Cümə axşamı günü, 10 aprel 2025
     

“Şərurlu İsfəndiyar” təhqir etdiyi alimlərdən üzr istəməyə necə məcbur edilə bilər? - Rəylər...

Image

“Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Xəlilovun bugünlərdə alimləri təhqir etdiyi, buna görə hələ də onlardan üzr istəmədiyi bildirilir. “Mən çoban oturmuşam başda, alimlər də mənim üçün işləyir, pullar da gəlir”.

“Şərurlu İsfəndiyar”ın ciddi narazılıq doğuran bu sözləri günlərdir ki, mətbuatda müzakirə olunur və elm adamları iş adamının onlardan üzr istəməli olduğunu deyirlər. Alimlərin bildirdiyinə görə, iş adamı elm adamlarından üzr istəməli olduğu halda hələ bu barədə addım atmayıb.

“Şərurlu İsfəndiyar”ın üzr istəməsi üçün alimlər yetərincə təpki göstərə bildilərimi?

“Şərurlu İsfəndiyar” təhqir etdiyi alimlərdən üzr istəməyə necə məcbur edilə bilər?

Vüsalə Ağabəyli: “...Cəmiyyətin ümumi ictimai təzyiqi vasitəsilə üzr istəməyə məcbur edilə bilər”

Təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli “Bakı-Xəbər”ə “İsfəndiyarın fikirləri cəmiyyətdə geniş yayıldığı üçün və bu fikirlər elm və təhsil sahəsindəki ziyalılara toxunduğu üçün akademik dairələrin və cəmiyyətin ümumi ictimai təzyiqi vasitəsilə üzr istəməyə məcbur edilə bilər. Mən, şəxsən bu bəsit fikirləri özümə aid etmirəm və bu məni narahat etmir. İsfəndiyarın üzründən daha çox, cəmiyyətin alimə verdiyi dəyər məni düşündürür. Onun fikirlərinin qarşılığında alimlərinin narahatlığını nəzərə alaraq elmi adlara və elmi dərəcələrə nəzərdə tutulan maddi vəsaitin bir neçə dəfə qaldırılması İsfəndiyara və onun kimilərə verilmiş ən gözəl cavab ola bilərdi. Bugün tərəzidə bir çox şeyi pul həll edir, ziyalının, alimin maaşı elə yüksək olmalıdır ki, hamının elmə və tədqiqata hörməti artsın”-deyə bildirdi.

V.Ağabəyli qeyd etdi ki, ziyalıya hörmətsizlik cəmiyyətin özünə hörmətsizlikdir. “Son günlərdə yayılan fikirlər -“mən çoban başda oturmuşam, alimlər də mənim üçün işləyir”-sadəcə bir şəxsin düşüncəsi kimi qiymətləndirilə bilməz. Bu, bütövlükdə elmə, təhsilə, ziyalıya qarşı yönəlmiş təhlükəli bir yanaşmanın təzahürüdür.

