Bazar ertəsi günü, 17 mart 2025
     

Gürcüstanda azərbaycanlıların Saraçlı kəndində “kabus dolaşır”...

Image

Dəyanət Osmanlı: "Qonşu kəndlərlə müqayisədə artıq 10 ildən çoxdur ki, burada müxtəlif cinayət tərkibli hadisələr baş verir"

Gürcüstanın Bolnisi rayonunun Saraçlı kəndində baş verən müəmmalı hadisələr kənd camaatını ciddi əndişəyə salıb. Kənd sakinləri vəziyyətlə bağlı yerli orqanların qapısını döysələr də, amma reaksiya görməyiblər, bu səbəbdən də öz narahatlıqlarını media, sosial şəbəkələr vasitəsilə ictimailəşdirmək qərarına gəliblər. 

Yayılan videomüraciətdə kənd sakinlərindən biri vəziyyət haqda bu cür danışıb: "Daha qorxuruq. Yiyəsiz evləri yardılar. İndi qocalarımızın üstünə düşəcəklər. Yuxarıda bir qoca qarını öldürdülər, adını da "özü yıxılıb" qoydular. İsa kimi oğlanı öldürdülər, ortaya heç bir şey çıxarmadılar. Bir oğlanımız itdi, heç bir nəticə çıxarılmır. Kənddə ot yanır, "skladlar" yarılır, taxıl oğurlanır, heç bir nəticə çıxmır". 

Kənd sakini deyib ki, nə baş verdiyini bilmirlər, amma bu işin başında kiminsə durduğu qənaətindədirlər. "Bizim kənddə 6 ildir evlər yarılır, cinayət işləri olur, amma heç birinin də qarşısı alınmır. Buna kim baxmalıdır? Təkcə bizim kənddə oğurluq olur". 

Kənd sakini bildirib ki, nədənsə, Qoşakilsə, Faxralı, Mollaəhmədli, İmirhəsən, Qoçulu, Arıxlı, Həsənxocalı kimi qonşu kəndlərdə analoji hadisə baş vermir. Həyacan təbili çalan kənd sakinləri Gürcüstanın dövlət qurumlarından kömək istəyirlər. Saraçlı kəndindən çox böyük alimlərin, tanınmış şəxslərin, ustad sənətkarların çıxdığını deyən kənd sakini "indi bizim kənd məhv olub gedir" deyə bildirir. "Deyirlər ki, şikayət yoxdur. Şikayəti kim etsin? Bayram şikayət edib. O şikayətin cavabını bizə versinlər. Kim oğrudur? Onu cinayət şöbəsi tapıb bizə versin. Ya onu aşkarlayıb tutsunlar, ya da bu işin qarşısını alsınlar. Bu işin başında duran var ki, onun qarşısı alınmır. Xahiş edirik, bizim kəndə əncam çəkilsin" - deyə sakin bildirib. 

Saraçlı kəndində nə baş verir? Gürcüstanın aidiyyəti qurumları məsələni niyə araşdırmaq istəmir? Niyə bu hadisə məhz Saraçlı kəndində yaşanır? Kənd camaatı nə edir, hara müraciət ediblər? Söhbət kriminal şübhələrdən də gedir. Bu barədə hansı addımlar olacaq? 

"Ümidvarıq ki, rayon Bələdiyyəsi, icra və polis orqanları məsələyə daha ciddi şəkildə müdaxilə edib, cinayətkarların cəzalandırılmasını təmin edəcəklər"

"Borçalı"İctimai Birliyinin sədri Dəyanət Osmanlı "Bakı-Xəbər"ə "Bolnisi Bələdiyyəsinin Saraçlı (Mamxuti) kəndində oğurluq hadisəsinin baş verməsi ilk hal deyil, sadəcə, vəziyyət olduqca kritikləşdiyi üçün təbii şəkildə ictimailəşib. Mən qonşu ölkənin mətbuatını izləyirəm və başqa regionlarda da oxşar hadisələrlə bağlı xəbərlərlə rastlaşıram. Saraçlı kəndində isə vəziyyət daha mürəkkəbdir, camaat ard-arda məruz qaldığı   oğurluqlardan bezib və indi daha çox öz həyati təhlükəsi barədə düşünüb səslənir"-deyə bildirdi.

