Cümə axşamı günü, 10 aprel 2025
     

Məşhur alban sülalələri belə erməniləşdirilib...

Image

Qarabağın alban sülalərinin nümayəndələri bu gün də öz varlıqlarını sürdürürlər. Onlar arasında islam dinini qəbul edib müsəlmanlaşan, azərbaycanlı kimliyinə malik olanlar da, Qriqoryanlığın təsiri ilə erməniləşənlər də var. Bəzilərinə görə, müəyyən adamlar alban kimi həyatlarını davam etdiriblər.

Qarabağda xristian albanlar tarixən yaşayıb, orada özlərinin zəngin mədəniyyətini yaradıblar. Onu da vurğulayaq ki, burada yaşayan məliklər isə erməni olmayıb, onlar alban mənşəli olub, xristian dininə tapınıblar. Qarabağın alban-xristian məliklərinin tarixinə nəzər salsaq görərik ki, onlardan dördü – Dizaq, Vərəndə, Çiləbörd və Talış (Gülüstan) məliklikləri Azərbaycanın müxtəlif bölgələrindən Qarabağa gəlmə, Xaçın məlikliyi isə qədim Azərbaycan Alban sülaləsinin davamı olması qeyd edilir. Bu barədə tarixi mənbələrdə məlumatlar var. Azərbaycanda yaşayan albam əsilli sülalələrin taleyi islamın gəlişi ilə müəyyən qədər dəyişsə də, onların xeyli bir hissəsi islamı qəbul etsə də, öz dinini və milli kimliyini qoruyub saxlayanlar da çox idi. Təbii ki, onlar öz milli və dini kimliklərini ərəb xilafətinin buradakı nümayəndəsinə ödədikləri vergi sayəsində qoruyublar. 1828-ci ildə ermənilərin Qarabağa köçürülməsi isə onların həyatında çox dəhşətli bir rol oynadı. Alban xritian kimliyini saxlayan sülalələrin, ailələrinin erməniləşdirilməsi prosesinə başlanıldı. Təbii, bunlar 1836-cı ildə alban kilsəsinin statusunun ləğv edilib onun erməni Qriqoryan kilsəsinə tabe edilməsindən sonra baş verdi. Bu gün Azərbaycanda və indiki Ermənistanda, bütövlükdə Qafqazda alban sülalələrinin nümayəndələri çoxdur. Hətta Sovetlərin gəlişi ilə Azərbaycanı tərk edib xarici ölkələrə mühacirət edənlər arasında soylu albanlar da olub.

Qeyd edildiyi kimi, Azərbaycan ərazisində, o cümlədən onun bir parçası olan  Qarabağda alban əhalisinin Qriqoryanlaşması və erməniləşdirilməsi halı baş verib. Bu bir neçə mərhələdə həyata keçirilib. Əldə etdiyimiz bir məlumata görə, Qarabağdakı albanların erməniləşdirilməsi üçün kilsə ilə yanaşı Qarabağda gəlmiş erməni missionerləri də uzun müddət iş aparıb.

Tarixən Qarabağın Tuğ kəndində yaşayan ünlü alban sülalələrindən biri Məlikaslanovlardır. Azərbaycanda yaşayan albanəsilli bu soy Azərbaycan mədəniyyətinə, elminə, dövlətçilik tarixinə çox ünlü simalar bəxş edib. Fərhad bəy Məlikaslanov, ADR-in Dəmir yol və Rabitə naziri, ictimai-siyasi xadim Xudadad bəy Məlikaslanov, Qarabağ atlı alayının zabiti, mülkədar Firudin bəy Məlikaslanov, Cəbrayıl qəza maarif şöbəsinin baş müfəttişi Abdulla bəy Məlikaslanov, Tibb elmləri doktoru, professor Püstə Məlikaslanova və xalq artisti, drijor, professor Ramiz Məlikaslanov bu soyun nümayəndələridir.

