Çərşənbə axşamı günü, 6 may 2025
     

Bu il kütləvi sayda abituriyent attestatsız qala bilər...

Image

Kamran Əsədov: “Məzunun attestatsız qalması qanuna uyğun deyil və DİM tərəfindən də belə bir praktika tətbiq olunmur”

Orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri açıqlandıqdan sonra zəif qiymət almış abituriyentlər attestat ala bilməmələrindən dolayı narahatlıq keçirirlər. Son günlərdə bu məsələ yenidən gündəmə gəlib.

Bəzi valideynlər sosial şəbəkədə paylaşım edərək məlum məsələ ilə bağlı narazılıqlarını ifadə edir. Maraqlıdır, buraxılış imtahanında zəif nəticə göstərənlərə attestat veriləcək?

“Attestat almaq üçün şagirdin yalnız buraxılış imtahanından yüksək nəticə əldə etməsi yox, ümumilikdə 11 illik təhsil prosesini tamamlamaq və məktəb daxilindəki qiymətləndirmə göstəricilərinə malik olması tələb olunur”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son illərdə Azərbaycanda ümumi təhsil sistemində tətbiq edilən buraxılış imtahanlarının mahiyyəti dəyişərək sadəcə formal yoxlama funksiyasından çıxıb, həm attestatla bağlı hüquqi mexanizmə, həm də ali təhsilə keçid üçün ilkin mərhələyə çevrilib: “Dövlət İmtahan Mərkəzinin keçirdiyi 11 illik buraxılış imtahanı nəticələri açıqlandıqdan sonra zəif nəticə göstərən abituriyentlərin və onların valideynlərinin narahatlığı artır. Bəzi hallarda isə sosial şəbəkələrdə yayılan iddialar vəziyyətin daha da yanlış anlaşılmasına səbəb olur. Ən çox səslənən narahatlıq isə budur: zəif nəticə göstərənlərə attestat verilməyəcəkmi? Bu məsələni düzgün anlamaq üçün ilk növbədə hüquqi və normativ əsasları təhlil etmək vacibdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində qeyd olunur ki, ümumi təhsil səviyyəsini başa vuran şəxslərə həmin səviyyə üzrə təhsili bitirdiklərinə dair attestat verilir, lakin bunun üçün əsas meyar tədris proqramının mənimsənilməsi və illik qiymətləndirmənin aparılmasıdır. Yəni attestat almaq üçün şagirdin yalnız buraxılış imtahanından yüksək nəticə əldə etməsi yox, ümumilikdə 11 illik təhsil prosesini tamamlamaq və məktəb daxilindəki qiymətləndirmə göstəricilərinə malik olması tələb olunur. Dövlət İmtahan Mərkəzi də öz normativ sənədlərində birbaşa olaraq qeyd edir ki, attestat imtahanda əldə olunan baldan asılı olmayaraq təqdim olunur, yalnız imtahanda iştirak etməyən və ya imtahan zamanı qayda pozuntusuna görə nəticəsi etibarsız sayılan şəxslər istisnadır. 2024-cü il üzrə buraxılış imtahanlarında iştirak edənlərin təxminən 7 faizi 100 baldan aşağı nəticə göstərib. Bu, təxminən 10 min şagirddən ibarət böyük bir qrupu əhatə edir və onların attestatsız qalacağına dair narahatlıq anlayışla qarşılanır. Lakin bu göstərici ilə yanaşı, həmin şagirdlərin böyük əksəriyyəti məktəbdə illik qiymətləndirmədən keçib və 11-ci sinfi bitirib. Bu baxımdan onların attestatsız qalması qanuna uyğun deyil və DİM tərəfindən də belə bir praktika tətbiq olunmur. Müsbət tərəf odur ki, Azərbaycan təhsil sistemi, hələ ki, buraxılış imtahanını attestat almaq üçün keçilməli baryer səviyyəsinə qaldırmayıb. Bu, sosial ədalət baxımından vacibdir. Çünki hər bir şagirdin psixoloji durumu, ailə mühiti, təhsil aldığı məktəbin keyfiyyəti və region fərqləri imtahan nəticələrinə təsir edir. Əgər yalnız imtahan nəticəsi ilə attestat verilməsi şərtlənsəydi, bu, minlərlə şagirdin təhsili tamamlaya bilməməsi və sosial təbəqələşmənin dərinləşməsi ilə nəticələnə bilərdi. Məhz bu səbəbdən beynəlxalq təcrübədə, xüsusilə Finlandiya, Kanada, Almaniya kimi ölkələrdə attestat verilməsi məktəbdaxili qiymətləndirməyə əsaslanır və yekun imtahan yalnız əlavə göstərici kimi nəzərə alınır. Məsələn, Almaniyada “Abitur” nəticələri şagirdin universitetə qəbulunda rol oynasa da, attestat məktəb səviyyəsində verilən orta nəticələrə əsasən təqdim olunur. Birləşmiş Krallıqda isə GCSE imtahanları nəticə əsasında aparılsa da, şagirdlərin sertifikat alma hüququ konkret fənn üzrə minimum keçid balını toplamaqla təmin edilir, sistem şagirdin tam hüquqlu təhsilinə xələl gətirmir. Hazırkı təcrübədə mənfi tərəf isə odur ki, buraxılış imtahanlarının nəticələri yalnız ali məktəbə keçid yox, eyni zamanda işə qəbul, xaricdə təhsil və digər sosial göstəricilər üçün də istifadə olunur. Bu isə zəif nəticə göstərənlərin cəmiyyətin müxtəlif imkanlarından yararlanma şansını azaldır və sosial-siyasi təsirlər yaradır. Digər tərəfdən, zəif nəticə göstərən şagirdlərdə özünə inamsızlıq, depressiya və təhsildən uzaqlaşma meylləri yarana bilər. Bu, təhsil sisteminin əsas funksiyası olan maarifləndirmə və inteqrasiya prinsiplərinə ziddir. Ona görə də imtahan nəticəsi zəif olanlara psixoloji və akademik dəstək sistemlərinin qurulması mühüm zərurət olaraq qalır. Gələcəkdə bu sistemdə bəzi dəyişikliklərə ehtiyac var. Attestatın yalnız imtahana deyil, məktəbdaxili fəaliyyətə əsaslanması sistemi daha ədalətli edə bilər. İmtahanda minimum keçid balı tələbi qoyulacağı təqdirdə, həmin balın ədalətli müəyyən edilməsi, imtahana hazırlıq imkanlarının regionlar üzrə bərabər paylanması və zəif nəticə göstərənlərə ikinci şansın verilməsi kimi tənzimləmələr zəruridir. Həmçinin, attestatın yalnız bir imtahan nəticəsinə bağlanması pedaqoji yanaşmaya da ziddir, çünki təhsil bir günlük fəaliyyət deyil, 11 illik davamlı öyrənmə prosesidir. Nəticə olaraq, zəif nəticə göstərən şagirdlərə attestat verilməməsi ilə bağlı narahatlıqlar əsaslı deyil və bu yanaşma hazırda hüquqi və normativ baza ilə tənzimlənmir. Amma gələcəkdə imtahanların rolu daha da artacağı təqdirdə bu məsələ daha ciddi şəkildə müzakirəyə çıxarılmalı, qanunvericilik və idarəetmə baxımından adekvat mexanizmlər hazırlanmalıdır. Təhsil siyasəti isə həmişə insan yönümlü və fürsət bərabərliyini təmin edən istiqamətdə qurulmalıdır”.

