Çərşənbə axşamı günü, 23 sentyabr 2025
     

“Babək o gün “Şuşanın dağları”nı oxuyurdu...”

Image

Vətən müharibəsi şəhidi, neçə-neçə qəhrəmanlıq nümunəsi yazmış Babək Namazov haqqında doğmaları, dostları, onun qəhrəmanlığına şahidlik edən zabit və əsgərlər də bir-birindən maraqlı fikirlər səsləndiriblər. Həmin fikirlərdən bəzi seçmələri təqdim edirik...

Namazova Şəms Səhman qızı, Babəkin bacısı

- Uşaq vaxtı kəndimizdəki məktəbə ilk dəfə gedəndə heç kimi tanımırdım. Tənəffüz zamanı həyətdə tək dayanmışdım. Darıxdırıcı gəlirdi yeni məktəb, tanış olmayan yer, danışmadığım uşaqlar. Bir də baxdım ki, Babək gəlib yanımda durub. Sonra da Kamran gəldi. Tək qoymadılar məni.

Yay vaxtları idi. Bibimgildə qalırdıq. Axşam otaqdan zümzümə səsi gəlirdi. Əslinə qalsa, mahnı oxuyan deyildi Babək. Amma o gün “Şuşanın dağları”nı oxuyurdu. Həmin an heç unudulmur, bir heyrət hissi doğurur mənim üçün...

Həmişə zəng edəndə dərslərimi soruşardı. Bizim ən çox danışa bildiyimiz mövzu animasiyalarla bağlı idi.

İkimizin də həvəslə baxdığımız virtual aləmin gerçəklik olduğu “Master meça” onlayn idi o vaxt, çox güman ki, həmin zamanın gəlməsini ikimiz də istəyirdik...

Təəssüflər olsun ki, torpaq Babəki bizdən aldı. Onunla bağlı nə qədər arzum içimdə daşlaşdı...

Hacıyeva Həqiqət Ramiz qızı,

Gəncə şəhər Nizami Gəncəvi adına 11 nömrəli tam orta məktəbin

tərbiyə işləri üzrə direktor müavini

Biz bilirik ki, Vətən müharibəsi dövründə 3000-dən çox şəhidimiz oldu. Hazırda qazilərimiz o müharibənin yaralarını öz bədənlərində daşıyırlar...

Vətən müharibəsində - torpaqlarımız uğrunda gedən döyüşlərdə bizim məktəbimizdən də şəhid olanlar var. Şəhid məzunlarımızdan biri də Babək Namazovdur. Babək nizam-intizamı yerində olan, nümunəvi şagirdlərdən olub. Hətta böyük-kiçik yeri bilməklə yanaşı, kiçiklərin həmişə problemlərini həll etməyə can atırdı. Babəkdən söhbət düşəndə ona dərs demiş müəllimlərin gözləri dolur. Ağıllı, istedadlı şagirdlərimizdən idi, Vətən müharibəsində də cəsur və öndə gedən əsgərlərdən biri oldu.

Allahdan Babəkə rəhmət, doğmalarına səbr arzulayıram.

Namazova Aidə Nadir qızı,

Gəncə şəhər Nizami Gəncəvi adına

11 saylı tam orta məktəbin müəllimi

- 30 illik müəllimlik təcrübəmdə öz tərbiyəsi ilə yadda qalan şagirdlərim çox olub. Onlardan biri də Namazov Babək Səhman oğludur. Mən ona texnologiya fənnini tədris etmişəm. O, mənim yadımda və qəlbimdə həm xarici görünüşü, həm də daxili aləminin zənginliyi ilə qalıb. Zəhmətkeş, çox ağıllı şagird idi.

Babək Texniki Universiteti bitirsə də, vətənpərvər olması və Vətən sevgisi onu hərb sahəsinə yönəltdi. O, seçdiyi sahədə ən yüksək pilləyə qalxıb şəhid oldu. Bu xəbər onu sevən müəllimlərini çox sarsıtmışdı, çox məyus olmuşduq. Ancaq biz onunla fəxr edirik. 11 saylı məktəbin kollektivi Babəklə fəxr edir. Onun şəhidlik zirvəsinə qalxması, vətənpərvərliyi, zəhmətkeşliyi dünya görüşünün göstəricisi idi. Babək nur saçan gözləri ilə həmişə mənim yaddaşımda qalacaq. Onun rəngli gözləri heç vaxt gözümün qabağından getmir.