Tədqiqatçılara görə, Məlikaslanovlar soyu Tuğ kəndindən olan Məlikyeqanovlar, Məlikabbasovlar kimi Məlik Yeqanın soyundan törəmişdir. Məqalələrdən birində qeyd edilir: “1836-cı ildə Çar Rusiyası tərəfindən alban kilsəsinin ləğv edilərək qriqoryan kilsəsinin tabeçiliyinə verilməsi ilə Azərbaycan ərazisində (əsasən,  Qarabağda) yaşayan aborigen xalq - albanlar seçim qarşısında qaldılar; onlar ya dini mənsubiyyətlərini rəhbər tutaraq qriqoryan dəsti-xətti ilə erməniləşməli, ya da etnik mənsubiyyətlərini əsas tutaraq ətrafda yaşayan türklərə qarışmalı idilər. Belə vəziyyətdə bəzi albanlar birinci yolla, bəziləri isə ikinci yolla hərəkət etdilər. Həmin dövrdə Qarabağda öz nüfuzu ilə seçilən alban kökənli Məlik Yeqan və onun ailəsi ikinci yolu seçənlərdən oldu. Beləcə onun sonrakı törəmələri də alban kökənli - Məlikyeqanovlar və Məlikabbasovlar kimi tanınmağa başladılar”.

Onu da deyək ki, XIX əsrdən bolşeviklər gələnə qədər Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğul olan və milyonlara sahib olan, binalar tikən Məlikovlar alban əsilli olsalar da, onlar tamamilə erməniləşiblər. Ambarsum Məlikov, onun oğlu Tiqran Məlikov və ailənin bütün başqa üzvləri erməniliyi qəbul ediblər. Məlumata görə, Məlikyeqanovların və Şahnazarovların bir hissəsi erməniləşib.  Bir sözlə,  elə alban nəsilləri var ki, üç yerə bölünüblər, bunlar müsəlman olanlar, qriqoryanlığı qəbul edənlər və öz dinlərini qoruyanlardır.

  • “Ünlü alban sülalələrinin bəzilərinin davamçılarının erməniliyi qəbul etməsində erməni missionerləri "böyük" rol oynayıb”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu məsələ olduqca ciddi məsələdir və ermənilərin bizim torpaqlarda məskunlaşdırılması alban sülalələrinə çox böyük zərbə vurub. “Bu çox aktual mövzudur. İndiki şəraitdə bu sülalələrinin milli, dini kimliyi, onların hansı səbəbdən erməniləşdirildiyi barədə ətraflı danışmaq lazımdır. Vaxtilə Qarabağda yaşayan və xristianlıq dininin daşıyıcısı olan albanların sonrakı taleyi başqa cür oldu. Bir neçə əsr əvvəl Azərbaycanın  bütün ərazisində mövcud olan Albaniyanın rəsmi dövlət dini xristianlıq idi və bu ölkənin hər yerinə sürətlə yayılmışdı. Sonra islam dini gəldi, tacirlər, vəzifəli şəxslər və sair islam dinini kütləvi olaraq qəbul  etdilər. Əhalinin yeni dinə marağı artıqca xristianlığın dairəsi daralırdı. Sonrakı mərhələdə xristianlıq çox az yerdə qaldı, xüsusən də Qarabağın dağlıq hissəsində. Ondan sonra 1836-cı çar fərman verib alban xristianlıq dini mərkəzini, alban kilsəsini  ləğv etdi, alban kilsəsinin bütün varidatları, bütün imtiyazları ermənilərin əlinə keçdi. Əvvəlki dövlərə aid tarixdə ermənilərin adı çəkilir, amma xalq, tayfa kimi anılmır, onların burada kütləvi yaşdığı vurğulanmır. Bunlar ayrı-ayrı tacirlər, din missionerləri və digərləri idilər ki,  burada təbliğatla məşğul idilər. Qarabağda tarixən erməni yaşamayıb. Bu gün Qarabağda yaşayan və "erməni" adlandırılanlar isə albanlardır. Məlikovlar da, Məlikşahnazarovlar da, soyadlarının sonunu erməniləşdirən digəriləri də qədim alban nəslinin nümayəndələridirlər. Ona görə də, erməni müəlliflərin onları erməni kimi qələmə verməsinin heç bir əsası yoxdur. Biz indi bu tarixi yada salmaqla onlara öz milli kimliklərini anladırıq”.

