Cümə günü, 2 may 2025
     

Azərbaycanda aliment məsələsi - qanun və reallıqlar...

Image

Azərbaycan dövləti ailə institutumuzun monolitliyini qoruması üçün həm qanunvericilik, həm də ictimai müstəvidə kifayət qədər ciddi tədbirlər görür. Nəzərə alsaq ki, ailə institutu hər bir dövlətin əsas söykəndiyi dəyərlərdən biridir, bu səbəb də də dövlət səviyyəsində bu istiqamətdə çoxsaylı proqramlar hazırlanır, qanunvericilik aktları mükəmməlləşdirilir. 

Məlumdur ki, ailə institutunun qorunması üçün məqsədyönlü işlər aparılmasına baxmayaraq, bizim cəmiyyətdə də boşanma halları mövcuddur. Təəssüflər olsun ki, son dövrlər boşanmaların sayı artır. Boşanmalar nəticəsində ortaya ciddi problemlər çıxır, o problemlərdən biri də alimentin ödənilməsi ilə bağlıdır. 

Ekspertlər bildirir ki, bu sahədə ciddi problemlər var, xüsusən də qarşı tərəf aliment ödənişini həyata keçirmək istəmir. Ekspetlər qeyd edir ki, boşanma baş verəndə məhkəmə alimentin ödənilməsi barədə qərar çıxarır, amma müəyyən məsuliyyətsiz kişilər bu alimenti ödəməkdən boyun qaçırırlar. 

Cəmiyyəti narahat edən məsələ - problemli aliment...

Bəzi ekspretlərə görə, ölkədə aliment problemi ciddi şəkil alıb. Qadınlar var ki, boşanıb, iki-üç uşaqla himayəsiz, dəstəksiz qalıb. Atalar aliment ödəmək istəmir, qadınlar təkrarən məhkəmələrə, eyni zamanda icra hakimiyyətlərinə, müxtəlif qurumlara üz tutur. Problemli aliment məsələsinin həlli isə çox zaman mümkün olmur.  

Ölkədə aliment problemi kifayət qədər ciddidir. Müşahidələr göstərir ki, bu problem qadınlarla yanaşı, artıq məhkəmələri də bezdirirb.

Məsələn, Ədliyyə Nazirliyindən bildirilirdi ki, keçən ilin ilk 6 ayı ərzində aliment tələbinə dair 11 319 məhkəmə qərarı daxil olub.

İcraatda olan aliment işləri üzrə 4 259 nəfər axtarışa verilib. İnzibati qaydada həbs olunan şəxslərin sayı 1 051 nəfər, cinayət məsuliyyətinə cəlb olunan şəxslərin sayı isə 98 nəfərdir.

Keçən ilin avqustunda  dərc olunan rəqəmlərdən də aydın olur ki, məsələ çox ciddidir. 

Bəzi ekspertlər problemdən çıxış yolu kimi, Aliment Fondunun yaradılması təklif edir. 

Məlum olduğu kimi, Aliment Fondunun mahiyyəti bundan ibarətdir ki, aliment fond tərəfindən ödənilir, cavabdehlər isə vəsaiti həmin fonda köçürür, bu dövləti tələb kimi həyata keçirilir.

2024-cü ildən Azərbaycanda alimentin minimum məbləği qaldırılıb. Belə ki, Azərbaycanda alimentin minimum məbləği və ya miqdarı 220 manatdan 235 manata qaldırılıb. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən, bu il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

Aliment uşağın sayından asılı olmayaraq, valideynin daimi qazancının və ya başqa gəlirlərinin müəyyən hissəsi qədər tutulur. Əgər valideynin qazancı qeyri-müntəzəm olarsa, yaxud tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu halda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər.

