Qarşıdakı illərdə Qarabağ Universitetində 10 fakültə fəaliyyətə başlayacaq

Elm və təhsil naziri Emin Əmrullayev Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda keçirilən konfransda çıxışı zamanı bəyan edib ki, növbəti illərdə Qarabağ Universitetində 10 fakültə fəaliyyət göstərəcək.
Nazir bildirib ki, bu il Qarabağ Universitetinin Klinikası və Tibb fakültəsi fəaliyyətə başlayacaq. 2030-cu ilə qədər Qarabağ Universitetinin turizm, incəsənət musiqi fakültələri Şuşada, kənd təsərrüfatı fakültəsi Xocalıda fəaliyyətə başlayacaq.
Mətləb