Cümə axşamı günü, 24 aprel 2025
     

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

Image

Ramiz Əsgər: "Teleqram vurub Heydər Əliyevi toyumuza dəvət etmişdim…"

Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru, türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyasının müdiri, tanınmış türkoloq, ədəbiyyatşünas, şair, tərcüməçi, Əməkdar jurnalist Ramiz Əsgərin 70 yaşı tamam olub.

Bu günlərdə 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin sərəncamı ilə II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilən professor Ramiz Əsgər 1954-cü ildə Gümrünün Amasya ra­yo­­­nu­na bağlı Qaraçanta kəndində (ha­­­zır­da Ermə­nis­tan sər­hədləri içində­dir) do­­ğulub. Orta mək­­­­­­tə­bi qızıl me­dalla bi­ti­rərək 1972-ci ildə Bakı Dövlət Uni­ver­­si­tetinin jurna­listika fakül­təsinə da­xil olub, 1975-ci ildə M.V.Lo­mo­no­sov adı­na Mos­­kva Döv­lət Uni­­­­­­ver­si­te­tinin jur­na­listika fakültəsinə keç­­­­ib və 1978-ci il­də mə­zun olub. 1978-1983-cü illərdə "Azərbaycanın Səsi" radi­o­­­sun­da çalışıb, 1983-1984-cü illərdə Azərbaycan, türk, ərəb, fars, ingilis, fran­sız və al­­man dil­lə­rində çıxan "Azərbaycan bu gün" jurnalının baş re­dakto­ru, 1984-1991-ci ildə latın, kiril və ərəb əlifbaları ilə nəşr olunan "Od­lar yurdu" qə­zetinin baş redaktoru, 1991-1993-cü illərdə  "Hürriyet" qəzeti (İstanbul) və Uluslararası Haber Ajansı­nın (UHA) Azərbaycan müxbiri, 1993-1997-ci illərdə "Yeni Forum" jurnalının (Ankara) təmsilçisi olub, 1993-1994-cü illərdə   Xarici Turizm Şurasının idarə rəisi işləyib.

1994-1996-cı illərda "XXI əsr" qəzetinin baş redaktoru olub. 1992-1997-ci illərdə Azərbaycan Jurnalistlər Birliyinin katibi olub, 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibidir. 2003-2006-cı ildə Bakı Dövlət Universiteti türkologiya ka­fed­­­ra­sında iş­lə­yib, azərbay­canca və rusca "Türk mədəniyyət tarixi", "Tür­ko­­logiyanın əsas­ları", "Di­va­nü lüğat-it-türk", "Kitabi-Dədə Qorqud", "Qu­tadğu Bilig", "Manas" dərs­ləri deyib. 

2007-2012-ci illərdə filologiya fa­kültəsi bə­dii tərcümə elmi-təd­qi­qat la­­­bo­ra­to­riyasının müdiri olub. 2012-də türk xalqları ədə­biy­ya­tı ka­fed­ra­sının, 2016-da tür­kologiya kafed­rasının mü­diri seçilib. 2023-dən türkoloji araşdırmalar mərkəzinin müdiridir.

Namizədlik disser­ta­si­ya­sı­nı Qutadğu Bilig üzrə, dok­tor­luq dis­­­ser­­­ta­­si­ya­sı­nı  Divanü lüğat-it-türk  üzrə yazıb.

70 illiyi münasibətilə professor Ramiz Əsgərlə görüşüb söhbətləşdik.

"Atam həkim olmağımı istəyirdi, amma mən həkim olmaq istəmirdim" 

- Ramiz müəllim, bu günlərdə Prezident İlham Əliyev sizi II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif etdi. Sizin üçün gözlənilən idi? Bu təltifi necə qarşıladınız?

