Cümə axşamı günü, 10 aprel 2025
     

Qaçaq Süleymanın Səttarxan hərəkatında böyük yeri var...

Image

Fərman Qarabağlı: “Xalq qəhrəmanı Qaçaq Süleyman Səttarxan hərəkatına dəstək verib”

Çoxdan eşitdiyim bir söz var: insanlar ölür, amma dastanlar qalır. Məncə, o insanların dastanı yaşayır ki, onlar dastanlara sığmayan igidlik, qəhrəmanlıq göstərirlər. Bu halda qəhrəmanların dastanı əbədi yaşayır.

Azərbaycan tarixində Qaçaq hərəkatının ayrıca bir yeri var. Azərbaycan xalqının müstəmləkə və feodal zülmünə qarşı milli-azadlıq hərəkatının əsas formalarından biri kimi meydana çıxan Qaçaq hərəkatı böyük bir tarix yazıb. Çar zülmünə, eləcə də bəzi yerli ağaların, bəylərin özbaşnalığına etiraz edərək onlara qarşı mübarizə aparan və dağlara çəkilən, xalqın ümid yeri olan qaçaqlarımızın adlarını bu xalq yaddaşından heç zaman çıxarmır. Adı yaddaşlarda yaşayan belə igidlərdən biri də xalq qəhrəmanı Qaçaq Süleymandır.

“Arzu edərdik ki, Qaçaq Süleymanın abidəsi qoyulsun, bu, qəhrəmanlıq irsimizə böyük töhfə olardı”

Əslən Füzuli rayonunun Arayatılı kəndindən olan, uzun illər ticarətlə məşğul olan, hazırda Bakıda yaşayan "Bakı-Xəbər"in təəssübkeş oxucusu və təbliğatçısı, redaksiyamızın yaxın dostu Fərman Qarabağlı (Süleymanov) Qaçaq Süleymanın qəhrəmanlıq dastanından danışdı. “Xalq Qəhrəmanı Qaçaq Süleyman barədə danışmaq, tarixdə öz izini qoyan belə bir şəxsiyyəti xatırlamaq yerinə düşərdi. Əslən Qarabağın Qacar Əbdürrəhmanlı (Sovet dövründə Aşağı Əbdürrəhmanlı adlandırılıb-F.Q) kəndindən olan, sonradan Arayatılı kəndində yaşayan Qurban Süleyman oğlu danışırdı ki, Azərbayanda igid adamlar çox olub, onlardan biri də Qaçaq Süleyman idi. Bəzən deyirlər ki, filan qaçaq başqa ölkələrdən Azərbaycana mal gətirən tacirlərin mallarını əlindən alıb camaata payladı. Bu, xalq qəhrəmanının adına yaraşan iş deyil. Heç bir xalq qəhrəmanı tacirlər, yaxud varlı adamların əlindən malı alıb camaata paylamayıb. Qaçaq Süleymanın bəylərlə, imkanlı adamlarla, tacirlərlə münasibəti yaxşı olub. Onun mübarizəsi Çar məmurlarına və ermənilərə qarşı idi. Hər hansı bir çar məmuru bəylərə, tacirlərə qarşı olanda o zaman Qaçaq Süleyman onları müdafiə edirdi. Bilmirəm, şallaq, yoxsa qırmanc deyim, onun qulpunun arxasında Qaçaq Süleymanın möhürü olub. Hansısa bir kasıb adam gəlib deyirdi ki, övladıma toy edirəm, mənə kömək et. Qaçaq Süleyman kağız yazıb möhrünü vurub həmin adama verirdi ki, bu kağızı Bayrambəyli (indiki Yuxarı Əbdürrəhmanlı) Allahyar bəyə ver. Kağıza yazırdı ki, bu adama beş erkək ver, oğlunun toyudur, həmin bəy də onun dediyini yerinə yetirirdi.

