Polisdən qaçdı, yıxılıb öldü - türkiyəli modelin faciəvi sonluğu...

27 yaşlı türkiyəli model Güler Erdoğan faciəli şəkildə vəfat edib. Belə ki, əyləncə məkanlarından birinə gedən model oradan maşını ilə gecə saatlarında çıxıb. Giresundakı polis nəzarət məntəqəsində yoxlama zamanı onun sərxoş olduğu müəyyən edilib.
Bu zaman o, avtomobilini ataraq qaçıb. Üst keçidlə qaçdığı zaman yola yıxılıb və ağır yaralanıb. Hadisə yerinə həkimlər cəlb edilsə də, Güler Ərdoğanın həyatını itirdiyi müəyyən edilib.
Mətləb