- Çox   yaxşı. 60 yaşımda "Şöhrət" ordeni almışdım. Sağ olsun cənab Prezident, 70 yaşımda da yenidən əməyimi dəyərləndirdi və orden verdi. Əslində, "Şöhrət" ordenindən sonra "Şərəf" ordeni gözləyirdim. Amma "Vətənə Xidmətə görə" ordeni Vətən qarşısında xidmətlərə görə verilir. 

- İndiyə qədər çoxlu təltifləriniz olub…

- İki dəfə  "Qızıl qələm", "Həsən bəy Zərdabi",  "Humay", "Yeni Orhun" (Türkiyə), "İslama xidmət" (Küveyt), - "Türk Dünyasına xidmət" (Türkiyə),   "Qızıl alma" (Türkiyə), "Babur" (Özbəkistan),  "Altın əsr" (Türkmənistan), "Bəkir Çobanzadə" (Ukrayna),  "Nizami Gəncəvi mükafatı", "Rəsul Rza ödülü", "Vilhelm Tomsen" (Beynəlxalq Türk Akademiyası),  "Əlişir Nəvayi" qızıl medalı (Beynəlxalq Türk Akademiyası), "Qaysın Quliyev" medalı (Rusiya),   TürkSOY-un Özəl ödülü,  Türk­SOY-un 15 illiyi medalı, TürkSOY-un 20 illiyi medalı, TürkSOY-un 25 illiyi medalı, TürkSOY-un "Toktoqul" medalı,  "Məhtimqulu" medalı (Türkmənistan),  "Mağcan Cumabayev" medalı (Qazaxıstan),  "Qasım Amanjolov" medalı (Qazaxıstan), "Toktoqul" medalı (Qırğızıstan), "Mədəniyyət sahəsində uğurlar" medalı (Tatarıstan), "Abdulla Tukay" medalı (Tatarıstan) kimi nüfuzlu təltiflərə layiq görülmüşəm.  

-  Orta məktəbi qızıl medalla bitirmisiniz. Yəqin ki, başqa sahələri də seçə bilərdiniz. Jurnalistikanı özünüz seçdiniz, yoxsa ailənizin təsiri oldu?

- Atam həkim olmağımı istəyirdi, amma mən həkim olmaq istəmirdim. 

- Niyə?

- Çünki həkim olmaq üçün 7 il oxumaq lazım idi, həm də gəlib bir cərrrah kimi yetişməyin üçün ən azı on-on beş il işləməlisən. Amma jurnalistlik elədir ki, sənin istedadın varsa elə həmin gündən bu sənətə yiyələnməyə başlayırsan. Mən özüm jurnalist olmaq istəyirdim.  Bizim ailədə jurnalist çoxdur. Atam jurnalist, iki əmim jurnalist olub, mən jurnalist, qardaşım və qızım da jurnalistdir. Bizim ümumi "stajımız" yəqin 200 il olar. Atamgil filoloq idilər, jurnalistikanı bitirməmişdilər. Atam da, əmim də rayon qəzetinin redaktoru olub. Amasyada Azərbaycan və erməni dillərində "Əmək" qəzeti çıxırdı. Sonra atam və başqa bir əmim "Sovet Ermənistanı" qəzetində uzun müddət işləyiblər…  

- Bəs türk izini axtarmağa meyliniz nə vaxtdan başlayıb? Düzdür, genetik olaraq türkük, bu öz yerində. Elmi araşdırmalarınıza və fəaliyyətinizə təkan verən amilləri, qığılcımları nəzərdə tutub soruşuram.  

- Bizim Amasya sərhəd rayondur. O üzü Türkiyədir, bir tərəfi də Gürcüstan, bu yan da Ermənistan. Biz türkük. Bizim orada camaatda milli şüur vardı, ayıq idilər. Düzdür, çox şeyləri açıb demirdilər, amma milli şüuru aşılayırdılar. Həm də uşaqları ehtiyatlandırırdılar ki, Leninakanda çox olmayın, ora tək getməyin, qaranlıq yerdən keçməyin.

