Azərbaycanda daha bir ana doğuş zamanı öldü

Azərbaycanda doğuş zamanı daha bir ana ölümü qeydə alınıb. Bərdədə doğuş zamanı 28 yaşlı ana ölüb uşaq sağ qalıb. Belə ki, Bərdə rayon sakini 1997-ci il təvəllüdlü Qaçaylı Füruzə kəskin ağrılarla xəstəxanaya müraciət edib.
Doğuş əməliyyatına götürülən qadın 37 həftəlik hamiləlik dövründə olub və əməliyyat normal keçib. Sonradan halı pisləşən F.Qaçaylı həyatını itirib doğulan oğlan uşaq isə sağdır. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Mətləb