Alimentlə bağlı qətnamənin icrasını aliment ödəməli olan valideynin yaşayış yeri üzrə İcra şöbələri və Probasiya xidməti həyata keçirir. İlk növbədə, cavabdehə icraata başlamaq haqqında qərar göndərilir və icranı 10 gün müddətinə könüllü təmin etməsi təklif olunur. Qərar könüllü icra olunmadıqda şəxsin mülkiyyətində hər hansı əmlakın olub-olmamağı barəsində müvafiq orqanlara sorğu göndərilir. Əmlakı müəyyən olunarsa, tələb onun əmlakına yönələ bilər. Həmin şəxsin rəsmi iş yerinin olub-olmamağı da müəyyənləşdirilir. Şəxsin barəsində məcburi gətirmə və axtarış tədbirləri, ölkədən çıxışına məhdudiyyət qoyulması kimi tədbirlər də görülə bilər. Belə ki, alimentin üzrsüz səbəbdən icra edilməməsinə görə borclu şəxslər İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə məsuliyyətinə cəlb oluna bilərlər. Bundan da nəticə çıxarmayan borcluya sonuncu dəfə xəbərdarlıq edilir, barəsində materiallar toplanılaraq Cinayət Məcəlləsinin 306.1 maddəsi ilə cinayət işinin açılması üçün Ədliyyə Nazirliyinə təqdimat verilir. Həmin maddə ilə borclu cərimə, ictimai işlər, islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, qanunda borclunun qətnaməni icra etməsi üçün kifayət qədər məcburiyyət tədbirləri, etmədiyi təqdirdə isə cəza növləri mövcuddur. Lakin ölkədə aliment ödəməkdən yayınanların sayı durmadan artır.

Bu mətbuatda gedən rəsmi qeydlərdir. Yəni bu yazıda istifadə etdiyimiz faktlar mətbuatda gedən məlumatlardan götürülüb. 

Ailə Məcəlləsində aliment məsələsi necə tənzimlənir? 

Sağlam Cəmiyyət Hərəkatının skeprti Lalə Mehralı "Bakı-Xəbər"ə bildirdi ki, Azərbaycan Respublikasının Konstitusiyasında, Qanunvericiliyində və Ailə Məcəlləsində aliment uşaqların saxlanılması üçün nəzərdə tutulan ödənişli öhdəçilik deməkdir: "Qanunlarımıza görə aliment ödəyəcək şəxsin rəsmi iş yeri və yaxud rəsmi gəliri varsa, 1 uşaq üçün maaşının və əlavə gəlirlərinin 1/4 hissəsini, 2 uşaq üçün 1/3 hissəsini, 3 və ya daha çox uşaq üçün gəlirlərinin və maaşının 50%-ni ödəməlidir. 

Lakin adətən bizim məhkəmələrdə rəsmi gəliri az göstərməklə, yəni əlavə gəlir yerlərini gizlədərək daha az aliment kəsilməsi halları çox olur. Alimenti ödəyəcək tərəf daha az ödəyə bilmək üçün gəlirlərinin mənbəyini gizlədir, minmum maaş təqdim edir. Boşanmaların sürətlə çoxalmasına baxsaq alimentlə bağlı nə qədər çox mübahisəli vəziyyətin olduğunu da təxmin etmək olar. 

Etiraf etmək lazımdır ki, kişilər boşanma məsələsində qadınlar qədər istəkli deyil. Məcbur qalıb boşananda da keçmiş həyat yoldaşına qəzəbli olan ataların "silahı" aliment olur. Gah ödəyir, gah ödəmir, icraçı təqib etmir, alan tərəf iddia qaldırır yenə, təmin edilir, ya edilmir, bu da mübahisəlidir, çünki çox belə vəziyyət var. Boşanma bu qədər rahat olduqdan sonra bu qədər aliment mübahisənin yaranması da gözlənilən idi. Aliment məsələsinin həllinə enerji, vaxt sərf etmək yerinə boşanmaların azaldılması istiqamətində iş görmək lazımdır. Çünki aliment ödənilməsi rahatlaşdıqca boşanma sayı da artacaq. Mənim Mediasiya Şurasına böyük ümidlərim vardı, amma vəziyyət göstərir ki, əksinə oldu".

