Bazar günü, 23 mart 2025
     

Xüsusi Təyinatlı Polis Dəstəsinin qəhrəman ŞƏHİDİ - Eldəniz Məmmədov

Image

Son iki yüz illik Azərbaycan tarixində böyük bir tarixi qələbənin sevincini bütöv Azərbaycan yaşayır. By tarixi qələbəni bizlərə yaşadan torpağı vətən edən şəhidlərimiz, sağlamlığını vətən uğrunda itirən qazilərimiz, səngərdə əlləri tətikdə dayanan əsgərimiz və Müzəffər Ali Baş Komandanın düşünülmüş siyasətidir. 2020-ci ilin sentyabrın 27-də başlayan əks hücum əməliyyatı Azərbaycanı Dəmir yumruq altında birləşdirdi. Hər kəs orduya, döyüşə yazılmağa can atırdı. Könüllülərin izdihamı və döyüş istəyi yalnız bir amala xidmət edirdi. O da qisas duyğusu idi. HƏR BİR KÖNÜLLÜ yalnız bir arzu uğrunda torpaqlarımızın azadlığı və Azərbaycanın suverenliyinin pərpası istəyi ilə silaha sarılırdı.

Qarabağ müharibəsində erməni işğalçılarına sinəsini sipər edən qəhrəmanlarımız sücaətləri ilə Azərbaycanda yetişən gəncliyə vətənpərvərlik nümunəsi göstərdilər. Onlar xalqımızın qəhrəmanlıq xəzinəsidirlər.

Şəhidlik ulularımızdan bizlərə miras qalan torpağa, vətənə, müqəddəs dəyərlərimizə sahib çıxmaq, verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Bu bir adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda canından keçib, bu yolda özünü qurban vermək deməkdir.

"Torpaq, uğrunda ölən varsa, Vətəndir!” -deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Haqqında söhbət açacağımız şəhid-qəhrəman da torpağı vətən edən qəhrəmanlardandır. Onlar ölməzliyə, şəhidlik zirvəsinə ucaldılar. Bu gün hər bir Azərbaycan gənci belə qəhrəmanların vətən sevgisini özlərinin gələcək həyatında vətənə məhəbbət nümunəsi kimi qəbul edirlər. Onlar torpağı vətən eləməklə Azərbaycanın şanlı zəfər tarixini yazdılar.

Bu bir həqiqətdir ki, Birinci Qrabağ savaşında da bu istəklə döyüşə atılanlar çox idi. Elə haqqında söhbət açacağımız şəhid-qəhrəmanlardan biri barədə söhbət açıb, onun döyüş yoldaşlarının xatirələrindən bəzi məqamları səhifləyəcəyik.

Xatırladaq ki, Brinci Qarabağ müharibəsində hünər tarixi yazan əfsanəvi qəhrəmanlardan biri Eldəniz Fabir oğlu Məmmədovdur.

ELDƏNİZ FABİR OĞLU MƏMMƏDOVUN HƏYAT YOLUNA QISA NƏZƏR SALAQ.

Şəhid qəhrəmanın həyat yolu

XTQD-ın əməkdaşı polis serjantı Məmmədov Eldəniz Fabir oğlu 12 may 1970-ci ildə Laçın şəhərində anadan olmuşdur. O, 1987-ci ildə Laçın 1N°-li orta məktəbini bitirmiş, elə həmin il Bakı Kooperativ Texnikumuna daxil olmuş, 1 il sonra həqiqi hərbi xidmətə çağırılmışdır. Eldəniz Məmmədov hərbi xidmətini Arktikada başa vurduqdan sonra 1990-cı ildə Laçın rayonuna qayıtmış, rayonda yaradılan özünümüdafiə batalyonuna yazılmışdır. O, Zabux, Daşaltı, Kərkicahan döyüşlərində düşmənin 4 BMP-ni vurmuş və 18 nəfər düşmən əsgərini məhv etmişdir. Laçının Fərəcan kəndi yaxınlığında “Arpa gədiyi” adlanan yerdə 4 erməni əsgərini məhv etmiş və bu döyüşdə mühasirəyə düşmüşdür. Onun qorxmazlığı və döyüş təcrübəsi sayəsində düşdükləri mühasirədən qəhrəmancasına vuruşaraq xilas olmağı bacarmışlar. Sonrakı döyüşlərdə isə 12 erməni əsgərini əsir götürülməsinə nail olmuşlar. Döyüş yoldaşlarının verdiyi məlumata görə, Qubadlının “Əyin” kəndində sərrast atəşi ilə ermənilərin artilleriya nöqtələrini məhv etmişlər. Laçının Tığik-1 və Tığık-2 kəndlərində ermənilərlə qarşı-qarşıya döyüşdə 30-a qədər erməni əsgər və zabitini məhv etmişlər. Kəlbəcərin Narışdar kəndində ermənilərə məxsus 1 vertalyotu vurmuşdur. Ermənistanla həmsərhəd olan 30-31-32 postlarda düşmənin 2 BPM-ni və xeyli saylı canlı qüvvəsini məhv etmişdilər.1992-ci ilin sentyabr ayının 16-da Ağdərə bölgəsinin Çıldıran kəndi yaxınlığında gedən döyüş zamanı “PTURS” silahı ilə düşmənin 1 ədəd tankanı və 1 ədəd yük maşınını sıradan çıxarmışdır.