Bizim cəmiyyətin inkişafını təmin edən əsas qüvvə elm və təhsildir. Alimlər cəmiyyətin düşünən beynidir. Onların əməyini alçaltmaq, gələcəyimizi gözdən salmaq deməkdir. Cəmiyyətin tərəqqisi, milli dəyərlərin qorunması və mənəvi inkişaf yalnız elmin işığında mümkündür. Alimlərin əməyini kiçiltmək sadəcə bir peşəni deyil, ümumilikdə zəka, əxlaq və zəhməti təhqir etməkdir. Bir ölkənin inkişafı fabriklərlə yox, düşüncə ilə başlayır. Bu düşüncəni formalaşdıran isə alimlərdir. Onların əməyini ələ salmaq cəmiyyətin özünə hörmətsizlikdir. Alimin qarşısında duran vəzifə yalnız dərs demək, tədqiqat aparmaq deyil, həm də cəmiyyəti maarifləndirmək, dəyərləri müdafiə etməkdir. Bu səbəbdən bu cür fikirlərə biganə qalmaq olmaz. Lakin bu fikirləri səsləndirən şəxsi də böyüdüb diqqətəlayiq bir mövqeyə qaldırmağın, onun fikirlərini önəmsəməyin yeri yoxdur. Pul çox şeydir, lakin hər şey deyil. Mən şəxsən İsfəndiyarın heç bir müsahibəsini izləməmişəm, marağında da deyiləm. Onun nə dediyini, alimləri, ziyalıları qıcıqlandıran ifadələri isə həmkarlardan eşitmişəm. Bu fikirlərin həm cəmiyyətin, həm də xüsusilə akademik ictimaiyyətin narazılığına səbəb olması tamamilə anlaşılandır. Bu cür ifadələr elm, bilik sahiblərinin və ziyalıların cəmiyyət üçün oynadığı həyati rolu kiçiltmək, onların əməyini dəyərsizləşdirmək anlamına gəlir. Narazılıq yaratmanın əsas səbəblərindən biri də odur ki, reallığa yaxın fikirlərdir. Bugün alimlər, ziyalılar həqiqətən də bloggerlərdən, şoumenlərdən, hətta bayağı müğənnilərdən də qat-qat az maddi təminat əldə edirsə, indi bu kateqoriyaya "çoban" da əlavə olundu. Narazılığın olması çox təbiidir, bu sözlər qulaq ardına vurula bilər, əhəmiyyətsiz hesab edilə bilər, lakin reallıqda pulun güc, nüfüz hesab olunduğu cəmiyyətdə alimlərin əziyyəti qarşılığında maddi təminatı, sosial rifahı və ictimai nüfuzu bütün cəmiyyəti düşündürməlidir. İsfəndiyarın fikirləri məhz çoban olduğu üçün, iqtisadi vəziyyəti yüksək olduğu üçün qıcıq doğurmur, həqiqətə çox yaxın olduğu üçün, layiqli alimin pulunun da, səlahiyyətinin də, ictimai nüfuzunun da aşağı olduğu üçün rezonans yaradır. Alimin sosial-iqtisadi tərəqqisi cəmiyyət üçün çox vacib məsələdir.

"Çobanlıq" hörmətli və əziyyətli bir peşədir. Amma bu peşəni "alimlərə rəhbərlik etmək" fikri ilə qarşılaşdırmaq, savadın və intellektual liderliyin yerini düzgün anlamamaq deməkdir. Cəmiyyətin inkişafı üçün həm fiziki, həm də intellektual əmək birlikdə vacibdir”.

V.Ağabəylinin sözlərinə görə, ziyalılar cəmiyyətin mənəvi sütunudur, onlara qarşı bu cür ifadələr ictimai hörmətə zərbə vurur: “Cəmiyyətin gələcəyi savadlı, düşüncəli insanların yetişməsindən keçir.

Bundan başqa, bu tip fikirlər gənclər, tələbələr arasında ziyalılara qarşı laqeyd və bəzən də mənfi münasibət formalaşdırır, cəmiyyətin mənəvi dayağı olan ziyalı sinfinin nüfuzunu zədələyir. Gənclər düşünə bilər ki, əgər uğur yalnız pul və mövqe ilə ölçülürsə, savadın, düşüncənin, əxlaqın dəyəri yoxdur. Bu da dəyərlərin alt-üst olmasına gətirib çıxarır.

Belə fikirlər tələbələrin elmi, pedaqoji və intellektual sahələrdən uzaqlaşıb daha sürətli gəlir gətirən, amma cəmiyyət üçün dərin mənası olmayan sahələrə yönəlməsinə səbəb ola bilər.

Ona görə də, xüsusilə tələbələrə səslənirəm: bu cür fikirlər sizi yolunuzdan döndərməsin. Pul və mövqe müvəqqətidir, amma savad, düşüncə və dəyər – əbədidir. Elm yoludur sizi azad və qüdrətli edən.

Bəlkə biz çoban deyilik, amma cəmiyyətin yolunu işıqlandıran fənərik, bu fənəri heç kim söndürə bilməz”.