Günel CƏLİLOVA



VİDEO

SON XƏBƏRLƏR

06.05.2025 / 21:28
"Böyük Vətən Müharibəsi"nin dövrü bitdi, 2-ci Dünya Müharibəsi başladı...

06.05.2025 / 21:14
Hindistan Bahlihar bəndini kəsdi - Pakistan susuz qaldı...

06.05.2025 / 21:02
Özgür Özələ hücum edən Tengioğlunun polisə verdiyi ifadənin təfərrüatları...

06.05.2025 / 20:59
Paşinyan iqtidarı ilk dəfə Rusiyaya qarşı “casus ittihamı” irəli sürdü...

06.05.2025 / 20:45
8 OPEK+ ölkəsi təhlükəli neft qərarı verə bilər - Azərbaycana da dəxli var...

06.05.2025 / 20:32
Trampın 100 faizlik yeni rüsum qərarı Azərbaycana da təsirli ola bilər...

06.05.2025 / 20:30
Fridrix Merç ikinci cəhddə Almaniya kansleri seçildi

06.05.2025 / 20:29
ABŞ prezidenti Tramp Erməni QHT və mediasın pulunu kəsdi

06.05.2025 / 20:28
Çin 87 milyard avroluq əsrin layihəsini tikir

06.05.2025 / 20:26
Ramzan Kadırov sağalmaz xəstəliyə tutulub – istefa üçün müraciət etdi

06.05.2025 / 20:18
Azərbaycan-BMT münasibətləri yeni formatda qurulur...