1992-ci ilin sentyabr ayının 17-də Vaqauz döyüşü zamanı düşmənin 1 ədəd yük maşınını və 7 səngərini darmadağın etmişdir. Bundan sonra o, Kaçaqot, Artunaqomer, Paqosomer ətrafında gedən döyüşlərdə xüsusilə fərqlənmişdir. 1992-ci il sentyabr ayının 22-də Kaçaqot döyüşündə düşmənin canlı qüvvəsi ilə dolu maşını və bir ədəd zirehli transportyorunu məhv etmişdir. 1993-cü ilin fevral ayının 8-də Kasapet kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. XTQD-ın əməkdaş polis serjantı Məmmədov Eldəniz Fabir oğlu 21 mart 1993-cü ildə döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur.

O, subay idi. Şəhid Məmmədov Eldəniz Fabir oğlu Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycan Respublikası Nazirlər kabinetinin 17 sentyabr 1996-cı il tarixli 125 saylı qərarı ilə Laçın rayonunun Ağanus kənd mədəniyyət evinə Eldəniz Məmmədovun adı verilmiş, 1995-cı ildə “Hərbi xidmətlərə görə” medal ilə təltif olunmuşdur. ...

Anası Ruqiyyə İsmayılovanı yaxşı tanıyırdım. Əsl Azərbaycan xanımının nümunəsi idi. Eldəniz haqında düşünəndə gözləri yaşarardı, gözlərini silə-silə, aram-aram danışırdı. Laçında bağçada işləmişdi. Hər kəlməsində bir nəsihət var idi. Şəhid oğlunun dərdi onu da bu dünyadan apardı. Allah rəhmət eləsin!

Eldəniz Məmmədovu dostları belə xatırlayır...

Döyüşçü Xəyyam Nəsirov: “Eldəniz Məmmədovla 811 saylı hərbi hissədə bir yerdə olmuşuq. Onu səngərdə tanıdım, ən çətin anlarda onunla yoldaşlıq elədim. Çox qorxmaz oğul idi. Dostluqda və yoldaşlıqda çox etibarlı və dəyanətli, əsl döyüş yoldaşı idi”.

Silahdaşlarından Qarabağ qazisi Vaqif Yusifov şəhid Eldəniz Məmmədovla döyüş xatirələrini bizimlə belə bölüşür: “Şəhid qardaşımıznan ilk tanışlığımız 1992-ci ildə olub. Xüsusi Təyinatlılara qəbul olanda. Məlum oldu ki, Eldəniz Laçında 811 saylı hərbi hissənin tərkibində bir çox döyüşlərdə iştirak edib. İlk döyüşümüz onunla Ağdərənin alınmasında başladı və əməliyyat uğurla nəticələndi. Sırxavənd, Vəng, Dovşanlı uğrunda gedən ağır döyüşlərdə döyüşmüşük, o, etibarlı, qorxmaz və cəsarətli idi. Onun qarşısını heç nə ilə almaq mümkün deyildi. Elə hey döyüşmək, ermənilərdən qisas almaq istəyirdi. Həmin döyüşlərdə Eldəniz düşmənin 2 tankını və 3 BMP-sini vurmuşdu. Onunla sonuncu döyüşümüz 1993-cü ilin mart ayında oldu. Səhv eləmirəmsə mart ayının ya 20-si, ya da 21-i idi. Gecə komandanlıqdan bizə əmr gəldi ki, döyüş ərazisində uyğun mövqe tutmaq lazımdır. Gecə saat 2:00-da biz mövqeyimizə qalxdıq.