Faiq Ələkbərli: “Onu ictimai qınaq yolu ilə...”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Faiq Ələkbərli də “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan alimlərinə, elm xadimlərinə, müəllimlərinə qarşı bu dərəcədə aşağılayıcı ifadənin işlədilməsi doğru deyil. “İş adamı alimlərə, elm adamlarına qarşı səsləndirdiyi bu aşağılayıcı sözlərə görə üzr istəmilədir. “Şərurlu İsfəndiyar”ın dedikləri kimilərəsə, yaxud da bəzilərinə görə həqiqət ola bilər. Ancaq hansısa bir həqiqət elm adamlarını, alimləri aşağılamağa imkan verməməlidir. Bu düzgün yanaşma deyil. Söhbət elm adamlarının, müəllimlərin maaşlarının və maddi imkanlarının istənilən səviyyədə olmamasından gedirsə bu başqa məsələdir. Ancaq bu ona dəlalət edə bilməz ki, hərf tanımayan, biliyi olmayan, “çobanam, alimləri işlədib pul qazanıram” deyən biri onların hesabına pul qazandığını desin. O bununla “fəxr edir”.

İş adamın belə deməsinin kökü cəmiyyətin elm adamlarına lazımı dəyər verməməsindən də qaynaqlanır. Savadsız bir iş adamının alimləri bu şəkildə aşağılamasına yalnız alimlərin yanaşması kifayət etmir, ciddi ictimai qınaq olmalıdır. Onu ictimai qınaq yolu ilə alimlərdən üzr istəməyə məcbur etmək lazımdır”.

F.Ələkbərlinin fikrincə, “Şərurlu İsfəndiyar” özü bilməlidir ki, hansısa bir həqiqəti dilə gətirmək istəyirsə, onu alimləri aşağılamaqla etmək olmaz, bu başqa bir formada dilə gətirilməlidir. F.Ələkbərli ümid edir ki, iş adamı bu etirafı dilə gətirəcək və fikrini düzgün ifadə edə bilmədiyini, əslində kimsəni təhqir etmək fikrində olmadığını deyəcək.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

10.04.2025 / 22:04
Türkiyə "Kürəcik radarını" söndürsə, İsrail İran raketlərinə "kor" qalacaq...

10.04.2025 / 21:46
Melikset Paşayan Ağdamın Azərbaycana aid olduğunu bilə-bilə orada Ermənistan hərbçisi kimi xidmət keçdiyini etiraf etdi

10.04.2025 / 21:33
Davit Allahverdiyan işğal edilmiş ərazilərdə becərilən taxıl məhsulunun Ermənistana göndərildiyini etiraf etdi

10.04.2025 / 21:27
Tramp yenə fikrini dəyişdi, İranı güc yolu ilə çökdürməyə qərar verdi

10.04.2025 / 21:12
Ermənistan vətəndaşından məhkəmədə etiraf: "Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim" - MƏHKƏMƏ +FOTO

10.04.2025 / 21:12
Rusiya Qafanda konsulluq açmağa tələsir - Paşinyanın atacağı addımdan(?) qorxur...

10.04.2025 / 20:58
Müharibədən sonra "müharibə, ya sülh" - seçimi Ermənistan edəcək...

10.04.2025 / 20:45
10 il əvvəl Azərbaycan İsraillə Türkiyəni necə barışdırdı...

10.04.2025 / 20:32
ABŞ Cənubi Qafqazda Azərbaycanla Ermənistanın fərqini görməlidir - "çox mühüm tərəfdaş"...

10.04.2025 / 20:17
Trampın seçilməsində erməniləri məyus edən məqamlar...

10.04.2025 / 20:03
Ermənistanın iqtidar komandası revanşist qrupdur...

10.04.2025 / 19:50
ABŞ-Azərbaycan münasibətləri əsaslı dəyişir, Bayden-Blinken səhvləri aradan qaldırılır...

10.04.2025 / 19:45
Hüsilər ABŞ üçün real təhdidə çevrilib

10.04.2025 / 19:42
“TÜRK” etnonimi və törələri - YUNUS OĞUZ yazır

10.04.2025 / 19:36
Cənubi Qafqaz vacib strateji bölgəyə elə-belə çevrilməyib - Azərbaycanı görməyənlərə mesaj...

10.04.2025 / 19:23
Tramp Çinə tarifi 125, Çin isə 84 faizə qaldırdı - "Trampın arxasını öpən ölkə olmarıq"...

