Bu rayonda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı

Goranboyda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Goranboy rayonu, Meşəli kəndində yerləşən Əsədov Qorxmaz Abdulla oğluna məxsus yanacaqdoldurma məntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Goranboy rayonu, Meşəli kəndində yerləşən Əsədov Qorxmaz Abdulla oğluna məxsus yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Mətləb