Bu rayonda çörək sexinin fəaliyyəti dayandırıldı

Biləsuvar rayonunda çörək sexinin fəaliyyəti dayandırılıb. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şirvan-Biləsuvar bölməsi tərəfindən Biləsuvar şəhəri Heydər Əliyev prospektində yerləşən çörək istehsalı sexində plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı Elşad Hüseynova məxsus obyektin sanitar norma və qaydalara uyğun olmayan şəraitdə fəaliyyət göstərdiyi aşkar edilib. Aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq sahibkarlıq subyektinin fəaliyyəti məhdudlaşdırılıb və inzibati məsuliyyət tədbirləri görülüb.
Mətləb