Çərşənbə günü, 30 aprel 2025
     

Bakıda taksi biznesi iyulun 1-də alt-üst olacaq...

Image

Taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiq edilib.

Tələblərə əsasən, buraxılış tarixindən 15 ildən artıq müddət keçməyən avtomobil nəqliyyatı vasitələri üçün 3 ay ərzində elektron qaydada müraciət edərək müvafiq icazələri alanlar taksi fəaliyyətlərini davam etdirə bilərlər. Həmçinin taksi minik avtomobilinin daxilində aşağıdakılar olmalıdır:

– sürücü və daşıyıcı barədə məlumatları əks etdirən məlumat lövhəsi;

– taksometr (gedişhaqqının tarifləri barədə məlumat lövhəsi ilə birgə) və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı olan mobil cihaz;

– gedişhaqqının nağdsız ödənilməsi üçün POS-terminal.

Taksi minik avtomobilləri "ABS" əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir.

Eyni zamanda, taksi minik avtomobili bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilməlidir.  Taksilərin rəngləri ağ və ya qırmızı müəyyən edilib.

Qeyd edək ki, taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarında istifadə olunması üçün ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinə şamil edilir.

Yasin Mustafayev: "Bütün bu islahatların həyata keçirilməsi və bunlara qoyulan tələblərin 2024-cü il iyul ayının 1-dən qüvvəyə minməsi müəyyən çətinliklər yaradacaq" 

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, yeni qaydalar taksi qiymətlərinə təsir edəcək: "Taksi fəaliyyəti sahəsində uzun sürən problemlər, çətinliklər, anarxiyadan sonra artıq deyə bilərik ki, bu sahədə islahatlara start verilib. Ümid edirik ki, bu islahatlar ciddi mənada dəyişikliklər yaradacaq. Bu gün Nazirlər Kabinetinin imzaladığı qərara əsasən artıq bu sahədə müxtəlif tələblər ortaya qoyulur. Həm taksi fəaliyyəti sahəsində, eyni zamanda digər sərnişin daşımalarda artıq müəyyən tələblər qoyulub. Təbii ki, islahatlar aparıldığı zaman razı və narazı qalan kütlə olur. Taksi istifadəçiləri burada tətbiq edilən qaydalarla, tələblərlə, yəqin ki, razı qalacaqlar. Müəyyən qədər taksilərin fəaliyyətində istifadə olunan nəqliyyat vasitələrinin keyfiyyəti yüksəldiləcək. Təbii ki, taksi fəaliyyəti ilə məşğul olan şirkətlər və yaxud da fiziki şəxslərdə isə bu müəyyən qədər çətinlik yaradacaq. Əlbəttə ki, bütün bu islahatların həyata keçirilməsi və bunlara qoyulan tələblərin 2024 cü il iyul ayının 1-dən qüvvəyə minməsi müəyyən çətinliklər yaradacaq. Tələblərə əsasən taksi avtomobilləri ağ və ya qırmızı rəngdə olmalıdır. Eyni zamanda minimum AVRO-5 standartına cavab verməlidir. İstehsal tarixi 15 ildən çox olmamalıdır".

Ekspert hesab edir ki, dəyişiklik qiymətlərə təsir edəcək. Qiymətlər nəzərəçarpacaq dərəcədə artacaq: "Qaydalara uyğun olmaq üçün, yəqin ki, avtomobillərini ya satmalı, ya dəyişdirməli və yaxud da rənglətməli və s. işlər görməlidirlər. Bu da müəyyən xərclər yaradır. Bu xərclər də, yəqin ki, taksi daşımalarında özünü göstərəcək. Yəni qiymət artımına gətirib çıxardacaq və qiymət artımı da ciddi bir artım olacaq. Hər bir halda qiymət artımı olsa da, kifayət qədər keyfiyyətli xidmətin göstərilməsinin şahidi olacağıq. Hər bir halda bu qoyulan tələblər vətəndaşlar - onların təhlükəsizliyi və rahatlığı üçündür".

POS-terminalların quraşdırılmasına gəlincə, ekspert bildirdi ki,  POS-terminalla bağlı da bəzi güzəştlər tətbiq edilə bilər: "Hesab edirəm ki, o pos-terminallar hansı bankın olacaqsa, ola bilsin ki, həmin banklar tərəfindən təqdim olunsun və ya müəyyən güzəştlərlə verilsin. Ola da bilər, olmaya da bilər, amma bu faktor da, bayaq qeyd etdiyim kimi, qiymətlərə təsir göstərəcək".

