Cümə axşamı günü, 1 may 2025
     

Texniki Universitet Türkiyə-Azərbaycan Universitetinin təsis ortağı oldu...

Image

İlqar Orucov: "Azərbaycan Texniki Universitetinin potensialı, imkanları kifayət edir ki, o, Türkiyə-Azərbaycan Universietində tərəfdaş olaraq prosesə cəlb olunsun"

Türkiyə-Azərbaycan Universitetində tədris prosesinə ilkin mərhələdə Türkiyədən Orta Doğu Teknik Universiteti, İstanbul Teknik Universiteti və Hacettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunacaq.

Bunu media nümayəndələri üçün keçirilən brifinqdə təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, növbəti tədris ilindən universitetdə ilk olaraq texniki, texnoloji və mühəndislik ixtisasları üzrə 100 tələbənin qəbulunun həyata keçirilməsi nəzərdə tutulur: "Əsas profil mühəndislik olmaqla, növbəti tədris ilindən kompüter elmləri, elektrik və elektronika mühəndisliyi, sənaye mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, ekologiya mühəndisliyi kimi ixtisasların tədrisi nəzərdə tutulur. Gələcəkdə isə tibb təhsilinin tədrisini planlayırıq".

Tədrisin ilkin mərhələdə türk və ingilis dillərində aparılacağını deyən nazir akademik dəstəyin Türkiyə, inzibati, maliyyə dəstəyinin isə Azərbaycan tərəfindən göstəriləcəyini vurğulayıb.

"Burada həm azərbaycanlı, həm də türkiyəli müəllimlər çalışacaq. Həm Türkiyə-Azərbaycan, həm də Qarabağ Universitetində yeni tədris modelləri və ən yaxşı tələbə-müəllim kontingentinin formalaşdırılması hədəflənib", - nazir qeyd edib.

Emin Əmrullayev onu da əlavə edib ki, Qarabağ Universitetində tələbələr ilk illərdə dövlət hesabına təhsil alacaq, sosial tədbirlərlə əhatə olunacaq, əlavə təqaüdlər və ödənişsiz yataqxana ilə təmin olunacaqlar. Universitetdə çalışacaq müəllim və işçi heyəti isə yaşayış yeri ilə təmin ediləcək.

"İki dövlətin alimlərinin, universitetlərinin birgə səyi nəticəsində biz Türkiyə-Azərbaycan Universitetini müasir universitet səviyyəsində qura..." 

Azərbaycan Texniki Universitetinin tərəfdaş seçilməsinin əhəmiyyətini vurğulayan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov "Bakı-Xəbər"ə şərhində "Türkiyə-Azərbaycan Universitetində ilkin mərhələdə tədrisə cəlb olunacaq personalın müəyyənləşdirilməsi nəticəsində açıqlanıb ki, Türkiyədən Orta Doğu Teknik Universiteti, İstanbul Teknik Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunacaqlar. Biz bu barədə dəfələrlə danışmışıq. Bütövlükdə, 2024-2025-ci tədris ilini universitetin fəaliyyətə başayacağı ilk il olaraq nəzərə alsaq, bura 250 tələbənin qəbul olunması planlaşdırılır. İlkin mərhələdə 250 tələbə olacaq və ixtisasların da sayı elə çox olmayacaq, yəqin ki, gələcəkdə universitetin fəaliyyəti genişlənəcək, orada fərqli ixtisaslar tədris ediləcək, o ixtisaslar ki, ölkəmiz üçün də strateji əhəmiyyət kəsb edə bilər. Təbii ki, bu ixtisasların həm də Türkiyə və Azərbaycan unuversitetində kadralara, mütəxəssislərə ehtiyac olacaq və o ixtisaslar artırılacaq. Hesab edirəm ki, artırılmalıdır da"-deyə bildirdi. 

İ.Orucovun sözlərinə görə, amma ilkin mərhələdə birinci tədris ilində, xüsusən mühəndislik və tibb ixtisasları üzrə tələbə qəbulu nəzərdə tutulur. "Türkiyə tərəfdən cəlb edilən universitetlər kifayət qədər nüfuzlu universitetlərdir. Onların eyni zamanda  texniki və tibb elmləri üzrə kifayət qədər yaxşı ənənələri var. Tutalım, İstanbul Teknik Universiteti, Orta Doğu Teknik Universiteti texniki kadr hazırlığında kifayət qədər nüfuza malikdir. Əslində, dünyada çox qabaqcıl mövqe tutublar. Əlbəttə, düşünürəm ki, həmin universitetlərlə əməkdaşlıq yaxşı nəticə verə biləcək.