Qaçaq Süleyman eyni zamanda çox güclü nişançı olub. Arazın o biri tayından Qarabağ mahalının xanı ona qonaq gəlib, Əhmədalılar kəndinin aşağısında, Arazın qırağında çəmənlikdə xörək qazanları düzülür, qız-gəlinlər süfrə açıblar, yeməkdən sonra istirahət məqsədilə adət imiş, nişan qoyub güllə atırlarmış. Xan atının qaçarağında nişan qoyduğu yumurtanı vurur, Süleyman deyir ki, xan, atının qaçarağı xoşuma gəldi, onu bir də çap baxmaq istəyirəm. Xan atına minib çapır, Qaçaq uca səslə qışqırır, xan, tavlamıxı ortadan gözlə, o, çiynindən beşatlanı aşırıb atır, xan qayıdıb gəlir və baxıb görür ki, güllə düz tavlamıxın (tavlanı atın ayağına yapışdırıb bağlayarmışlar. Yəni bir yana gedəndə mıxı yerə vurub atı ona bağlayarmışlar-F.Q) ortasından keçib. Xan əlini Qaçaq Süleymanın çiyninə qoyub “Süleyman, çox sağ ol, Qarabağda da igidlər var” deyir”.

Bir neçə il əvvəl keçmiş ANS kanalında tarix elmləri doktoru Cavanşir Hüseynov Qaçaq Süleyman haqqında bunları deyib: “Səttarxan hərəkatına kömək üçün Əhmədalılar kəndindən Qaçaq Süleyman, Şuşadan Qaçaq Cavad, Lənkərandan Qaçaq Hacıağa başının dəstəsi ilə Səttarxana köməyə gediblər. Xalq qəhrəmanı Qaçaq Süleyman Səttarxan hərəkətına dəstək verib.

1896-cı ildə Kirs dağında Çar qoşunlarına qarşı döyüş olub və Əhmədalılardan (rayondan) Qaçaq Süleyman 200 atlı ilə köməyə gedib. Tarixçi Cavanşir Hüseynova öz minnətdarlığımı bildirirəm ki, Qaçaq Süleyman haqqında belə vacib məsələləri vurğulayıb. Heyf, nömrəsini bilmirəm, yoxsa zəng edib təşəkkür edərdim.

Qaryagin qəzasının Çar hökuməti tərəfindən təyin edilən başçısı Qaçaq Süleymana xəbər göndərir ki, sənə qonaq gəlirəm. 1916-cı ildə Süleyman Arazın qırağında məclis düzəldib qonaqları gözləyir. Dəstə üzvlərindən qaçaq Xanalı Süleymana deyib ki, gəl, Qaraqoçu kəsək, bunlar səni öldürməyə gəlirlər. Süleyman deyir ki, qonaqları yaxşı qarşılamaq lazımdır. Bunlar yeyib-içəndən sonra qəza rəisi deyir ki, Süleyman, gəl bir az gəzək. Arazın qırağına gəlirlər, böyük yarğanın kənarında qəza rəisi qəsdən Süleymanı itələyib yarğana yıxır. Aşağıda isə Çar əsgərləri əllərində silah gözləyirlərmiş. Süleyman yıxılan anda silahı çəkib qəza rəsini öldürür. Çar əsgərləri isə qaçaq Süleymanı güllələyirlər. Süleymanın dəstəsinin üszləri Çar əsgərləri ilə döyüşə girib hamısını qırırlar və Süleymanın nəşini götürürlər. Qaçaq Xanalı deyir ki, ölsək də onun meyitini Çar əsgərlərinə verməyəcəyik. Süleymanın nəşini aparıb Arazın o tayında, İranın Şah Qasım kəndində dəfn edirlər.

Rəhmətlik Süleyman oğlu Qurban danışırdı ki, mən Qacar Əbdürrəhmanlıdan Arayatılı kəndinə gələndə daşdan iki mərtəbəli ev tikdirmək istədim. O vaxt da ev tikdirəndə bünövrə töküləndə hamı gedib kömək edirdi. Süleyman oğlu Qurban Arayatılı kənd orta məktəbinin direktorunun yanına gedir və ondan icazə alıb oğlunu evə gətirmək istəyir ki, o, gəlib işləyənlərə çay versin. Direktorun otağına girəndə kövrəlir, gözləri dolur. Məktəb direktoru Tarxan müəllim onun xahişini yerinə yetirib oğluna icazə verir. Tarxan müəllim Qurban kişidən soruşur ki, siz məni görəndə niyə kövrəldiniz? Qurban kişi deyir ki, heç…məktəb direktoru çox üz vurduqdan sonra o deyir ki, sizi bir adama oxşatdım. “Sən Allah, de görüm kimə oxşatdın?” deyə soruşur. Qurban kişi “Qaçaq Süleymana oxşatdım” cavabını verir. Tarxan müəllim ayağa durur, Qurban kişini qucaqlayıb ağlayır və deyir ki, mən onun qardaşı oğluyam. Tarxan müəllim məktəbin bütün yuxarı sinif şagirdlərini köməyə gətirir və özü də gəlib qapıda oturub çay içə-içə köməyə gələnlərə nəzarət edir”.

