Şənbə günü, 15 mart 2025
     

Masazır bələdiyyəsi topladığı verginin hesabatını necə verir? - Deputat tənqid etdi...

Image

Artıq növbəti bələdiyyə seçkiləri tarixə çevrildi, amma əksər bələdiyyə üzvlərinin fəaliyyəti heç də keçmişdə qalmadı. Ölkənin əksər bələdiyyə üzvləri dəyişməz qaldı, yəni yenidən seçildi.

Məsələn, Masazır bələdiyyəsi də belələrindəndir. Masazır qəsəbəsində əhalidən soruşanda ki, kimləri bələdiyyə üzvü seçdiniz, suala sualla cavab verirlər ki, bəyəm bələdiyyə seçkiləri keçirildi? Masazır qəsəbəsində çoxları inad edir ki, hələ bələdiyyə seçkiləri olacaq, keçirilməyib.

Əlyar Veyisov: "Bələdiyyə və dövlət qurumları elə bilirlər ki, Masazır qəsəbəsində yalnız bir küçə var - Əlağa Vahid küçəsi"

Qəsəbədə bizi ilk qarşılayan sakin, Əlyar Veyisov bizimlə söhbətində bildirdi ki, gənclik illərindən bu kəndə köçüb: "Fəhlə babayam, evimi də 90-larda özüm tikmişəm. 30 ildən çoxdur bu qəsəbədə yaşayıram. Bu illər ərzində mənim yaşadığım küçəyə iki dəfə asfalt döşənib. Hər ikisində də qonşulardan pul yığıb, yolu özümüz asfaltlamışıq. İndi də hazırlaşırıq, məhəllə yollarına asfalt döşəyən özəl şirkətlər var. Asfaltı Əlağa Vahid küçəsindən qaşıyıb yığırlar KAMAZ-a. Həmin asfaltı aparıb yeniden bişirib gətirib bizə satırlar. Təzə asfaltın kubmetri 8-10 manatdır. Köhnə asfaltdan hazırlanan materialın bir maşınını 200 manata verirlər. İndi Masazırda əhali məhəllə yollarını yalnız həmin özəl şirkətlər vasitəsi ilə öz cibinin pulu ilə abadlaşdırır. Bələdiyyə və dövlət qurumları isə elə bilirlər ki, Masazır qəsəbəsində yalnız bir küçə var - Əlağa Vahid küçəsi. Bu küçə tez-tez təmir edilir, kənarları da hündür hasarlarla məhdudlaşdırılıb. Bu hasarları ona görə tikiblər ki, Masazır kəndinin qalan tərəflərini dövlət məmurları görməsin. Çunki hasarın o tayında həyat başqadır. Kənarları al-əlvan çiçəklərlə bəzədilən Əlağa Vahid küəsinin kənarı ilə çəkilən barının o tayında yağış yağanda palçıq dizə çıxır. Əhali yağış yağanda evdən iki ayaqqabı ilə çıxmalı olur. Qaloş və ya rezin çəkmələrlə Əlağa Vahid küçəsinə qədər gəlirlər. Burada isə ayaqqabını dəyişib təmizini geyinib, şəhərə gedirlər. Ona görə də yağış yağanda Əlağa Vahid küçəsinin hər tinində qaloş və rezin çəkmələr görə bilərsiniz. Onları şəhərə gedən sakinlər soyunub qoyub".

Ə.Veyisov deyir ki, onun evinin çıxarışı yoxdur, qeyri-qanuni tikilidir, amma hər il gəlib ondan 25 manat əmlak vergisi alırlar: "Qonşumun "kupça"sı var, ona vergisi barədə SMS ilə məlumat verirlər, amma mənim vergimi gəlib qapıda alırlar, qəbz verirlər. Oğlum savadlıdı, deyir ki, bizə əmlak vergisi düşmür, "kubça"mız yoxdur, amma gəlib mənə elə dil tökürlər gətirib verirəm".

