Sarkisyanı heç cür barışdırmaq olmur...

30.04.2025 / 19:48
"Ulduz" metrosunun qabağında camaat 36 saylı marşrutu həsrətlə gözləyir...

30.04.2025 / 19:46
Siyasi dialoq: qazanan kimdir? - TƏHLİL

30.04.2025 / 19:43
Hindistanın baş naziri 9 may paradında iştirakdan imtina etdi

30.04.2025 / 19:42
ABŞ senatoru növbəti Papa kimi Trampı görmək istəyir

30.04.2025 / 19:30
Ermənistan prezidenti gürcü həmkarına Azərbaycanla bağlı yanlış məlumat verdi...

30.04.2025 / 19:16
Müqəddəs “Qurani-Kərim”in qədim əlyazmaları

30.04.2025 / 19:04
Qlobal Cənub QHT-nin ədalətli dünya uğrunda mübarizəsi Bakıda müzakirə olundu...

30.04.2025 / 18:49
6 raund Putin-Tramp müzakirələri tam iflasa uğradı...

30.04.2025 / 18:35
Müəllimlərə 1 il, həkimlərə cəmi 6 ay... Niyə?

30.04.2025 / 18:21
Diaspor təşkilatlarımız və azad rayonlarımızın bərpasında iştirak problemləri...

30.04.2025 / 18:14
Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclası keçirildi

30.04.2025 / 18:07
Tbilisidə oxuyan tələbələrimizlə bundan sonra müşavir məşğul olacaq...

30.04.2025 / 17:53
Bu xidmətin haqqını bahalaşdırdılar - peşənin "blatı" qalxacaq...

30.04.2025 / 17:44
Azərbaycanda ötən əsrlərdə ilkin xalça və xalça məmulatı necə hazırlanırdı... - FOTO

30.04.2025 / 17:40
Bir satqın türk alimi ermənilərə saxta genosidi dünyada tanıtmaq yollarını öyrədir...

30.04.2025 / 17:37
İrəvanın ortasında ermənini belə döydülər - VİDEO

30.04.2025 / 17:31
İki nüvə dövləti arasında müharibə başlayır… Hindistan yaxın 24 saat ərzində Pakistana hücum edəcək...

30.04.2025 / 17:26
Paşa Yaqubun yeni kitabçası çap olunub

30.04.2025 / 17:22
Naxçıvanın su təchizatına Prezident şəxsən müdaxilə etdi... Lakin...

30.04.2025 / 17:17
Yunus Oğuzun “TÜRK” etnonimi və törələri” adlı yeni kitabı başa çatıb

30.04.2025 / 17:06
Samarada Stalinin əfsanəvi gizli bunkeri tapıldı...

30.04.2025 / 16:53
Qazaxıstan 9 may paradından və “Müqəddəs Georgi” lentindən niyə imtina etdi?

30.04.2025 / 16:46
Suriyada Hafiz Əsədin məzarı açıldı, sümükləri oğurlandı...

30.04.2025 / 16:27
85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30.04.2025 / 16:10
Ceyhun Bayramov Küveytin xarici işlər naziri ilə görüşdü

30.04.2025 / 16:03
Avtomobildə narkotik vasitə daşıyan şəxslər tutuldu

30.04.2025 / 15:46
Pakistandan Hindistana nüvə təhdidi - Onlar üçün 130 nüvə başlığı ayırmışıq...

30.04.2025 / 15:34
Narkomaniyanın yaratdığı fəsadlar

30.04.2025 / 15:26
BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30.04.2025 / 15:19
Bakıda özünü avtomobil yoluna ataraq sürücüləri qorxudub pul qoparan şəxslər peyda olub - DİN xəbərdarlıq etdi

30.04.2025 / 14:49
Gələn ilin sonunadək azad olunmuş ərazilərdə 44 kənd salınacaq...

30.04.2025 / 14:16
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını etdi - FOTO

Diaspor təşkilatlarımız və azad rayonlarımızın bərpasında iştirak problemləri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678