Bazar ertəsi günü, 21 aprel 2025
     

Ermənilər İrəvan Pedaqoji İnstitutunda Azərbaycan bölməsinə niyə müqavimət göstərirdilər...

Image

XIX əsrdən başlayaraq, İrəvan başda olmaqla Qərbi Azərbaycanın hər bir yeridə maarifçilik hərəkatına başlanıldı. Bu proses, xüsusən də İrəvanda daha çox canlandı, İrəvan Müəllimlər Seminariyası yaradıldı, qızlar və oğlanlar üçün ayrıca rus-tatar məktəbləri açıldı.

İrəvan Müəllimlər Seminariyasında müəllim kadrlarının hazırlığına başlanıldı və bir sıra görkəmli ziyalılar bu seminariyanın məzunu olublar. Erməni daşnaklarının fitnəsi, təxribatı nəticəsində İrəvan Müəllimlər Seminariyası bağlanır və bu da müəllim kadrların hazırlanması işinə ciddi ziyan vurur. Başdan ermənilər azərbaycanlı kadrların hazırlanmasına qarşı idilər və minbir bəhanə ilə bu prosesin qarşısını almağa çalışırdılar.

Lakin Qərbi Azərbaycanın ziyalıları, irəlidə olan adamları ermənilərin bu addımını heç cür qəbul edə bilmirdilər və milli pedaqoji kadrların hazırlanması üçün yollar axtarırdılar.

Nəhayət, 1924-cü ildə İrəvan Azərbaycan Pedaqoji Texnikumunun (İrəvan Türk Pedoqoji Texnikum) yaradılmasına nail oldular. İrəvan Pedoqoji İnstitutun Azərbaycan bölməsi isə sonra açılacaqdı.

“İrəvanda izim qaldı” rubrikasında İrəvan Pedaqoji Texnikumunun və İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin azərbaycanlı müəllim kadrların hazırlanmasında oynadıqları roldan danışacağıq. Qeyd etdiyimi kimi, o dövrdə ermənilər Azərbaycan dilində təhsilə maneçilik göstərsələr də, savadlı azərbaycanlıların sayının az olmasına çalışsalar da yerli ziyalıların tələbi və zəhməti ilə əvvəlcə Pedaqoji Texnikum, sonra isə İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsi yaranıb.

  • İrəvan Pedaqoji Azərbaycan Texnikumu...

1924-cü ildən fəaliyyət göstərən texnikumda azərbaycanlı gənclər təhsil alırdı. Çox təəssüflər olsun ki, Stalinin erməni cəlladları bu texnikumda təhsil alan tələbələrin taleyinə diş qıcayırlar. Belə ki, erməni fitnəsi ilə 1930–1935-ci illərdə texnikumun 102 nəfər tələbə və müəllimi "bəy", "xan", "mülkədar", "qolçomaq", "kulak" damğası ilə repressiyaya məruz qalıblar.

1936-cı ildən isə İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi adlanan bu təhsil ocağı Azərbaycan elminə və maarifinə görkəmli xadimlər bəxş edib. Bu təhsil ocağına müxtəlif vaxtlarda Mehdi Kazımov, Bəhlul Yusifov, Həmid Məmmədzadə kimi tanınmış maarif xadimləri rəhbərlik edib.

1928–1930-cu illərdə İrəvanda Pedaqoji Texnikumunda görkəmli akademik Yusif Məmmədəliyev də müəllim işləyib. Ondan başqa xeyli sayda tanınmış şəxslər də bu ünvanda işləyiblər.

  • Ermənilər azərbaycanlılar üçün müstəqil ali məktəbin olmasına niyə razılıq vermirdi?