Qəsəbə sakini Müşfiq Xankişiyevdən soruşduq ki, bələdiyyə yığdığı vəsaitin necə və hara xərcləndiyi barədə sakinlərə hesabat verməlidi, verirmi?

M. Xankişiyev dedi ki, onlar yığdığı vergi ilə yalnız maaş alırlar: "Bələdiyyə üzvləri hərəsi adına bir bələdiyyə ştatı yazdırıb, heç bir iş görmürlər, amma maaş alırlar. Masazırda bələdiyyə qəbir və ev yerləri satmaqla məşğuldur. Nə iş görüblər ki, nədən də hesabat versinlər? Yalnız vergini yığıb maaş alıblar, vəssalam.

Bələdiyyə bir dəstə makler saxlayır. Torpaqları yalnız onlara metr-metr satırlar. Maklerlər də aldıqları torpaqda ev tikib satırlar. Maklerlər həm torpaq alanda bələdiyyəyə pul verirlər, həm də evi tikib başa gətirib satanda bələdiyyəyə "şirinlik" verirlər. Qəbir yerləri də günbəgün bahalaşır.

Mən bələdiyyələrin kiməsə hesabat verdiyini görməmişəm".

Amma "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulur ki, bələdiyyələr ildə ən azı bir dəfə əhaliyə fəaliyyəti barədə hesabat verməlidir. Hesabat həm də hamı üçün əlçatan olsun deyə, onu bələdiyyə binasının qapısından asmalı, buklet şəklində hazırlayıb paylamalı və internet resurslarında yerləşdirməlidir ki, bütün əhali üçün əlçatan olsun.

Masazır bələdiyyəsinin üzvləri və vəzifəli şəxslərindən heç biri ilə əlaqə saxlaya bilmədik. Bununla yanaşı, əhalinin bu qədər narazılığı olan bələdiyyənin 25 illik fəaliyyətinə dair internet rezurslarında bir dənə də hesabat tapa bilmədik. Ümumiyyətlə, Masazır bələdiyyəsinin internet saytı yoxdur.

İnternet resurslarında Masazır bələdiyyəsi haqqında yalnız aşağıdapkı qısa məlumatı tapa bildik:

- Masazır bələdiyyəsi yarandığı andan ərazinin abadlaşdırılması, daxili küçələrə asfalt və çınqıl döşənməsi, ağac, gül kollarının əkilməsi istiqamətində bir çox işlər görmüşdür. Məktəblərdə və uşaq bağçasında əsaslı təmir işləri aparmış, yeni iki mərtəbəli müasir tələblərə cavab verən poliklinika, bələdiyyə və icra nümayəndəsi üçün inzibati bina inşa edərək sakinlərin istifadəsinə verilmişdir. Mərkəzi Ə.Vahid küçəsi tamamilə yenidən qurulmuş, küçə genişləndirilmiş, divarlar bəzəkli çay daşı ilə üzlənmiş, dekorativ ağac və gül kolları əkilmiş, qəzəlxan Ə.Vahidin abidəsi qoyulmuşdur.

Ünvan: Masazır kəndi, Ə.Vahid küçəsi

Tel: (012) 347-80-24

Sədr: Fətullayev Rüfət Səyavuş oğlu

(012) 347-69-00

Müavin: Nəbiyev Rövşən Allahverdi oğlu

(012) 347-80-24

Müavin: Sadıqov Elşad Hüseyn oğlu

(012) 347-80-24".

Bu qısa məlumatda qeyd edilən telefon nömrələrinin heç birinə zəng çatmır.

Günəş Əliyeva: "Əhali məcbur qalıb darvazasının qabağına tullantı qutusu alıb qoyub. Kimdə tullantı qutusu yoxdur, tullantını küçəyə atır"

Qəsəbə sakini Əliyeva Günəş deyir ki, əvvəllər qəsəbədə sıx tullantı toplanan məntəqələr var idi: "Bələdiyyələr tullantı-toplanış məntəqələrini də boşaldıb, ev yeri - həyət kimi maklerlərə satıb, şərikinə pul qazandılar. İndi 5 km uzunluğunda küçədə cəmi iki tullantı toplanan məntəqə var. Əhali məcbur qalıb darvazasının qabağına tullantı qutusu alıb qoyub. Kimdə tullantı qutusu yoxdur, tullantını küçəyə atır. Ona gorə də bütün qəsəbə zibilin içindədir".

