“Bakcell”in dəstəyi ilə azərbaycanlı pilot nüfuzlu yarışda

İnnovasiya və sürət lideri “Bakcell”in dəstəyi ilə azərbaycanlı pilot Gülhüseyn Abdullayev 4-6 aprel tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək “Gulf Radical Cup” yarışında iştirak edəcək.
“Bakcell” brendi altında yarışacaq pilotun avtomobil nömrəsi artıq bəllidir – 55!
Qeyd edək ki, sözügedən yarış 2006-cı ildə əsası qoyulan “GulfSport Racing” motosport komandası tərəfindən təşkil olunur.Daha ətraflı məlumatı yarışın rəsmi saytına keçid edərək əldə etmək mümkündür.