Qusar xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərmanlar verilib? - TƏBİB araşdırma aparır...

Qusar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərmanların verilməsinə dair məlumatlar yayılıb.
TƏBİB-dən KİV-ə bildirilib ki, sosial şəbəkədə yayılan yazışmalara dair araşdırma aparılır.
"Sosial şəbəkədə yayılan yazışmalara dair tərəfimizdən araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcəkdir",- deyə məlumatda qeyd edilib.
ZÜMRÜD