Çərşənbə günü, 30 aprel 2025
     

“Himnimizi Əhməd Cavad yazmayıb” - kitab yazdı və sübut etdi... - FOTO

Image

Asif Rüstəmli: “Araşdırmalar nəticəsində əldə etdiyimiz bütün sənədlər, arxiv materialları, arqumentlər, faktlar və sağlam məntiq himn mətninin Cəmo bəy Cəbrayilbəyliyə aid olduğunu təsdiqləyir”

Tanınmış mətnşünas alim, tədqiqatçı, fiologiya elmləri doktoru, professor Asif Rüstəmlinin “Cəmo Bəy Cəbrayılbəyli: Həyatı və bədii yaradıcılığı” adlı kitabı keçən il işıq üzü görüb. A.Rüstəmli adıçəkilən kitabında Azərbaycanın dövlət himninin mətninin əsl müəllifinin Cəmo bəy Cəbrayılbəyli olduğunu, onun səhvən Əhməd Cavadın adına təqdim edildiyini faktlar əsasında ortaya çıxarıb və bununla da uzun illər mübahisə predmentinə çevrilən vacib bir məsələyə aydınlıq gətirib.

Müsahibimiz professor Asif Rüstəmli ilə bu barədə danışdıq.

- Yadımdadır, 2011-ci ilin fevral ayında siz məndən müsahibə alanda bir cümlə işlətmişdim ki, himnin mətninin Əhməd Cavada məxsusluğunu təsdiq edən heç bir dəlil, fakt yoxdur. Siz də onu olduğu kimi yazmışdınız. Sonra məndən soruşdunuz ki, yaxşı, bu necə olub, səhvən Əhməd Cavadın adına verilib? Sizin sualınıza cavab olaraq dedim ki, o vaxt Milli Məclisdə komissiyanın üzvü hörmətli şairimiz Vaqif Səmədoğlu olub, siz ona müraciət edin. Siz də Vaqif müəllimdən müsahibə götürmüşdünüz. Onun müsahibəsinin sizin qəzetdə getməsindən xəbərim olmayıb. 2022-ci ildə xəbər tutdum ki, həmin məqaləni çap etmisiniz. Düzdür, o, müsahibəsində mənim adımı çəkməyib, ancaq əslində, bütün iradlar mənə ünvanlanıb. Belə çıxır ki, mən səhv edərək himnin mətnini başqasına aid etmişəm. Vaqif müəllim sizə müsahibəsində bildirirdi ki, himnin mətninin Əhməd Cavada aid olduğu “Azərbaycan” jurnalında var və yaxud Mustafa Vəkilovun çıxışında təsdiq olunub ki, o şeiri Əhməd Cavad yazıb.

- Yəqin ki, siz Vaqif müəllimin bu fikirlərini araşdırdınız, qarşınıza hansı faktlar çıxdı?

- Ankarada çıxan “Azərbaycan” jurnalının 1952-ci ildən 2011-ci ilə qədər tam mündəricatı çap olunub, bu, internet resurslarında var. Mən bu jurnalda nəşr olunan şübhələndiyim beş məqaləni izlədim və orda Vaqif müəllimin dediyi materiallar yox idi. Həmin materiallartın surətini Türkiyədən gətizdirdim, onlar indi də məndədir. Mən bütün arxivləri ələk-vələk edib Vaqif müəllimin dediklərini tapdım. Doğrudur, onun dedikləri “Türk marşları”nda” və bir də “Mücahid” jurnalında gedib. Ancaq mətnin Əhməd Cavada məxsus olduğu nə “Türk marşları”nda, nə də “Mücahid”də yox idi.

Sırf yanlış olaraq himnimizin mətn müəllifi kimi Əhməd Cavadın adı qeyd olunub. Bu şeirin Əhməd Cavada aidiyyəti yoxdur, Əhməd Cavad bu problemdən xəbərsiz idi. Cümhuriyyət dövründə, 1919-cu ilin noyabr ayında Əhməd Cavadın “Dalğa” adlı kitabı çıxıb, orda “Vətən marşı” yoxdur.