Eldəniz Cəfərov: "Bu qərar  avtomobil bazarına təsir edəcək" 

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, bu qərar  avtomobil bazarına təsir edəcək: "Bu qərardan asılı olmayaraq aprel ayından avtomobil qiymətlərinin 3 faiz bahalaşacağı gözlənilir. Bu artım iri avtomobil sənayeçiləri ilə bağlıdır. Daşınma qiymətləri və ehtiyat hissələrinin bahalaşması burada öz təsirini göstərir. Məlum qərar hazırda avtomobil bazarına təsir etməyəcək. Gələcək günlərdə "Toyota Prius" markalı avtomobillərin qiymətinin dəyişəcəyi də o qədər real görünmür. "Prius"lar onsuz da bizim ölkədə populyar deyil. Əvvəl bu maşınların ölkəyə gətirilməsi ucuz başa gəldiyindən gündəmdə idi. Amma keçən ildən qoyulan məhdudiyyət vəziyyəti dəyişdi. Hətta bu məhdudiyyət də "Prius"ların qiymətinə kəskin təsir etməyib".

Elməddin Muradlı: "Birdən-birə bu qədər insanı işsiz qoymaq düzgün deyil" 

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, hazırda ölkədə 70 minə yaxın taksi var və bu rəqəmin azaldılması nəzərdə tutulur. Lakin bunu kəskin şəkildə etmək olmaz: "Birdən-birə bu qədər insanı işsiz qoymaq düzgün deyil. Üstəlik, hansısa bir bazarın sərt tənzimlənməsi dövlətin ümumi məqsədi - əhalinin yüksək məşğulluğu və işlə təmin olunması məqsədi ilə ziddiyyət təşkil edir. Rəqəmsal platformalar bütün dünyada məhz bu məqsədə xidmət edir - özünü və ya ailəsini saxlamağa ehtiyacı olan və ya vaxtının çoxunu sərf edərək bu işi peşəkar şəkildə yerinə yetirməli olan insanlar üçün peşəyə girişi təmin edir. Sürücülərə və taksi şirkətlərinə öz avtomobillərini təkmilləşdirmək və daha yeni nəqliyyat vasitəsi ilə fəaliyyətini davam etdirmək imkanı və vaxtı verilməlidir. Bu işdə həm taksi şirkətləri, həm də hazırda bazarda fəaliyyət göstərən onlayn platformalar mühüm rol oynaya bilər. Düşünürəm ki, onlar da öz avtomobil parkını yeniləməkdə maraqlıdırlar".

Günel CƏLİLOVA



VİDEO

SON XƏBƏRLƏR

30.04.2025 / 21:38
Arazın o tayı, bu tayı arasında yeni iqtisadi bağlar qurulur

30.04.2025 / 21:25
Ermənistan-Rusiya-Belarus vahid neft bazarı - 2027-ci ildə nə baş verəcək...

30.04.2025 / 21:11
Dünya QHT-ləri ikili standartlarla mübarizə üzrə Bakıda razılığa gəldilər...

30.04.2025 / 20:57
Əfqanıstanın təhlükəsizlik məsələləri Azərbaycanda müzakirə olunur...

30.04.2025 / 20:44
İrəvan Bakının daha bir tələbini yerinə yetirir - hazırlıq gedir...

30.04.2025 / 20:31
İran, ABŞ, İsrail də Azərbaycanı seçir - Pezeşkianın səfərindən sonra İrəvanda matəmdir...

30.04.2025 / 20:17
Bir ermənipərəst Avropa deputatı Kaya Kallası Azərbaycana qarşı yönəltdi...

30.04.2025 / 20:02
Moskvadan İrəvana yeni təlimat gəlib - Köçəryanla Sarkisyanı heç cür barışdırmaq olmur...

30.04.2025 / 19:48
"Ulduz" metrosunun qabağında camaat 36 saylı marşrutu həsrətlə gözləyir...