Allah bütün şəhidlərə rəhmət etsin!

Allah Babəkin tutduğu yolda şəhidlik statusunu mübarək etsin!

Aidə,

bibisi qızı

- Babəklə aramızda yaş fərqi çox idi. Onun uşaqlığı gözümün qabağında keçib. Mən onun uşaqlığından danışmaq istəyərdim.

Babək sapsarı uşaq idi. Xarici uşaqlara bənzəyirdi. Onda Azərbaycan cizgiləri yox idi - qaraqaş, qaragöz deyildi. Ağ tənli, saman sarısına çalan saçları var idi. Yaşıl gözlü, göyçək uşaq idi. Uşaqlığı çox aktiv keçib. Nə vaxt baxırdıq, daşlıqların üzərində gəzərdi. Yıxılmaqdan dizləri, dirsəkləri, qolları çapıq-çapıq, yara-yara olardı. Çox dəcəl uşaq idi. Dəcəlliyi bir qırağa, həm də sakit uşaq idi. Kiməsə ilişməz, kiminsə xətrinə dəyməz, kiminləsə haqsız yerə dalaşmazdı. Həm də çox məsuliyyətli uşaq idi. Evin birinci uşağı olduğuna görə hara lazımdı, onu göndərərdilər. Getdiyi yerdən də boş qayıtmazdı. Özündən balaca bacı-qardaşı var idi. Onları da daim müdafiə edərdi. Görsəydi ki, qardaşı nadinclik eləyib, danlanır, onu tez həmin ab-havadan çıxarardı. İstəməzdi ki, qardaşına nəsə bir söz deyilsin.

Çox zəhmətkeş uşaq idi. Uşaqlığından heyvanlara marağı var idi, onlara qayğı göstərərdi. Heyvanlarla yaxşı rəftarı bacarırdı. Təsərrüfatcıl, zəhmətsevən, əməksevən idi. Çox gözəl riyazi qabiliyyəti var idi. Hesablama qabiliyyəti güclü idi. Mən hardasa Babəkin 6, 7, 8 yaşlarından danışıram. Böyüyəndən sonra da ali məktəbə qəbul oldu, oxudu, təhsil aldı.

Babək hərbiyə gedəndə mən şəxsən təəccüblənmədim. Eşidəndə, dedim ki, o uşağın yeri elə oradır… O uşaq onun üçün yaranmışdı…

Yolunu da özü seçdi və o yolda da şəhidlik zirvəsinə yüksəldi.

Babək təkcə bizim evdən getmədi, bütün eldən getdi.

Vətən uğrunda şəhid olanlar əbədiyyət yolçularıdır. Onların uğrunda fəda olduqları Vətən isə hamımız üçün əzizdir. Çünki şəhidlər Vətənin qoynunda əbədiyaşarlıq haqqı tapıblar...

Babəkin ucaldığı zirvədə yalnız müqəddəslik var. Nə xoşbəxtdir ki, onun köksü Allahın lütfü ilə doludur...

Bu, əslində, hər kəsə nəsib olmur...

Babəkə, onun timsalında bütün şəhidlərə Allahdan rəhmət diləyirəm.

Orxan Mehdiyev,

bibisi oğlu

- Babək mənim dayım oğludur. Orta məktəbi Gəncə şəhərində oxuyub, bizim evimizdə böyüyüb. Mən Babəkdən böyüyəm. Babək mənim və bizim ailənin yaralı yeridir. Universiteti bitirəndən sonra əsgərliyə getdi. Hər bir Azərbaycan oğlu kimi uşaqlıqdan idmanla məşğul olub. Hərbçi olmaq arzusundaydı. Əsgərlikdən sonra qalıb orda xidmətini davam etdirdi...