F.Qarabağlının sözlərinə görə, Qurban Süleyman oğlu deyirmiş ki, Qazax tərəfdə Qaçaq Kərəm olub, o da igid idi və xalq qəhrəmanı olaraq tariximizdə qalıb. Əslən Qaryaginin (Füzuli rayonu) Horadiz kəndindən olan Seyid Şuşinki çıxıb İmam yalında oxuyanda Qaçaq Süleyman Əhmədalılar kəndindən onun səsini eşib gəlib onu oxudarmış. Bu barədə məlumatı Firudin Şuşinskinin “Azərbaycan xalq musiqiçiləri” kitabından götürdüyünü deyən F.Qarabağlı “Allah o mərd kişilərə, igid oğullara, şəhidlərimizə rəhmət eləsin. Qarabağ müharibəsində Azərbaycanın bütün bölgələrindən igid oğlanlar qəhrəmanlıq dastanları yaratdılar. O cümlədən də Biləsuvar rayonundan çox igid oğlanlar qəhrəmanlıq göstərdilər. Biləsuvar rayonundan olan Samir adlı gənc müğənni Qaçaq Süleymanın yerlisi Ülviyyə Namazovaya dedi ki, biləsuvarlılar qorxmazdı, biz qorxmazıq. Düzdür, Ülviyyə Namazova onun cavabını verdi. Amma o cavan oğlan bilsin ki, bu sözləri deməklə Qaçaq Süleymanın ruhunu narahat etdi. Allah Milli Qəhrəman Mübariz İbrahimova da, başqa igid oğullarımıza rəhmət eləsin. Bu oğullar müzəffər Ali Baş Komandanın rəhbərliyi altında birləşib düşmənə layiqli cavab verdi”-deyə bildirdi.

F.Qarabağlı söhbətimiz zamanı çox gərəkli bir təklif də irəli sürdü: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Qaçaq Süleyman haqqında film çəkildi. Qaçaq Süleymanın rolunu xalq artisti, böyük sənətkar Əli Nur oynayıb. Süleyman oğlu Qurban kişinin ən böyük arzusu Əhmədalılar kəndində, yaxud Füzuli şəhərində Qaçaq Süleymanın atın üstündə heykəlinin qoyulması idi. Biz də arzu edərdik ki, Qaçaq Süleymanın abidəsi qoyulsun, bu, qəhrəmanlıq irsimizə böyük töhfə olardı. İnanıram ki, müzəffər Ali Baş Komandan gələcəkdə bizim bu arzumuzu da yerinə yetirəcək. Çünki yeni nəsil Qaçaq Süleyman kimi xalq qəhrəmanlarını tanımalıdır”-deyə F.Qarabağlı bildirdi.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

10.04.2025 / 14:55
Rusiyanın gizli Kursk əməliyyatının təfərrüatları ortaya çıxdı - 800 əsgər 15 km-lik borunun içərisi ilə iki gün sürünüb...

10.04.2025 / 14:27
Paşinyanın partiyası uduzdu, revanşistlər geri qayıdır...

10.04.2025 / 14:23
Balakəndə avtoxuliqanlıq edən sürücü həbs edildi - FOTO

10.04.2025 / 14:20
Argentina prokuroru Xamneyinin həbsini tələb etdi

10.04.2025 / 13:56
Qərbi Azərbaycan İcmasının müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

10.04.2025 / 13:39
“Türk Ordusu 72 saata Təl-Əvivi tutmaq iqtidarındadır”

10.04.2025 / 13:38
Minə yaxın hərbçi girovlara görə Netanyahunu ittiham etdi

10.04.2025 / 13:16
Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək...

10.04.2025 / 13:04
Армения играет с огнём, Иревану нужна война - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.04.2025 / 12:33
Vüqar Rəhimzadə: Azərbaycan yeni dünya nizamında əsas söz sahibi olan dövlətlərdən birinə çevrilir

10.04.2025 / 12:30
"Mən nə etdiyimi bilirəm" deyən Tramp tarif kursunu qəfil dəyişdi

10.04.2025 / 12:00
Səudiyyə Ərəbistanı zəvvarlara xəbərdarlıq edib!