06.05.2025 / 20:11
Hikmət Hacıyev Medianın İnkişafı Agentliyində media subyektlərinin rəhbərləri ilə görüşdü - FOTO

06.05.2025 / 20:05
Azər Badamovun deport olunmasının ən ilginc məqamı - deputat Heydər Əliyevin anımına gedirdi...

06.05.2025 / 19:52
Doğuş üstündə ölümlər 70 faiz artıb...

06.05.2025 / 19:50
Azərbaycanın yəhudi əsilli qəhrəman oğlu - Aqarunov Albert Aqarunoviç

06.05.2025 / 19:44
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verdi - FOTO

06.05.2025 / 19:37
"Köçəryan Moskvanın, Simonyan isə Bakı və Ankaranın casusudur…"

06.05.2025 / 19:25
Boşanmalarla bağlı təhlükəli tendensiya hələ də davam edir

06.05.2025 / 19:17
MEDİA Agentliyində Özbəkistan nümayəndələri ilə görüş keçirildi - FOTO

06.05.2025 / 18:57
"Azərbaycanla Vyetnam əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir" - Prezident

06.05.2025 / 18:57
Rusiya qələbənin 80 illiyindən çox uca danışır, İrəvanda faşist heykəllərinə isə susur...

06.05.2025 / 18:50
Prezident İlham Əliyev: "Azərbaycanla Vyetnam arasında mədəni əlaqələr müxtəlif təşəbbüslər vasitəsilə inkişaf etməkdədir"

06.05.2025 / 18:47
"Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir" - Prezident

06.05.2025 / 18:43
Müştərilər "Unibank"dan niyə bu qədər şikayətçi düşür?...

06.05.2025 / 18:42
Prezident İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibə verib

06.05.2025 / 18:30
Hindistan-Pakistan müharibəsində Rusiya pərdəarxası rol oynayır...

06.05.2025 / 18:16
Tramp indi də Ərdoğanla Netanyahunu barışdırmağa cəhd edəcək...

06.05.2025 / 18:02
Putin Kreml hakimiyyətinə daha nəzarət edə bilmir - Badamov olayı ifşa edir...

06.05.2025 / 17:48
Heqset Trampla razılaşmadan Ukraynaya silah tədarükünü dayandırmışdı

06.05.2025 / 17:47
Avropa Şurasının rəhbəri ABŞ-ın tarif siyasətini “iqtisadi faciə” adlandırdı

06.05.2025 / 17:44
Özgür Özəldən şok açıqlama: Əmr verildi, “İmamoğlu öldürüləcək”

06.05.2025 / 17:39
Liseylə məktəb-liseyin nə fərqi var? - Bakı məktəblərinin cazibəli adları...

06.05.2025 / 17:26
İran əvvəllər Ermənistanın üstündə qurduğu Cənub-Qərb marşrutunu dəyişdirdi...

06.05.2025 / 17:15
11 minə yaxın şagird buraxılış imtahanından şikayətçi düşdü ...

06.05.2025 / 17:10
"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

06.05.2025 / 17:03
Milli Xalça Muzeyində “Rabat xalça sənəti” immersiv sərgisi açılıb - FOTO

06.05.2025 / 16:55
"80 metr məsafədə mərmi düşməsi nəticəsində sağ diz nahiyəmdən xəsarətlər aldım" - Vardanyanın məhkəməsində zərərçəkmiş ekskavator sürücüsü

06.05.2025 / 16:50
Elçin Əmirbəyov çilili XİN rəhbəri ilə Orta Dəhlizin potensialını müzakirə edib

06.05.2025 / 16:15
Prezident İlham Əliyev bir sıra məhkəmələrə sədrlər təyin etdi

06.05.2025 / 16:07
Pakistanla imzalanmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqləndi

06.05.2025 / 16:04
Prezident İlham Əliyev Pakistanla gömrük sahəsində imzalanmış Anlaşma Memorandumunu təsdiqlədi

06.05.2025 / 15:54
Xaçmazda oğurluq edən şəxslər yaxalandı

06.05.2025 / 15:50
Xalqın baş tacı şəhid Rusif

06.05.2025 / 15:44
Vergi ödəyiciləri üçün “Kontragentləri araşdır” elektron xidməti istifadəyə verilib

06.05.2025 / 15:40
Belarusun Baş naziri Ağdam Sənaye Parkında və Sarıcalı kəndində olub...

