Britaniya məktəblərində mobil telefondan istifadə qadağan olunur

Böyük Britaniya məktəblərində mobil telefondan istifadə qadağan olunur. Belə ki, artıq ibtidai məktəblərin 99,8 faizində, orta təhsil müəssisələrinin isə 90 faizində smartfonlardan istifadə etmək qadağandır.
Keçirilən sorğunun nəticələrinə görə, smartfonların gənclərin rifahına mənfi təsirləri ilə bağlı narahatlıqlar artdığı üçün məktəblərin əksəriyyəti dərs saatlarında mobil telefondan istifadəni qadağan edib. Britaniyanın uşaq haqları müvəkkili Reyçel de Souzanın təşəbbüsü ilə aparılan rəy sorğusunda ibtidai məktəblərin 99,8 faizi və orta məktəblərin 90 faizinin mobil telefonlara qadağanın müxtəlif formalarını tətbiq etdiyi məlum olub. Nəticələr tələbələrin təhsil şəraitində smartfonlara çıxışını məhdudlaşdırmaq üçün məktəb rəhbərləri arasında həlledici dəyişikliyi vurğulayır.
Mətləb Salahov