55 nömrəli “Bakcell” avtomobili nüfuzlu sürət yarışında - video - FOTO

İnnovasiya və sürət lideri “Bakcell”in dəstəyi ilə azərbaycanlı pilot Gülhüseyn Abdullayev 4-6 aprel tarixlərində Dubay şəhərində keçirilən “Gulf Radical Cup” yarışında iştirak edib.
“Bakcell” brendi altında yarışda iştirak edən 27 yaşlı təmsilçimiz qatıldığı turnirin bütün mərhələlərində uğurlu çıxışı ilə yadda qalıb.
Qeyd edək ki, avtomobil nömrəsi “Bakcell” brendinə uyğun olaraq 55 nömrə olan həmyerlimiz yarışın standartlarına müvafiq 1.5 motor həcmli, 232 at gücü qüvvəsinə malik maşınla çıxış edib.