D.Osmanlı vurğuladı ki, Saraçlı Gürcüstanda Borçalının ən qədim və böyük kəndlərindən biridir. Birlik sədri qeyd etdi ki, insanları zəhmətkeş, humanist, vətəpərvər, elmə, sənətə, yeniliyə meyllidir. "Gürcüstanın ərazi bütövlüyünün qorunmasında və I-II Qarabağ savaşlarında fəal iştirak edib, şəhidlər verib. Belə bir kənddə kriminal xarakterli ünsürlərin peyda olması, insanların səksəkə içində yaşaması yolverilməzdir. Saraçlı, Faxralı, İmirhəsən, Qoşakilsə və ermənilərin yaşadığı Şaumyan qəsəbəsi ilə həmsərhəddir. Deyilənə görə, o kəndlərdə belə hadisələr olmur. Olmasını da kimsə istəməz.

Bu gün mövcud olan işsizlik, sosial çətinlik soydaşlarımızın kompakt yaşadığı ərazilərdə öz təsirini göstərir. Eyni zamanda, kriminal xarakterli proseslər, dini məzhəblərarası təfriqəçilər də bu ərazilərə ayaq açıb. Oğurluq halları isə, bu gün demək olar kütləvi xarakter alıb. Saraçlını bu sarıdan ən çox zərər görən kənd adlandırmaq olar. Qonşu kəndlərlə müqayisədə artıq 10  ildən çoxdur ki, burada müxtəlif cinayət tərkibli hadisələr baş verir. Yuxarı orqanlar da bu işlərdən məlumatlıdır. Deyirlər ki, axtarış tədbirləri aparılır. 

Ancaq indiyədək Saraçlıda baş verən məlum ölüm və oğurluq hallarının nəinki üstü açılıb, hətta bu kimi faktlarda artım müşahidə olunur. Kənd camaatının öz həyətyanı sahələrindən alın təri ilə onsuz da ağır olan dolanışığı üçün qazandıqlarını bir anın, bir günün içində oğrular yağmalayıb aparırlar. Burada yaşlı insanlar çoxdur, Azərbaycanla quru yolları bağlı olduğuna görə, Bakıda və başqa şəhərlərdə yaşayan övladları, qohum-əqrəbaları ilə get-gəllər azalıb. Bu da öğrular üçün bir fürsət deməkdir. Hətta öncələrdə olub ki, gecə vaxtı gəlib tənha qocalardan pul, zinət əşyaları tələb ediblər, olmayanda əllərinə keçən ev, təsərrüfat əşyalarını toparlayıb aparıblar. 

Düzü, bir neçə dəfə bizim və qonşu evlərdən də oğurluq ediblər. Həyətyanı çəpərlərin dəmir pəyələrinə kimi söküblər. Belə davam edərsə, evlərin dəmir eyvanlarını da kəsib aparacaqlar. Məncə, burada təsadüflər barədə danışmaq bir qədər sadəlövhlük olar. Kimlərdisə, bəlkə də bu hadisələri törətdirməkdə məqsəd kənddə sosial narazılığın artmasını və qonşu kəndlər arasında münasibətlərin pozulmasını, bölgədə genişlənməsini sağlamaqdır. Kim inanar ki, sabah Saraçlıda oğurlanası bir əşya-filan qalmayanda bu cinayətkar ünsürlər digər qonşu  kəndlərə keçməyəçək?!