Bu sahədən söhbət açan N.Nəcəfov yazır ki, Azərbaycan elmi-pedaqoji fikir sferasında İrəvan Pedaqoji Texnikumu və İrəvan Pedaqoji İnstitutunun öz yeri vardır. O, qeyd edir ki, onlar haqqında ədəbiyyatda az yazılsa da bu təhsil ocaqları tariximizdə müəyyən izlər qoyub, Azərbaycan elminin və təhsilinin inkişafında bu təhsil müəssisələrinin məzunlarının rolu da az olmayıb. N.Nəcəfovun yazdığına görə, İrəvanda heç zaman azərbaycanlılar üçün ayrıca pedaqoji institut olmayıb, azərbaycanlı kadrlar İrəvan Erməni Pedaqoji İnstitutunun nəzdindəki bölmələrdə hazırlanıb. “Ermənilər azərbaycanlılar üçün müstəqil ali təhsil ocağının olmasına, yüzlərlə azərbaycanlının, həm də müəyyən elmi-mədəni hazırlığa malik soydaşlarımızın bir yerə toplanmasına qətiyyən imkan verməzdilər. Ona görə də Ermənistanda azərbaycanlıların ali təhsil almaq məsələsinə həmişə qısqanclıqla yanaşılırdı.

Qərbi Azərbaycanın elmi potensialının mayasını təşkil edən, deportasiyaya uğrayaraq 1948-ci ildə Bakıya köçürülməklə fəaliyyətinə son qoyulan İrəvan Pedaqoji İnstitutu nəzdindəki Azərbaycan bölməsi uzun və keşməkeşli bir yol keçib.

Çox təəssüf ki, qədim tarixə malik olan Qərbi Azərbaycanın zəngin mübarizə tarixi, maddi-mədəniyyət abidələri, incəsənəti, etnoqrafiyası, o cümlədən məktəb tarixi kifayət qədər sistemli öyrənilməmişdir. İrəvan azərbaycanlıları təhsil sahəsində də zamanın sərt üzü ilə dönə-dönə qarşılaşaraq amansız təqiblərə, mənəvi və fiziki basqılara məruz qalıb, çıxış yolunu ancaq Azərbaycana köçməkdə görüblər. Bir fakt danılmazdır ki, erməni millətçiləri əsrin əvvəllərindən azərbaycanlıları öz ata-baba yurdlarından çıxarmaqla soyqırımı siyasətini ardıcıl davam etdirməyə cidd-cəhdlə çalışmışdılar. Azərbaycanlılar isə necə olursa-olsun bu çətinliklərə sinə gərməli olub 70 il duruş gətirə biliblər. Basqılar, təqiblər güclü olsa da, soydaşlarımızda elm, təhsil həmişə müqəddəs amal kimi qalıbdır”.

  • “Azərbaycan məktəblərinin kadr çatışmazlığı o yerə çatdırılmışdı ki...”