Adının cəkilməsini istəməyən digər qəsəbə sakini deyir ki, mən bələdiyyə sədrinin qəbuluna gedib dedim ki, evimin yanında 2 sot torpaq var, onu sat mənə. Dedi ki, satmağa torpağımız yoxdur. Səhəri günu maklerlər gəlib həmin yerdə ev tikməyə başladılar".

Akif NƏSİRLİ



VİDEO

SON XƏBƏRLƏR

16.03.2025 / 00:18
Putin onunla görüşməyə gələn Trampın elçisini 8 saat qapıda gözlətdi...

16.03.2025 / 00:05
ABŞ İsraili ittiham edən Cənubi Afrika səfirini ölkədən qovdu

15.03.2025 / 22:53
Vladimir Putin, Aleksandr Lukaşenko və Emoməli Rəhmon Prezident İlham Əliyevə zəng ediblər

15.03.2025 / 22:35
Ukrayna müharibəsi Rusiyanın enerji nəhəngini çökdürdü - 330,9 milyardlıq "Qazprom"un dəyəri 46 milyarda düşdü...

15.03.2025 / 20:57
Rusiya işğalı genişləndirir, Tramp isə Rusiyadan yaxşı siqnallar aldığını deyir

15.03.2025 / 20:47
Bu dəfə qəhrəman Müqəvvadır

15.03.2025 / 19:19
Allahdan qorxmayanın yardım paylamasının adı nədir?... İllah da deputat ola...

15.03.2025 / 18:26
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib

15.03.2025 / 18:12
ABŞ-ın Rusiya ilə birgə Ukraynanın ərazi bütövlüyünə qarşı qətnamə qəbul etməsi təəccüblüdür

15.03.2025 / 18:11
Kurskda Ukrayna qoşunlarının mühasirəyə düşməsini Müharibə Araşdırmaları İnstitutu (ISW) da təkzib edir

15.03.2025 / 18:09
Ukrayna silah arsenalını genişləndirir - Yeni Neptun raketi uğurla sınaqdan keçirildi

15.03.2025 / 18:06
“Netanyahunun zehnində sülh və əmin-amanlıq üçün yer yoxdur”

15.03.2025 / 17:08
Qlobal forum xəbərdarlıq etdi - yaxın illərdə sabitlik olmayacaq....

15.03.2025 / 17:01
"Azərbaycan səhiyyəsində süni intellektin gündəlik tibbi praktikada tətbiqi nəzərdə tutulur" - Nazir

15.03.2025 / 16:45
Milli Məclis Avropa Parlamentinə etiraz məktubu göndərdi

15.03.2025 / 16:17
"Qlobal səhiyyə problemlərinin Bakı Forumunda müzakirə olunması son dərəcə vacibdir" - İsrailin sabiq Prezidenti

15.03.2025 / 16:10
Kiməsə arxayın olanlar düzlərdə qalar - Bakı forumundan dövlətlərə böyük mesaj....

15.03.2025 / 16:02
Bakı forumundan dövlətlərə 2 qiymətli tövsiyə verildi...

15.03.2025 / 15:50
Bakı forumu Cənubi Qafqazı kənar böhranlardan qorumaq formulunu tapdı...