Q.Hacıyev qeyd etdi ki, bu təbliğat üçün çox vacibdir. Onun sözlərinə görə, tədqiqatlar zamanı bir daha təsdiqlənir ki, Azərbaycan tarixçilərinin alban sülalələri haqda yazdıqları ermənilərin yazdıqlarından üstündür, çünki bizim tarixçilər  faktlara əsaslanırlar: “Bu gün “erməni” adlandırılan alban sülalələrinin nümayəndələrinin soyadları XIX əsrin sonu XX əsrin əvvəllərində erməniləşdirilib. XX əsrin əvvəllərinə qədər onlar alban olduqlarını bilirdilər. Ünlü alban sülalələrinin bəzilərinin davamçılarının erməniliyi qəbul etməsində erməni missionerləri "böyük" rol oynayıb, onlara xarici təsirlər olub, kilsədən təzyiqlər edilib. Bütün bunlar baş verib. Amma birmənalı olaraq demək olar ki, bu gün erməni kimi təqdim edilən bir çox tanınmış şəxslər xristianlıq dinini saxlayan albanlardır. XIX əsrdə ora köçürülən ermənilər onların ulu babalarını erməni kimi qələmə verdilər. Tarixdə çoxlu sayda erməniləşmiş albanlar var və onların milli kimliyinin bərpası vacibdir. Şopenin də, Şapronun da yazılarında çox məsələlər  var və orada bizim torpaqlara köçürülən ermənilərin sayları da yazılır”-deyə Q.Hacıyev vurğuladı.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

10.04.2025 / 17:07
İsrail Bakıda Təl-Əviv-Ankara görüşünün təşkilinə görə Prezident Əliyevə təşəkkür etdi

10.04.2025 / 16:52
Mayot adasında Fransa zülmü... Həm istismar edir, həm də vətəndaşlığı çətinləşdirir...

10.04.2025 / 16:33
Qırğızıstanda çevriliş cəhdi - BƏƏ mərkəzli qrupun qanlı planları ifşa edildi...

10.04.2025 / 16:14
Maskın da “kitabını bağlayırlar”

10.04.2025 / 16:09
Melikset Paşayan Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz hərbi xidmət keçdiyini etiraf etdi

10.04.2025 / 15:50
Türkiyə və İsrail nümayəndələri Bakıda bir araya gəldi...

10.04.2025 / 15:44
"Ermənistanı Araz çayında çirklənmə ilə bağlı monitorinq keçirmək üçün şərait yaratmağa çağırırıq" - Amin Məmmədov

10.04.2025 / 15:30
Nazarbayev Prezident İlham Əliyevi təbrik etdi

10.04.2025 / 15:22
Antalya mavi bayraqlı çimərliklərlə liderliyini qoruyur

10.04.2025 / 14:55
Rusiyanın gizli Kursk əməliyyatının təfərrüatları ortaya çıxdı - 800 əsgər 15 km-lik borunun içərisi ilə iki gün sürünüb...

10.04.2025 / 14:27
Paşinyanın partiyası uduzdu, revanşistlər geri qayıdır...

10.04.2025 / 14:23
Balakəndə avtoxuliqanlıq edən sürücü həbs edildi - FOTO

10.04.2025 / 14:20
Argentina prokuroru Xamneyinin həbsini tələb etdi

10.04.2025 / 14:07
Prezident İlham Əliyev Türkiyəyə səfər edib

10.04.2025 / 13:56
Qərbi Azərbaycan İcmasının müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

10.04.2025 / 13:39
“Türk Ordusu 72 saata Təl-Əvivi tutmaq iqtidarındadır”

10.04.2025 / 13:38
Minə yaxın hərbçi girovlara görə Netanyahunu ittiham etdi

10.04.2025 / 13:16
Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək...