Ekspert də qeyd edir ki, alimentin ödənilməsi məsələsi Ailə Məcəlləsində və digər qanunvericili aktlarında əks olunub, amma buna baxmayaraq yenə də bu sahədə ciddi problem var. Problemin həlli üçün isə daha geniş miqyaslı işlər görülməli olduğunu deyən ekspert hesab edir ki, lazımı addımlar atılmadan problemin həllinə nail olmaq çətindir. 

Əlbəttə, burada aidiyyatı dövlət qurumları ilə yanaşı ictimai qurumların da fəaliyyəti olmalıdır ki, bu problemin səviyyəsi, miqyası azalsın. Bu, cəmiyyətdə ciddi bir problemdir və dəyərlərimizə ciddi ziyan vurur...Bu ziyanın aradan qalxması üçün isə cavabdeh tərəf öz məsuliyyətini dərk etməlidir. 

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

02.05.2025 / 22:23
Məhkəmədə Ermənistanda yüksək vəzifələr tutmuş şəxsin qondarma rejimdə "nazir vəzifəsinə" təyin olunduğu açıqlandı - FOTO

02.05.2025 / 22:13
Rusiyanın qandonduran cinayətləri: – “Pokrovskini yer üzündən silir”

02.05.2025 / 22:10
Nyu-York yəhudi icmasının üzvləri qazaxıstanlılara Holokost zamanı göstərdikləri köməyə görə təşəkkür etdilər

02.05.2025 / 21:35
Pakistan terror aktının beynəlxalq araşdırılmasını tələb etdi - Hindistan niyə susur?...

02.05.2025 / 21:19
Berbok Azərbaycanı sevməyən nazir idi - yerinə “Ermənistana işğalçı” deyən şəxs gəlir...

02.05.2025 / 21:06
Nazirlərin müşavir ştatları getdikcə "şişir" - həm də vurulmuş məmurların hesabına...

02.05.2025 / 20:51
Avropanın marağı, Zəngəzur dəhlizinin yeni statusu - Sakit və Atlantik okeanları arasında ən qısa yol...

02.05.2025 / 20:36
ABŞ Senatı mütləq çoxluqla Trampın əleyhinə qalxdı...

02.05.2025 / 20:22
Ermənistan anlamağa başlayır - Avropa bizi Ukrayna kimi uçuruma aparır...

02.05.2025 / 20:08
Əhliman Əmiraslanovun qaldırdığı məsələ üzərində düşünməyə dəyər - belə artım yaxşı hal sayılmır...

02.05.2025 / 20:07
Davit İşxanyanın və qardaşının Qaradağlıda mülki azərbaycanlı əhalinin öldürülməsində iştirakını sübut edən sənəd tədqiq olunub

02.05.2025 / 19:55
Almaniyada Azərbaycan üçün sərfəli siyasi proses başladı...

02.05.2025 / 19:41
Hindistan tədricən Rusiyaya arxa çevirməyə başlayır... 9 May sübutu...

02.05.2025 / 19:28
Hindistan Pakistana qarşı terrorlar da daxil geniş planlar hazırlayır...

02.05.2025 / 19:14
Bakı məhkəməsi Zori Balayanın da illər öncə Qarabağdakı cinayətlərini açır...

02.05.2025 / 19:00
Rusiyanın Bakıdakı kibercasus şəbəkəsi ifşa olundu...

02.05.2025 / 18:47
CASCFEN “Ramiz Əskər - Türk Dünyasına Xidmət Ödülü”nün qaliblərini mükafatlandırdı - FOTO

02.05.2025 / 18:35
Hindistanın Pakistanın suyunu kəsməsi insanlığa və müharibə qanunlarına qarşı cinayətdir...

02.05.2025 / 18:21
ABŞ-Ukrayna sazişinin müharibəyə son qoya biləcəyinə inam çox azdır... Niyə?