15.03.2025 / 14:46
Bolqarıstanın sabiq Prezidenti Bakıdan Trampa çağırış etdi - "...rahat yaşayaq”

15.03.2025 / 14:27
DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir

15.03.2025 / 14:11
Qaradağda əməliyyat - saxlanan iki nəfərdən 3 kq heroin, tiryək, marixuana, 100 ədəd metodon aşkarlandı

15.03.2025 / 13:43
"Qadınların fəaliyyətini dəstəkləyən xüsusi tədbirlərin həyata keçirilməsinə ehtiyac var" - Qlobal Bakı Forumu

15.03.2025 / 13:26
Qlobal Bakı Forumunda “Yeni dünya üçün yeni texnologiyalar” adlı panel iclas keçirildi

15.03.2025 / 13:02
İsrail - ABŞ - Azərbaycan sttrateji müttəfiqliyi yaranır

15.03.2025 / 12:45
Bərdədə binanın eyvanı uçub, bir nəfər dağıntılar altında qalıb

15.03.2025 / 11:23
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları təltif edildi

15.03.2025 / 11:18
Prezident İlham Əliyev Nasir Əbdülkərim Əbdürrəhmanı “Dostluq” ordeni ilə təltif etdi

15.03.2025 / 11:15
Prezident İlham Əliyev Azərbaycanın D8-ə qoşulmasını təsdiqlədi

15.03.2025 / 11:10
XİN Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası ilə bağlı sazişin imzalanmasını alqışladı

15.03.2025 / 11:00
Mətbuat Şurasının yaranmasından 22 il ötür

15.03.2025 / 10:23
"Birgə bəyanatı alqışlayırıq" - Qırğızıstandan Azərbaycan və Ermənistan açıqlaması

15.03.2025 / 10:16
Ronaldu 928-ci qolunu vurub

15.03.2025 / 10:03
Ağstafada "Jiquli" piyadanı vuraraq öldürüb

15.03.2025 / 08:44
Ədliyyə Nazirliyinin bu ideyası rəğbət qazanmadı - boşanmaq istəyənlərə nə psixoloq?

15.03.2025 / 01:27
Putin Trampın Kurskda mühasirədəki ukraynalı əsgərlərin bağışlanması xahişinə cavab verdi – silahı yerə qoyub təslim olsunlar...

14.03.2025 / 23:18
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində... - FOTO

14.03.2025 / 22:18
Tramp bunu da etdi – Putinlə birləşib dezinformasiya yayırlar...

14.03.2025 / 22:13
Paşinyan 2 mübahisəli sülh maddəsini niyə təsdiqlədi və niyə mövqeyindən çəkildi?...

14.03.2025 / 22:07
Estoniya kəşfiyyatı Trampı təkzib etdi, - Ukrayna ordusu Kurskda mühasirəyə düşməyib...

14.03.2025 / 21:40
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər - FOTO

14.03.2025 / 21:37
Konqresin ermənilərə satılmış üzvləri Trampın dövründə bir-bir vurulur...

14.03.2025 / 21:23
Ermənistan tezliklə konstitusiyanı da dəyişməli olacaq...

14.03.2025 / 21:21
C.Vensdən əl çəkmirlər bu dəfə də vitse prezidenti konsertdə fitə basdılar

14.03.2025 / 21:14
Harutyunyan məhkəmədə Vardanyanla bağlı danışdı

14.03.2025 / 21:09
Türkiyə jurnalistindən ziyanlı fikir - Azərbaycan-Türkiyə münasibətləri ABŞ-İsrail münasibətləri kimidir?...

14.03.2025 / 20:56
Yeni dünya düzənində Rusiya Azərbaycanla daha fərqli işləməli olacaq...

14.03.2025 / 20:55
Harutyunyan: "Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu" - MƏHKƏMƏ + FOTO

14.03.2025 / 20:42
Ermənistanla saziş Xocalı genosidi barədə beynəlxalq iddialara kölgə salmayacaq...

14.03.2025 / 20:28
Azərbaycan kəşfiyyatı Ermənistanda AB-nin sərhəd missiyasını tam deşifrə etdi...

14.03.2025 / 20:20
Tramp Putinlə Kursk vilayətində mühasirədə olan Ukrayna qoşunlarını müzakirə edib

14.03.2025 / 20:15
Ermənistanın üzdə sülh ritorikası - altda müharibə hazırlığı... Təlimatçıların yeni oyunu...