- Yəni o qan düşmənçiliyi insanların genetik yaddaşında yaşayırmış…

- O qan düşmənçiliyi qanda da, gendə də var, onu bizə ötürürdülər. Biz uşaqlıqdan bilirdik ki, biz də türkük, dağın o üzündəkilər də türkdür. Ermənilər bizi əsəbiləşdirirdi ki, sizin generalınız yoxdur. Deyirdik dağın o üzünə baxın, nə qədər desən generalımız var. Onlar da partlayırdılar. Orada milli zülüm vardı, bu olduğu üçün başqa etnik qruplar, kürdlər, azərbaycanlılar öz aralarında həmrəy olmalı idilər. O kənddə 18 il yaşadım, amma bir dəfə görmədim ki, bizim kəndin bir sakini o birini məhkəməyə versin. 

- Qaraçanta kəndində?

- Nəinki Qaraçantada, ümumiyyətlə Amasyada elə şey yox idi. Düzdür, dava-dalaş olurdu, amma rəsmən şikayət edilmirdi ki, biz heç kəsi erməninin əlinə  vermərik. Camaat istəmirdi ki, kimisə tutsunlar, cəzalandırsınlar. Ermənini yaxşı tanıyırdılar.  

- Müsahibələrinizdən birində "2007-ci ildə Monqolustana səfər etdim, Orxon-Yenisey abidələrini çəkdim. Ölkəmizdən o abidələri gedib görən ilk və son insan mənəm" demisiz.  Bu gün necə, yenə yeganəsiniz, yoxsa  artıq sizdən başqa da ora gedənlər olub?

- Ulan-Batorda bir dəfə Anar müəllim olub.  Orada Tonyukuk adlı bir türk abidəsi var. Ora bir saata, saat yarıma rahat gedirlər. Oradan 450 kilometr Orta Asiyaya doğru Qaraqorum şəhəri var, dəmiryolu yoxdur, ora getmək çətindir. Avtobusa minməlisən, 7-8 saat yol getməlisən Qaraqoruma. Ordan da təxminən 30-40 kilometr getməlisən ki, gedib əsl abidələri görəsən. Ulan-Batordakı abidəyə Anar müəllim də, Məmməd İsmayıl da, Vilayət Quliyev də gedib. Amma uzaq abidəyə getmək çətindir.

- Siz necə getdiniz?

- Ora getmək çox əzab-əziyyətlidir. Ona görə də ora hər adam gedə bilmir. Bir də ki, ora getmək üçün gərək o abidəni biləsən, yazasan, dərsini deyəsən…

Süleyman Dəmirəlin prezidentliyi dövründə Monqolustanla xüsusi müqavilə bağlanıb, abidələrin yerləşdiyi yerdə xüsusi bir bina tikilib. Çöldəki abidələrin özləri gətirilib binanın içinə qoyulub, amma dublikatını yaponlara düzəltdirib bayırda saxlayırlar. 

- Bunu nə üçün ediblər?

- Qorumaq üçün. Çünki quş cığı onu xarab edir. O abidələrin ən qocamanın yaşı 1400 ilə yaxındır. Türkiyədən getmişəm. Türkiyə ora bir yol çəkib. Abidələrin yerləşdiyi yerdə bir neçə adam işləyir, maaş alırlar. Onlar həm qarovulçudurlar, həm də bələdçilik edirlər. Ora gəlib-gedən çoxdur, əsasən də Türkiyədən, türk dünyasından gəlirlər. Monqollar onlara elə də maraq göstərmir, çünki yazıları oxuya bilmirlər. O abidələr ona görə salamat qalıb ki, ora yerli əhali müqəddəs yer kimi baxıb.

- O yazıları tam oxuya bilirsiz?

- Oxuyuram, dərsini də keçmişəm. Bir az fərqli əlifbadır, bəzi hərflər yazılmır, tələffüz edilir. Əslində, o qədər də çətin deyil, bir az alışmaq lazımdır.     

