Bazar günü, 20 aprel 2025
     

ABU-nun keçmiş rektoru Elşad Abdullayev Baş Prokurorluğa çağırıldı

Image

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayev Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.

Məlumata görə, təqsirləndirilən şəxs Abdullayev Elşad İslam oğluna izah edilir ki, o, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 05 may 2025-ci il tarixdə, saat 10:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.

Təqsirləndirilən şəxsə münasibətdə ittihamın mahiyyəti aşağıdakı kimidir:

98765 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Abdullayev Elşad İslam oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137.5.1, 137.5.2, 137.5.3, 213.2.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 29, 312.2-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, onun

- 2009-cu ilin mart ayından dekabr ayınadək olan müddət ərzində rektoru olduğu “Azərbaycan Beynəlxalq Universiteti”nin nəzdində fəaliyyət göstərmiş, həmin əməlinə görə qanuni qüvvəyə minmiş ittiham hökmü ilə məhkum olunmuş Tibb müəssisəsinin baş həkimi ilə qabaqcadan əlbir olub ümumilikdə 104.676 manata bərabər 130.000 ABŞ dolları məbləğində pul vəsaiti müqabilində Ukraynadan Azərbaycan Respublikasına böyrəklərin transplantasiyası məqsədi ilə gətirilmiş donorlardan həmin tibb müəssisəsində qanunsuz olaraq böyrəklərin götürülüb əcnəbi vətəndaşlar olan resipiyentlərə köçürülməsi ilə bağlı 13 cərrahiyyə əməliyyatların keçirilməsində;

- tələbələrdən külli miqdarda rüşvət alma cinayətinin törədilməsi vasitəsi kimi ali təhsil müəssisəsi olan “Azərbaycan Beynəlxalq Universiteti”ni təsis etməklə həmin universitetin rektoru vəzifəsində işlədiyi 2002 - 2010-cu illərdə tabeçiliyində işləyən şəxslərlə qabaqcadan əlbir olub onların və digərlərinin vasitəçiliyi ilə, Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə imtahan verərək ali məktəblərə qəbul oluna bilməyən ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət alaraq xarici ölkələrin ərazisində ayrı-ayrı ali məktəblərdə təhsil almadıqları halda, guya onların göstərilən təhsil müəssisələrinə tələbə kimi qəbul olunmaları barədə məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənədlərin tərtib olunaraq təhsil almaları rəsmiləşdirildikdən sonra, “Azərbaycan Beynəlxalq Universiteti”nin müvafiq fakültələrinə köçürülmələrini təşkil edərək qeyd olunan qanunsuz hərəkətlərinə görə ayrı-ayrı tələbələrdən ümumilikdə 370.586 manat məbləğində külli miqdar təşkil edən pul vəsaitini təkrarən rüşvət kimi almasına;

- “Azərbaycan Beynəlxalq Universiteti”nin fəaliyyətinin davam etdirilməsi və digər qanunsuz əməllərinin həyata keçirilməsini təmin etmək üçün rüşvət qismində vəzifəli şəxslərə çatdırılması məqsədilə 2005-ci ilin oktyabr-noyabr aylarında 1.000.000 ABŞ dolları, 2009-cu ilin avqust-oktyabr aylarında 1.000.000 ABŞ dolları, 2010-cu ilin əvvəllərində 130.000 ABŞ dolları və 500.000 manat, 27 dekabr 2003-cü il tarixdə 1.500.000 ABŞ dolları, 2010-cu ilin aprel ayında 1.000.000 ABŞ dolları olmaqla ümumilikdə həmin dövrlər üzrə rəsmi məzənnə ilə 4.610.153 manata bərabər 5.130.000 ABŞ dolları məbləğində pul vəsaitlərini rüşvət qismində verməsinə;

- “Azərbaycan Beynəlxalq Universiteti”in rektoru vəzifəsində işlədiyi 2007-2011-ci illərdə 1.319.772,3 manat məbləğində külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilmişdir.
98765 nömrəli cinayət işi üzrə 20 avqust 2013-cü il tarixli qərarla Abdullayev Elşad İslam oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137.3 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 avqust 2013-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Bundan başqa, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılmış 162026244 nömrəli cinayət işi üzrə 19 may 2017-ci il tarixli qərarla Abdullayev Elşad İslam oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 29, 312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul olunmuş, lakin istintaqdan gizləndiyinə görə ona həmin ittihamı elan etmək mümkün olmamışdır.

