Çərşənbə günü, 30 aprel 2025
     

Qeyri-yaşayış sahələrinin bəxti açıldı - qanunsuz evlər nə zaman sənədləşəcək...

Image

Elnur Fərzəliyev: "Çıxarışların olmaması vətəndaşlarla bərabər, dövlət büdcəsini də gəlirlərdən məhrum edir" 

Uzun illərdir, ölkəmizdə sənədsiz evlərlə bağlı müzakirələr getsə də, təəssüf ki, ortada əməli iş yoxdur. Sənədsiz evlər problemi bugünədək hələ də öz həllini tapmayıb.

Hesablamalara görə, hazırda paytaxt ərazisində sənədsiz evlərin sayı 450-600 min arasındadır. Vətəndaşların belə mənzillərə "Çıxarış" ala bilməmələrinin əsas səbəbi isə ərazi ilə bağlı yaranan problemlərlə əlaqələndirilir. Çünki həyət evləri çox zaman kənd təsərrüfatı, yaxud sənaye əhəmiyyətli, habelə digər kateqoriyalı sahələrdə tikilir. Həmçinin bələdiyyələr tərəfindən bir çox hallarda müxtəlif dövlət mülkiyyətindəki torpaq sahələri vətəndaşlara qeyri-qanuni satılır. Sənədsiz evlərin sənədləşdirilməsi bu günlərdə Milli Məclisdə də gündəmə gətirilib. Millət vəkilləri sənədsiz ev probleminin olduğunu bildiriblər: "Prezident bir neçə dəfə tapşırıq verib ki, sənədsiz evlər qeydiyyata alınsın. Görəsən, BMT qeydiyyatla bağlı qətnamə çıxarmalıdır?! Qeydiyyatsız evlərin sayı bir milyona çatır. Halbuki, bu qədər çox sayda evin qeydiyyata alınması ilə yığılan vergilər, kommunal ödənişlər dövlət büdcəsinə daxil olacaq. Ona görə də qeydiyyatsız evlər sənədləşdirilməlidir. Amma bu gün vəziyyət əksinədir və vətəndaş qeydiyyatdan çıxarılır, nəticədə dövlətdən narazı salınır. Hətta şəxsiyyət vəsiqəsi də vermirlər ki, ev qeyri-qanuni tikilib. Hansı ki, vətəndaş 30 ildir orada yaşayır. Bu məsələ öz həllini tapmalıdır". 

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı var. Ancaq buna baxmayaraq, bu sahədə problemlər yaşanmaqdadır.

"Ən böyük problemlərdən biri də odur ki, vətəndaşlar yaşadıqları evlərdə qeydiyyata düşə bilmirlər" 

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, hazırda təkcə Bakı və Abşeron ərazisində yüz minlərlə, bəzi rəqəmlərə görə isə, 500 min civarında çıxarışı olmayan fərdi yaşayış evi mövcuddur. Həmin evlərə çıxarış verilməməsinin əsas səbəblərindən biri də torpaqların qeyri-yaşayış təyinatlı   olmasıdır: "Torpağın çıxarışı olmalıdır ki, onun üzərində inşa olunan tikililərə də çıxarış verilsin. Sıx tikilmiş massivlərdə də tikinti normativləri pozulduğuna görə ev sahiblərinə çıxarışlar verilmir. Bəzi ərazilər isə qadağan olunmuş ərazilərdir ki, fikrimcə, o ərazilərə, ümümiyyətlə, çıxarış verilməyəcək. Bundan əlavə, sovetlər dövründən qalma elə həyət evləri var ki, indiyə qədər sənədsizdir. 90-cı illərin əvvəllərindən başlayaraq, xüsusən də məcburi köçkünlər, ittifaq dağıldıqdan sonra bölgələrdə işsiz qalmış insanlar paytaxta axın etdi. Sürətli urbanizasiyalaşma baş verdi. Qanunsuz evlər tikildi və dövlət buna göz yummağa məcbur qaldı. Daha sonra isə 2000-ci illərdən başlayaraq bələdiyyələrin topraqları satması nəticəsində vəziyyət bir qədər də ağırlaşdı. Təbii ki, bunun həlli də zaman alacaq".

Ekspert hesab edir ki, çıxarışların olmaması vətəndaşlarla bərabər, dövlət büdcəsini də gəlirlərdən məhrum edir. Əmlaklarının  çıxarışı olmayanlar torpaq və əmlak vergisi ödəmir. Əmlakların alqı-satqısı zamanı da ümumi sahəyə görə vergi ödənilmir: "Əmlak sahibi dünyasını dəyişdikdə  miras vərəsələr arasında bölünə bilmir. Ərlə arvad boşandıqda da eyni problemlə üzləşirlər. Və ən böyük problemlərdən biri də odur ki, vətəndaşlar yaşadıqları evlərdə qeydiyyata düşə bilmirlər".

Günel CƏLİLOVA



VİDEO

SON XƏBƏRLƏR

30.04.2025 / 20:17
Bir ermənipərəst Avropa deputatı Kaya Kallası Azərbaycana qarşı yönəltdi...

