Gələn aydan Bakıdan Kişinyova hər gün uçuşlar başlayır

Gələn ayın ortalarından Azərbaycanın milli aviadaşıyıcısı – AZAL Moldovanın paytaxtı Kişinyov şəhərinə uçuşların sayını artırır. Bu barədə Kişinyov Beynəlxalq Hava Limanından məlumat verilib.
Məlumata görə, mayın 12-dən Bakı-Kişinyov-Bakı istiqamətinə uçuşlar həftənin bütün günü yerinə yetiriləcək. Artıq qeyd olunan tarixdən gündəlik bilet satışı həyata keçiriləcək.
Mətləb