Həmin cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün 12 avqust 2024-cü il tarixdə Baş Prokurorluğun İstintaq idarəsinə göndərilərək həmin idarədə ibtidai istintaqı aparılan 98765 nömrəli cinayət işinə birləşdirməklə vahid icraatda ibtidai istintaq davam etdirilir.

İş üzrə toplanmış sübutların məcmusuna əsasən, 01 sentyabr 2024-cü il tarixdə Abdullayev Elşad İslam oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137.5.1, 137.5.2, 137.5.3, 213.2.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 29, 312.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilmiş, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmamışdır.

Təqsirləndirilən şəxs Elşad Abdullayevə izah edilir ki, ibtidai istintaqda şəxsən iştirak etmək, özünün seçimi əsasında müdafiəçi vasitəsilə təmsil olunmaq və digər prosessual hüquqlara malikdir. Müdafiəçidən istifadə etmək istədiyi halda, müdafiəçi barədə məlumatları cinayət prosesini həyata keçirən orqana göndərməlidir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.4-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Elşad Abdullayevə xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla bilər və bu barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.

ZÜMRÜD



VİDEO

SON XƏBƏRLƏR

20.04.2025 / 23:35
ABŞ və İran nüvə enerjisi ilə bağlı razılığa gəldi - saziş imzalayacaqlar...

20.04.2025 / 23:09
D vitamini xərçəngin qarşısını alır və müalicəsinə müsbət təsir göstərir

20.04.2025 / 15:50
İrana bağlı şiə qruplaşmasının rəhbəri: “Şaraa İraqa gəlsə həbs olunacaq”

20.04.2025 / 15:23
Ukrayna ABŞ-ın təklif etdiyi sülh şərtlərinin 90 faizini qəbul etdi…

20.04.2025 / 14:47
Zelenski Putinin başlatdığı 30 saatlıq atəşkəsi uzatmağı təklif etdi - ən azı 30 gün…

20.04.2025 / 13:47
Fox News “Pasxa”nın yayımı zamanı Kiyevi Rusiyaya “verdi”

20.04.2025 / 13:26
İmamoğluya görə Almaniya 40 “Eurofighter Typhoon” qırıcısını Türkiyəyə satmaqdan imtina etdi

20.04.2025 / 13:08
DİN narkotik əleyhinə növbəti maarifləndirici çarx hazırlayıb - VİDEO

20.04.2025 / 12:20
Şərurlu İsfəndiyarın oğlu həbs edildi

20.04.2025 / 10:22
Keti Vali: “Bu gün ABŞ-da baş verənlər Hitler hakimiyyəti dövrünü xatırladır”

20.04.2025 / 10:05
Mehriban Əliyeva Müqəddəs Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO

20.04.2025 / 00:23
İsrail İrana Amerikasız da zərbə vura bilər - yayın əvvəli üçün bir neçə variant var...

19.04.2025 / 23:56
ABŞ-dan Avropaya təklif – atəşkəs qarşılığında Rusiyaya qarşı sanksiyalar yumşaldıla bilər...

19.04.2025 / 23:37
Suriyanın yeni hakimiyyəti neft və qaz yataqlarının işlənməsi üçün Azərbaycandan kömək istədi...

19.04.2025 / 23:15
Zelenskidən Putinin atəşkəs qərarına reaksiya - rus dronlarının hücumu davam edir...

19.04.2025 / 22:53
Azərbaycan iqtisadiyyatını boğan problemlər... Vəziyyətdən çıxışı yolu varmı?

19.04.2025 / 22:43
Romada ABŞ-Iran danışıqlarının ikinci mərhələsi başa çatdı

19.04.2025 / 19:40
Putin atəşkəs elan etdi - bütün hərbi əməliyyatlar dayandırıldı...

19.04.2025 / 19:03
Rusiya Suriyanın Bəşər Əsədin ekstradisiyası tələbini rədd etdi...

19.04.2025 / 18:28
ABŞ-ın hücumları da husiləri dayandırmadı - İsrail dayananadək davam edəcəyik...