02.05.2025 / 18:15
Xocalıda hərbi sursat partladı - bir nəfər xəsarət aldı...

02.05.2025 / 18:07
Azərbaycanda "pul bazası" azaldı, 21 milyard manata düşüb - bu nə deməkdir...

02.05.2025 / 17:53
Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

02.05.2025 / 17:40
Türkiyə 6 ay əvvəl Netanyahuya tətbiq etdiyi qadağanı geri çəkdi - nə dəyişib?...

02.05.2025 / 17:27
Pakistanla qarşıdurmanı dərinləşdirməyin kökündə Modinin seçki maraqları dayanır - 2019-da da belə olmuşdu...

02.05.2025 / 17:14
Buraxılışda maksimum bal yığan şagirdlərin sayı 8 dəfə artıb - 2 səbəb göstərilir...

02.05.2025 / 17:01
Deputat: "Media resurslarına qarşı həyata keçirilən hücumlar sıravi kiberhücum olmayıb"

02.05.2025 / 16:51
Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinə 550 min manat ayrıldı

02.05.2025 / 16:34
"Dövlətimiz formasından asılı olmayaraq istənilən təhdidi dəf etməyə qadirdir" - Ramid Namazov

02.05.2025 / 16:26
"Bank kartları ilə bağlı məlumatları tanımadığınız şəxslərə verməyin" - Elşad Hacıyev

02.05.2025 / 16:22
Azərbaycana kiberhücumların arxasında Rusiya ilə əlaqəli APT29 qrupunun dayandığı açıqlandı

02.05.2025 / 16:08
"Media resurslarına hücumlar əlaqələndirilmiş və siyasi motivlidir" - Ramid Namazov

02.05.2025 / 16:03
DSX Xəzərdə əməliyyat keçirdi - bir qaçaqmalçı öldürüldü... - FOTO

02.05.2025 / 15:47
ABŞ İranla nüvə sazişinin şərtlərindən birini açıqladı

02.05.2025 / 15:44
Hünər dastanlı Əsgər

02.05.2025 / 15:30
Deputatlar BMU-nun laboratoriyaları ilə tanış olublar

02.05.2025 / 15:25
Nəqliyyat infrastrukturunda davamlı həllər medianın dəstəyi ilə müzakirə olunub

02.05.2025 / 15:07
Tramp Konqresdən onun iimpiçmentinə cəhd edənləri qovmağa çağırdı

02.05.2025 / 15:06
Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutuldu

02.05.2025 / 14:59
Dövlət Departamenti: ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq

02.05.2025 / 14:57
Əl-Cəzirə: -“İsrail Qəzza blokadasını yarmağa çalışan gəmiyə zərbə endirdi”

02.05.2025 / 14:54
Əkrəm İmamoğlu 200-dən çox şəxs və qurumu ittiham etdi

02.05.2025 / 14:40
“Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”nə həsr olunan panel sessiya keçirilib

02.05.2025 / 14:23
"Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri nəticəsində öldü" - Zərərçəkmiş şəxs

02.05.2025 / 13:57
BMT-nin İnkişaf Proqramının nümayəndəliyinin Bakı ofisi bağlandı...

02.05.2025 / 13:42
"Azərbaycana qarşı informasiya məkanında təhdidlər artır" - Natiq Məmmədli

02.05.2025 / 13:25
Yasamalda oğurluq edənlər saxlandı

02.05.2025 / 13:10
Виталий Баласанян! Тебе мудрый совет: Молчи! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

02.05.2025 / 12:56
"Bir neçə saat ərzində həyata keçirilən antiterror əməliyyatlarında ordumuz peşəkarcasına döyüşüb" - Anar Eyvazov

02.05.2025 / 12:37
Sosial şəbəkələr neqativ informasiya bazarına çevrilib...