- Hətta yadımdadır, bəziləri deyirdi ki, Üzeyir bəylə Əhməd Cavadın yaxınlığı daha real görsənir, nəinki Cəmo bəy Cəbrayılbəyli ilə.

- Səhvən hamı elə bilirdi ki, Cəmo bəy Cəbrayılbəyi şeir yazmayıb, musiqiyə aidiyyəti yoxdur. Onunla bağlı bütün məlumatları kitabda vermişəm. Hətta bəziləri deyirdi ki, Üzeyir bəy hara, Cəmo bəy hara? Amma mən araşdırıb üzə çıxardım ki, Cəmo bəylə Üzeyir bəy iki il eyni məktəbdə - 3-cü Ali ibtidai məktəbdə müəllim işləyiblər, dost olublar. Cəmo bəyin həyat yoldaşı Şəfiqə xanımla Üzeyir bəyin bacısı qızı Sehrən bir yerdə oxuyublar, yaxın rəfiqə olublar, bir-birinin evinə gedib-gəliblər. Bu yaxınlıqların hamısı faktlar əsasında üzə çıxarılıb. Hər şey incəliyinə qədər araşdırılıb ortaya qoyulub.

- Keçən əsrin 90-cı illərinin ortalarından himnimizin mətn müəllifinin kimliyi barədə geniş müzakirələr açıldı, indi də o proses davam edir. Bəs Cəmo bəyin himnimizin mətn müəllifi olduğunu kim ilk dəfə dilə gətirib?

- 1995-1996-cı ildən sonra himnin sözlərinin müəllifi ilə bağlı mübahisələr başladı. Bu kitabın yazılışı o mübahisələrə dolayısı ilə cavab verir. Məsələn, deyirlər ki, Cəmo bəy şeir yazmayıb. Amma mən kitabda onun on şeirini təhlil etmişəm.

Sualınıza gəlincə, 1990-cı ildə “Odlar yurdu” qəzetində rəhmətlik Möhsün Əliyev yazıb ki, bu şeir Cəmo bəy Cəbrayılbəylinindir. İlk dəfə bu məsələni o dilə gətirib. O məsələyə Milli Məclisdə də toxunulub ki, himnin mətnini Cəmo Cəbrayılbəyliyə aid edirlər.

- O vaxt himn məsələsi müzakirə ediləndə bəstəkarlar da, şairlər də orda iştirak etdilər, hətta araşdırmadan ortaya qəti mövqe də qoydular. Necə oldu ki, Cəmo Cəbrayılbəyli faktı nəzərı alınmadı? Əgər şübhə vardısa bu araşdırılmalı idi...

- Birincisi, şairlər və bəstəkar, belə deyək, mətnşünas tədqiqatçısı deyil. İndiki həqiqəti kim üzə çıxardı? Təbii ki, mətnşünas, tədqiqatçı çıxardı. Belə deyək, şairin fəaliyyətinə tədqiqatçılıq, mətnşünaslıq aid deyildi. “Cəmo Bəy Cəbrayılbəyli: Həyatı və bədii yaradıcılığı” adlı kitabımda qeyd etmişəm ki, Hacı Kərim Sanılının “Azərbaycan” (1919), Cəfər Cabbarlının “Olsun qoy” (1923) şeirləri 1992-ci ildən sonra Əhməd Cavadın kitablarına daxil edilib. Bu yanlışlığın, təbii ki, Əhməd Cavada aidiyyəti yoxdur. Belə bir söz var, deyirlər ki, çörəyi ver çörəkçiyə birini də artıq. Hər işin öz mütəxəssisi var. Onlarla fakt göstərə bilərəm ki, birinin əsəri başqasının adına gedib, mən belə faktları aşkarlayıb “Bayraməli Abbaszadə: həyatı və mühiti” adlı monoqrafiyamda vermişəm. Fikrimcə, elmi həqiqət bütün həqiqətlərdən üstündür.

- “Cəmo Bəy Cəbrayılbəyli: Həyatı və bədii yaradıcılığı” kitabınızla siz dəyərli bir şairimizi cəmiyyətimizə tanıtmısımız. Bu kitabda hansı məqamlara üstünlük verilib?