10.04.2025 / 13:04
Армения играет с огнём, Иревану нужна война - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.04.2025 / 12:33
Vüqar Rəhimzadə: Azərbaycan yeni dünya nizamında əsas söz sahibi olan dövlətlərdən birinə çevrilir

10.04.2025 / 12:30
"Mən nə etdiyimi bilirəm" deyən Tramp tarif kursunu qəfil dəyişdi

10.04.2025 / 12:00
Səudiyyə Ərəbistanı zəvvarlara xəbərdarlıq edib!

10.04.2025 / 11:49
Gürcüstan mediası İlham Əliyevin çıxışını diqqət mərkəzində saxlayıb

10.04.2025 / 11:43
Professor Mədəd Çobanovun xatirəsinə həsr edilmiş daha bir kitab işıq üzü görüb

10.04.2025 / 11:41
Zelenski: “155 Çin vətəndaşı Ukraynaya qarşı döyüşür”

10.04.2025 / 11:14
İlham Əliyevin "sevimli, qeyri- sevimli ölkələr" ifadəsi Avropa komissiyasının sədrinə cavab idi...

10.04.2025 / 11:03
Trampdan Çinə 125%-lik tarif! Bu yol əsl müharibəyə aparır - CANLI

10.04.2025 / 11:00
Bank kartlarından 39504 manat talanıb! - DİN məlumat yaydı

10.04.2025 / 10:22
Bu axşam Konfrans Liqasında 1/4 final mərhələsinə start veriləcək

10.04.2025 / 10:15
Tramp İrana qarşı yenə “qan-qan” deyir

10.04.2025 / 10:13
Azərbaycan və Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirəcək

10.04.2025 / 10:12
Prezident Rafael Qvaladzeni 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi

10.04.2025 / 10:06
Türkiyədə daş kömür mədəni çöküb

10.04.2025 / 10:03
Ceyhun Bayramov Türkiyə yolçusudur

10.04.2025 / 10:00
Sabirabadda ev yanıb, 5 nəfər xəsarət alıb

10.04.2025 / 09:39
Makron iyun ayında Fələstin dövlətini tanıyacaq

10.04.2025 / 09:27
Türkiyəli reperi bu tərifinə görə saxlanıldı

10.04.2025 / 09:24
Bakıda dəhşətli tıxacların dolayı səbəblərindən biri bankların ucuz "avtomobil krediti" siyasətidir...

10.04.2025 / 09:20
Qəbələ - Xankəndi ultramarafonuna start verilib

10.04.2025 / 09:13
"Hücuma İsrail liderlik edəcək" - Trampdan İrana müharibə ANONSU!

10.04.2025 / 09:11
Leyla Əliyeva qızı Əminənin ad günündən fotolar paylaşıb

10.04.2025 / 09:07
Ağdamın Sarıcalı kəndinə daha 39 ailə yola salınıb

10.04.2025 / 09:00
Mövqelərimiz yenə atəşə tutulub - bu dəfə Tovuzqala istiqamətindən

10.04.2025 / 08:47
"Barselona"dan almanlara futbol DƏRSİ!

10.04.2025 / 08:40
Bundan sonra orta məktəb direktorlarının başı pul qazanmağa qarışa bilər...

09.04.2025 / 23:17
Ersin Tatar Şimali Kiprə dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkür etdi

09.04.2025 / 22:20
Hollandiya İsrail səfirini məhşər ayağına çəkdi

09.04.2025 / 22:19
Alen Simonyan Ağdamda doğulmaqda qəbahət görmür

09.04.2025 / 22:17
Ermənistanla İran xüsusi təyinatlıları birgə təlimlər keçirəcək

09.04.2025 / 22:16
İsrail Qəzzada yaşayış binasını vurdu: 38 ölü

09.04.2025 / 22:14
Tramp komandası çat verdi: ”Mask Ticarət Müşavirini “dəli” adlandırdı”

09.04.2025 / 22:05
Növbəti Rusiya-ABŞ görüşü İstanbulda keçiriləcək - Ukrayna gündəmdə deyil...