02.05.2025 / 12:35
Salyanda "avtoşluq" edən sürücü həbs edildi - FOTO

02.05.2025 / 12:17
Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda forumun açılış mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

02.05.2025 / 12:08
İsrailli köçkünlər yerli fələstinlilərə hücum etdi

02.05.2025 / 12:05
Dikiy:-“ Ukrayna təbii sərvətlərlə bağlı razılaşmaya görə böyük riskə getdi”

02.05.2025 / 12:00
Kreml 9 mayı bomba sığınacağında qeyd etməli olacaq

02.05.2025 / 12:00
Paşinyan bu iki şəxsdən birini ABŞ-a səfir göndərəcək

02.05.2025 / 11:59
“Ukrayna Rusiyanı 2014-cü il sərhədlərinə qaytara bilməyəcək”

02.05.2025 / 11:53
“Əkinçi” qəzeti milli hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlib" - Əhməd İsmayılov

02.05.2025 / 11:42
Ali Məhkəmə televiziyalarda ailə həyatına müdaxilə halları ilə bağlı qərar qəbul edəcək

02.05.2025 / 11:32
Türkiyədə qeyri-leqal miqrasiya ilə məşğul olan 21 nəfər saxlanılıb

02.05.2025 / 11:22
2030-cu ildə suya tələbat 16 faiz artacaq - Hökümətdən AÇIQLAMA

02.05.2025 / 11:15
"Neqativ xəbər axınına qarşı informasiya immuniteti gücləndirilir"- Əhməd İsmayılov

02.05.2025 / 11:07
Tramp 8 Mayı Qələbə Günü elan etdi

02.05.2025 / 11:05
Hindistan- Pakistan müharibəsi Azərbaycana toxunarmı? - CANLI

02.05.2025 / 11:00
Ermənistanın idxal-ixrac əməliyyatlarının iqtisadi təhlili layihəsinə start verildi

02.05.2025 / 10:43
"Forumun məqsədi media subyektləri ilə dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək olmaqdır" - Əhməd İsmayılov

02.05.2025 / 10:25
Bir gecədə 121 Ukrayna PUA-sı məhv edilib - Moskvadan açıqlama

02.05.2025 / 10:20
Baş nazirlikdən istefa verib prezident olmaq istəyir...

02.05.2025 / 10:12
"Zirə" bu gün "Turan Tovuz"la qarşılaşacaq

02.05.2025 / 10:07
Yasamalda qadın sürücünün vurduğu kişi xəstəxanada ölüb

02.05.2025 / 10:01
Bu gün Bakının iki rayonu qazsız qalacaq - XƏBƏRDARLIQ

02.05.2025 / 09:35
"Dünya siyasətinə etibarsızlıq qayıdır" - Donald Tuskdan AÇIQLAMA

02.05.2025 / 09:27
Azərbaycanda həkimlərin say yox, paylaşma problemi var - təyinat sistemi bərpa edilir?...

02.05.2025 / 09:22
Novxanı bağlar massivində silah-sursat tapılıb

02.05.2025 / 09:18
“Skype” gələn həftə bağlanır

02.05.2025 / 09:12
Yunanıstanı tətillər bürüyüb- qiymət artımına qarşı...

02.05.2025 / 09:07
Tramp keçmiş müşavirini BMT-yə səfir göndərir

02.05.2025 / 09:00
Avropa Liqası: "Mançester Yunayted" və "Tottenhem"dən qələbə

02.05.2025 / 08:36
"Elmlər doktoru" adı ləğv olunur - ciddi arqumentlər var...

01.05.2025 / 23:12
Bakının bu ərazilərində ev və obyektlər söküləcək - sakinlərə müraciət edildi...

01.05.2025 / 22:46
Ermənistan SQ-nin Qaradağlı kəndini işğal etməsi, azərbaycanlıları vəhşicəsinə qətlə yetirməsi, işgəncə verməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub - FOTO

01.05.2025 / 22:21
Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində olublar - FOTO

Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678