Türkiyəli reperi bu tərifinə görə saxlanıldı

Türkiyəli “Massaka” ləqəbli reper Murat İlhan polis tərəfindən saxlanılıb. Buna səbəb isə onun cinayət təşkilatının lideri Barış Boyunu video ilə tərifləməsidir. Türkiyə mediası yazır ki, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Qrupu ifaçını yaşadığı ünvanda saxlayıb.
Reper məhkəmədə Barış Boyun davasından azad edilib. İlhanın daha bir cinayəti ilə bağlı hələ də istintaqın davam etdiyi öyrənilib. O, yutub kanalında qanunsuz mərc oyunları reklam etdiyi üçün həbs tələbi ilə Sülh Cəza Məhkəməsinə göndərilib.
Mətləb