Mütəxəssis vurğulayır ki, Sovet rejimi öz ideoloji dayaqlarını möhkəmləndirmək məqsədilə Azərbaycanda ermənilərin, Gürcüstanda və Ermənistanda azərbaycanlıların təhsil probleminin həlli sahəsində də müəyyən işlər görmüşdü. “Lakin digər müttəfiq respublikalardan fərqli olaraq, şovinist Ermənistanda azərbaycanlıların ali təhsil alması müşkül məsələyə çevrilmişdi. “Böyük Ermənistan” xülyası ilə yaşayan bu “fanatiklər” öz çirkin məqsədlərinin həyata keçirilməsi üçün min cür hiylələrə əl atır, azərbaycanlıların ali təhsil almalarını əngəlləyirdilər. Yüz minlərlə soydaşımızın yaşadığı bu sovet respublikasında onların ali təhsil almaları erməniləri heç də narahat etmirdi. Ona görə də azərbaycanlılar ali təhsil almaq üçün çox zaman Bakıya üz tutur, ümidlərini Azərbaycana bağlayırdılar. Hər dəfə ali təhsilli mütəxəssislərin hazırlanmasına dair məsələ qaldırılanda ermənilər min bir bəhanə ilə buna imkan olmadığını deyir, kadr çatışmazlığını əsas tutaraq, öz fikirlərini bir sıra arqumentlərlə əsaslandırırdılar. Bəzi obyektiv, subyektiv səbəblər də hər dəfə onların köməyinə gəlirdi. Odur ki, Ermənistanda ali təhsilli azərbaycanlıların sayı artmırdı, ayrı-ayrı rayonlarda ali təhsillilər barmaqla göstərilirdi. Ermənilər də elə bunu arzulayırdılar. Lakin bu məsələyə onlar nə qədər müqavimət göstərsələr də, onun qabağını tam kəsə bilmirdilər. Təsadüfi deyil ki, 1924-1925-ci dərs ilində azərbaycanlılar üçün ilk dəfə İrəvanda türk işçi fakültəsi açıldı. Bu iş onların ürəyincə olmasa da, bu fakültə 15 il fəaliyyət göstərə bildi, on beş il davam edən bu fakültədə ilk ali təhsilli kadrlar hazırlandı. Bu barədə mətbuatda da yazılar gedirdi. “Qızıl şəfəq” qəzetində 1935-ci ildə bu barədə yazılan bir məqalədə türk fakültəsinin çətinliklərlə qarşılaşmasından bəhs edilirdi. Qəzetin məlumatına görə, burada cəmi 18 tələbə oxuyurdu. Azərbaycan dilində ədəbiyyatın yoxluğu, mütəxəssis kadrların çatışmaması işin keyfiyyətinə öz təsirini göstərirdi.

1936-1937-ci dərs ilində İrəvan Qiyabi Pedaqoji İnstitutu da təsis edildi. Beynəlmiləlçilik siyasətinə müvafiq olaraq onun nəzdində türk şöbəsi də açıldı. Lakin qəbul qaydalarına, xüsusən azərbaycanlılarla bağlı qoyulan bürokratik tələblər sənəd qəbulunu ləngidirdi. Axırda bu bölmədə yerlər boş qalırdı. Ona görə də elə birinci il “Türk məktəblərində coğrafiya, tarix müəllimlərinə olan böyük ehtiyac nəzərə alınaraq” qiyabi institutun bu bölməsinin coğrafiya və tarix şöbələrinə sənəd qəbulu işi aprelin 10-dək uzadılmışdı. İlbəil yaranan kəm-kəsirin hesabına Azərbaycan məktəblərinin kadr çatışmazlığı o yerə çatdırılmışdı ki, məktəblər bağlanmaq təhlükəsi ilə üzləşirdi, ona görə də əlavə tədbirlərə əl atmaq lazım gəlirdi. Az sonra, yəni 1937-ci ildə İrəvanda ikiillik müəllimlər institutunun Azərbaycan şöbəsi də açıldı. Burada 20 nəfərin əyani, 20 nəfərin qiyabi təhsil alması planlaşdırılmışdı. Tədris prosesinin səmərəli təşkilinə imkan olmadığı üçün müəllimlər əsasən Bakıdan dəvət olunurdu. Dərsliklər də Bakıdan gətirilirdi. Lakin ehtiyac yalnız bununla bitmirdi. Azərbaycanlılara lazımi şərait də yaradılmırdı. Bir faktı xatırlatmaq yerinə düşərdi ki, İrəvan Dövlət Universitetinin nəzdindəki şərqşünaslıq fakültəsində azərbaycanlıların oxumasına hər cür maneçilik törədilirdi. Bura maraq göstərənlər olsa da, qarşıya belə bir tələb qoyulmuşdu ki, şərqşünaslıqda oxuyanlar erməni dilini mükəmməl bilməlidir. Deməli, o fakültədə yalnız ermənilər, ya da erməni məktəbini bitirənlər oxuya bilərdi…”

  • “...İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin 4 fakültəsində cəmi 20 tələbə oxuyurdu”

Mütəxəssis qeyd edir ki, Azərbaycanda isə ermənilərin təhsilinə kifayət qədər qayğı göstərilirdi. “Hələ ötən əsrin 30-40-cı illərində Azərbaycan Pedaqoji İnstitutunda erməni bölməsi fəaliyyət göstərirdi. Hətta qəbul planının 15-20 faizi bu bölmə üçün nəzərdə tutulurdu. Erməni alimlər isə, hər il bunun az olduğundan yuxarılara şikayət edirdilər, çox vaxt öz məqsədlərinə nail olurdular.