10.04.2025 / 19:09
Bədənin və ruhun tərbiyəsi Azərbaycanda dövlət siyasətinin əsasına çevrilib

10.04.2025 / 18:56
İran - Azərbaycan münasibətləri hələ də səfirlikdə terror məsələsindən asılı qalır...

10.04.2025 / 18:41
Ermənistan həm sazişdən danışır, həm də sərhədlərdə xarici missiyanı gücləndirir - paradoks...

10.04.2025 / 18:27
Suriyanın yeni hakimiyyəti Ermənistanla yanlış siyasət aparır – “Azərbaycan unutmayıb”...

10.04.2025 / 18:14
Azərbaycanla ABŞ arasında “siyasi düşmənçilik” salan digər qurumların “dərsi veriləcək”...

10.04.2025 / 18:00
Azərbaycan özü Günəş panellərinin istehsalına hazırlaşır - Prezident anons etdi...

10.04.2025 / 17:54
İsrail bu il də hərbi parad keçirməyəcək

10.04.2025 / 17:53
İndoneziya: “ Türkiyə ilə yan-yana olmaq istəyirik”

10.04.2025 / 17:47
Şimali Kipri “unudan” bəzi türk dövlətlərinə Əliyev nümunə jesti göstərdi...

10.04.2025 / 17:36
Donald Tramp Prezident İlham Əliyevi təbrik etdi

10.04.2025 / 17:33
İran-Ermənistan sərhədində “terrorçu qruplar” - fars-erməni rejimi nəsə hazırlayır...

10.04.2025 / 17:20
Cənubi Qafqazda "yad və doğma ölkələr" ola bilməz - Avropa Komissiyası yolu dəyişməlidir...

10.04.2025 / 17:07
İsrail Bakıda Təl-Əviv-Ankara görüşünün təşkilinə görə Prezident Əliyevə təşəkkür etdi

10.04.2025 / 16:52
Mayot adasında Fransa zülmü... Həm istismar edir, həm də vətəndaşlığı çətinləşdirir...

10.04.2025 / 16:33
Qırğızıstanda çevriliş cəhdi - BƏƏ mərkəzli qrupun qanlı planları ifşa edildi...

10.04.2025 / 16:14
Maskın da “kitabını bağlayırlar”

10.04.2025 / 16:09
Melikset Paşayan Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz hərbi xidmət keçdiyini etiraf etdi

10.04.2025 / 16:05
“Bayraktar Azərbaycan” şirkəti ilə BMU memorandum imzaladı

10.04.2025 / 15:50
Türkiyə və İsrail nümayəndələri Bakıda bir araya gəldi...

10.04.2025 / 15:44
"Ermənistanı Araz çayında çirklənmə ilə bağlı monitorinq keçirmək üçün şərait yaratmağa çağırırıq" - Amin Məmmədov

10.04.2025 / 15:30
Nazarbayev Prezident İlham Əliyevi təbrik etdi

10.04.2025 / 15:22
Antalya mavi bayraqlı çimərliklərlə liderliyini qoruyur

10.04.2025 / 14:55
Rusiyanın gizli Kursk əməliyyatının təfərrüatları ortaya çıxdı - 800 əsgər 15 km-lik borunun içərisi ilə iki gün sürünüb...

10.04.2025 / 14:27
Paşinyanın partiyası uduzdu, revanşistlər geri qayıdır...

10.04.2025 / 14:23
Balakəndə avtoxuliqanlıq edən sürücü həbs edildi - FOTO

10.04.2025 / 14:20
Argentina prokuroru Xamneyinin həbsini tələb etdi

10.04.2025 / 14:07
Prezident İlham Əliyev Türkiyəyə səfər edib - FOTO

10.04.2025 / 13:57
55 nömrəli “Bakcell” avtomobili nüfuzlu sürət yarışında - video - FOTO

10.04.2025 / 13:56
Qərbi Azərbaycan İcmasının müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

10.04.2025 / 13:39
“Türk Ordusu 72 saata Təl-Əvivi tutmaq iqtidarındadır”

10.04.2025 / 13:38
Minə yaxın hərbçi girovlara görə Netanyahunu ittiham etdi

10.04.2025 / 13:16
Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək...