- Kitabda Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəylinin (1887-1965) həyatı, mühiti və bədii yaradıcılığı ilk dəfə tədqiqat obyektinə çevrilərək geniş, ətraflı və sistemli araşdırılıb. Tədqiqat işi yerinə yetirilərkən ilk qaynaqlardan: arxiv sənədlərindən, dövrün qəzet və jurnallarından, mötəbər faktlardan istifadə olunub. Tədqiqat zamanı məlum oldu ki, Cəmo bəy Cəbrayılbəyli bədii yaradıcılığa gənclik illərindən başlamış, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Hüseyn Cavid, Abdulla Şaiq, Üzeyir Hacıbəyli və digər görkəmli sənətkarlarla dostluq və yaradıcılıq əlaqələri saxlamışdır. C.Cəbrayılbəyli şeir, hekayə və məzhəkələrinin nəşri zamanı “Cəmo bəy”, “Cəmo bəy Aciz Şirvani”, “C.Aciz Şirvani”, “Aciz”, “Şirvanlı”, “Cəmo Cəbrayıl”, “Cəmo Cəbrayılbəyli”, “Cəmo Cəbrayılzadə” və s. imzalardan istifadə etmişdir.

- Himnimizin mətni Cəmo bəyin hansı şeiridir?

- Cəmo bəy Cəbrayılbəylinin 1918-ci ildə yazdığı “Vətənim” şeirinin ərəb qrafikası ilə ilk əlyazma versiyasını onun bacısı nəvəsi Gülsüm Əfəndizadə 1967-ci il 6 iyul tarixində Cəmo bəyin həyat yoldaşı Şəfiqə Cəbrayılbəyliyə yadigar olaraq göndərmişdir. “Vətənim” şeiri Azərbaycan Dövlət Himninin (cüzi redaktə işi istisna olunmaqla) mətni ilə eynidir. Gülsüm Əfəndizadənin ərəb qrafikası ilə “Vətənim” şeirinin 1967-ci il əlyazma nüsxəsinin orijinalı monoqrafiya müəllifinin arxivindədir. Cəmo bəy Cəbrayılbəylinin sentyabr-oktyabr 1918-ci ildə yazdığı “Vətənim” şeiri cüzi redaktə və dəyişiklərlə 1919- cu ildə “Milli nəğmələr” kitabında “Vətən marşı”, 1923-cü ildə “Öz dilək” jurnalında “Azərbaycan marşı”, 1928-ci ildə “İstiqlal uğrunda” şeirlər məcmuəsində “Azərbaycan”, 1944-cü ildə “Gənclər yaradıcılığı” dərgisində “Azərbaycan” (Milli himn), 1965-ci ildə Etem Üngörün “Türk Marşları” kitabında “Azərbaycan marşı”, 1966-cı il “Azerbaycan Balosu” dərgisində “Azərbaycan, Azərbaycan” adı ilə nəşr olunmuşdur. Bu mənbələrdə “Vətənim” (“Azərbaycan marşı”) şeirinin müəllifliyi istiqlal şairimiz Əhməd Cavada aid edilməmişdir. Mötəbər sənədlərə, etibarlı faktlara əsaslanmadan Cəmo bəyin “Vətən marşı” şeiri “Azərbaycan marşı” adı ilə Azərbaycan Respublikasının Dövlət Himni haqqında 27 may 1992-ci il tarixli, 142 saylı qərarına əsasən yanlış olaraq Əhməd Cavadın əsəri kimi təsdiqlənmişdir. Azərbaycan Respublikasının Dövlət Himninin mətn müəllifi haqqında Milli Məclisin 1992-ci il 27 may tarixli qərarından sonra da mətbuatda dəfələrlə məsələ qaldırılmış, təəssüf ki, irəli sürülən mülahizələr açıq qalmış sualları mükəmməl cavablandıra bilmədiyi üçün problem həllini tapmamışdır. Himn sözlərinin müəllif kimliyi haqqında müxtəlif araşdırıcılar tərəfindən 4 versiya irəli sürülmüşdür: 1. Cəmo bəy Cəbrayılbəyli, 2. Əhməd Cavad, 3. Üzeyir Hacıbəyli, 4. Cəmo bəy Hacınski. Araşdırmalar nəticəsində əldə etdiyimiz bütün sənədlər, arxiv materialları, arqumentlər, faktlar və sağlam məntiq himn mətninin Cəmo bəy Cəbrayilbəyliyə aid olduğunu təsdiqləyir. Digər versiyalar haqqında əsaslandırılmış faktlar olmadığı üçün müsbət fikir söyləmək mümkünsüzdür.