Böyük Vətən müharibəsi illərində Ermənistan hökumətinin yuxarı dairələrində oturan millətçi-şovinistlərin əl-qolu nisbətən bağlanmışdı, onlar müvəqqəti olaraq öz qınlarına çəkilmişdilər. Ona görə də bir sıra görüntülərlə öz çirkin niyyətlərini ört-basdır edirdilər. Artıq mətbuatda da kadr hazırlığı kəskinliyi ilə qoyulurdu. Məsələn, “Zəngi” qəzetində xırda millətlərin, o cümlədən azərbaycanlıların problemlərinə toxunan məqalələrdə məktəblərin kadrsız qalmaması üçün təcili tədbirlər görmək təklifləri irəli sürülürdü. Məhz bunların təsiri idi ki, İrəvan Pedaqoji İnstitutunun 4 fakültəsinin Azərbaycan bölməsində dil-ədəbiyyat, fizika-riyaziyyat, tarix-coğrafiya müəllimləri hazırlanırdı. Onlar buna mane olsa da, bu prosesi dayandırmağa qabil deyildilər. Azərbaycanlı ziyalılar isə bu yolda öz səylərini davam etdirirdilər.

Uzun müddət Azərbaycan Pedaqoji İnstitutunda çalışmış Fərhad Fərhadov 1942-1943-cü illərdə müharibədən qayıtdıqdan sonra həm İrəvan Pedaqoji Texnikumunda, həm də 1944-cü ildən başlayaraq İrəvan Pedaqoji İnstitutunda dərs deməyə başlamışdır. O, 1945-ci ildə İrəvanda “Qədim və orta əsrlər ədəbiyyatına dair oçerklər” kitabının nəşrinə də nail olmuşdu. Lakin Mərkəzi hökumətin əli ilə həyata keçirilən azərbaycanlıların “mədəni deportasiyası” 1948-ci ildə onun da İrəvanı tərk etməsilə nəticələnmişdir. Azərbaycan bölməsinin cəfakeşlərindən olan professor Rəhim Allahverdiyev (1907-1973) 1945-ci ildən deportasiyaya qədər İrəvan Pedaqoji İnstitutunda dərs aparmışdır. İnstitut köçürüləndə o da Bakıya gəlmiş, burada dissertasiya müdafiə edərək, elmlər doktoru adını almış, 400-dən çox məqalənin müəllifi kimi tanınmışdır.

Ermənilərin sıxışdırmalarının nəticəsi olaraq, deportasiya ərəfəsində, yəni 1947-ci ildə İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin 4 fakültəsində cəmi 20 tələbə oxuyurdu. Bu elə vaxt idi ki, azərbaycanlıların deportasiyasının yeni dalğası gözlənilirdi. Elə bu zaman İrəvan Pedaqoji İnstitutunun Elmi Şurası Azərbaycan bölməsinin işini müzakirəyə çıxararaq, onları bir qədər də sıxışdırdı. 1947-ci il 22 iyunda bu barədə qəbul edilən qərara əsasən Azərbaycan bölmələri erməni bölmələri ilə birləşdirildi. Azərbaycan bölməsinin dekanları isə erməni bölməsi dekanlarının müavini vəzifəsinə keçirildi. Onların müstəqil qərar qəbul etmək səlahiyyəti əllərindən alındı. Bununla da bu fakültələrdə milli mənəvi dəyərlərə ağır zərbə vuruldu. Müəllimləri də, tələbələri də məcbur edirdilər ki, ermənilərlə birgə nəfəs alsınlar, necə deyərlər “onların çaldığı havalarla oynasınlar”. Ona görə də günü-gündən Azərbaycan bölməsində kadr potensialı zəifləyirdi. Buranın Azərbaycan bölməsində dərs deyənlərin çoxu əsasən İrəvan Pedaqoji Texnikumuna keçirdilər. Çünki stabil kollektivi parçalanan bu institutdan fərqli olaraq texnikumda sanballı kadr potensialı hələ də qalırdı. Bu mənəvi sıxıntılara baxmayaraq, bu prosesi sönməyə qoymayan tarixi səbəblər də vardı...” - deyə qeyd edən N.Nəcəfov qeyd edib.

