Bazar günü, 4 may 2025
     

Türkiyə televiziyasında erməni serialı - özü erməni dilində, titr türk dilində - nə baş verir...

Image

Məhərrəm Zülfüqarlı: “İndiki zamanda erməni serialının Türkiyədə yayımlanması məsələsinin gündəmə gəlməsi, əlbəttə, Qərbin təzyiqinin nəticəsidir”

Türkiyə ilə münasibətlərin normallaşması üçün Ermənistanın heç bir əməli addım atmadığı məlumdur. İki ölkə arasında qarşılıqlı əlaqələrin olmadığını da bilirik. Qəribədir ki, vəziyyətin normal olmadığı bir vaxtda Türkiyədə erməni serialı yayımlanacaq.

“Ermənixəbər”in yaydığı məlumata görə, Türkiyədə “Luys TV” X mikrobloqunda ilk erməni-türk telekanalı - “4 yaramaz çocuk” serialı yayımlanacaq. Qeyd olunur ki, bu, Türkiyədə yayımlanan ilk erməni serialı olacaq.

Serial erməni dilində türkcə subtitrlərlə yayımlanacaq.

Bildirilir ki, “Luys” televiziyası İstanbulda yaşayan erməni jurnalist Aram Kuran tərəfindən təsis edilib. Yayım 2019-cu ildə başlayıb. Yayımlanan proqramların 70 faizi “Qərbi erməni”, 30 faizi isə türk dilindədir.

Deyirlər ki, bu kanalda verilişlərin 70 faizi "Qərbi erməni" dilində yayımlanır. "Qərbi erməni dili" nədir? Ermənistan nə boyda dövlətdir ki, hələ olun Cənubi, Şimalı, Şərqi, Qərbi də olsun?

Ermənilərə bu qədər geniş qucaq açılması Türkiyəyə erməni lobbisinin maraqları çərçivəsində ABŞ-dan bir təzyiqin nəticələri ola bilərmi? O telekanalda film erməni dilində yayımlanacaq, amma türk dilində subtitrlə veriləcək. Niyə belə olur ki? Türk dilində getsin, erməni dilində subtitrlə verilsin, ora Türkiyə dövlətidir, dövlət dili türk dilidir, erməni dili deyil.

Bu, erməni lobbisinin maraqları naminə ABŞ-ın Türkiyəyə təzyiqlərinin nəticəsi sayıla bilərmi ki, Türkiyədə erməni mövzusunu belə aktuallaşdırırlar?

“Bu gün “Dörd yaramaz cocuq” serialının nümayişinə hazırlıq gedirsə, sabah qondarma erməni “soyqırımına” aid də nəsə yayımlana bilər, bu təhlükə də var”

Siyasi ekspert, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, bu məsələ çox ağrılı məsələdir. “Bəlkə bunu demokratiyanın qüsuru kimi də qiymətləndirmək olar. Türkiyə demokratik ölkədir. Yadınızdadırsa, hətta bir bələdiyyə Ermənistan-Türkiyə sərhədində “Türkiyə - Ermənistan dostluğu” ilə bağlı böyük bir heykəl ucaltmışdı. Sonradan məhkəmənin qərarı ilə bu heykəl söküldü. Yəni belə hallar Türkiyədə olur. Bunu da demokratiyanın təzahürü kimi qiymətləndirirlər. İndiki zamanda erməni serialının Türkiyədə yayımlanması məsələsinin gündəmə gəlməsi, əlbəttə, Qərbin təzyiqinin nəticəsidir. Bu, eyni zamanda Türkiyə müxalifətinin təzyiqi nəticəsində baş verir. Türkiyədə solçu müxalifət də, PKK-ya dəstək verən partiya da var. Həmçinin onlar ermənilərə də bu cür dəstək verirlər. Mənə elə gəlir ki, Türkiyə bu addımı atmazdan əvvəl Ermənistanla bir paralel aparmalıdır, Ermənistanda hansısa telekanalda türk filmi yayımlanırmı, yaxud orda türk dilində yayımlanan bir telekanal varmı? Yoxdursa, Türkiyədə erməni dilində telekanalın olması, fikrimcə, məntiqsizdir. İkincisi, Türkiyə soruşmalıdır ki, Ermənistanda yaşayan türklər necə oldu? Yəni əgər orda yaşayan azərbaycanlılar qalsaydı Türkiyə tələb edə bilərdi ki, milli azlıq kimi Ermənistanda Azərbaycan dilində telekanal olsun. Amma ermənilər ordan bütün millətləri qovduqdan sonra bir monoetnik dövlət yaradıblar. Fikrimcə, Türkiyənin milli azlıqlara bu cür qucaq açması bu dövləti zəiflədə bilər. Çünki milli azlıq məsələsindən həmişə Qərb ölkələri istifadə edirlər. Bu baxımdan, ehtiyatlı olmaq lazımdır. Çünki bu gün “Dörd yaramaz cocuq” serialının nümayişinə hazırlıq gedirsə, sabah qondarma erməni “soyqırımına” aid də nəsə yayımlana bilər, bu təhlükə də var”.

