2033-cü ilədək süni intellekt qlobal bazara çevriləcək - BMT-dən XƏBƏRDARLIQ

Süni intellekt artıq dünya bazarınıs ürətlə zəbt etməyə başlayıb. BMT-nin yeni hesabatında bildirilir ki, 2033-cü ilə qədər süni intellekt (AI) 4,8 trilyon dollarlıq qlobal bazara çevriləcək. Bu, təxminən Almaniya iqtisadiyyatının həcminə bərabərdir. Eyni zamanda, təcili tədbirlər görülməsə, onun faydaları bir neçə imtiyazlı insanın əlində cəmləşə bilər.
Hesabat göstərir ki, əsasən ABŞ və Çində olan 100 şirkət tədqiqat və inkişafa qoyulan dünyanın özəl sərmayəsinin 40 faizinə malikdir ki, bu da texnoloji gücün kəskin konsentrasiyasını vurğulayır. Eyni zamanda, əsasən Qlobal Cənubdan olan 118 ölkə süni intellekt idarəetməsi ilə bağlı qlobal müzakirələrdə iştirak etmir.
Mətləb Salahov