Əlavə tədbirlərin görülməsində kənd cavanlarının köməyindən də istifadə oluna bilər. Türkiyədə bəzi kəndlərin PKK-çıların zülmündən, qarətindən müdafiəsi üçün bu üsuldan istifadə olunurdu və effekt də verirdi. Gürcüstanda belə hadisələrdən hamının, müvafiq orqanların da xəbəri var. Ümidvarıq ki, rayon Bələdiyyəsi, icra və polis orqanları məsələyə daha ciddi şəkildə müdaxilə edib, cinayətkarların cəzalandırılmasını təmin edəcəklər" - deyə D.Osmanlı bildirdi.

Biz də ümid edirik ki, Gürcüstanın aidiyyəti orqanları Saraçlı camaatını narahat edən bu xoşagəlməz hallara reaksiya verəcək və cinayəti törədənləri aşkarlayıb layiqli cəzasını verəcəklər.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

16.03.2025 / 22:21
Almaniyanın məşhur avtomobil zavodları silah istehsalına başlayır - ilk addımı “Volkswagen” atdı...

16.03.2025 / 22:02
Xalq artisti Ənvər Həsənov vəfat edib

16.03.2025 / 21:29
XII Qlobal Bakı Forumu dünya üçün yeni imkanlar açan, qlobal həmrəyliyi gücləndirən mühüm bir tribunadır

16.03.2025 / 21:15
Abdulla Öcalana "Qurucu öndər" fəxri adı?...

16.03.2025 / 20:56
Tramp ilk müharibə qərarını verdi...

16.03.2025 / 19:57
Tramp və Putinin bu həftə görüşəcəyi açıqlandı…

16.03.2025 / 19:34
Kiyev Belarusa ukraynalı və rus hərbi əsirlər üçün düşərgələr yaratmağı təklif etdi…

16.03.2025 / 18:50
Zəngəzur dəhlizinin Türkiyə hissəsinin tikintisinə start verildi

16.03.2025 / 18:35
“Biz satılmırıq” - Qrenlandiyalılar ayağa qalxdı

16.03.2025 / 18:23
Tramp bir qərarla azad medianı dəfn etdi

16.03.2025 / 18:10
İrandan Rusiyaya “kahı” formasına salınmış narkotik daşıyan yükü maşını “Astara” saxlandı... - FOTO

16.03.2025 / 17:50
Pezeşkian: “Biz heç vaxt alçaldılmağa boyun əyməyəcəyik”

16.03.2025 / 17:34
"Bu yazılanlar bir daha yazıçı Anarın ədəbi çəkisini ortaya qoydu.."

16.03.2025 / 17:29
Azərbaycan Yazıçılar Birliyinin sədri Anara MƏKTUB

16.03.2025 / 17:10
Türkiyə Krımla bağlı mövqeyini bir daha təsdiqlədi

16.03.2025 / 17:04
Matviyenko Bakıya gəldi... - FOTO

16.03.2025 / 15:29
İran üzərindən Naxçıvana açılacaq yol heç bir halda "Zəngəzur dəhlizi" adlandırıla bilməz... Türkiyə naziri nə deyib?...

16.03.2025 / 15:14
İlon Maskın dörd yaşlı uşağı Trampdan ayrılmır - FOTO

16.03.2025 / 15:09
Azərbaycan 50 nəfərin faciəli ölümü ilə bağlı Şimali Makedoniyaya başsağlığı verdi

16.03.2025 / 15:03
“Kiyev istərsə Rusiyanın razılığı olmadan xarici qüvvələr Ukraynaya daxil ola bilər”

16.03.2025 / 14:47
Serbiyada parlament binası qarşısında etirazçılarla polis arasında dava düşüb

16.03.2025 / 14:35
Tramp Yəmənə endirilən hava zərbələrini seyr etdi

16.03.2025 / 14:21
İran Xarici İşlər Nazirliyi ABŞ-ın Yəmənə endirdiyi zərbələrlə bağlı bəyanat yaydı

16.03.2025 / 14:08
Tramp “Amerikanın Səsi”nin yayımını dayandırdı

16.03.2025 / 13:34
Ermənilər mövqelərimizi atəşə tutdu

16.03.2025 / 13:32
Bişkekdə Əhliman Əmiraslanovun sədrliyi ilə TÜRKPA komissiyasının iclası keçirildi - FOTO

