Bu xəbəri oxusanız, qazlı içkilərə həmişəlik lənət oxuyacaqsınız...

Şəkərli qazlı içkilər barədə daha bir dəhşətli fakt açıqlandı. Sən demə bu cür sular daha təhlükəli xəstəlik üçün stimul yaradırmış. Belə ki, elm adamları gündə cəmi bir qutu belə içki içməyin ağız xərçəngi riskini beş dəfə artırdığını müəyyən ediblər.160.000 insanın iştirak etdiyi araşdırma göstərib ki, şəkərli içkiləri mütəmadi istehlak edən insanlarda ağız xərçəngi riski, bu içkiləri ayda bir dəfə və ya daha az içənlərlə müqayisədə daha yüksəkdir.
Tədqiqatçılar bu nəticənin xüsusilə son illərdə qadınlarda artan ağız xərçəngi hallarına izah ola biləcəyini bildirirlər. Bununla belə, dəqiq nəticələr üçün daha geniş araşdırmaların aparılmasına ehtiyac olduğu vurğulanır.
Mətləb