- 70 ili necə yaşadınız?

- Tarixin iki böyük xalqı var, biri ingilisdir, biri türk. Bunların torpaqları üzərində günəş batmayıb. Hər ikisinin də deyimləri var. İngilislərin belə bir deyimi var: 15 yaşına qədər təhsil yoxdursa, olmayacaq, 20 yaşına qədər arvadın yoxdursa, olmayacaq, 30 yaşına qədər pulun yoxdursa, olmayacaq. Bizdə vücudnamələr var. Məsələn, ən gözəlini türkmən şairi Məhtimqulu deyib: əlli oldun bəlli oldun, altmış oldun batmış oldun, yetmiş oldun getmiş oldun, oldun səksən bil ki, təksən, oldun doxsan bu gün varsan sabah yoxsan, yüz oldun torpaqla düz oldun. Türk xalqları həyatı belə görüb. Əlli olduq bəlli olduq, altmış olduq batmış olmadıq, yetmiş olduq hələ ki, getmiş olmadıq. 

- Bayaq dediniz ki, 91 kitabınız nəşr olunub. Bu kitabları necə çap etdirirsiniz? Heç olurmu ki, qonorar da alasınız?

- Əsla, qonorar almamışam. Daha elə şeylər yoxdur. Kitablarımı öz hesabıma çap edirəm. İndiyə qədər özümün 32 orjinal kitabım var, tərcümə kitablarımın sayı isə 66-dır. O 66 tərcümə kitablarından da 63-ü çıxıb, bir neçəsi nəşriyyatdadır. Mənim "Müstəqilliyin ilk dövrü Azərbaycan ədəbiyyatı" kitabım hazırda türkcə və qırğızca Bişkekdə çap olunur.  

Hazırda da iki kitab yazıram. Biri Toktoqulun 160 illiyi, o biri də Məhtimqulunun 300 illiyi ilə bağlıdır...Türkmən qəhrəmanlıq dastanı "Goroğlu"nu ana dilimizə çevirmək barədə çox düşünürdüm. Nəhayət, bacım, filologiya üzrə fəlsəfə doktoru, dosent Nailə Əsgərlə bu ağır işə girişdik. Tərcümə üç cilddən ibarət olacaq, iki cildin tərcüməsi artıq çapa hazırdır. İndi cildlərə ön söz və qeydlər yazırıq.

- Dünyanın bir çox ölkəsində olmusunuz. Bu səfərlərdə sizi təsirləndirən hadisələr olubmu?

- Ən çox Monqolustanda Orxon abidələrini görərkən çox təsirləndim. Mən Yenisey abidələrini də görmüşəm. 

- Elmi fəaliyyətiniz o qədər genişdir ki, danışmaqla bitməz. İstəyirəm ki, bir az da şəxsi həyatımızdan danışaq. Mərhum həyat yoldaşınızla necə tanış olmuşdunuz?

- Biz Moskvada oxuyarkən tanış olmuşduq. Mən jurnalistikada oxuyurdum, o da "fizfakt"da. Bakıya gəldik evləndik. Hətta teleqram vurub Heydər Əliyevi toyumuza dəvət etmişdim.

- Maraqlı faktdır. Teleqramınıza necə reaksiya vermişdi?

- Həmin vaxt o teleqramı ona verməyiblərmiş. Sonra Naxçıvanda onunla görüşdə dedim ki, mən sizə teleqram vurub toyumuza dəvət etmişdim, siz gəlmədiniz. Soruşdu ki, hansı tarixdə, teleqramı hara göndərmişdiniz? Dedim ki, Azərbaycan MKP-yə göndərmişdim. Dedi ki, teleqram mənə çatdırımayıb, çatdırılsaydı özüm gələ bilməzdim, amma hədiyyə göndərərdim. Onu da dedi ki, əgər mənə teleqram çatsaydı həmin teleqram haqda  Rusiyaya oxumağa göndərdiyimiz gənclərə danışardım ki, baxın, Moskvaya oxumağa göndərdiyim gənclər məni öz toylarına dəvət edib. Çox xoş təəssüratlardır.  