16.03.2025 / 13:15
Ukrayna "Uzun Neptun"la işğalçılara ilk sarsıdıcı zərbəsini endirdi

16.03.2025 / 12:54
Rusiya atəşkəs danışıqlarını pozmaq üçün Ukrayna hərbçiləri haqda nağıllar uydurur

16.03.2025 / 12:34
İsrail - ABŞ - Azərbaycan strateji müttəfiqliyi yaranır

16.03.2025 / 00:18
Putin onunla görüşməyə gələn Trampın elçisini 8 saat qapıda gözlətdi...

16.03.2025 / 00:05
ABŞ İsraili ittiham edən Cənubi Afrika səfirini ölkədən qovdu

15.03.2025 / 22:53
Vladimir Putin, Aleksandr Lukaşenko və Emoməli Rəhmon Prezident İlham Əliyevə zəng ediblər

15.03.2025 / 22:35
Ukrayna müharibəsi Rusiyanın enerji nəhəngini çökdürdü - 330,9 milyardlıq "Qazprom"un dəyəri 46 milyarda düşdü...

15.03.2025 / 20:57
Rusiya işğalı genişləndirir, Tramp isə Rusiyadan yaxşı siqnallar aldığını deyir

15.03.2025 / 20:47
Bu dəfə qəhrəman Müqəvvadır

15.03.2025 / 19:19
Allahdan qorxmayanın yardım paylamasının adı nədir?... İllah da deputat ola...

15.03.2025 / 18:26
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib

15.03.2025 / 18:12
ABŞ-ın Rusiya ilə birgə Ukraynanın ərazi bütövlüyünə qarşı qətnamə qəbul etməsi təəccüblüdür

15.03.2025 / 18:11
Kurskda Ukrayna qoşunlarının mühasirəyə düşməsini Müharibə Araşdırmaları İnstitutu (ISW) da təkzib edir

15.03.2025 / 18:09
Ukrayna silah arsenalını genişləndirir - Yeni Neptun raketi uğurla sınaqdan keçirildi

15.03.2025 / 18:06
“Netanyahunun zehnində sülh və əmin-amanlıq üçün yer yoxdur”

15.03.2025 / 17:08
Qlobal forum xəbərdarlıq etdi - yaxın illərdə sabitlik olmayacaq....

15.03.2025 / 17:01
"Azərbaycan səhiyyəsində süni intellektin gündəlik tibbi praktikada tətbiqi nəzərdə tutulur" - Nazir

15.03.2025 / 16:45
Milli Məclis Avropa Parlamentinə etiraz məktubu göndərdi

15.03.2025 / 16:17
"Qlobal səhiyyə problemlərinin Bakı Forumunda müzakirə olunması son dərəcə vacibdir" - İsrailin sabiq Prezidenti

15.03.2025 / 16:10
Kiməsə arxayın olanlar düzlərdə qalar - Bakı forumundan dövlətlərə böyük mesaj....

15.03.2025 / 16:02
Bakı forumundan dövlətlərə 2 qiymətli tövsiyə verildi...

15.03.2025 / 15:50
Bakı forumu Cənubi Qafqazı kənar böhranlardan qorumaq formulunu tapdı...

15.03.2025 / 14:46
Bolqarıstanın sabiq Prezidenti Bakıdan Trampa çağırış etdi - "...rahat yaşayaq”

15.03.2025 / 14:27
DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir

15.03.2025 / 14:11
Qaradağda əməliyyat - saxlanan iki nəfərdən 3 kq heroin, tiryək, marixuana, 100 ədəd metodon aşkarlandı

15.03.2025 / 13:43
"Qadınların fəaliyyətini dəstəkləyən xüsusi tədbirlərin həyata keçirilməsinə ehtiyac var" - Qlobal Bakı Forumu