Mən sonradan öyrəndim ki, o, Xüsusi Təyinatlı Qüvvələrdə işləyir.

Babəklə bağlı hislərimi yazmaqla qurtarmaq olmaz. Babəkin yadımda qalan ən böyük xatirələrindən biri odur ki, o, göyərçin saxlamağı sevirdi.

Oktyabr ayının 10-da Babəkin itkin düşməsi barədə xəbər eşitdim. İtkin düşməsi və yaxud şəhid olmasını bildiyim an isə bir insan ən yaxınını itirəndə hansı hislər keçirirsə, mən onda o hisləri keçirtdim. Çünki şəhid olduğunu bilə-bilə biz Babəki tapa bilmirdik.

6 aydan sonra Füzuli xəstəxanasından məlumat verdilər ki, Babəkin nəşini Şəmkir rayonunun Əliyaqublu kəndinə gətiririk. Gətirdilər və Babək orada dəfn olundu.

Həm bir azərbaycanlı kimi fəxr edirəm ki, mənim dayım oğlu torpaqlarımızın düşməndən geri alınmasında böyük şücaət göstərib, həm də bir insan kimi pis oluram ki, yaxın və əzizimi itirmişəm.

(Ardı var)

Hikmət Məlikzadə



VİDEO

SON XƏBƏRLƏR

23.09.2025 / 00:11
Fransa da Fələstini rəsmən tanıdı - Makron BMT tribunasında açıqladı...

23.09.2025 / 00:07
Prezident İlham Əliyev “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə görüşdü - FOTO

22.09.2025 / 23:12
Prezident İlham Əliyev Nyu-Yorkda “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşdü - FOTO

22.09.2025 / 23:03
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt ilə görüşüb - FOTO

22.09.2025 / 22:27
Xocalı soyqırımı və Qarakənd faciəsi ilə bağlı sənədlər məhkəmədə elan edildi

22.09.2025 / 22:03
Prezident İlham Əliyev Nyu-Yorkda... - FOTO

22.09.2025 / 21:48
Yerusəlim bələdiyyəsi Erməni Patriarxlığını vergi borcuna görə məhkəməyə verdi

22.09.2025 / 21:32
"Cənubi Qafqazda sülhə aparan gözlənilməz yol" - “Tramp yolu”nun yeni beynəlxalq statusu...

22.09.2025 / 21:18
İsrail təkləndi, Qərb Fələstini tanıdı - Şərqdə balans İsrailin ziyanına dəyişir...

22.09.2025 / 21:03
Azərbaycanın təhlükəsizlik modeli uğurlu qlobal nümunəyə çevrildi...

22.09.2025 / 20:49
Bəzi təhdidlər dövlətləri üz-üzə qoyur - İlham Əliyev maraqlı çıxış yolu təklif etdi...

22.09.2025 / 20:35
Zəngəzur dəhlizinə böyük sərmayələr başladı - İrəvan “təhlükəsizlik təminatı” axtarır...

22.09.2025 / 20:22
Neft Fondundan büdcəmizə köçürmə 2 milyard manat azaldıldı...

22.09.2025 / 20:07
Paşinyan Ermənistanda Dördüncü Respublikanı bəyan etdi - üsyan başladı...

22.09.2025 / 19:53
Balıqçılıq müəssisələrini nazirliyin tabeliyinə vermək nə qədər səmərəli qərardır?...

22.09.2025 / 19:49
“Sea Breeze” təşəbbüsü çərçivəsində yeni əməkdaşlıq memorandumları imzalandı - FOTO

22.09.2025 / 19:39
Kreml İrəvanın KTMT-dən imtina kursu ilə məcburən barışdı...

22.09.2025 / 19:26
Xaricdə dövlət təhsil proqramları - hansı dəyişikliklərə ehtiyac var...

22.09.2025 / 19:14
Dünyanın yəhudi qurumları Azərbaycanın qələbəsinin 2- ci ildönümünü təbrik etdilər....

22.09.2025 / 19:09
Adı müxtəlif neqativlərdə hallanan "talıbovçu nazir general" hardadır?..