- Bu tədqiqatın əsas qayəsi nə idi?

- Bu elmi-tədqiqat işinin ən böyük və əhəmiyyətli nəticəsi, aprobasiyası Cəmo bəy Cəbrayılbəylinin “Vətənim” (“Vətən marşı”, “Azərbaycan marşı”) şeiri üzərində müəlliflik hüququnun bərpa edilməsi olardı...

- Bu olduqca ciddi məsələdir və kitabınızda himnin mətninin gerçək müəllifinin kimliyi təsdiqlənib. Siz Milli Məclisə müraciət etmisinizmi?

- Bəli, Milli Məclisə müraciət də etmişəm, kitab da göndərmişəm. Milli Məclisdən mənə problemin elmi tərəfini həll etdiyimi bildiriblər, telefon vasitəsilə rəhbərliyin də təşəkkürünü çatdırıblar. Məsələnin hüquqi tərəfi qalıb. Hüquqi tərəfini həll etmək Milli Məclisin səlahiyyətindədir.

- Kitabın sonunda təkliflərimi də qeyd etmişəm. Bildirmişəm ki, sələfləri tərəfindən yol verilmiş yanlışlığın hüquq və ədalət naminə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə aradan qaldırılması təşəbbüsləri zəruridir. Burada müəlliflik hüququnun ciddi şəkildə pozulması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni haqqındakı 27 may 1992-ci il tarixli, 142 saylı qərarına düzəliş edilərək “mətni Əhməd Cavadın olan “Azərbaycan marşı” əvəzinə “mətni Cəmo bəy Cəbrayılbəylinin olan “Azərbaycan marşı” sözləri yazılmalı, qərara əlavə edilmiş “Azərbaycan marşı”ndan sonra “sözləri Əhməd Cavadındır” ifadəsi müqabilində “sözləri Cəmo bəy Cəbrayılbəylinindir” kəlmələrinin təsdiqi Ali qanunvericilik orqanı tərəfindən öz əksini tapmasına möhtacdır.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

30.04.2025 / 21:38
Arazın o tayı, bu tayı arasında yeni iqtisadi bağlar qurulur

30.04.2025 / 21:25
Ermənistan-Rusiya-Belarus vahid neft bazarı - 2027-ci ildə nə baş verəcək...

30.04.2025 / 21:11
Dünya QHT-ləri ikili standartlarla mübarizə üzrə Bakıda razılığa gəldilər...

30.04.2025 / 20:57
Əfqanıstanın təhlükəsizlik məsələləri Azərbaycanda müzakirə olunur...

30.04.2025 / 20:44
İrəvan Bakının daha bir tələbini yerinə yetirir - hazırlıq gedir...

30.04.2025 / 20:31
İran, ABŞ, İsrail də Azərbaycanı seçir - Pezeşkianın səfərindən sonra İrəvanda matəmdir...

30.04.2025 / 20:17
Bir ermənipərəst Avropa deputatı Kaya Kallası Azərbaycana qarşı yönəltdi...

30.04.2025 / 20:02
Moskvadan İrəvana yeni təlimat gəlib - Köçəryanla Sarkisyanı heç cür barışdırmaq olmur...

30.04.2025 / 19:48
"Ulduz" metrosunun qabağında camaat 36 saylı marşrutu həsrətlə gözləyir...

30.04.2025 / 19:46
Siyasi dialoq: qazanan kimdir? - TƏHLİL

30.04.2025 / 19:43
Hindistanın baş naziri 9 may paradında iştirakdan imtina etdi

30.04.2025 / 19:42
ABŞ senatoru növbəti Papa kimi Trampı görmək istəyir

30.04.2025 / 19:30
Ermənistan prezidenti gürcü həmkarına Azərbaycanla bağlı yanlış məlumat verdi...