19.04.2025 / 18:10
Vüqar Rəhimzadə Ordubadda seçicilərlə görüşdü - FOTO

19.04.2025 / 18:01
"WelnessPulse": “İspanaq, lobya və kakao sümükləri və immunitet sistemini gücləndirir”

19.04.2025 / 17:48
Rusiya Ankara-İrəvan yaxınlaşmasında vasitəçiliyə can atır...

19.04.2025 / 17:16
Dəhşətli etiraflar - "dinc azərbaycanlıları kilsədə asır, qəbirlərin üstündə güllələyirdik"...

19.04.2025 / 17:04
Gürcüstan Azərbaycandan yardım istədi - qonşu ölkəyə əlavə enerji ötürüldü

19.04.2025 / 16:42
Donuz DNT-si vurulmuş ərzağı Azərbaycana gətirən şirkət kimindir...

19.04.2025 / 15:53
Üç əsas Avropa ölkəsi ABŞ-a baş əymədi - “sonadək varıq”...

19.04.2025 / 15:25
İsrail İranın nüvə obyektlərinə hücumda israr edir

19.04.2025 / 15:04
"Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Liderin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir" - Vüqar Rəhimzadə

19.04.2025 / 14:54
65 yaşlı qadını işə düzəltmək vədi ilə aldadaraq 80 min manatını ələ keçirdilər...

19.04.2025 / 14:48
Keçmiş işçiləri Microsoft şirkətini Qəzzadakı soyqırımda iştiraka görə “yıxıb sürüdü”

19.04.2025 / 14:33
Bakıda toyda kütləvi zəhərlənmə - həkimə müraciət edənlərin sayı 51-ə çatdı

19.04.2025 / 13:54
Mayın 9-da kimlər Moskvaya gələcək

19.04.2025 / 13:38
Sumqayıtda 14 mənzilin su sayğacını oğurladılar...

19.04.2025 / 13:25
ABŞ Ukraynanın parçalanmasına Krımdan başladı

19.04.2025 / 12:52
“Washington Post” Imamoğlunun həbsindən sonrakı durumu təhlil etdi

19.04.2025 / 12:10
Ölkəyə külli miqdarda narkotik keçirməyə cəhd göstərən şəxslər yaxalandı

19.04.2025 / 11:33
“Elektron məhkəmə” övladlığagötürmə ilə əlaqədar altsistemə inteqrasiya ediləcək

19.04.2025 / 11:08
Oğurluq və dələduzluq edən şəxslər tutuldu

19.04.2025 / 10:26
Mehriban Ələkbərzadəni aramsız "vuranlar" nazirlə görüşdən sonra susdular....

19.04.2025 / 10:11
AQTA Bakıda kütləvi zəhərlənmə olan restoranda araşdırmalara başladı

19.04.2025 / 09:35
Səhiyyə Nazirliyinin yoxlamasından xəbər yoxdur, kosmetoloqlar isə "öz işlərindədir"...

19.04.2025 / 09:14
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

19.04.2025 / 08:42
Belə getsə, Bakıda ev almaq mümkünsüz olacaq - yeyib-içmədən 189 ay işləməlisən...

19.04.2025 / 00:06
Qubada acınacaqlı vəziyyətə düşən Əbu Müslüm məscidi tam dağıla bilər - fəlsəfə doktoru nazirə müraciət etdi...

18.04.2025 / 23:43
Əməkdar artist nazirlə görüşdə nədən şikayət edib? - "İnanırıq ki, bu görüşün nəticəsi yaxşı olacaq"

18.04.2025 / 23:23
Trampdan Putin və Zelenskiyə sərt xəbərdarlıq – “...deyəcəyik ki, siz axmaqsınız...”

18.04.2025 / 22:35
Rusiya Dumasının Komitə sədri: "Ermənistan konstitusiyasından Qarabağa aid müddəanı çıxarmalıdır"...

18.04.2025 / 22:17
Mehriban Əliyevanın “Instagram” səhifəsində Prezident İlham Əliyevlə “Sea Breeze” istirahət mərkəzinə səfərdən görüntülər paylaşılıb - VİDEO

18.04.2025 / 22:10
İsrael Katz: "İranın nüvə silahı əldə etməməsi üçün “hər şeyi edəcəyəm”

18.04.2025 / 21:20
Rusiya XİN-dən Azərbaycan sərhədindəki "casus yuvasına" reaksiya...