Türkiyə zamanında bu kimi cəhdlərə qarşı tədbir görməsə bu kimi halların onun zəifləməsinə gətirib çıxara biləcəyini deyən M.Zülfüqarlının sözlərinə görə, erməni serialının yayımına icazə verilməməlidir. “Baxmayaraq ki, Türkiyə NATO-nun üzvüdür. Qərb dövlətləri daim çalışır ki, erməni və PKK-kürd kartından istifadə edib Türkiyəni zəiflətsin. Çünki Qərbə güclü Türkiyə lazım deyil. Onlar bu ölkəyə marionet bir rejimin idarə etdiyi, Qərbin istifadə etdiyi marionet bir ölkə kimi baxmaq istəyirlər. Ərdoğanın faəliyyəti nəticəsində qardaş Türkiyə öz gücünü artırıb, dünyada müstəqil siyasət yeridən bir dövlət imici qazandı. Çalışırlar ki, bunu aradan qaldırsınlar. Yaxın gələcəkdə Türkiyədə sol qüvvələr hakimiyyətə gələrsə xoşagəlməz hallar arta bilər. Bu səbəbdən qardaş Türkiyə xalqı bu məsələdə ehtiyatlı olmalıdır və demokratiyanın gəlişi gözəl sözlərinə aldanmamalıdırlar. Ermənilər tarixən Türkiyəyə, qardaş türk xalqına arxadan zərbə vurublar. İndi də Qərb ölkələrinin əli ilə bunu etməyə hazırlaşırlar. Ona görə də bu məsələdə ehtiyatlı olmaq lazımdır. Belə telekanalın da fəaliyyətinə gələcəkdə məhdudiyyətlər, yaxud qadağalar qoymaq lazımdır”-deyə M.Zülfüqarlı bildirdi.

“Qərbi erməni dili” məsələsinə gəlincə, M.Zülfüqarlı bildirdi ki, bu da ermənilərin uydurmalarından biridir və mifik bir yanaşmadır. O hesab edir ki, əgər erməni serialı Türkiyədə yayımlanarsa onda bu türk dilində olmalıdır və erməni dilində subtitri getməlidir. Professor Zülfüqarlıya görə, Türkiyədə erməni dilinə bu qədər meydan vermək olmaz, çünki ermənilərin və onların Qərbdəki havadarlarının əsas məqsədi bu dildən istifadə edib təxribatlar törətməkdir. “Bu serial erməni dilində yayımlanarsa, orda nədən danışıldığını türk tamaşaçı hardan biləcək? Odur ki, əsas dil olaraq türk dili istifadə olunmalıdır. Bütövlükdə isə erməni serialının yayımına imkan verilməli deyil”-deyə müsahibimiz qeyd etdi.

O vurğuladı ki, bütün məsələlərdə Türkiyənin, türk xalqının mövqeyi nəzərə alınmalıdır.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

03.05.2025 / 21:19
Rusiya nəşri Odessanı Rusiya şəhəri adlandırdı

03.05.2025 / 20:51
Türkiyə Netanyahunun təyyarəsinə iznlə bağlı xəbərləri təkzib etdi

03.05.2025 / 20:35
Netanyahu Müstəqillik günündəki çıxışında oğlunun adını xatırlamaq üçün tər tökdü

03.05.2025 / 20:18
İYİ Partiya üzvü Aslandan Süreyya Öndərin ölümünə reaksiya: "Türkçülük günündə Allah canını aldı"

03.05.2025 / 20:03
Prezident İlham Əliyev və Mehriban Əliyevа Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər - FOTO/YENİLƏNDİ

03.05.2025 / 19:46
“Hindistan-Pakistan gərginliyi Hindistanın Ermənistana silah tədarükünə təsir etməyəcək”

03.05.2025 / 18:28
Rusiyadan Azərbaycana kiber-hücumun arxasında kim var?..

03.05.2025 / 18:05
Hindistan-Pakistan müharibəsi Qazaxıstan, Özbəkistan və Tacikistanı yandıra bilər

03.05.2025 / 17:53
Pakistan Rusiyanı Hindistanla münaqişənin araşdırılmasına cəlb etmək istəyir

03.05.2025 / 17:19
Xarici birjalara Azərbaycandan pul axını getdikcə artır - yeni təhlükə?...