06.05.2025 / 15:25
Tramp Putinin üçgünlük atəşkəs qərarını "çox böyük addım" adlandırdı...

06.05.2025 / 15:07
"Ermənistan Silahlı Qüvvələrinin qalıqları tərəfindən atılan snayper gülləsinin dəyməsi nəticəsində xəsarət aldım" - Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs

06.05.2025 / 14:34
Ukrayna Moskvanı pilotsuz “təyyarə yağışına” tutdu

06.05.2025 / 14:32
Hindistan - Pakistan münaqişəsi: Gərginliyi azaltmaq üçün İran, BMT, Aİ hərəkətə keçdi

06.05.2025 / 14:31
Türkiyə əks-kəşfiyyatı Hizbullaha qarşı “peycer hücumunun” qarşısını aldı

06.05.2025 / 14:29
“Mossad"ın problemi: “İsrailin Husilərlə bağlı heç bir məlumatı yoxdur”

06.05.2025 / 14:15
Narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

06.05.2025 / 14:04
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır

06.05.2025 / 13:47
Kazım Hüseynəliyev Naxçıvanın iqtisadiyyat naziri təyin edildi

06.05.2025 / 13:36
Polis əməliyyat keçirdi, külli miqdarda narkotik dövriyyədən çıxarıldı

06.05.2025 / 13:23
Ətraf mühitə zərər vuran şirkətlərin işi məhkəməyə göndərildi

06.05.2025 / 13:10
Кибератака России на Азербайджан! Россию умом не понять... - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

06.05.2025 / 12:56
Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan olundu

06.05.2025 / 12:43
MEDİA Agentliyi çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan etdi

06.05.2025 / 12:35
Prezident İlham Əliyev Belarusu Azərbaycanda keçiriləcək Dünya Şəhərsalma Forumunda yaxından iştiraka dəvət etdi

06.05.2025 / 12:05
Gələn il 140 min keçmiş məcburi köçkün Qarabağa və Şərqi Zəngəzura qayıdacaq

06.05.2025 / 12:04
Gələn ay vizasız Rusiyaya gələnlər üçün yeni qaydalar qüvvəyə minəcək

06.05.2025 / 11:26
Ulduz futbolçu ilk dəfə övladının üzünü göstərib

06.05.2025 / 11:17
Rüşvətə görə həbs edilən keçmiş hakim barədə qərar verildi

06.05.2025 / 11:12
Paşinyanı sərt tənqid edirdi, bu gecə maşınını yandırdılar...

06.05.2025 / 11:06
Prezident İlham Əliyev Belarusun Baş nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.05.2025 / 11:03
Rusiya Ermənistanı müharibə ilə hədələdi - CANLI

06.05.2025 / 11:00
"Azərbaycan və İran arasında münasibətlərdə yeni bir mərhələ başlayıb" - İran rəsmisi

06.05.2025 / 10:32
Əhməd əş-Şəraa sabah Parisə gedir

06.05.2025 / 10:22
27 nəfər şübhəli saxlanılıb - polisdən açıqlama

06.05.2025 / 10:20
Bəzi əraziləri su basıb - FHN yağıntılı hava barədə məlumat yaydı

06.05.2025 / 10:14
Ulduz futbolçu kinoaktrisanı döyüb - İtaliyada şok qalmaqal!

06.05.2025 / 10:07
Brüsseldə “Tervuren” festivalında Azərbaycan stendi qurulub

06.05.2025 / 10:00
Tramp Rusiyanın sərbəst buraxdığı balerina ilə görüşüb

06.05.2025 / 09:36
Paşinyan Marselin ermənipərəst meri ilə görüşüb

06.05.2025 / 09:27
Yol qəzasında xəsarət alan sürücü xəstəxanada vəfat edib

06.05.2025 / 09:22
Banklar köhnəlmiş valyuta əskinaslarından imtina edir - kim haqlıdır...

06.05.2025 / 09:20
Bu axşam "İnter"-"Barselona" qarşılaşması var

06.05.2025 / 09:12
Dünya ŞOKDA - Qəzzada ərzaq tükənib!

06.05.2025 / 09:05
Rihanna yenə ana olacaq...

06.05.2025 / 09:00
Trampdan QƏRAR - ABŞ-ı könüllü tərk edən miqrantlara 1000 dollar mükafat veriləcək...

Boşanmalarla bağlı təhlükəli tendensiya hələ də davam edir

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678