15.03.2025 / 13:26
Qlobal Bakı Forumunda “Yeni dünya üçün yeni texnologiyalar” adlı panel iclas keçirildi

15.03.2025 / 13:02
İsrail - ABŞ - Azərbaycan sttrateji müttəfiqliyi yaranır

15.03.2025 / 12:45
Bərdədə binanın eyvanı uçub, bir nəfər dağıntılar altında qalıb

15.03.2025 / 11:23
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları təltif edildi

15.03.2025 / 11:18
Prezident İlham Əliyev Nasir Əbdülkərim Əbdürrəhmanı “Dostluq” ordeni ilə təltif etdi

15.03.2025 / 11:15
Prezident İlham Əliyev Azərbaycanın D8-ə qoşulmasını təsdiqlədi

15.03.2025 / 11:10
XİN Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası ilə bağlı sazişin imzalanmasını alqışladı

15.03.2025 / 11:00
Mətbuat Şurasının yaranmasından 22 il ötür

15.03.2025 / 10:23
"Birgə bəyanatı alqışlayırıq" - Qırğızıstandan Azərbaycan və Ermənistan açıqlaması

15.03.2025 / 10:16
Ronaldu 928-ci qolunu vurub

15.03.2025 / 10:03
Ağstafada "Jiquli" piyadanı vuraraq öldürüb

15.03.2025 / 08:44
Ədliyyə Nazirliyinin bu ideyası rəğbət qazanmadı - boşanmaq istəyənlərə nə psixoloq?

15.03.2025 / 01:27
Putin Trampın Kurskda mühasirədəki ukraynalı əsgərlərin bağışlanması xahişinə cavab verdi – silahı yerə qoyub təslim olsunlar...

14.03.2025 / 23:18
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində... - FOTO

14.03.2025 / 22:18
Tramp bunu da etdi – Putinlə birləşib dezinformasiya yayırlar...

14.03.2025 / 22:13
Paşinyan 2 mübahisəli sülh maddəsini niyə təsdiqlədi və niyə mövqeyindən çəkildi?...

14.03.2025 / 22:07
Estoniya kəşfiyyatı Trampı təkzib etdi, - Ukrayna ordusu Kurskda mühasirəyə düşməyib...

14.03.2025 / 21:40
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər - FOTO

14.03.2025 / 21:37
Konqresin ermənilərə satılmış üzvləri Trampın dövründə bir-bir vurulur...

14.03.2025 / 21:23
Ermənistan tezliklə konstitusiyanı da dəyişməli olacaq...

14.03.2025 / 21:21
C.Vensdən əl çəkmirlər bu dəfə də vitse prezidenti konsertdə fitə basdılar

14.03.2025 / 21:14
Harutyunyan məhkəmədə Vardanyanla bağlı danışdı

14.03.2025 / 21:09
Türkiyə jurnalistindən ziyanlı fikir - Azərbaycan-Türkiyə münasibətləri ABŞ-İsrail münasibətləri kimidir?...

14.03.2025 / 20:56
Yeni dünya düzənində Rusiya Azərbaycanla daha fərqli işləməli olacaq...

14.03.2025 / 20:55
Harutyunyan: "Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu" - MƏHKƏMƏ + FOTO

14.03.2025 / 20:42
Ermənistanla saziş Xocalı genosidi barədə beynəlxalq iddialara kölgə salmayacaq...

14.03.2025 / 20:28
Azərbaycan kəşfiyyatı Ermənistanda AB-nin sərhəd missiyasını tam deşifrə etdi...

14.03.2025 / 20:20
Tramp Putinlə Kursk vilayətində mühasirədə olan Ukrayna qoşunlarını müzakirə edib

14.03.2025 / 20:15
Ermənistanın üzdə sülh ritorikası - altda müharibə hazırlığı... Təlimatçıların yeni oyunu...

Ermənistanla sülh sazişi uğrunda mübarizə dövlətçilik tariximizdə mühüm sənəd kimi...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456