03.05.2025 / 16:47
Putinə müraciət - ermənilərin Qarabağa qaytarılması mövzusu yenidən ortaya atılır...

03.05.2025 / 16:24
1-ci sinfə qəbul başlanan kimi narazılıqlar da başlayıb...

03.05.2025 / 16:22
Putin Prezident İlham Əliyevi təbrik etdi

03.05.2025 / 16:11
İngla School Bakunun təşkilatçılığı ilə Bakıda Özbəkistan universitetlərinin sərgisi keçirildi

03.05.2025 / 16:10
Xankəndidə 1300 abonentə təbii qaz verilib

03.05.2025 / 16:08
“İRƏLİ” İctimai Birliyi “Rəqəmsal Ay” layihəsinə start verir

03.05.2025 / 16:05
Pakistanı “terror”da suçlayan Hindistanın naziri terrorçu-kamikadze olmaq istəyir

03.05.2025 / 15:44
"Ermənistan qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməlidir" - Ombudsman

03.05.2025 / 15:12
Ötən gün vətəndaşların bank kartlarından 14 mindən çox pul oğurlanıb

03.05.2025 / 14:41
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvana səfər ediblər - FOTO

03.05.2025 / 14:15
Sabirabadda narkotikin təsiri altında olan sürücünün avtomobilindən “Makarov” çıxdı

03.05.2025 / 13:50
Bakıda bank kartından oğurluq və dələduzluq edən şəxslər tutuldu

03.05.2025 / 13:07
MKİ-nin keçmiş şefi ABŞ-ı Rusiyanın nüvə eskalasiyasından qorxmaqda günahlandırdı

03.05.2025 / 13:06
ABŞ Qələbəni 8 mayda, Rusiya 9 mayda, Qazaxıstan isə 7 mayda qeyd edəcək

03.05.2025 / 11:23
Prezident İlham Əliyev Polşa Prezidentini təbrik edib

03.05.2025 / 11:02
Sabah Bakıda bu yollar tam bağlanacaq - XƏBƏRDARLIQ

03.05.2025 / 10:26
Çində helikopter qəzaya uğrayıb, 1 nəfər ölüb

03.05.2025 / 10:15
"Şamaxı" "Səbail"ə, "Araz-Naxçıvan" "Sabah"a qarşı

03.05.2025 / 10:05
11 Ukrayna raketi məhv edilib - Rusiya açıqlama yaydı

03.05.2025 / 10:02
Tramp dinc durmur - indi də Roma Papası obrazında şəklini paylaşıb...

03.05.2025 / 09:45
“Qarpız”ın içərisində gizlədilən 63 kiloqram narkotika!

03.05.2025 / 09:23
Ölkəyə 2 manata idxal olunub 18 manata satılır - onu özümüz də istehsal edə bilərdik...

03.05.2025 / 08:45
Avtomobil kreditlərinin orta faiz həddi 12-yə qalxıb...

02.05.2025 / 22:23
Məhkəmədə Ermənistanda yüksək vəzifələr tutmuş şəxsin qondarma rejimdə "nazir vəzifəsinə" təyin olunduğu açıqlandı - FOTO

02.05.2025 / 22:13
Rusiyanın qandonduran cinayətləri: – “Pokrovskini yer üzündən silir”

02.05.2025 / 22:10
Nyu-York yəhudi icmasının üzvləri qazaxıstanlılara Holokost zamanı göstərdikləri köməyə görə təşəkkür etdilər

02.05.2025 / 21:35
Pakistan terror aktının beynəlxalq araşdırılmasını tələb etdi - Hindistan niyə susur?...

02.05.2025 / 21:19
Berbok Azərbaycanı sevməyən nazir idi - yerinə “Ermənistana işğalçı” deyən şəxs gəlir...

02.05.2025 / 21:06
Nazirlərin müşavir ştatları getdikcə "şişir" - həm də vurulmuş məmurların hesabına...

02.05.2025 / 20:51
Avropanın marağı, Zəngəzur dəhlizinin yeni statusu - Sakit və Atlantik okeanları arasında ən qısa yol...

02.05.2025 / 20:36
ABŞ Senatı mütləq çoxluqla Trampın əleyhinə qalxdı...

02.05.2025 / 20:22
Ermənistan anlamağa başlayır - Avropa bizi Ukrayna kimi uçuruma aparır...

02.05.2025 / 20:08
Əhliman Əmiraslanovun qaldırdığı məsələ üzərində düşünməyə dəyər - belə artım yaxşı hal sayılmır...

02.05.2025 / 20:07
Davit İşxanyanın və qardaşının Qaradağlıda mülki azərbaycanlı əhalinin öldürülməsində iştirakını sübut edən sənəd tədqiq olunub

02.05.2025 / 19:55
Almaniyada Azərbaycan üçün sərfəli siyasi proses başladı...

