Abşeronun bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Məlumatda deyilir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yeni çəkilmiş qaz xəttinin ümumi kollektora qoşulması ilə əlaqədar 08.04.2025-ci il saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı “Abşeron” ölçü qovşağından dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Novxanı ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Mətləb