Qərbi Azərbaycanda azərbaycanlı müəllim kadrlarının hazırlanması prosesu olduqca çətin və keşməkeşli bir yoldan keçib. Onlar ağır mübarizə şəraitində buna qismən də olsa nail oldular. Qərbi azərbaycanlılar öz yurdlarından deportasiya olunsalar da, amma orada çox dərin silinməz izlər qoyublar. Geriqayıdışda oz izlərinə qovuşacaqlar və yeni-yeni milli ruhlu məktəblər yaradacaqlar.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

21.04.2025 / 23:38
“Nar ağacı.. Nar çiçəyi...” kəlamının Doğma/İrfani Ruhuna... yad olan, saxta hay nəfəsi...

21.04.2025 / 23:13
Əbu Müslüm məscidi ilə bağlı on quruma müraciət edildi

21.04.2025 / 21:37
Azərbaycan Suriya neftinə sərmayə qoysa ABŞ-la münasibətlər ziyan görə bilər?..

21.04.2025 / 21:34
Putin Sumda aralarında uşaq da olan 35 nəfərin ölümünü “ləyaqətli qisas” adlandırdı

21.04.2025 / 21:33
Buryatiya və Çeçenistanı təhqir edən Papa dünyasını dəyişdi

21.04.2025 / 21:22
Ermənistan BMT-də Rusiyanın əleyhinə səs verdi - bu da cənab Qaluzinə tutarlı cavab...

21.04.2025 / 21:08
Azərbaycanla Çinin birgə yeni dövrü başladı...

21.04.2025 / 21:02
Arkadi Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi - Serj Sarkisyan və Arkadi Ter-Tadevosyan...

21.04.2025 / 20:55
Erməni mediası Zahirəddin İbrahimovun üzərindən uğursuz “Talış kartını” yenidən oynamaq istəyir...

21.04.2025 / 20:41
Xankəndi, Ağdərə və Xocalının Bərpa... Xidmətinin tenderlərinə şübhələr oyanıb...

21.04.2025 / 20:37
“Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk" - Prezident

21.04.2025 / 20:30
Prezident: "Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib"

21.04.2025 / 20:28
Paşinyan 3-cü prezident Serj Sarkisyanın həbs prosesinə başladı - 2 cinayət, yarım milyard mənimsəmə...

21.04.2025 / 20:27
"Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır" - Prezident

21.04.2025 / 20:18
Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib

21.04.2025 / 20:15
Adı 42 nəfərlik siyahıda olmayan plastik cərrahlar hansı hallarda cəzalandırılacaqlar?..

21.04.2025 / 20:12
Orxan Fikrətoğlu mədəniyyət nazirinin müşaviri oldu

21.04.2025 / 19:57
Kuklaçılar Aygün Attarla görüşdü

21.04.2025 / 19:45
Vardanyanın AŞPA vəkili Bakıdakı məhkəmə prosesinə böhtan atdı...

21.04.2025 / 19:39
500 min dollar borca düşmüş sabiq diplomat Azərbaycanda görün daha kimləri dərin problemə saldı...

21.04.2025 / 19:35
Prezident Tatar Xristodulid və Georgiosun Pasxa mesajlarının əsl mahiyyətini açdı...

21.04.2025 / 19:30
Fransa Suriyada qoşun yerləşdirməyə başladı... Vəziyyət mürəkkəbləşir...

