Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin edildi

Xanlar Rüstəm oğlu Vəliyev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.
Bununla bağlı məsələ Milli Məclisin aprelin 11-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Müzakirələrdən sonra qanun layihəsi təsdiqlənib.
Qeyd edək ki, Xanlar Vəliyev 2025-ci il fevralın 10-dan Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsində çalışıb.
ZÜMRÜD