18.04.2025 / 21:10
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirildi - FOTO

18.04.2025 / 21:04
Fransa Ermənistanı Azərbaycan və Rusiyaya qurban etmək istəyir

18.04.2025 / 20:49
Türk Dövlətləri Təşkilatı çətin keçid dövrü yaşayır...

18.04.2025 / 20:35
Paşinyan özündən əvvəlkilərin “kriminal əmlaklarını” müsadirə edəcək...

18.04.2025 / 20:28
Məhkəmə Əkrəm İmamoğlunun həbsinin davam etdirilməsinə qərar verdi

18.04.2025 / 20:22
İtaliya, Slovakiya, İsrail, Pakistan, Türkiyə Azərbaycanın müttəfiqləri - Ermənistanda böyük şok...

18.04.2025 / 20:08
Trampın ticarət müharibəsi dolların özünü vurdu - manatın taleyində tərəddüd var...

18.04.2025 / 19:53
"Silahsız insanlara atəş açıb onların qətlə yetirilməsi əmrini Vanik verib" - Madat Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi

18.04.2025 / 19:47
Çinlə vizasız gediş-gəlişin Azərbaycana faydası və ziyanı...

18.04.2025 / 19:38
Paşinyan 2021-ci ilin mayını Qarabağ məsələsində "kulminasiya nöqtəsi" adlandırdı...

18.04.2025 / 19:25
Mirzoyan "Sülh kəsişməsi"ni Orta Dəhlizə qoşmaq iddiasındadır...

18.04.2025 / 19:11
Azərbaycan region ölkələri arasında yeni əməkdaşlıq formatını reallaşdırır

18.04.2025 / 18:57
Penitensiar sistemdə bir struktur ləğv edilir…

18.04.2025 / 18:44
İpoteka Fondunda təkrar maliyyələşdirmə problemi - Palata nə qərar verəcək?..

18.04.2025 / 18:30
“Urmiya gölünü məhv etdik” - İran parlamentində ürək göynədən ittiham...

18.04.2025 / 18:24
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı - FOTO

18.04.2025 / 18:17
Hesablama Palatasının 2 milyard manatlıq "maliyyə təhrifləri" - "təhrif" nə deməkdir...

18.04.2025 / 18:05
Bakı-İrəvan sazişi Tiflisdə imzalana bilər...

18.04.2025 / 17:51
Azərbaycanda 1 milyondan bahalı avtomobili halal əməklə almaq olar?..

18.04.2025 / 17:38
Avroittifaq Azərbaycana “mina yardımını” 23 milyon avroya çatdırmaq fikrindədir - həm də 5 il sonra...

18.04.2025 / 17:30
Əsədin Suriyada gizli əməliyyatı ortaya çıxdı - sərvətini və məxfi sənədləri ölkədən bu yolla çıxarıb...

18.04.2025 / 17:27
"Biz medianın obyektiv, dürüst, qərəzsiz materiallarla ictimaiyyəti məlumatlandırma funksiyasına yardımçı olmağa çalışırıq" - Əhməd İsmayılov

18.04.2025 / 17:18
Zakir Həsənov Türkiyənin HDQ-nin komandanı Ercüment Tatlıoğlu ilə görüşdü

18.04.2025 / 17:12
Erməni kəşfiyyatçı “Hakan Fidan – Türkiyənin mümkün prezidentinin portreti” kitabını çap etdirdi

18.04.2025 / 17:01
Bir daha Dədə Süleyman - “Çahargah”ın ustadı...

18.04.2025 / 16:48
Diplomatik korpusun nümayəndələri Şuşada...

18.04.2025 / 16:30
Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

18.04.2025 / 16:16
Qazaxıstandan daha bir qalmaqallı addım - Tokayev Cənubi Kiprlə imzalanmış sazişi təsdiqlədi

18.04.2025 / 16:10
Vətən üçün canından keçən Elməddin...

18.04.2025 / 15:44
Səudiyyə nazirinin Tehrana səfəri və səslənən bəyanatlar İsraili şoka saldı

Azərbaycan region ölkələri arasında yeni əməkdaşlıq formatını reallaşdırır

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011