10.04.2025 / 11:49
Gürcüstan mediası İlham Əliyevin çıxışını diqqət mərkəzində saxlayıb

10.04.2025 / 11:43
Professor Mədəd Çobanovun xatirəsinə həsr edilmiş daha bir kitab işıq üzü görüb

10.04.2025 / 11:41
Zelenski: “155 Çin vətəndaşı Ukraynaya qarşı döyüşür”

10.04.2025 / 11:14
İlham Əliyevin "sevimli, qeyri- sevimli ölkələr" ifadəsi Avropa komissiyasının sədrinə cavab idi...

10.04.2025 / 11:03
Trampdan Çinə 125%-lik tarif! Bu yol əsl müharibəyə aparır - CANLI

10.04.2025 / 11:00
Bank kartlarından 39504 manat talanıb! - DİN məlumat yaydı

10.04.2025 / 10:22
Bu axşam Konfrans Liqasında 1/4 final mərhələsinə start veriləcək

10.04.2025 / 10:15
Tramp İrana qarşı yenə “qan-qan” deyir

10.04.2025 / 10:13
Azərbaycan və Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirəcək

10.04.2025 / 10:12
Prezident Rafael Qvaladzeni 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi

10.04.2025 / 10:06
Türkiyədə daş kömür mədəni çöküb

10.04.2025 / 10:03
Ceyhun Bayramov Türkiyə yolçusudur

10.04.2025 / 10:00
Sabirabadda ev yanıb, 5 nəfər xəsarət alıb

10.04.2025 / 09:39
Makron iyun ayında Fələstin dövlətini tanıyacaq

10.04.2025 / 09:27
Türkiyəli reperi bu tərifinə görə saxlanıldı

10.04.2025 / 09:24
Bakıda dəhşətli tıxacların dolayı səbəblərindən biri bankların ucuz "avtomobil krediti" siyasətidir...

10.04.2025 / 09:20
Qəbələ - Xankəndi ultramarafonuna start verilib

10.04.2025 / 09:13
"Hücuma İsrail liderlik edəcək" - Trampdan İrana müharibə ANONSU!

10.04.2025 / 09:11
Leyla Əliyeva qızı Əminənin ad günündən fotolar paylaşıb

10.04.2025 / 09:07
Ağdamın Sarıcalı kəndinə daha 39 ailə yola salınıb

10.04.2025 / 09:00
Mövqelərimiz yenə atəşə tutulub - bu dəfə Tovuzqala istiqamətindən

10.04.2025 / 08:47
"Barselona"dan almanlara futbol DƏRSİ!

10.04.2025 / 08:40
Bundan sonra orta məktəb direktorlarının başı pul qazanmağa qarışa bilər...

09.04.2025 / 23:17
Ersin Tatar Şimali Kiprə dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkür etdi

09.04.2025 / 22:20
Hollandiya İsrail səfirini məhşər ayağına çəkdi

09.04.2025 / 22:19
Alen Simonyan Ağdamda doğulmaqda qəbahət görmür

09.04.2025 / 22:17
Ermənistanla İran xüsusi təyinatlıları birgə təlimlər keçirəcək

09.04.2025 / 22:16
İsrail Qəzzada yaşayış binasını vurdu: 38 ölü

09.04.2025 / 22:14
Tramp komandası çat verdi: ”Mask Ticarət Müşavirini “dəli” adlandırdı”

09.04.2025 / 22:05
Növbəti Rusiya-ABŞ görüşü İstanbulda keçiriləcək - Ukrayna gündəmdə deyil...

09.04.2025 / 21:17
ABŞ Əfqanıstana yenidən hərblə qayıtdı - inanılmaz dönüş...

09.04.2025 / 21:10
Azərbaycan Ordusunun mövqeləri Gorus istiqamətindən atəşə tutuldu

09.04.2025 / 21:02
“Efiopiya da Ermənistandır” - bu qədər absurd olar?

09.04.2025 / 20:47
AŞPA komissarı bil(m)ir ki, Bakıda mühakimə olunanlar əsir yox, erməni müttəhimlərdir?...

09.04.2025 / 20:33
Mərkəzi Asiya uğrunda “Rusiya-Avropa müharibəsi” qızışır...

09.04.2025 / 20:18
Xankəndidən Ermənistana deyildi - Azərbaycanla barışın, sərhədlər açılsın...

09.04.2025 / 20:15
Ermənistanla saziş başqa, dost olmaq tam başqa - İlham Əliyev real baxışlar ortaya qoydu...