O ki qaldı Azərbaycan tərəfdən prosesə cəlb edilən Azərbaycan Texniki Universitetinə, bu universitetin də kifayət qədər böyük tarixi var.   Eyni zamanda Texniki Universitetdə çox yaxşı işlər görülür. Beynəlxalq əməkdaşlıq müstəvisində yaxşı ənənələr yaradılıb, əlaqələr qurulub. Texniki Universitetin qeyd edilən Türkiyə universitetləri ilə yaxşı əlaqələri var. Xüsusilə də Türkiyənin Orta Doğu Teknik  Universiteti və İstanbul Teknik Universiteti ilə yaxşı əlaqələri mövcuddur. Həm kadr hazırlığı, həm də birgə tədqiqat istiqamətində əməkdaşlıq  davam edir. Azərbaycan Texniki Universitet oturuşmuş bir ali təhsil ocağıdır. Sovet dövründə yaradılmış olan bu universitetin öz ənənələri var. Bu universitetdə həm də son illər böyük inkişaf müşahidə olunur. Fikrimcə, Azərbaycan Texniki Universitetin potensialı, imkanları kifayət edir ki, o Türkiyə-Azərbaycan Universietində tərəfdaş olaraq prosesə cəlb olunsun. Əminəm ki, Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlaması ilə həm də Azərbaycan ali təhsil mühitində kifayət qədər yenilənmə, müasirləşmə olacaq. Həmişə qeyd etmişəm, yenə də qeyd edirəm ki, Türkiyə ali  təhsili son illərdə özünün yüksək inkişaf dövrünü yaşayır və Azərbaycan ali təhsilinin qardaş dövlətdən-Türkiyədən öyrənəcəyi çox şeylər var. Əlbəttə, deməzdim ki, Türkiyə tərəfininin Azərbaycan Universitetlərindən götürməli olduğu hansısa təcrübələr yoxdur. Hesab edirəm ki, ali təhsil sahəsində bu qarşılıqlı münasibətlər hər iki ölkənin ali təhsilinin inkişafında mühüm rol oynayacaq. Mən Türkiyənin ali təhsilindəki inkişafdan danışdım. Nəzərə alaq ki, bu inkişafda həm də Azərbaycan alimlərinin payı var. Bunu  gizlətmək, danmaq olmaz. Xatırlayıram ki, keçən əsrin 90-cı illərində, dövlət müstəqilliyimizin ilk dövrlərində Azərbaycan elmi ictimaiyyətinin xeyli yaxşı mənada tanınmış nümayəndələri, görkəmli alimlər Türkiyəyə getdilər. Onlar Türkiyədə ali təhsilə töhfə verməyə başladılar. Çünki o zaman Azərbaycanda bu imkanlar yox idi. Hesab edirəm ki, bizim alimlərin də Türkiyə ali təhsilinin  inkişafında böyük rolu, xidmətləri  olub. Bu gün də bu davam edir. Düşünürəm ki, iki dövlətin alimlərinin, universitetlərinin birgə səyi nəticəsində biz Türkiyə-Azərbaycan Universitetini müasir universitet səviyyəsində qura, istədiyimiz universitet modeli olaraq bu ali məktəbi görə biləcəyik"-deyə İ.Orucov vurğuladı. 

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

30.04.2025 / 21:38
Arazın o tayı, bu tayı arasında yeni iqtisadi bağlar qurulur

30.04.2025 / 21:25
Ermənistan-Rusiya-Belarus vahid neft bazarı - 2027-ci ildə nə baş verəcək...

30.04.2025 / 21:11
Dünya QHT-ləri ikili standartlarla mübarizə üzrə Bakıda razılığa gəldilər...

30.04.2025 / 20:57
Əfqanıstanın təhlükəsizlik məsələləri Azərbaycanda müzakirə olunur...

30.04.2025 / 20:44
İrəvan Bakının daha bir tələbini yerinə yetirir - hazırlıq gedir...

30.04.2025 / 20:31
İran, ABŞ, İsrail də Azərbaycanı seçir - Pezeşkianın səfərindən sonra İrəvanda matəmdir...

30.04.2025 / 20:17
Bir ermənipərəst Avropa deputatı Kaya Kallası Azərbaycana qarşı yönəltdi...

