İntiqam Babayev Aparat rəhbəri vəzifəsindən azad olundu

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri vəzifəsindən azad olunub. Bu barədə KİV-ə İdarədən məlumat verilib.
Bildirilib ki, İntiqam Babayev öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib. Bu barədə qurumun yeni sədri Rüfət Mahmud müvafiq əmr imzalayıb.
Qeyd edək ki, İntiqam Babayev 2023-cü ilin yanvar ayından sözügedən vəzifəyə təyin edilmişdi. O, bundan əvvəl Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri olub. İ.Babayev 21 il gənclər və idman nazirinin müavini vəzifəsində çalışıb.
ZÜMRÜD