22.09.2025 / 18:56
Adnanın talançılığına görə SOCAR-ın o zamankı rəhbərliyi məsuliyyət daşımır?

22.09.2025 / 18:42
Regionumuzda 3 prinsip əsasında yeni əməkdaşlıq formatının anonsu verildi...

22.09.2025 / 18:28
SOCAR 100 milyon tonluq yeni neft yatağı tapdı...

22.09.2025 / 18:22
Ermənilər məhkəmədən Paşinyanın, “Minsk qrupu üzvlərinin”, Kaspşikin və Mirzoyanın dindirilməsini istədi...

22.09.2025 / 18:15
Adnan Əhmədzadəni bir neçə dəfə cəzalandırmaq fikri olub, hər dəfə onun himayəçiləri...

22.09.2025 / 18:14
III Bakı Təhlükəsizlik Forumu keçirilib

22.09.2025 / 18:01
Sanksiyalar bərpa olundu, İran MAQATE ilə əlaqəni kəsdi - müharibənin bir addımlığındayıq...

22.09.2025 / 17:47
Rusiyanın hansı əraziləri Çinə birləşdiriləcək? - Məktəblərdə xüsusi dərslər keçirilir...

22.09.2025 / 17:34
Naxçıvanın kəndlərində taxıl əkini qadağan edilir - camaat narahatdır...

22.09.2025 / 17:23
14 xarici tələbə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində BDU-da təhsil alacaq

22.09.2025 / 17:20
Azərbaycan və BƏƏ birgə “Şəhər içində şəhər” konsepsiyasının icrasına başladılar...

22.09.2025 / 17:13
DİN-də III MDB Oyunları ilə bağlı əməliyyat müşavirəsi keçirildi - FOTO

22.09.2025 / 16:56
Beynəlxalq İnvestisiya Forumunun ilk günündə imzalanmış sazişlərin ümumi dəyəri açıqlandı

22.09.2025 / 16:36
Xarici şirkətlər öz mənfəətlərini təkrar Azərbaycan iqtisadiyyatına yatırırlar - Birinci Forumda mühüm tezis səsləndi ....

22.09.2025 / 16:24
Papuaşvili Avropa Xalq Partiyasını ekstremizmi dəstəkləməkdə ittiham etdi - "hansı Avropadan danışmaq olar?"...

22.09.2025 / 16:17
AZPROMO beynəlxalq tərəfdaşlıq üçün yeni saziş imzaladı

22.09.2025 / 16:10
Azərbaycanda Yaşıl Enerji Sənaye Parkı yaradılacaq...

22.09.2025 / 15:56
Kərim Vəliyev belaruslu həmkarı ilə görüşdü

22.09.2025 / 15:42
Zəfər savaşına könüllü getdi, Xocavənddə şəhid oldu...

22.09.2025 / 15:42
Donbasda Rusiyanın dron və sursat anbarları məhv edildi

22.09.2025 / 15:23
Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir...

22.09.2025 / 15:14
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

22.09.2025 / 14:50
Avtobuslarda təqaüdçü və tələbələr üçün güzəştli gediş haqqı tətbiq olunacaq...

22.09.2025 / 14:33
Ermənilərin məhkəməsində Malıbəyli və Quşçular kəndlərinə hücumla bağlı sənədlər elan edildi

22.09.2025 / 14:18
“Polisə Dəstək” İB Masallıda “İnsan alveri ağır cinayətdir” mövsunda tədbir keçirdi... - FOTO

22.09.2025 / 13:57
Kim ABŞ-la dialoq üçün şərtini açıqladı - “boş və mənasız isrardan” əl çəksə...

22.09.2025 / 13:45
Azərbaycanda ictimai nəqliyyatda “brutto müqavilə” sistemi...