30.04.2025 / 20:02
Moskvadan İrəvana yeni təlimat gəlib - Köçəryanla Sarkisyanı heç cür barışdırmaq olmur...

30.04.2025 / 19:48
"Ulduz" metrosunun qabağında camaat 36 saylı marşrutu həsrətlə gözləyir...

30.04.2025 / 19:46
Siyasi dialoq: qazanan kimdir? - TƏHLİL

30.04.2025 / 19:43
Hindistanın baş naziri 9 may paradında iştirakdan imtina etdi

30.04.2025 / 19:42
ABŞ senatoru növbəti Papa kimi Trampı görmək istəyir

30.04.2025 / 19:30
Ermənistan prezidenti gürcü həmkarına Azərbaycanla bağlı yanlış məlumat verdi...

30.04.2025 / 19:16
Müqəddəs “Qurani-Kərim”in qədim əlyazmaları

30.04.2025 / 19:04
Qlobal Cənub QHT-nin ədalətli dünya uğrunda mübarizəsi Bakıda müzakirə olundu...

30.04.2025 / 18:49
6 raund Putin-Tramp müzakirələri tam iflasa uğradı...

30.04.2025 / 18:35
Müəllimlərə 1 il, həkimlərə cəmi 6 ay... Niyə?

30.04.2025 / 18:21
Diaspor təşkilatlarımız və azad rayonlarımızın bərpasında iştirak problemləri...

30.04.2025 / 18:07
Tbilisidə oxuyan tələbələrimizlə bundan sonra müşavir məşğul olacaq...

30.04.2025 / 17:53
Bu xidmətin haqqını bahalaşdırdılar - peşənin "blatı" qalxacaq...

30.04.2025 / 17:44
Azərbaycanda ötən əsrlərdə ilkin xalça və xalça məmulatı necə hazırlanırdı... - FOTO

30.04.2025 / 17:40
Bir satqın türk alimi ermənilərə saxta genosidi dünyada tanıtmaq yollarını öyrədir...

30.04.2025 / 17:37
İrəvanın ortasında ermənini belə döydülər - VİDEO

30.04.2025 / 17:31
İki nüvə dövləti arasında müharibə başlayır… Hindistan yaxın 24 saat ərzində Pakistana hücum edəcək...

30.04.2025 / 17:26
Paşa Yaqubun yeni kitabçası çap olunub

30.04.2025 / 17:22
Naxçıvanın su təchizatına Prezident şəxsən müdaxilə etdi... Lakin...

30.04.2025 / 17:17
Yunus Oğuzun “TÜRK” etnonimi və törələri” adlı yeni kitabı başa çatıb

30.04.2025 / 17:06
Samarada Stalinin əfsanəvi gizli bunkeri tapıldı...

30.04.2025 / 16:53
Qazaxıstan 9 may paradından və “Müqəddəs Georgi” lentindən niyə imtina etdi?

30.04.2025 / 16:46
Suriyada Hafiz Əsədin məzarı açıldı, sümükləri oğurlandı...

30.04.2025 / 16:27
85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30.04.2025 / 16:03
Avtomobildə narkotik vasitə daşıyan şəxslər tutuldu

30.04.2025 / 15:46
Pakistandan Hindistana nüvə təhdidi - Onlar üçün 130 nüvə başlığı ayırmışıq...

30.04.2025 / 15:34
Narkomaniyanın yaratdığı fəsadlar

30.04.2025 / 15:26
BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30.04.2025 / 15:19
Bakıda özünü avtomobil yoluna ataraq sürücüləri qorxudub pul qoparan şəxslər peyda olub - DİN xəbərdarlıq etdi

30.04.2025 / 14:49
Gələn ilin sonunadək azad olunmuş ərazilərdə 44 kənd salınacaq...

30.04.2025 / 14:16
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını etdi - FOTO

30.04.2025 / 14:12
Rusiya işgəncələrlə öldürdüyü jurnalistin cəsədini Ukraynaya qaytardı

30.04.2025 / 14:10
Kursk bölgəsində 600 Şimali Koreya əsgəri həlak olub

30.04.2025 / 14:02
DİN-dən uşaqların qaçırılması xəbərlərinə reaksiya - iddialar əsassızdır...

30.04.2025 / 13:46
Nömrəsi olmayan avtomobillə xuliqanlıq edən qazi saxlandı

30.04.2025 / 13:34
Nömrəsiz avtomobil idarə edən sürücünün narkotik aludəçisi olduğu ortaya çıxdı

30.04.2025 / 13:21
İran və ABŞ arasında danışıqların növbəti raundu Romada keçiriləcək

30.04.2025 / 13:10
Жёсткий ответ армянскому "генералу" тушёнкаеду - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

30.04.2025 / 12:12
Paşinyanı sıxışdırırlar - həm Qərbdən, həm də Moskvadan...