21.04.2025 / 19:28
Şamil Ayrım: Azərbaycan Prezidenti ADA Universitetində dediyi fikirlərlə qardaşlığın əməldə olduğunu bütün dünyaya göstərdi

21.04.2025 / 19:28
Dörd Skandinaviya ölkəsi - İsveç, Danimarka, Filandiya və Norveç Rusiyaya hücum edəcək!

21.04.2025 / 19:24
Əkrəm İmamoğlu ifadəsində korrupsiya ittihamlarını rədd etdi

21.04.2025 / 19:17
Paşinyan Avropaya da, Kremlə də "qırmızı alma göstərdi" - Baş nazir odla su arasında...

21.04.2025 / 19:04
TƏBİB 51 nəfəri zəhərləmiş restoranın adını çəkmədi...

21.04.2025 / 18:50
Roma Papası Ermənistanın sülhpozma siyasətinə həyatının son günlərində də dəstək ifadə etdi....

21.04.2025 / 18:36
Kanalizasiyadan asfalt yol layihəsinədək - Şəki İcra Hakimiyyətinin "Evrolayn"la şübhəli tender əlaqəsi...

21.04.2025 / 18:27
Trampın komandasında yarpaq tökümü: “Pentaqon rəhbəri rüsvayçılıqla istefaya getməlidir"

21.04.2025 / 18:14
Bakının “Qəhrəman şəhər” haqqı tanınmasa - Moskvada “Qələbə-80” paradından imtina etmək olar...

21.04.2025 / 18:00
Əliyev Şəraa ilə görüşdü - Suriyanın Ermənistanla əməkdaşlıqdan imtinası gözlənilir...

21.04.2025 / 17:47
Putin Əsədi Suriya ədalətinə təslim etmədi - "diktatora yaxşılıq insanlığa pislikdir"...

21.04.2025 / 17:33
“Makron Fələstini Azərbaycanla dostluq edən İsrailin acığına tanımaq istəyir” - doğrumu?

21.04.2025 / 17:24
Sumqayıtda tekstil fabrikində kütləvi zəhərlənmə - 19 nəfər xəstəxanalıq oldu

21.04.2025 / 17:15
Mərkəzi Asiya ölkələrinin yunan Kiprini tanımasının pərdəarxası açıldı - TDT ağsaqqalları Şimali Kiprə toplaşır...

21.04.2025 / 17:03
“Böyük Qayıdış” özü ilə yüzlərlə sahibkarlıq subyektini də hərəkətə gətirir...

21.04.2025 / 16:50
Xətaidə 110-a yaxın qəzalı bina söküləcək - İcra Hakimiyyəti açıqladı...

21.04.2025 / 16:43
II Dünya müharibəsi iştirakçılarına 2 min 500 manat məbləğində birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

21.04.2025 / 16:42
Yevlaxda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

21.04.2025 / 16:40
Prezident Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında sərəncam imzaladı

21.04.2025 / 16:32
Trampdan Rusiya və Ukraynaya “böyük ticarət” təklif... Bunu edin sərvət qazanın...

21.04.2025 / 16:18
ABŞ Ukrayna ilə mədən sazişi imzalamaqda israrlıdır, ancaq axtardıqlarını Ukraynada tapıb-tapmayacağı məlum deyil...

21.04.2025 / 16:05
Cəlilabadın şəhid oğlu Rəvan Məmmədov...

21.04.2025 / 15:47
Yardımlıda saxlanılan narkokuryerlərdən külli miqdarda narkotik aşkarlandı - FOTO

21.04.2025 / 15:36
Xocalının Ballıca kəndinə daha 21 ailə köçürülüb

21.04.2025 / 15:31
Yüz günü tamam olmayan Trampa qarşı etiraz aksiyaları ara vermir

21.04.2025 / 14:53
Arkadi Qukasyan Xocalı soyqırımı ilə bağlı suallara cavab verib - Xankəndidə Xocalıdan gətirilmiş yüzlərlə azərbaycanlı var idi