Səngər qazıb döyüş mövqeyimizi möhkəmləndirdik. O, tank əleyhinə idarə olunan raketi(Faqot-Təyir) döyüşə hazır vəziyyətə gətirmişdi. Ağdərənin üstündə Qlobus dağı deyilən yerdə döyüş mövqeyində idik. Səhər saat 6-7 radələrində ermənilər hücuma keçdi. 5 tank və 7-yə yaxın piyadaların döyüş maşını, təxmini belə saydım. O vaxtki döyüşlər üçün bu çöx böyük qüvvə idi. Döyüş başladı. Həmin döyüşdə idarə olunan raket qurğusunun raşotunda Eldəniz, Əsəd də var idi. Eldəniz həmin döyüşdə ermənilərin bir tankını və 2 piyadaların döyüş maşınını vurmuşdu. Sonradan Ermənilər tankalrı geri çəkildi. Ancaq düşmənin piyada dəstəsi bizə tərəf irəliləyirdi. Açıq döyüş başladı. Qarşı ərazi şumluq idi, elə həmin ərazidən də ermənilərin piyada dəstələri üstümüzə gəlirdi. O döyüşlərdə Eldəniz erməninin 10 əsgərini məhv etmişdi. Bunun şahidiyəm. Günorta saatıarında bildik ki, düşmən bizim döyüş mövqeyimizi müəyyən edib. 120 MM-lik minamyotla mərmiləri düz bizim üzərimizə atmağa başladılar. Mərmilərdən biri bizim aramıza düşdü. Həmin vaxtı mən səngərdəydim. Mərminin partlayışından sonra, gördüm ki, Eldəniz və Əsəd şəhid oldu. Digər bir silahdaşımız Əsgər adında döyüşçü isə ağır yaralandı, sonradan ayağı amputasiya oldu. Allah Eldənizə, Əsədə və cəmi şəhidlərimizə rəhmət eləsin. İndi onların ruhları şaddır, uğrunda canlarından keçdiyi torpaqların üzərində Azərbaycan bayrağı dalğalanır”.

Bəli, uğrunda şəhid olduğunuz torpaqlar işğaldan azaddır.

Ruhun şad olsun ŞƏHİDİM!

Şəhidlər ölməz, vətən bölünməz!

Qarabağ Azərbaycandır!

Subut Mehdiyev, jurnalist,
İnsan Hüquqları müdafiəsi Mərkəzi



VİDEO

SON XƏBƏRLƏR

22.03.2025 / 22:47
ABŞ-ın gizli planları ortaya çıxdı, Ermənistan qarışdı - İrəvanda gizli biolaboratoriyalara qarşı etirazlar başladı…

22.03.2025 / 22:30
Nəhayət ki, ABŞ Türkiyəyə F-35 qırıcılarını satmağa razılıq verdi

22.03.2025 / 22:19
Tramp təcili olaraq ABŞ üçün “Qızıl Qübbə” yaratmaq istəyir

22.03.2025 / 19:15
Trampın xüsusi nümayəndəsi Ukraynanın 5 bölgəsini Rusiyaya “verdi” - o bölgələr rusları dəstəkləyir…

22.03.2025 / 18:53
ABŞ NATO-dan çıxır… Avropada ABŞ-sız NATO-ya hazırlıqlar başladı…

22.03.2025 / 17:23
Naxçıvanda dönərdən kütləvi zəhərlənmə - altı nəfər...

22.03.2025 / 16:12
Bakıda maskalı şəxs lombarda basqın etdi, işçiləri hədələyib pulları apardı - FOTO/VİDEO

22.03.2025 / 15:50
Bakıda oğurluq edən qadınlar tutuldu

22.03.2025 / 15:35
Əkrəm İmamoğlunun ikinci ifadəsi alındı

22.03.2025 / 15:08
Ermənilər yenə güclü dövlət olmaqdan dəm vurur

22.03.2025 / 14:44
Bunu da gördük- “Paşinyan bir tərəfli qaydada sülh sazişi imzalamaq istəyir”

22.03.2025 / 14:22
"Tramp İrana qarşı güc tətbiq etmək istəmir"

22.03.2025 / 13:51
Spikerin "tələbələr əyalətdən paytaxt universitetlərinə köçürülməsin" təklifinə kəskin etiraz edildi...