09.04.2025 / 21:17
ABŞ Əfqanıstana yenidən hərblə qayıtdı - inanılmaz dönüş...

09.04.2025 / 21:10
Azərbaycan Ordusunun mövqeləri Gorus istiqamətindən atəşə tutuldu

09.04.2025 / 21:02
“Efiopiya da Ermənistandır” - bu qədər absurd olar?

09.04.2025 / 20:47
AŞPA komissarı bil(m)ir ki, Bakıda mühakimə olunanlar əsir yox, erməni müttəhimlərdir?...

09.04.2025 / 20:33
Mərkəzi Asiya uğrunda “Rusiya-Avropa müharibəsi” qızışır...

09.04.2025 / 20:18
Xankəndidən Ermənistana deyildi - Azərbaycanla barışın, sərhədlər açılsın...

09.04.2025 / 20:15
Ermənistanla saziş başqa, dost olmaq tam başqa - İlham Əliyev real baxışlar ortaya qoydu...

09.04.2025 / 20:05
Əliyev Ermənistana "potensial təhlükə" mesajı verdi...

09.04.2025 / 19:51
Özümüz kərə yağı alırıq, Rusiyaya kərə yağı ixracını 4 dəfə artırırıq - bu necə olur?..

09.04.2025 / 19:37
Azərbaycan ABŞ-İran müharibəsinin qarşısını ala bilər - ideya var, hələlik izahı yoxdur...

09.04.2025 / 19:21
Tramp bunu da etsə, Avropa-ABŞ düşmənçiliyi geridönməz prosesə çevriləcək...

09.04.2025 / 19:07
İsrailin Suriya barədə iddiaları Türkiyə üçün təhlükəli şəkil alır...

09.04.2025 / 18:53
30 illik qlobal mühitdə ailə dəyərlərini əsasən qoruya bilmişik - nəyin hesabına?..

09.04.2025 / 18:41
Şeyx Mansur bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə məktub göndərib

09.04.2025 / 18:39
“Dövlətlərin ərazi bütövlüyü” prinsipinə ABŞ Konqresində belə absurd baxanlar çoxdur?..

09.04.2025 / 18:38
BƏƏ-nin vitse-prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

09.04.2025 / 18:35
BƏƏ Prezidenti Prezident İlham Əliyevi təbrik edib

09.04.2025 / 18:25
İri məmur övladları milyonluq bizneslərini niyə Azərbaycanın özündə qurmurlar?..

09.04.2025 / 18:11
Məktəb avtobusları ilk olaraq hansı məktəblərə işləyəcək? - Nazirdən əvvəl ekspertlər açıqlayır...

09.04.2025 / 18:10
Leyla Əliyeva və Arzu Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçıları ilə görüşüblər - FOTO

09.04.2025 / 18:10
Almaniyada hakim koalisiya yaradıldı

09.04.2025 / 17:57
Belçikadan absurd “Dağlıq Qarabağ qətnaməsi”...

09.04.2025 / 17:44
Pekin vətəndaşlarını Ukrayna müharibəsindən kənar durmağa çağırdı

09.04.2025 / 17:43
Mirzoyanla Rubinyan Antalya forumuna dəvət edildilər

09.04.2025 / 17:41
Zaxarova yenə Qafandakı konsulluqdan danışdı

09.04.2025 / 17:40
Qırğızlar da rus dilindən üz döndərdi

09.04.2025 / 17:37
Tramp Ərdoğana “son 2 min ildə heç kim...” sözlərilə nə demək istədi?..

09.04.2025 / 17:24
"Azərbaycan" sözünün üstündə Qarabağ erməniləri ilə İrəvan hakimiyyətinin davası gedir...

09.04.2025 / 17:11
Elm təşkilatlarında elmdən başqa "hər şey istehsal olunur" - nazirdən əsaslı irad...

30 illik qlobal mühitdə ailə dəyərlərini əsasən qoruya bilmişik - nəyin hesabına?..

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011