30.04.2025 / 19:16
Müqəddəs “Qurani-Kərim”in qədim əlyazmaları

30.04.2025 / 19:04
Qlobal Cənub QHT-nin ədalətli dünya uğrunda mübarizəsi Bakıda müzakirə olundu...

30.04.2025 / 18:49
6 raund Putin-Tramp müzakirələri tam iflasa uğradı...

30.04.2025 / 18:35
Müəllimlərə 1 il, həkimlərə cəmi 6 ay... Niyə?

30.04.2025 / 18:21
Diaspor təşkilatlarımız və azad rayonlarımızın bərpasında iştirak problemləri...

30.04.2025 / 18:14
Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclası keçirildi

30.04.2025 / 18:07
Tbilisidə oxuyan tələbələrimizlə bundan sonra müşavir məşğul olacaq...

30.04.2025 / 17:53
Bu xidmətin haqqını bahalaşdırdılar - peşənin "blatı" qalxacaq...

30.04.2025 / 17:44
Azərbaycanda ötən əsrlərdə ilkin xalça və xalça məmulatı necə hazırlanırdı... - FOTO

30.04.2025 / 17:40
Bir satqın türk alimi ermənilərə saxta genosidi dünyada tanıtmaq yollarını öyrədir...

30.04.2025 / 17:37
İrəvanın ortasında ermənini belə döydülər - VİDEO

30.04.2025 / 17:31
İki nüvə dövləti arasında müharibə başlayır… Hindistan yaxın 24 saat ərzində Pakistana hücum edəcək...

30.04.2025 / 17:26
Paşa Yaqubun yeni kitabçası çap olunub

30.04.2025 / 17:22
Naxçıvanın su təchizatına Prezident şəxsən müdaxilə etdi... Lakin...

30.04.2025 / 17:17
Yunus Oğuzun “TÜRK” etnonimi və törələri” adlı yeni kitabı başa çatıb

30.04.2025 / 17:06
Samarada Stalinin əfsanəvi gizli bunkeri tapıldı...

30.04.2025 / 16:53
Qazaxıstan 9 may paradından və “Müqəddəs Georgi” lentindən niyə imtina etdi?

30.04.2025 / 16:46
Suriyada Hafiz Əsədin məzarı açıldı, sümükləri oğurlandı...

30.04.2025 / 16:27
85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30.04.2025 / 16:10
Ceyhun Bayramov Küveytin xarici işlər naziri ilə görüşdü

30.04.2025 / 16:03
Avtomobildə narkotik vasitə daşıyan şəxslər tutuldu

30.04.2025 / 15:46
Pakistandan Hindistana nüvə təhdidi - Onlar üçün 130 nüvə başlığı ayırmışıq...

30.04.2025 / 15:34
Narkomaniyanın yaratdığı fəsadlar

30.04.2025 / 15:26
BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30.04.2025 / 15:19
Bakıda özünü avtomobil yoluna ataraq sürücüləri qorxudub pul qoparan şəxslər peyda olub - DİN xəbərdarlıq etdi

30.04.2025 / 14:49
Gələn ilin sonunadək azad olunmuş ərazilərdə 44 kənd salınacaq...

30.04.2025 / 14:16
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını etdi - FOTO

30.04.2025 / 14:12
Rusiya işgəncələrlə öldürdüyü jurnalistin cəsədini Ukraynaya qaytardı

30.04.2025 / 14:10
Kursk bölgəsində 600 Şimali Koreya əsgəri həlak olub

30.04.2025 / 14:02
DİN-dən uşaqların qaçırılması xəbərlərinə reaksiya - iddialar əsassızdır...

30.04.2025 / 13:46
Nömrəsi olmayan avtomobillə xuliqanlıq edən qazi saxlandı

30.04.2025 / 13:34
Nömrəsiz avtomobil idarə edən sürücünün narkotik aludəçisi olduğu ortaya çıxdı

30.04.2025 / 13:21
İran və ABŞ arasında danışıqların növbəti raundu Romada keçiriləcək

30.04.2025 / 13:10
Жёсткий ответ армянскому "генералу" тушёнкаеду - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

30.04.2025 / 12:12
Paşinyanı sıxışdırırlar - həm Qərbdən, həm də Moskvadan...

