Yeni tədris ilindən məktəb avtobusları fəaliyyətə başlayacaq - Nazir açıqladı

Yeni tədris ilindən “Məktəbli avtobusu” layihəsi tətbiq olunacaq. Bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, hazırda layihə sınaq mərhələsindədir: “Nəqliyyatın demək olar ki, ən sıx olduğu məktəblərdə bu layihə sınaqdan keçirilir. Hazırda bu layihənin hansı məktəblərdə tətbiq olunduğunu açıqlamaq düzgün deyil. Layihə tam tətbiq edilən zaman məktəblərin də adları məlum olacaq”.
ZÜMRÜD