30.04.2025 / 20:02
Moskvadan İrəvana yeni təlimat gəlib - Köçəryanla Sarkisyanı heç cür barışdırmaq olmur...

30.04.2025 / 19:48
"Ulduz" metrosunun qabağında camaat 36 saylı marşrutu həsrətlə gözləyir...

30.04.2025 / 19:46
Siyasi dialoq: qazanan kimdir? - TƏHLİL

30.04.2025 / 19:43
Hindistanın baş naziri 9 may paradında iştirakdan imtina etdi

30.04.2025 / 19:42
ABŞ senatoru növbəti Papa kimi Trampı görmək istəyir

30.04.2025 / 19:30
Ermənistan prezidenti gürcü həmkarına Azərbaycanla bağlı yanlış məlumat verdi...

30.04.2025 / 19:16
Müqəddəs “Qurani-Kərim”in qədim əlyazmaları

30.04.2025 / 19:04
Qlobal Cənub QHT-nin ədalətli dünya uğrunda mübarizəsi Bakıda müzakirə olundu...

30.04.2025 / 18:49
6 raund Putin-Tramp müzakirələri tam iflasa uğradı...

30.04.2025 / 18:35
Müəllimlərə 1 il, həkimlərə cəmi 6 ay... Niyə?

30.04.2025 / 18:21
Diaspor təşkilatlarımız və azad rayonlarımızın bərpasında iştirak problemləri...

30.04.2025 / 18:14
Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclası keçirildi

30.04.2025 / 18:07
Tbilisidə oxuyan tələbələrimizlə bundan sonra müşavir məşğul olacaq...

30.04.2025 / 17:53
Bu xidmətin haqqını bahalaşdırdılar - peşənin "blatı" qalxacaq...

30.04.2025 / 17:44
Azərbaycanda ötən əsrlərdə ilkin xalça və xalça məmulatı necə hazırlanırdı... - FOTO

30.04.2025 / 17:40
Bir satqın türk alimi ermənilərə saxta genosidi dünyada tanıtmaq yollarını öyrədir...

30.04.2025 / 17:37
İrəvanın ortasında ermənini belə döydülər - VİDEO

30.04.2025 / 17:31
İki nüvə dövləti arasında müharibə başlayır… Hindistan yaxın 24 saat ərzində Pakistana hücum edəcək...

30.04.2025 / 17:26
Paşa Yaqubun yeni kitabçası çap olunub

30.04.2025 / 17:22
Naxçıvanın su təchizatına Prezident şəxsən müdaxilə etdi... Lakin...

30.04.2025 / 17:17
Yunus Oğuzun “TÜRK” etnonimi və törələri” adlı yeni kitabı başa çatıb

30.04.2025 / 17:06
Samarada Stalinin əfsanəvi gizli bunkeri tapıldı...

30.04.2025 / 16:53
Qazaxıstan 9 may paradından və “Müqəddəs Georgi” lentindən niyə imtina etdi?

30.04.2025 / 16:46
Suriyada Hafiz Əsədin məzarı açıldı, sümükləri oğurlandı...

30.04.2025 / 16:27
85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30.04.2025 / 16:10
Ceyhun Bayramov Küveytin xarici işlər naziri ilə görüşdü

30.04.2025 / 16:03
Avtomobildə narkotik vasitə daşıyan şəxslər tutuldu

30.04.2025 / 15:46
Pakistandan Hindistana nüvə təhdidi - Onlar üçün 130 nüvə başlığı ayırmışıq...

30.04.2025 / 15:34
Narkomaniyanın yaratdığı fəsadlar

30.04.2025 / 15:26
BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30.04.2025 / 15:19
Bakıda özünü avtomobil yoluna ataraq sürücüləri qorxudub pul qoparan şəxslər peyda olub - DİN xəbərdarlıq etdi

30.04.2025 / 14:49
Gələn ilin sonunadək azad olunmuş ərazilərdə 44 kənd salınacaq...

30.04.2025 / 14:16
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını etdi - FOTO

30.04.2025 / 14:12
Rusiya işgəncələrlə öldürdüyü jurnalistin cəsədini Ukraynaya qaytardı

30.04.2025 / 14:10
Kursk bölgəsində 600 Şimali Koreya əsgəri həlak olub

30.04.2025 / 14:02
DİN-dən uşaqların qaçırılması xəbərlərinə reaksiya - iddialar əsassızdır...

