İnsan titan ürəklə 100 gün yaşadı- dünya tibb tarixində İNQİLAB!

Dünya tibb tarixində bir ilk yaşanıb. Belə ki, Avstraliyada ilk dəfə olaraq titandan hazırlanmış süni ürəklə yaşayan xəstə evə buraxılıb. 40 yaşlı avstraliyalı kişi “BiVACOR” adlı cihazla üç aydan çox yaşadıqdan sonra donor ürək transplantasiyası edilib. Bu süni ürək donor çatışmazlığı səbəbindən transplantasiya gözləyən ürək çatışmazlığı xəstələri üçün müvəqqəti həll kimi istifadə edilir.
“Nature” jurnalının yazdığıa görə, Sidneydəki Müqəddəs Vinsent Xəstəxanasında aparılan əməliyyat uğurla nəticələnib və xəstənin vəziyyətinin yaxşılaşdığı bildirilib. “BiVACOR cihazı” ABŞ və Avstraliyada ofisləri olan mühəndis Daniel Timms tərəfindən hazırlanıb. Bu süni ürək ənənəvi ürək cihazlarından fərqli olaraq fasiləsiz qan dövranını təmin edən maqnitli rotor texnologiyası ilə işləyir.
Mətləb