22.03.2025 / 13:35
Qar uçqununda həlak olan hərbi qulluqçularımız dəfn edildi - FOTO

22.03.2025 / 13:16
“Ukrayna hakimiyyəti prezident seçkilərinin keçirilməsinə razılıq verdi”

22.03.2025 / 12:43
“Tramp danışıqlarda Ukraynanın mövqeyini zəiflətdi”

22.03.2025 / 12:03
"Mənim başım nələr çəkdi" - Mətanət İskəndərli od püskürdü!

22.03.2025 / 11:30
Leyla Əliyevanın təşəbbüsü ilə Xızıda uşaqlar üçün Novruz şənliyi keçirilib - FOTO

22.03.2025 / 11:20
"Bu torpaqlar İsrailə birləşdiriləcək” - İsrailli nazırdən AÇIQLAMA

22.03.2025 / 11:08
Salyanda piyada yol qəzasında öldü

22.03.2025 / 11:00
Prezidentin tapşırığına əsasən FHN Qırğızıstana maddi-texniki yardım göndərdi

22.03.2025 / 10:30
Kiberdələduzlar çoxalır - DİN əhaliyə müraciət etdi!

22.03.2025 / 10:28
Azərbaycan millisi Haiti yığmasına qarşı

22.03.2025 / 00:50
Armen Abazyan Ermənistan - Türkiyə sərhədi barədə yayılmış xəbəri təkzib etdi...

22.03.2025 / 00:23
Ermənistanın müdafiə naziri Azərbaycan qoşunlarının yer dəyişmədiyini etiraf etdi

21.03.2025 / 23:50
Qardaş Türkiyədə Paşinyanı "sülhsevər", İlham Əliyevi "sülh pozucusu" kimi göstərən məqalə çap olunub... Təəssüf...

21.03.2025 / 23:36
Son dəqiqə... İmamoğlunun ilk ifadəsi açıqlandı...

21.03.2025 / 23:03
Tramp dünyanın 6-cı nəsil ilk döyüş təyyarəsinin adını açıqladı - F-47...

21.03.2025 / 22:15
Putin ələ keçirdiyi ərazilərdəki ukraynalılara 6 ay vaxt verdi - ya Rusiya vətəndaşlığını qəbul edin, ya da…

21.03.2025 / 21:42
Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik etdi

21.03.2025 / 21:40
Mirziyoyev Prezident İlham Əliyevə məktub göndərdi

21.03.2025 / 21:37
Pezeşkian Prezident İlham Əliyevi təbrik etdi

21.03.2025 / 21:16
İsrail Qəzza zolağının ilhaqı ilə hədələyib

21.03.2025 / 19:56
"Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir" - Si Cinpin

21.03.2025 / 19:53
Si Cinpin Prezident İlham Əliyevi təbrik edib

21.03.2025 / 19:32
Husilər Təl-Əvivi vurdu...

21.03.2025 / 18:39
Zelenski mətbuat konfransında telefonu Makronun üzünə bağladı - sizə sonra zəng edərəm...

21.03.2025 / 18:10
Gədəbəydə qar uçqununa düşən hərbçilərimizin nəşləri aşkarlandı

21.03.2025 / 17:14
Xüsusi Təyinatlı Polis Dəstəsinin qəhrəman ŞƏHİDİ - Eldəniz Məmmədov

21.03.2025 / 16:55
Tramp-Putin razılaşması fıs çıxdı - “Odessa alovlar içindədir”

21.03.2025 / 16:42
Ərdoğan İstanbul meriyasında həbslərdən danışdı...

21.03.2025 / 16:33
Moskva Ermənistandan əl çəkmir

21.03.2025 / 16:27
Trampdan İsrailin Qəzzada əməliyyatları bərpa etməsinə tam dəstək - günahı da HƏMAS-da görür...

21.03.2025 / 15:54
Ərdoğan Putini Türkiyəyə dəvət etdi...

21.03.2025 / 15:31
Siyəzəndə şadlıq evini soydular - 22 min manatlıq ziyan...

21.03.2025 / 15:16
Fazil Mustafaya sui-qəsdə görə həbs olunmuş şəxsin oğlu da tutuldu - DTX-dan əməliyyat...

21.03.2025 / 14:56
İB rəhbəri Hafiz Həsənov barəsində qətimkan tədbiri seçildi - 4 ay ev dustağı...