30.04.2025 / 13:46
Nömrəsi olmayan avtomobillə xuliqanlıq edən qazi saxlandı

30.04.2025 / 13:34
Nömrəsiz avtomobil idarə edən sürücünün narkotik aludəçisi olduğu ortaya çıxdı

30.04.2025 / 13:21
İran və ABŞ arasında danışıqların növbəti raundu Romada keçiriləcək

30.04.2025 / 13:10
Жёсткий ответ армянскому "генералу" тушёнкаеду - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

30.04.2025 / 12:12
Paşinyanı sıxışdırırlar - həm Qərbdən, həm də Moskvadan...

30.04.2025 / 12:07
Ölkəmizdə distant təhsil xidməti üzrə yeni dövlət standartı qəbul edilib

30.04.2025 / 12:00
"Azərbaycan yaxın dostu olan İsrail ilə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir"

30.04.2025 / 11:48
Prezident İlham Əliyev Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub

30.04.2025 / 11:43
Gəncədə 400-dən çox qadın süd vəzi xərçəngi ilə əlaqəli tibbi müayinələrə cəlb olunub

30.04.2025 / 11:38
Qeyri-adi müsahibə

30.04.2025 / 11:32
Abdulla Qədirinin "Ötən günlər" əsərinin premyerası keçirilib

30.04.2025 / 11:29
Kukla festivalının Bakı mərhələsi yekunlaşdı

30.04.2025 / 11:10
Prezident İlham Əliyev İsrail Prezidentini təbrik etdi

30.04.2025 / 11:06
ABŞ Rusiya üçün faciəli qərar verə bilər - CANLI

30.04.2025 / 11:06
Əkrəm İmamoğlunun korrupsiya işi üzrə daha 18 nəfər həbs edildi

30.04.2025 / 11:00
Bank kartlarından oğurluq davam edir - bir gündə 36 min manat oğurlanıb...

30.04.2025 / 10:30
Tramp Rusiyaya qarşı yenə qeyri müəyyən ifadələr işlətdi

30.04.2025 / 10:25
Zənginlərə BƏD XƏBƏR: Maltada "qızıl pasport" almaq qadağan edildi!

30.04.2025 / 10:19
Türkiyə yenidən silkələndi...

30.04.2025 / 10:10
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb - polis

30.04.2025 / 10:06
"Liverpul" bu isveçli futbolçu üçün 144 milyon avro ödəyəcək!

30.04.2025 / 10:00
Trampdan QƏRAR: Polşaya 1,3 milyard dollarlıq raket satışını təsdiqlədi

30.04.2025 / 09:32
Pakistan və Hindistan arasında atışma olub

30.04.2025 / 09:24
Vaxtı keçmiş kreditlər yenə çoxalmağa başlayıb...

30.04.2025 / 09:22
Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb

30.04.2025 / 09:14
Bu gün Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 26 il ötür

30.04.2025 / 09:07
PSJ "Arsenal"ı məğlub edib

30.04.2025 / 09:02
Naxçıvanın bir neçə kəndində qaz olmayacaq - XƏBƏRDARLIQ

30.04.2025 / 08:38
Düz 1 ay qaldı - saatlıq əmək haqqı...

29.04.2025 / 21:17
Azərbaycan Beynəlxalq Elmi Ay Stansiyası tikiləcək - ölkə kosmik yarışa qoşulur...

29.04.2025 / 21:14
Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər - FOTO

29.04.2025 / 21:02
Ermənistan 3 ayda 4 faizdən çox iqtisadi artımı nəyin hesabına əldə edib...

29.04.2025 / 20:48
İranla münasibətlər yeni pillədə - Azərbaycanın Avrasiyada logistika-tranzit mövqeyi misilsiz dərəcədə güclənir...

29.04.2025 / 20:40
Bakıda ICESCO-nun regional ofisinin rəsmi açılışı oldu - FOTO

29.04.2025 / 20:33
Tarixdə Tramp kimi 100 gündə bu qədər nüfuz itirmiş 2-ci prezident olmayıb...

29.04.2025 / 20:22
Türkiyənin Azərbaycandakı səfiri Mətbuat Şurasında olub - FOTO

29.04.2025 / 20:19
Ermənilər qəti etiraf edir - Bakı Ermənistandakı revanşizmi yerindəcə məhv etməyə qadirdir...

29.04.2025 / 20:11
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs: "Talış kəndi istiqamətində yenicə basdırılmış 59 mina zərərsizləşdirdik" - FOTO

Diaspor təşkilatlarımız və azad rayonlarımızın bərpasında iştirak problemləri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678