10.04.2025 / 13:04
Армения играет с огнём, Иревану нужна война - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.04.2025 / 12:33
Vüqar Rəhimzadə: Azərbaycan yeni dünya nizamında əsas söz sahibi olan dövlətlərdən birinə çevrilir

10.04.2025 / 12:30
"Mən nə etdiyimi bilirəm" deyən Tramp tarif kursunu qəfil dəyişdi

10.04.2025 / 12:00
Səudiyyə Ərəbistanı zəvvarlara xəbərdarlıq edib!

10.04.2025 / 11:49
Gürcüstan mediası İlham Əliyevin çıxışını diqqət mərkəzində saxlayıb

10.04.2025 / 11:43
Professor Mədəd Çobanovun xatirəsinə həsr edilmiş daha bir kitab işıq üzü görüb

10.04.2025 / 11:41
Zelenski: “155 Çin vətəndaşı Ukraynaya qarşı döyüşür”

10.04.2025 / 11:14
İlham Əliyevin "sevimli, qeyri- sevimli ölkələr" ifadəsi Avropa komissiyasının sədrinə cavab idi...

10.04.2025 / 11:03
Trampdan Çinə 125%-lik tarif! Bu yol əsl müharibəyə aparır - CANLI

10.04.2025 / 11:00
Bank kartlarından 39504 manat talanıb! - DİN məlumat yaydı

10.04.2025 / 10:22
Bu axşam Konfrans Liqasında 1/4 final mərhələsinə start veriləcək

10.04.2025 / 10:15
Tramp İrana qarşı yenə “qan-qan” deyir

10.04.2025 / 10:13
Azərbaycan və Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirəcək

10.04.2025 / 10:12
Prezident Rafael Qvaladzeni 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi

10.04.2025 / 10:06
Türkiyədə daş kömür mədəni çöküb

10.04.2025 / 10:03
Ceyhun Bayramov Türkiyə yolçusudur

10.04.2025 / 10:00
Sabirabadda ev yanıb, 5 nəfər xəsarət alıb

10.04.2025 / 09:39
Makron iyun ayında Fələstin dövlətini tanıyacaq

10.04.2025 / 09:27
Türkiyəli reperi bu tərifinə görə saxlanıldı

10.04.2025 / 09:24
Bakıda dəhşətli tıxacların dolayı səbəblərindən biri bankların ucuz "avtomobil krediti" siyasətidir...

10.04.2025 / 09:20
Qəbələ - Xankəndi ultramarafonuna start verilib

10.04.2025 / 09:13
"Hücuma İsrail liderlik edəcək" - Trampdan İrana müharibə ANONSU!

10.04.2025 / 09:11
Leyla Əliyeva qızı Əminənin ad günündən fotolar paylaşıb

10.04.2025 / 09:07
Ağdamın Sarıcalı kəndinə daha 39 ailə yola salınıb

10.04.2025 / 09:00
Mövqelərimiz yenə atəşə tutulub - bu dəfə Tovuzqala istiqamətindən

10.04.2025 / 08:47
"Barselona"dan almanlara futbol DƏRSİ!

10.04.2025 / 08:40
Bundan sonra orta məktəb direktorlarının başı pul qazanmağa qarışa bilər...

09.04.2025 / 23:17
Ersin Tatar Şimali Kiprə dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkür etdi

09.04.2025 / 22:20
Hollandiya İsrail səfirini məhşər ayağına çəkdi

09.04.2025 / 22:19
Alen Simonyan Ağdamda doğulmaqda qəbahət görmür

09.04.2025 / 22:17
Ermənistanla İran xüsusi təyinatlıları birgə təlimlər keçirəcək

09.04.2025 / 22:16
İsrail Qəzzada yaşayış binasını vurdu: 38 ölü

09.04.2025 / 22:14
Tramp komandası çat verdi: ”Mask Ticarət Müşavirini “dəli” adlandırdı”

Bədənin və ruhun tərbiyəsi Azərbaycanda dövlət siyasətinin əsasına çevrilib

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011