Sonra Heydər Əliyevdən xahiş etdim ki, bir kağıza mənə öz sözlərini, arzularını yazsın, o da yazdı. Hələ Heydər Əliyevin öz xətti ilə ürək sözlərini yazdığı o kağızı saxlayıram. Biz o zaman Heydər Əliyevin qayğısı ilə gedib Moskvada oxumuşduq. Bu baxımdan onun qayğısını hiss etmişdik. 

Övladlarıma gəlincə, üç övladım var, qızımın biri jurnalistdir, o biri qızım həkimdir, indi Türkiyədə çalışır, oğlum Atilla isə NASA-da işləyir.  

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

24.04.2025 / 22:43
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı tarixi faktlara zidd bəyanatları rədd etdi

24.04.2025 / 22:37
Aİ missiyasının saxta "soyqırımla" bağlı yazısı müəmmalı şəkildə yoxa çıxdı və yenisi peyda oldu...

24.04.2025 / 21:40
Ermənistandakı Avropa missiyasının "casus-kəşfiyyat qurumu" olduğu tam sübuta yetirildi...

24.04.2025 / 21:29
Azərbaycanın Çinlə yaxınlaşması Avropa üçün böyük üstünlüklər açır...

24.04.2025 / 21:20
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub - FOTO

24.04.2025 / 21:14
Ermənistandakı qadın zorakılığı Azərbaycanda olsaydı... Mirzoyanın rüsvayçı etirafı...

24.04.2025 / 21:00
İrəvanda saxta “genosid muzeyinə” ildə 300 nəfər türk turist(?) gəlir - biabırçılıq...

24.04.2025 / 20:47
Avroittifaq missiyası Ermənistan üzərindən İranın nüvə obyektlərini müşahidə edir...

24.04.2025 / 20:33
Çinlə viza ləğv olundu - bizə, ya çinlilərə çox faydası dəyəcək...

24.04.2025 / 20:20
Çinlə Azərbaycanın arasında misilsiz bir Sazişə hazırlıq başladı...

24.04.2025 / 20:06
Azərbaycan-Fransa Universitetindənsə, Azərbaycan-Çin universiteti dəfələrlə üstündür...

24.04.2025 / 19:53
Kəşmir uğrunda dördüncü müharibə: Azərbaycanın müttəfiqi öz qonşusu ilə müharibə həddinə çatdı...

24.04.2025 / 19:39
Erməni əsilli məhbus Bakı məhkəməsindən İrəvana səs atdı - “Xocalını...”

24.04.2025 / 19:26
Rusiyadan Azərbaycana yenidən pul axını başlanır, lakin prosesin böyük mənfi tərəfi də var...

24.04.2025 / 19:21
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb - Həmin vaxt bombalar yağış kimi yağırdı

24.04.2025 / 19:15
Suriya kürdləri qondarma “erməni soyqırımı” ilə bağlı məşəl yürüşünə qatıldılar

24.04.2025 / 19:12
Şəhid atasının məktubu - Hafiz Təmirov yazır

24.04.2025 / 19:08
Soyqırımlar törədən ölkənin deputatı Avropanı Ermənistanı dəstəkləməyə çağırdı

24.04.2025 / 19:01
Məktəblərimizdə hərbi vətənpərvərlik dərsləri - dinamika var, bəs nəticə?

24.04.2025 / 18:50
Boğazadək çamura batan ölkələr, qurumlar Türkiyəni saxta "soyqırımı” tanımağa çağırır

24.04.2025 / 18:47
Zatulin ermənilərin Qarabağdan getməsinə "don qalmır geyindirir" - indi də bu versiya...

