İB rəhbəri Hafiz Həsənov barəsində qətimkan tədbiri seçildi - 4 ay ev dustağı...

"Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat daxil olub. Binəqədi Rayon Məhkəməsində təqdimata baxılıb.
Məhkəmə vəsatəti təmin edib və Hafiz Həsənov barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Qeyd edək ki, təqsirləndirilön şəxs Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.
ZÜMRÜD