30.04.2025 / 19:46
Siyasi dialoq: qazanan kimdir? - TƏHLİL

30.04.2025 / 19:43
Hindistanın baş naziri 9 may paradında iştirakdan imtina etdi

30.04.2025 / 19:42
ABŞ senatoru növbəti Papa kimi Trampı görmək istəyir

30.04.2025 / 19:30
Ermənistan prezidenti gürcü həmkarına Azərbaycanla bağlı yanlış məlumat verdi...

30.04.2025 / 19:16
Müqəddəs “Qurani-Kərim”in qədim əlyazmaları

30.04.2025 / 19:04
Qlobal Cənub QHT-nin ədalətli dünya uğrunda mübarizəsi Bakıda müzakirə olundu...

30.04.2025 / 18:49
6 raund Putin-Tramp müzakirələri tam iflasa uğradı...

30.04.2025 / 18:35
Müəllimlərə 1 il, həkimlərə cəmi 6 ay... Niyə?

30.04.2025 / 18:21
Diaspor təşkilatlarımız və azad rayonlarımızın bərpasında iştirak problemləri...

30.04.2025 / 18:14
Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclası keçirildi

30.04.2025 / 18:07
Tbilisidə oxuyan tələbələrimizlə bundan sonra müşavir məşğul olacaq...

30.04.2025 / 17:53
Bu xidmətin haqqını bahalaşdırdılar - peşənin "blatı" qalxacaq...

30.04.2025 / 17:44
Azərbaycanda ötən əsrlərdə ilkin xalça və xalça məmulatı necə hazırlanırdı... - FOTO

30.04.2025 / 17:40
Bir satqın türk alimi ermənilərə saxta genosidi dünyada tanıtmaq yollarını öyrədir...

30.04.2025 / 17:37
İrəvanın ortasında ermənini belə döydülər - VİDEO

30.04.2025 / 17:31
İki nüvə dövləti arasında müharibə başlayır… Hindistan yaxın 24 saat ərzində Pakistana hücum edəcək...

30.04.2025 / 17:26
Paşa Yaqubun yeni kitabçası çap olunub

30.04.2025 / 17:22
Naxçıvanın su təchizatına Prezident şəxsən müdaxilə etdi... Lakin...

30.04.2025 / 17:17
Yunus Oğuzun “TÜRK” etnonimi və törələri” adlı yeni kitabı başa çatıb

30.04.2025 / 17:06
Samarada Stalinin əfsanəvi gizli bunkeri tapıldı...

30.04.2025 / 16:53
Qazaxıstan 9 may paradından və “Müqəddəs Georgi” lentindən niyə imtina etdi?

30.04.2025 / 16:46
Suriyada Hafiz Əsədin məzarı açıldı, sümükləri oğurlandı...

30.04.2025 / 16:27
85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30.04.2025 / 16:10
Ceyhun Bayramov Küveytin xarici işlər naziri ilə görüşdü

30.04.2025 / 16:03
Avtomobildə narkotik vasitə daşıyan şəxslər tutuldu

30.04.2025 / 15:46
Pakistandan Hindistana nüvə təhdidi - Onlar üçün 130 nüvə başlığı ayırmışıq...

30.04.2025 / 15:34
Narkomaniyanın yaratdığı fəsadlar

30.04.2025 / 15:26
BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30.04.2025 / 15:19
Bakıda özünü avtomobil yoluna ataraq sürücüləri qorxudub pul qoparan şəxslər peyda olub - DİN xəbərdarlıq etdi

30.04.2025 / 14:49
Gələn ilin sonunadək azad olunmuş ərazilərdə 44 kənd salınacaq...

30.04.2025 / 14:16
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını etdi - FOTO

30.04.2025 / 14:12
Rusiya işgəncələrlə öldürdüyü jurnalistin cəsədini Ukraynaya qaytardı

30.04.2025 / 14:10
Kursk bölgəsində 600 Şimali Koreya əsgəri həlak olub

30.04.2025 / 14:02
DİN-dən uşaqların qaçırılması xəbərlərinə reaksiya - iddialar əsassızdır...