24.04.2025 / 18:40
Irəvanda Azərbaycan və Türkiyə bayraqlarına qarşı vandallıq... - VİDEO

24.04.2025 / 18:33
Ermənistan idmançıları Xankəndiyə gəlməsələr dünya dağılmaz...

24.04.2025 / 18:23
"Qadınlar bir-birinə sözdə yox, əməldə dəstək olmalıdır" - QHT sədri

24.04.2025 / 18:19
PKK-nın özünü buraxacağına ümidlər getdikcə sönür - “Apo” ikibaşlı oynayır?..

24.04.2025 / 18:10
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

24.04.2025 / 18:06
Belə türk rektor ermənidən də pisdir - "Ermənistanla açılıma Azərbaycan mane olur"...

24.04.2025 / 17:55
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Çinə dövlət səfərindən görüntülər paylaşılıb - VİDEO

24.04.2025 / 17:52
Çin Əliyevin sülh gündəmini tam dəstəklədi - İrəvana birbaşa mesaj...

24.04.2025 / 17:48
Prezident Velosiped Turu 60-cı dəfə təşkil ediləcək

24.04.2025 / 17:37
İrəvanda rus diplomatdan gözlənilməz(?) hərəkət... Putinin sülh siyasəti hara, bu göz yaşı hara...

24.04.2025 / 17:26
Avropa Ukrayna məsələsində Trampın qarşısında geri çəkilir – Kiyevi ərazi güzəştlərinə apara biləcək formul axtarışları başladı…

24.04.2025 / 17:18
Cənubi Qafqazı bəlaya salan Rusiyanın nümayəndəsi də “erməni soyqırımı”ndan danışdı

24.04.2025 / 17:15
Ermənilər Irandaki Ermənistan səfirini fitə basdılar

24.04.2025 / 17:13
Vüqar Rəhimzadə: Azərbaycan-Çin münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi mühüm siyasi hadisədir

24.04.2025 / 17:04
Putin Azərbaycanın 21 nəfər dünya müharibə iştirakçısını 9 May paradına dəvət edəcək?..

24.04.2025 / 16:48
Türkiyənin nüvə alimlərinə sui-qəsd çağırışı... ABŞ-dan İsrailə ŞOK təklif...

24.04.2025 / 16:41
EUMA personalına verilən imtiyazlar erməni pilotlara təlim keçməyə imkan yaradır - Ramid Namazov

24.04.2025 / 16:40
Prezident İlham Əliyevin Çinə dövlət səfəri başa çatıb - FOTO

24.04.2025 / 16:27
"Ermənistan Avropa İttifaqı missiyası və personalına kəşfiyyat, casus fəaliyyəti üçün şərait yaradıb" - Komissiya sədri

24.04.2025 / 16:10
"Ermənistan Avropa Sülh Fondu vasitəsilə müharibəyə hazırlaşdırılır" - Ramid Namazov

24.04.2025 / 15:52
Məhkəmədə Şuşanın Ermənistan tərəfindən işğal edilməsinə qədər baş vermiş hadisələrlə bağlı sənədlər tədqiq olunub - FOTO

24.04.2025 / 15:43
Beynəlxalq səyyahlar Xankəndidə

24.04.2025 / 15:31
“Nar”dan Ümumdünya Kitab Gününə dəstək - FOTO

24.04.2025 / 15:25
Azərbaycanı Roma Papasının dəfn mərasimində Sahibə Qafarova təmsil edəcək

24.04.2025 / 15:10
Uyğur törəsi (33 buyruq)- “Türk” etnonimi və törələri" kitabından- YUNUS OĞUZ yazır

24.04.2025 / 15:08
Çalabyan: “Soyqırım”ı tanımadan Türkiyə ilə real barışıq mümkün deyil”

24.04.2025 / 15:07
Kanadanın Ermənistandakı səfiri saxta erməni “soyqırımı” tanımasıyla fəxr etdi