14.03.2025 / 20:01
Avropa Birliyinin Qafqaz siyasəti böhrana dirəndi - çıxış yolu var...

14.03.2025 / 19:47
BMT Avropa Parlamentinin anti-Azərbaycan mövqeyini kəskin vurdu...

14.03.2025 / 19:34
Blinken Azərbaycan-ABŞ münasibətlərini necə pozdu...

14.03.2025 / 19:20
Ermənistan sərhəd boyunca öz ərazisində demilitarizasiya zonası yaratmalıdır...

14.03.2025 / 19:11
“Hər dəfə yuxuma girəndə mənə deyir ki, bibi, ağlama, mən ölməmişəm”

14.03.2025 / 19:02
BMT-nin islah olunmasında Bakı Forumu təsirli rol oynayacaq...

14.03.2025 / 18:48
Ermənistan bu 2 şərti icra etməsə, saziş imzalanmayacaq...

14.03.2025 / 18:41
Tramp Kruskda mühasirəyə düşən minlərlə Ukrayna əsgəri ilə bağlı Putindən xahiş etdi - Bu, ən dəhşətli qırğın ola bilər...

14.03.2025 / 18:37
Bakıda saxta dollar əməliyyatı - 3 nəfər saxlandı, polis digər dəstə üzvlərinin də izinə düşdü + FOTO

14.03.2025 / 18:33
Avroparlament Azərbaycana daha bir düşmənçilik etdi - Vardanyan və digərləri hərbi əsir ola bilməz...

14.03.2025 / 18:22
"Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq" - Prezident

14.03.2025 / 18:19
Prezident İlham Əliyev: "Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir"

14.03.2025 / 18:19
Ermənistanla sülh sazişi uğrunda mübarizə dövlətçilik tariximizdə mühüm sənəd kimi...

14.03.2025 / 18:18
"Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq" - Prezident

14.03.2025 / 18:15
Prezident İlham Əliyev: "Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq"

14.03.2025 / 18:14
"Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var" - Prezident

14.03.2025 / 18:11
Harutunyan Gəncənin bombalanması barədə məlumatı Ermənistanın baş qərargah rəisindən aldığını bildirdi

14.03.2025 / 18:05
Avroparlament yol pulu və bilet pulu rüşvətindən batır...

14.03.2025 / 18:04
İlham Əliyev - "Sovet dövründə olduğu kimi... yaşamağa çalışmalıyıq" - FOTO

14.03.2025 / 17:52
Ermənistan sülh sazişi mətninə nə qədər sadiq qalacaq...

14.03.2025 / 17:40
Hikmət Hacıyevin bu təklifi elə Paşinyanın özünə də sərfəlidir...

14.03.2025 / 17:27
Azərbaycanın enerji sərvətlərinə məsuliyyətli münasibətin böyük nəticəsi...

14.03.2025 / 17:20
Novruz səyahətində "Nar" rouminqi ilə sevdiklərinə yaxın ol!

14.03.2025 / 17:14
Ərazilərimiz işğal altında olarkən Qarabağda istehsal edilən məhsullar xarici ölkələrə “Ermənistan məhsulları” adı altında satılıb

14.03.2025 / 17:10
NATO da Trampı dəstəklədi - dünyanın gözü qarşısında Qrenlandiyanı ilhaq edəcəklər...

14.03.2025 / 16:57
Sabunçuda əməliyyat - Özünü əcnəbi vətəndaş kimi təqdim edən narkotacir yaxalandı - FOTO/VİDEO

14.03.2025 / 16:50
"Azərbaycanın bunun da öhdəsindən gələcəyinə inamım tamdır" - Volkan Bozkır

14.03.2025 / 16:44
“Yeni dünya düzənində orta güclər” Bakı Forumunda müzakirə edildi

14.03.2025 / 16:31
Milli Məclis Nazirlər Kabinetinin hesabatını qəbul etdi

Ermənistanla sülh sazişi uğrunda mübarizə dövlətçilik tariximizdə mühüm sənəd kimi...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456