30.04.2025 / 13:46
Nömrəsi olmayan avtomobillə xuliqanlıq edən qazi saxlandı

30.04.2025 / 13:34
Nömrəsiz avtomobil idarə edən sürücünün narkotik aludəçisi olduğu ortaya çıxdı

30.04.2025 / 13:21
İran və ABŞ arasında danışıqların növbəti raundu Romada keçiriləcək

30.04.2025 / 13:10
Жёсткий ответ армянскому "генералу" тушёнкаеду - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

30.04.2025 / 12:12
Paşinyanı sıxışdırırlar - həm Qərbdən, həm də Moskvadan...

30.04.2025 / 12:07
Ölkəmizdə distant təhsil xidməti üzrə yeni dövlət standartı qəbul edilib

30.04.2025 / 12:00
"Azərbaycan yaxın dostu olan İsrail ilə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir"

30.04.2025 / 11:48
Prezident İlham Əliyev Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub

30.04.2025 / 11:43
Gəncədə 400-dən çox qadın süd vəzi xərçəngi ilə əlaqəli tibbi müayinələrə cəlb olunub

30.04.2025 / 11:38
Qeyri-adi müsahibə

30.04.2025 / 11:32
Abdulla Qədirinin "Ötən günlər" əsərinin premyerası keçirilib

30.04.2025 / 11:29
Kukla festivalının Bakı mərhələsi yekunlaşdı

30.04.2025 / 11:10
Prezident İlham Əliyev İsrail Prezidentini təbrik etdi

30.04.2025 / 11:06
ABŞ Rusiya üçün faciəli qərar verə bilər - CANLI

30.04.2025 / 11:06
Əkrəm İmamoğlunun korrupsiya işi üzrə daha 18 nəfər həbs edildi

30.04.2025 / 11:00
Bank kartlarından oğurluq davam edir - bir gündə 36 min manat oğurlanıb...

30.04.2025 / 10:30
Tramp Rusiyaya qarşı yenə qeyri müəyyən ifadələr işlətdi

30.04.2025 / 10:25
Zənginlərə BƏD XƏBƏR: Maltada "qızıl pasport" almaq qadağan edildi!

30.04.2025 / 10:19
Türkiyə yenidən silkələndi...

30.04.2025 / 10:10
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb - polis

30.04.2025 / 10:06
"Liverpul" bu isveçli futbolçu üçün 144 milyon avro ödəyəcək!

30.04.2025 / 10:00
Trampdan QƏRAR: Polşaya 1,3 milyard dollarlıq raket satışını təsdiqlədi

30.04.2025 / 09:32
Pakistan və Hindistan arasında atışma olub

30.04.2025 / 09:24
Vaxtı keçmiş kreditlər yenə çoxalmağa başlayıb...

30.04.2025 / 09:22
Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb

30.04.2025 / 09:14
Bu gün Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 26 il ötür

30.04.2025 / 09:07
PSJ "Arsenal"ı məğlub edib

30.04.2025 / 09:02
Naxçıvanın bir neçə kəndində qaz olmayacaq - XƏBƏRDARLIQ

30.04.2025 / 08:38
Düz 1 ay qaldı - saatlıq əmək haqqı...

29.04.2025 / 21:17
Azərbaycan Beynəlxalq Elmi Ay Stansiyası tikiləcək - ölkə kosmik yarışa qoşulur...

29.04.2025 / 21:14
Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər - FOTO

29.04.2025 / 21:02
Ermənistan 3 ayda 4 faizdən çox iqtisadi artımı nəyin hesabına əldə edib...

29.04.2025 / 20:48
İranla münasibətlər yeni pillədə - Azərbaycanın Avrasiyada logistika-tranzit mövqeyi misilsiz dərəcədə güclənir...

29.04.2025 / 20:40
Bakıda ICESCO-nun regional ofisinin rəsmi açılışı oldu - FOTO

29.04.2025 / 20:33
Tarixdə Tramp kimi 100 gündə bu qədər nüfuz itirmiş 2-ci prezident olmayıb...

29.04.2025 / 20:22
Türkiyənin Azərbaycandakı səfiri Mətbuat Şurasında olub - FOTO

29.04.2025 / 20:19
Ermənilər qəti etiraf edir - Bakı Ermənistandakı revanşizmi yerindəcə məhv etməyə qadirdir...

29.04.2025 / 20:11
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs: "Talış kəndi istiqamətində yenicə basdırılmış 59 mina zərərsizləşdirdik" - FOTO

Diaspor təşkilatlarımız və azad rayonlarımızın bərpasında iştirak problemləri...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011