09.04.2025 / 20:05
Əliyev Ermənistana "potensial təhlükə" mesajı verdi...

09.04.2025 / 19:51
Özümüz kərə yağı alırıq, Rusiyaya kərə yağı ixracını 4 dəfə artırırıq - bu necə olur?..

09.04.2025 / 19:37
Azərbaycan ABŞ-İran müharibəsinin qarşısını ala bilər - ideya var, hələlik izahı yoxdur...

09.04.2025 / 19:21
Tramp bunu da etsə, Avropa-ABŞ düşmənçiliyi geridönməz prosesə çevriləcək...

09.04.2025 / 19:07
İsrailin Suriya barədə iddiaları Türkiyə üçün təhlükəli şəkil alır...

09.04.2025 / 18:53
30 illik qlobal mühitdə ailə dəyərlərini əsasən qoruya bilmişik - nəyin hesabına?..

09.04.2025 / 18:41
Şeyx Mansur bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə məktub göndərib

09.04.2025 / 18:39
“Dövlətlərin ərazi bütövlüyü” prinsipinə ABŞ Konqresində belə absurd baxanlar çoxdur?..

09.04.2025 / 18:38
BƏƏ-nin vitse-prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

09.04.2025 / 18:35
BƏƏ Prezidenti Prezident İlham Əliyevi təbrik edib

09.04.2025 / 18:25
İri məmur övladları milyonluq bizneslərini niyə Azərbaycanın özündə qurmurlar?..

09.04.2025 / 18:11
Məktəb avtobusları ilk olaraq hansı məktəblərə işləyəcək? - Nazirdən əvvəl ekspertlər açıqlayır...

09.04.2025 / 18:10
Leyla Əliyeva və Arzu Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçıları ilə görüşüblər - FOTO

09.04.2025 / 18:10
Almaniyada hakim koalisiya yaradıldı

09.04.2025 / 17:57
Belçikadan absurd “Dağlıq Qarabağ qətnaməsi”...

09.04.2025 / 17:44
Pekin vətəndaşlarını Ukrayna müharibəsindən kənar durmağa çağırdı

09.04.2025 / 17:43
Mirzoyanla Rubinyan Antalya forumuna dəvət edildilər

09.04.2025 / 17:41
Zaxarova yenə Qafandakı konsulluqdan danışdı

09.04.2025 / 17:40
Qırğızlar da rus dilindən üz döndərdi

09.04.2025 / 17:37
Tramp Ərdoğana “son 2 min ildə heç kim...” sözlərilə nə demək istədi?..

09.04.2025 / 17:24
"Azərbaycan" sözünün üstündə Qarabağ erməniləri ilə İrəvan hakimiyyətinin davası gedir...

09.04.2025 / 17:11
Elm təşkilatlarında elmdən başqa "hər şey istehsal olunur" - nazirdən əsaslı irad...

09.04.2025 / 16:57
Bakıda məktəbin həyətində yaşayış binası tikiblər - FOTO

09.04.2025 / 16:44
"Dünya liderləri gərək Prezident İlham Əliyevin dediklərinə qulaq assınlar" - Svante Kornell

09.04.2025 / 16:39
ABŞ-Çin ticarət müharibəsi qızışır... Pekin rüsumları 84 faizə qaldırdı, Tramp Amerika şirkətlərinə çağırış etdi - “Çini tərk edin”

09.04.2025 / 16:22
Mingəçevir Dövlət Universitetinə yeni rektor təyin edildi - SƏRƏNCAM

09.04.2025 / 16:19
Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiq edilib

09.04.2025 / 16:15
ABŞ Polşada Yasenka bazasındakı əsgər və texnikasını geri çəkir...

09.04.2025 / 15:51
Yasamalda 20 minlik oğurluğun üstü açıldı - iki nəfər saxlandı

09.04.2025 / 15:43
Lerikin Züvuç kənd orta məktəbində şəhid Bünyadəli Pələngova həsr edilmiş tədbir keçirildi... - FOTO

09.04.2025 / 15:11
Prezident İlham Əliyevin “Instagram” səhifəsində ADA Universitetində keçirilən beynəlxalq forumdan görüntülər paylaşılıb - VİDEO

09.04.2025 / 14:55
Suqovuşanda köçən daha 54 ailəyə mənzillərin açarları təqdim olundu

30 illik qlobal mühitdə ailə dəyərlərini əsasən qoruya bilmişik - nəyin hesabına?..

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011