30.04.2025 / 12:07
Ölkəmizdə distant təhsil xidməti üzrə yeni dövlət standartı qəbul edilib

30.04.2025 / 12:00
"Azərbaycan yaxın dostu olan İsrail ilə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir"

30.04.2025 / 11:48
Prezident İlham Əliyev Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub

30.04.2025 / 11:43
Gəncədə 400-dən çox qadın süd vəzi xərçəngi ilə əlaqəli tibbi müayinələrə cəlb olunub

30.04.2025 / 11:38
Qeyri-adi müsahibə

30.04.2025 / 11:32
Abdulla Qədirinin "Ötən günlər" əsərinin premyerası keçirilib

30.04.2025 / 11:29
Kukla festivalının Bakı mərhələsi yekunlaşdı

30.04.2025 / 11:10
Prezident İlham Əliyev İsrail Prezidentini təbrik etdi

30.04.2025 / 11:06
ABŞ Rusiya üçün faciəli qərar verə bilər - CANLI

30.04.2025 / 11:06
Əkrəm İmamoğlunun korrupsiya işi üzrə daha 18 nəfər həbs edildi

30.04.2025 / 11:00
Bank kartlarından oğurluq davam edir - bir gündə 36 min manat oğurlanıb...

30.04.2025 / 10:30
Tramp Rusiyaya qarşı yenə qeyri müəyyən ifadələr işlətdi

30.04.2025 / 10:25
Zənginlərə BƏD XƏBƏR: Maltada "qızıl pasport" almaq qadağan edildi!

30.04.2025 / 10:19
Türkiyə yenidən silkələndi...

30.04.2025 / 10:10
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb - polis

30.04.2025 / 10:06
"Liverpul" bu isveçli futbolçu üçün 144 milyon avro ödəyəcək!

30.04.2025 / 10:00
Trampdan QƏRAR: Polşaya 1,3 milyard dollarlıq raket satışını təsdiqlədi

30.04.2025 / 09:32
Pakistan və Hindistan arasında atışma olub

30.04.2025 / 09:24
Vaxtı keçmiş kreditlər yenə çoxalmağa başlayıb...

30.04.2025 / 09:22
Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb

30.04.2025 / 09:14
Bu gün Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 26 il ötür

30.04.2025 / 09:07
PSJ "Arsenal"ı məğlub edib

30.04.2025 / 09:02
Naxçıvanın bir neçə kəndində qaz olmayacaq - XƏBƏRDARLIQ

30.04.2025 / 08:38
Düz 1 ay qaldı - saatlıq əmək haqqı...

29.04.2025 / 21:17
Azərbaycan Beynəlxalq Elmi Ay Stansiyası tikiləcək - ölkə kosmik yarışa qoşulur...

29.04.2025 / 21:14
Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər - FOTO

29.04.2025 / 21:02
Ermənistan 3 ayda 4 faizdən çox iqtisadi artımı nəyin hesabına əldə edib...

29.04.2025 / 20:48
İranla münasibətlər yeni pillədə - Azərbaycanın Avrasiyada logistika-tranzit mövqeyi misilsiz dərəcədə güclənir...

29.04.2025 / 20:40
Bakıda ICESCO-nun regional ofisinin rəsmi açılışı oldu - FOTO

29.04.2025 / 20:33
Tarixdə Tramp kimi 100 gündə bu qədər nüfuz itirmiş 2-ci prezident olmayıb...

29.04.2025 / 20:22
Türkiyənin Azərbaycandakı səfiri Mətbuat Şurasında olub - FOTO

29.04.2025 / 20:19
Ermənilər qəti etiraf edir - Bakı Ermənistandakı revanşizmi yerindəcə məhv etməyə qadirdir...

29.04.2025 / 20:11
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs: "Talış kəndi istiqamətində yenicə basdırılmış 59 mina zərərsizləşdirdik" - FOTO

Diaspor təşkilatlarımız və azad rayonlarımızın bərpasında iştirak problemləri...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011