21.04.2025 / 14:22
Prezident İlham Əliyev Kardinal Kevin Farrellə Roma Papası Fransiskin vəfatı ilə bağlı başsağlığı verib

21.04.2025 / 13:48
Bakıda sərxoş halda avtoxuliqanlıq edən taksi sürücüsü həbs edildi - FOTO

21.04.2025 / 13:45
Leysanlar zamanı tunel və keçidlərə avtomobillərin girişinə məhdudiyyət qoyulması təklif edildi

21.04.2025 / 13:35
MEDİA-nın səkkizinci könüllülük proqramı başladı - FOTO

21.04.2025 / 13:22
Abşeronda ödəmə terminallarını soyan şəxslər yaxalandı

21.04.2025 / 13:10
Почему Лавров внезапно наехал на Казахстан? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

21.04.2025 / 13:02
Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub - FOTO

21.04.2025 / 12:51
Azərbaycan hazırda bölgə üçün həlledici dövlətdir

21.04.2025 / 12:37
Regional təhsil idarələrinə yeni müdir təyin edildi

21.04.2025 / 12:23
Roma Papası Fransisk dünyasını dəyişdi

21.04.2025 / 12:07
Mayın 1-dən “e-bülleten” sisteminə keçilir...

21.04.2025 / 12:06
Kiberdələduzluq artır - 2 gündə bank kartlarından 18 min manata yaxın pul oğurlanıb

21.04.2025 / 12:00
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfər edib

21.04.2025 / 11:44
Siyasi qətllər olacaq: “Yəhudilər yəhudiləri öldürəcək”

21.04.2025 / 11:39
Mbappe "Barselona"ya qarşı oynayacaq - "Real"a şad xəbər

21.04.2025 / 11:35
Tramp Ukraynanın NATO-ya yolunu bağladı, Krımı isə Rusiyaya verdi

21.04.2025 / 11:12
WSJ: ABŞ indi də Zaporojjye AES-i və ətrafındakı əraziləri istəyir

21.04.2025 / 11:06
ISW: "Rusiya daha böyük müharibəyə hazırlaşır" - CANLI

21.04.2025 / 11:00
Obamanın arvadı ondan boşanır - 70 milyon dollarlıq sərvəti bölüşdürə bilmirlər...

21.04.2025 / 10:31
Oğuzda ferma yanıb, ev quşları tələf olub

21.04.2025 / 10:20
11 mindən çox dövlət qulluqçusu məxfi fayllara giriş əldə edib- ABŞ ŞOKDA!

21.04.2025 / 10:13
Kirkorov 100 minlik Pasxa tortu hazırlatdırıb

21.04.2025 / 10:04
Trampın xüsusi nümayəndəsi yenə Rusiya yolçusudur...

21.04.2025 / 10:00
Bu gün Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq - XƏBƏRDARLIQ

21.04.2025 / 09:36
Sabunçuda "Opel" piyadanı vurub öldürüb

21.04.2025 / 09:22
Bakıda kitabxana yanıb

21.04.2025 / 09:19
"Bu, iki qardaş ölkə arasında əlaqələrin inkişafı üçün..." - Şahbaz Şərifədən Azərbaycan AÇIQLAMASI

21.04.2025 / 09:17
Bu gün Azərbaycanda zəlzələ olub

21.04.2025 / 09:12
"Liverpul" və "Çelsi"dən qələbə, "Qırmızı şeytanlar" uduza-uduza gedir..

21.04.2025 / 09:10
DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib

21.04.2025 / 09:07
İsrail ordusu yeni növ cinayətə əl atdı- fələstinli uşaqlar oğurlanır ....

21.04.2025 / 09:05
Mədə xərçənginə səbəb olan “Helicobacteri pilori” və onun təbii müalicəsi

21.04.2025 / 09:00
Donald Tramo Dövlət Departamentinə də "əl gəzdirəcək"

“Böyük Qayıdış” özü ilə yüzlərlə sahibkarlıq subyektini də hərəkətə gətirir...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011