30.04.2025 / 12:07
Ölkəmizdə distant təhsil xidməti üzrə yeni dövlət standartı qəbul edilib

30.04.2025 / 12:00
"Azərbaycan yaxın dostu olan İsrail ilə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir"

30.04.2025 / 11:48
Prezident İlham Əliyev Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub

30.04.2025 / 11:43
Gəncədə 400-dən çox qadın süd vəzi xərçəngi ilə əlaqəli tibbi müayinələrə cəlb olunub

30.04.2025 / 11:38
Qeyri-adi müsahibə

30.04.2025 / 11:32
Abdulla Qədirinin "Ötən günlər" əsərinin premyerası keçirilib

30.04.2025 / 11:29
Kukla festivalının Bakı mərhələsi yekunlaşdı

30.04.2025 / 11:10
Prezident İlham Əliyev İsrail Prezidentini təbrik etdi

30.04.2025 / 11:06
ABŞ Rusiya üçün faciəli qərar verə bilər - CANLI

30.04.2025 / 11:06
Əkrəm İmamoğlunun korrupsiya işi üzrə daha 18 nəfər həbs edildi

30.04.2025 / 11:00
Bank kartlarından oğurluq davam edir - bir gündə 36 min manat oğurlanıb...

30.04.2025 / 10:30
Tramp Rusiyaya qarşı yenə qeyri müəyyən ifadələr işlətdi

30.04.2025 / 10:25
Zənginlərə BƏD XƏBƏR: Maltada "qızıl pasport" almaq qadağan edildi!

30.04.2025 / 10:19
Türkiyə yenidən silkələndi...

30.04.2025 / 10:10
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb - polis

30.04.2025 / 10:06
"Liverpul" bu isveçli futbolçu üçün 144 milyon avro ödəyəcək!

30.04.2025 / 10:00
Trampdan QƏRAR: Polşaya 1,3 milyard dollarlıq raket satışını təsdiqlədi

30.04.2025 / 09:32
Pakistan və Hindistan arasında atışma olub

30.04.2025 / 09:24
Vaxtı keçmiş kreditlər yenə çoxalmağa başlayıb...

30.04.2025 / 09:22
Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb

30.04.2025 / 09:14
Bu gün Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 26 il ötür

30.04.2025 / 09:07
PSJ "Arsenal"ı məğlub edib

30.04.2025 / 09:02
Naxçıvanın bir neçə kəndində qaz olmayacaq - XƏBƏRDARLIQ

30.04.2025 / 08:38
Düz 1 ay qaldı - saatlıq əmək haqqı...

29.04.2025 / 21:17
Azərbaycan Beynəlxalq Elmi Ay Stansiyası tikiləcək - ölkə kosmik yarışa qoşulur...

29.04.2025 / 21:14
Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər - FOTO

29.04.2025 / 21:02
Ermənistan 3 ayda 4 faizdən çox iqtisadi artımı nəyin hesabına əldə edib...

29.04.2025 / 20:48
İranla münasibətlər yeni pillədə - Azərbaycanın Avrasiyada logistika-tranzit mövqeyi misilsiz dərəcədə güclənir...

29.04.2025 / 20:40
Bakıda ICESCO-nun regional ofisinin rəsmi açılışı oldu - FOTO

29.04.2025 / 20:33
Tarixdə Tramp kimi 100 gündə bu qədər nüfuz itirmiş 2-ci prezident olmayıb...

29.04.2025 / 20:22
Türkiyənin Azərbaycandakı səfiri Mətbuat Şurasında olub - FOTO

29.04.2025 / 20:19
Ermənilər qəti etiraf edir - Bakı Ermənistandakı revanşizmi yerindəcə məhv etməyə qadirdir...

29.04.2025 / 20:11
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs: "Talış kəndi istiqamətində yenicə basdırılmış 59 mina zərərsizləşdirdik" - FOTO

29.04.2025 / 20:04
Şimal-Cənub dəhlizinin əsas hissələrinə Azərbaycanda yenidən sərmayə qoyulur...

29.04.2025 / 19:50
Hindistan müharibəyə başlayır - nüvə apokalipsisi dünyanı haqladı...

29.04.2025 / 19:37
Sibirdə sürgündə doğuldu, 1 yaşında Qazaxa köçdü... Vəli Xramçaylı-70

29.04.2025 / 19:23
Naxçıvana Araz dəhlizi ilə bağlı fərziyyələr və şayiələr...

29.04.2025 / 19:09
Məktəblərdə elektron gündəlik, elektron jurnal və elektron lövhələr...

29.04.2025 / 18:54
Pezeşkian Ermənistanın Naxçıvana yol verməsinə ikibaşlı yanaşdı - “beynəlxalq hüququ pozmursa...”

29.04.2025 / 18:53
Siyasi partiya sədrlərinin birgə səfərlərinin növbəti ünvanı Laçın şəhəridir

29.04.2025 / 18:40
Saxta erməni “genosid” abidəsinin üstündə 29 il əvvəl başladılmış siyahıya daha 2 şübhəli ad yazılacaq...

Diaspor təşkilatlarımız və azad rayonlarımızın bərpasında iştirak problemləri...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011