21.03.2025 / 14:55
Putin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

21.03.2025 / 14:43
Ərdoğan Prezident İlham Əliyevi təbrik etdi

21.03.2025 / 14:41
Qəzzaya bombalar yağdıran İsrailin baş naziri İran xalqının Novruz bayramını təbrik edib

21.03.2025 / 14:17
Zelenskiyə Trampa “mühazirə” oxumamaq haqda xəbərdarlıq ediblər

21.03.2025 / 13:56
“Putin xalqını uzunmüddətli müharibəyə hazırlayır”

21.03.2025 / 13:34
“ABŞ və İran çox məxfi şəkildə danışıqlar aparır”

21.03.2025 / 12:43
Azərbaycan XİN-dən Mirzoyana tutarlı cavab - manipulyasiya ilə məşğul olur...

21.03.2025 / 11:30
Gecə ərzində Ordumuzun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub

21.03.2025 / 10:22
Sumqayıtda mənzildən qadın meyiti tapılıb

21.03.2025 / 10:15
"Kurtlar vadisi"nin rejissoru xərçəngin qurbanı oldu...

21.03.2025 / 10:00
Bu gün Beynəlxalq Novruz günüdür

21.03.2025 / 09:33
Bu rayonlarda qarın hündürlüyü 13 sm-ə çatıb - FAKTİKİ HAVA

21.03.2025 / 09:25
Ermənistan millisi öz meydanında darmadağın edildi

21.03.2025 / 09:21
Ağsuda zəlzələ olub

20.03.2025 / 23:50
Zaxarova "Minsk Qrupu ləğv edilməlidir” dedi və topu Ermənistana atdı...

20.03.2025 / 23:34
İrəvan Moskvaya cavab verdi - ancaq "ABŞ hərbi texnikası Ermənistana ötürülməyəcək" demədi...

20.03.2025 / 23:10
Paşinyan məmurlara Rusiya ilə bağlı tapşırıq verdi - əməkdaşlığı bərpa edin...

20.03.2025 / 22:53
Zaxarova: “Rusiya Ermənistan-Azərbaycan sərhədində artan gərginlikdən narahatdır”

20.03.2025 / 22:20
Xandanyanla Səməd Seyodovun görüşü yəqin ki, baş tutmayacaq...

20.03.2025 / 22:03
Ermənistan parlamenti Səməd Seyidovu görüşə çağırdı…

20.03.2025 / 21:47
ABŞ Türkiyənin "Qazprombank"ın sanksiyalarından azad olma müddətini uzadıb

20.03.2025 / 21:25
Moskva Pentaqonun hərbi texnikasının Ermənistana ötürülməsilə bağlı açıqlama tələb etdi

20.03.2025 / 21:17
Şoyqu Aİ-yə daxil olmağa can atan Ermənistanı təhdid etdi

20.03.2025 / 21:06
Putinlə Trampın atəşkəs razılaşması ayaqlar altına atıldı - müharibə daha da qızışır....

20.03.2025 / 19:25
Prezident İlham Əliyevlə Şavkat Mirziyoyev arasında telefon danışığı olub

20.03.2025 / 18:21
Gizli sənədlər açıqlandı… ABŞ kəşfiyyatı bu ölkələrə müdaxilə edib - çevriliş planları, seçkilərə müdaxilə…

20.03.2025 / 17:46
Paşinyan 30 minlik ABŞ ordusunu Almaniyadan İrəvana köçürmək istəyir... Rəsmi xəbər var..

20.03.2025 / 17:17
Azərbaycan Ermənistanla sülh istəyirsə... Tehranlı Ehsan Movahediandan absurd şərh...

20.03.2025 / 16:35
Ermənistan özü atəşkəsi pozub Azərbaycandan sübut istəyir...

20.03.2025 / 14:27
Bakıda qadını şəkilləri ilə şantaj edən şəxs həbs edildi

20.03.2025 / 14:03
Tramp Zelenskiyə “Patriot” raketləri göndərməyə söz verdi

20.03.2025 / 13:40
"USAID, “Azadlıq radiosu” və “Amerikanın səsi” kimi şər yuvalarının fəaliyyəti sona çatır" - Vüqar Rəhimzadə

20.03.2025 / 12:36
DİN bayramda rayonlara gedənlərə çağırış etdi - VİDEO

20.03.2025 / 12:17
Rusiya Ukraynanın enerji infrastrukturunu vurmaq üçün göndərdiyi PUA-larını özü havada vurdu

Prezidentin bölgə səfərləri ölkəni gücləndirir...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456