24.04.2025 / 14:31
Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub - FOTO

24.04.2025 / 14:10
Bir milyon itirən eks-məmur oğlu ifadə verdi - "100 min qoydum, bir neçə aya 1 milyon 300 min manat oldu"

24.04.2025 / 13:54
Azyaşlının sükan arxasına keçməsi qəza ilə nəticələndi - BDYP valideynlərə çağırış etdi

24.04.2025 / 13:29
Polis Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirdi

24.04.2025 / 13:22
"Bu günədək Avropa İttifaqı Ermənistanda müxtəlif adlar altında üç missiya yaradıb" - Ramid Namazov

24.04.2025 / 13:10
Поговорим о символах Армении - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

24.04.2025 / 12:58
Paytaxtın ayrı-ayrı rayonlarında oğurluq edən 2 şəxs saxlandı

24.04.2025 / 12:46
Çin mediası Azərbaycan Prezidentinin dövlət səfərinə geniş yer ayırıb

24.04.2025 / 12:44
Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

24.04.2025 / 12:43
Türkiyə və Azərbaycan bayraqlarının yandırılması Aram Sarkisyanın xoşuna gəlmədi

24.04.2025 / 12:35
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində tələbələrlə görüşüb - FOTO

24.04.2025 / 12:10
Çin Cənubi Qafqazda mühüm oyunçuya çevrilir

24.04.2025 / 12:00
Dünyanın tanınmış səyyahları Qarabağda

24.04.2025 / 11:21
Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib - FOTO

24.04.2025 / 11:21
Bu təşkilatın Zirvə Görüşü Xankəndidə keçiriləcək

24.04.2025 / 11:18
“Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı” genişləndirilib

24.04.2025 / 11:10
"Bu, təxribatdır" - Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına reaksiya verdi

24.04.2025 / 11:03
Bank kartlarından oğurluq davam edir - bir gündə 20332 manat oğurlanıb...

24.04.2025 / 11:02
ABŞ-ın Ukrayna planı açıldı. Dəhşət indi başlayır - CANLI

24.04.2025 / 10:31
İrəvanda keçirilən məşəl yürüşündə Azərbaycan və Türkiyə bayraqları yandırıldı

24.04.2025 / 10:26
Bu uşaqlar peyvənd olunacaq - nazir əmr imzaladı

24.04.2025 / 10:22
Məşhur aktrisanın atası həbs edildi - keçmiş arvadını döydüyü üçün...

24.04.2025 / 10:12
Qəzzada bir gündə 45 sakin ölüb - “Al Jazeera” telekanalı

24.04.2025 / 10:06
Rusiyadan Kiyevə dron hücumu - ölən və yaralananlar var

24.04.2025 / 10:00
Mədət Quliyev Federasiya prezidentliyindən istefa verib

24.04.2025 / 09:30
"Bu növbəti dezinformasiyadır" - Müdafiə Nazirliyi məlumat yaydı

24.04.2025 / 09:22
Mirzoyan Ermənistanda qadınlara qarşı ayrı-seçkilik olduğunu etiraf edir, Aİ isə susur

24.04.2025 / 09:19
Azərbaycana avtomobil axını inanılmaz sürətlə artır - ölkə tıxaclardan "dağılacaq"...

24.04.2025 / 09:18
Bu gün Xırdalanın bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ

24.04.2025 / 09:16
Qobustan sakini araqdan ölüb...

24.04.2025 / 09:12
Fransa Afrika qitəsindən qovulur, Türkiyə təsirini artırır

24.04.2025 / 09:06
"Milan" İtaliya Kubokunun finalında

24.04.2025 / 09:00
Prezident İlham Əliyev Pekində “China Energy Engineering Corporation Limited” şirkətinin sədri ilə görüşüb

Məktəblərimizdə hərbi vətənpərvərlik dərsləri - dinamika var, bəs nəticə?

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011