22.09.2025 / 13:22
Kərim Vəliyevin Belarusa səfəri başlayıb

22.09.2025 / 13:10
Трамп не накажет Путина, из-за страха вьетнамизации Украины - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.09.2025 / 12:42
Xüsusi karantin rejiminin müddəti uzadıldı

22.09.2025 / 12:34
Bakıda “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda beynəlxalq konfrans keçirilib

22.09.2025 / 12:11
ETX nümayəndələri “Regional Kibertəhlükəsizlik Həftəsi 2025” də iştirak ediblər

22.09.2025 / 12:07
"Yararsız döyüş sursatları məhv ediləcək" - Müdafiə Nazirliyi açıqlama yaydı

22.09.2025 / 12:01
"Rusiya hücum edərsə Polşanı müdafiə edəcəm" - Tramp elan etdi

22.09.2025 / 11:32
Türkiyədən ABŞ qərarı - bu mallara tətbiq edilən əlavə rüsumlar ləğv edildi

22.09.2025 / 11:23
Netanyahu hücum edir, ərəblər sığınmağa çətir axtarır...

22.09.2025 / 11:18
Oğuzda piyadanı vurub qaçan sürücü axtarılır

22.09.2025 / 11:17
Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

22.09.2025 / 11:13
"Zəngəzur dəhlizi qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir" - Baş prokuror

22.09.2025 / 11:07
"Rəqəmsal transformasiya paneli Azərbaycan üçün mühüm platforma olacaq - Baş nazirin müavini

22.09.2025 / 11:06
İsrail və Türkiyə müharibənin bir addımlığına gəldi. Bu müharibəni kim istəyir? - VİDEO

22.09.2025 / 11:00
"Bu baxımdan prokurorluq orqanları da dövlət suverenliyinin keşikçiləri hesab olunurlar"

22.09.2025 / 10:48
"Azərbaycan həm də sabahın yaşıl iqtisadiyyatını qurur" - Prezident

22.09.2025 / 10:31
“Bu gün 1 ildir ki, yoxsan” -Namiq Qaraçuxurludan kədərli paylaşım...

22.09.2025 / 10:12
Maduro Trampa məktub yazdı

22.09.2025 / 10:10
Prezident İlham Əliyev Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

22.09.2025 / 10:05
"Qatili bağışlayıram" - Çarli Kirkin arvadı

22.09.2025 / 10:01
Oğuzda narkotika satan bir ailənin 4 üzvü həbs edildi!

22.09.2025 / 09:40
Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

22.09.2025 / 09:31
"Ona toxunanı necə lazımdı baltalayaram" - azərbaycanlı müğənnidən ŞOK SÖZLƏR!

22.09.2025 / 09:24
Tramp və Mask yenidən bir arada

22.09.2025 / 09:18
"Uşaqlıqdan "Ferrari" arzulamışam" - Trampdan ETİRAF...

22.09.2025 / 09:12
Tovuzda keçmiş məhkum həmkəndlisini döyərək öldürüb

22.09.2025 / 09:05
Qəzzanı 550 mindən çox sakin tərk edib - İsraildın açıqlama

22.09.2025 / 09:00
Yasamalda yaşayış binasında güclü yanğın olub, 25 nəfər təxliyə olunub

22.09.2025 / 08:40
Diqqətli olun - hazırda Bakının bu ərazilərində güclü tıxac var

22.09.2025 / 08:28
Astarada "Jiquli" aşıb, yeniyetmə ölüb

21.09.2025 / 22:56
BDU-nun komandası Türkiyədə keçirilmiş "TEKNOFEST-2025"in qalibidir!

21.09.2025 / 22:21
Daha üç ölkə Fələstini tanıdı... Netanyahu ilhaqla təhdid etdi - “Gözləyin, görəcəksiniz”

21.09.2025 / 20:18
Ordubadda qarın hündürlüyü 19 santimetrə çatdı...

21.09.2025 / 19:44
Trampın aviabaza təhdidinə Talibandan sərt cavab - ən güclü düşmənlə qarşılaşacaqlar...

Xaricdə dövlət təhsil proqramları - hansı dəyişikliklərə ehtiyac var...

XƏBƏR ARXİVİ

Sentyabr
B.eÇ.aÇC.aCŞB
123456789101112131415161718192021222324252627282930123456789101112