02.05.2025 / 19:41
Hindistan tədricən Rusiyaya arxa çevirməyə başlayır... 9 May sübutu...

02.05.2025 / 19:28
Hindistan Pakistana qarşı terrorlar da daxil geniş planlar hazırlayır...

02.05.2025 / 19:14
Bakı məhkəməsi Zori Balayanın da illər öncə Qarabağdakı cinayətlərini açır...

02.05.2025 / 19:00
Rusiyanın Bakıdakı kibercasus şəbəkəsi ifşa olundu...

02.05.2025 / 18:47
CASCFEN “Ramiz Əskər - Türk Dünyasına Xidmət Ödülü”nün qaliblərini mükafatlandırdı - FOTO

02.05.2025 / 18:35
Hindistanın Pakistanın suyunu kəsməsi insanlığa və müharibə qanunlarına qarşı cinayətdir...

02.05.2025 / 18:21
ABŞ-Ukrayna sazişinin müharibəyə son qoya biləcəyinə inam çox azdır... Niyə?

02.05.2025 / 18:15
Xocalıda hərbi sursat partladı - bir nəfər xəsarət aldı...

02.05.2025 / 18:07
Azərbaycanda "pul bazası" azaldı, 21 milyard manata düşüb - bu nə deməkdir...

02.05.2025 / 17:53
Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

02.05.2025 / 17:40
Türkiyə 6 ay əvvəl Netanyahuya tətbiq etdiyi qadağanı geri çəkdi - nə dəyişib?...

02.05.2025 / 17:27
Pakistanla qarşıdurmanı dərinləşdirməyin kökündə Modinin seçki maraqları dayanır - 2019-da da belə olmuşdu...

02.05.2025 / 17:14
Buraxılışda maksimum bal yığan şagirdlərin sayı 8 dəfə artıb - 2 səbəb göstərilir...

02.05.2025 / 17:01
Deputat: "Media resurslarına qarşı həyata keçirilən hücumlar sıravi kiberhücum olmayıb"

02.05.2025 / 16:51
Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinə 550 min manat ayrıldı

02.05.2025 / 16:34
"Dövlətimiz formasından asılı olmayaraq istənilən təhdidi dəf etməyə qadirdir" - Ramid Namazov

02.05.2025 / 16:26
"Bank kartları ilə bağlı məlumatları tanımadığınız şəxslərə verməyin" - Elşad Hacıyev

02.05.2025 / 16:22
Azərbaycana kiberhücumların arxasında Rusiya ilə əlaqəli APT29 qrupunun dayandığı açıqlandı

02.05.2025 / 16:08
"Media resurslarına hücumlar əlaqələndirilmiş və siyasi motivlidir" - Ramid Namazov

02.05.2025 / 16:03
DSX Xəzərdə əməliyyat keçirdi - bir qaçaqmalçı öldürüldü... - FOTO

02.05.2025 / 15:47
ABŞ İranla nüvə sazişinin şərtlərindən birini açıqladı

02.05.2025 / 15:44
Hünər dastanlı Əsgər

02.05.2025 / 15:30
Deputatlar BMU-nun laboratoriyaları ilə tanış olublar

02.05.2025 / 15:25
Nəqliyyat infrastrukturunda davamlı həllər medianın dəstəyi ilə müzakirə olunub

02.05.2025 / 15:07
Tramp Konqresdən onun iimpiçmentinə cəhd edənləri qovmağa çağırdı

02.05.2025 / 15:06
Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutuldu

02.05.2025 / 14:59
Dövlət Departamenti: ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq

02.05.2025 / 14:57
Əl-Cəzirə: -“İsrail Qəzza blokadasını yarmağa çalışan gəmiyə zərbə endirdi”

02.05.2025 / 14:54
Əkrəm İmamoğlu 200-dən çox şəxs və qurumu ittiham etdi

02.05.2025 / 14:40
“Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”nə həsr olunan panel sessiya keçirilib

02.05.2025 / 14:23
"Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri nəticəsində öldü" - Zərərçəkmiş şəxs

02.05.2025 / 13:57
BMT-nin İnkişaf Proqramının nümayəndəliyinin Bakı ofisi bağlandı...

02.05.2025 / 13:42
"Azərbaycana qarşı informasiya məkanında təhdidlər artır" - Natiq Məmmədli

02.05.2025 / 13:25
Yasamalda oğurluq edənlər saxlandı

02.05.2025 / 13:10
Виталий Баласанян! Тебе мудрый совет: Молчи! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

02.05.2025 / 12:56
"Bir neçə saat ərzində həyata keçirilən antiterror əməliyyatlarında ordumuz peşəkarcasına döyüşüb" - Anar Eyvazov

Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678