Çərşənbə axşamı günü, 8 aprel 2025
     

Qərbi Azərbaycanın tarixində məşhur Uluxanlı məktəbi...

Image

Uluxanlı məktəbinin adı çəkilən kimi yadımıza ilk növbədə böyük ədibimiz, maarifçimiz, “Molla Nəsrəddin” jurnalının redaktoru Cəlil Məmmədquluzadə (Mirzə Cəlil) düşür. Bəs görəsən Cəlil Məmmədquluzadəni bu məktəbə nə bağlayırdı? Bu barədə yazımızın gedişində məlumat verəcəyik.

Şanlı keçmişə, böyük tarixə malik olan Uluxanlı məktəbi nəinki Zəngibasarda, İrəvanda, Qərbi Azərbaycanda, hətta bütün Qafqazda məşhur idi ki, bu məktəbin şan-şöhrətindən danışılırdı.

Qərbi Azərbaycanda məktəb sahəsində çox işlər görülürdü və Uluxanlı məktəbi də daxil olmaqla bu ərazidə bir neçə yeni tipli məktəblər yaranıbdır. Bu məktəblərin əksəriyyətinin sonluğu təxminən eyni olub. Bu mənada ki, onlar erməni daşnaklarının fitvası ilə bağlanıb. Yerli gəlmişkən, Uluxanlı məktəbi ilə İrəvan Müəllimlər Seminariyasının bağlanması eyni dövrə təsadüf edib.

  • Uluxanlı məktəbi necə yarandı?

Təhsil tariximizdə ayrıca yeri olan bu məktəbin yaradılması barədə “Qafqaz təqvimi” ( "Kavkazskiy kalendar") məcmuəsinin 1892-ci il tarixli nömrəsində məlumat verilir. Burada İrəvan quberniyasında Uluxanlı məktəbinin ilk yeni tipli məktəblərdən biri olması və 1881-ci ildə fəaliyyətə başlaması barədə söhbət açılır. Məktəblə bağlı internet resurslarında yerləşdirilən məqalələrə nəzər salsaq bu barədə məlumat əldə edə bilirik. Məlumata görə,  Allahverdi Hacı Hüseyn oğlunun evində yerləşən bu məktəbin ilk müdiri o zamanın tanınmış maarifçisi Muxin olub. Xanlar bəy Həsənbəyov fənn müəllimi, Hacı Məşədi Hüseyn oğlu şəriət müəllimi, Məmməd bəy Lütfəli bəy oğlu Qazıyev, Əbdüləli Bağır oğlu Muxtarov, Rəhim Xəlilov və başqaları burada işləyiblər. Tədqiqatçılar yazdığına görə, tanınmış ədəbiyyatşünaslar və tənqidçilər Əziz Şərifin “Molla Nəsrəddinin yaranması” və Qulam Məmmədlinin “Molla Nəsrəddin” kitabında qeyd olunur ki, “keçən əsrin 80-ci illərində (tədqiqatçı qeyd edir ki,  burada XIX əsr nəzərdə tutulur) Uluxanlı kəndində ilk dünyəvi məktəb açıldı. Görkəmli maarifçi Cəlil Məmmədquluzadə müəllimlik fəaliyyətinə Uluxanlı məktəbində başlamışdır”.

Əziz Şərif “Molla Nəsrəddinin yaranması” kitabında bu məktəb haqqında lazımi məlumatlar verilib.

  • Cəlil Məmmədquluzadə Uluxanlı məktəbinə kimin yerinə təyin olunub?

Filologiya elmləri doktoru, professor Əsgər Zeynalov “Unudulmaz Uluxanlı məktəbi” məqaləsində maraqlı detallara diqqət çəkir: “1881–ci ildə İrəvan gimnaziyası və İrəvan Müəllimlər Seminariyası ilə bərabər fəaliyyətə başlayan Uluxanlı məktəbi də ağır, çətin, şərəfli yol keçmiş və acınacaqlı tale ilə ömrünü başa vurmuşdur. Uluxanlı məktəbinin 125 illiyinə həsr olunmuş “Zülmət səltənətində məşəl” kitabında bu unudulmaz təhsil ocağının yaranışı ilə bağlı oxuyuruq: “Uluxanlı məktəbi 1881–ci ildə fəaliyyətə başlamışdır. Məktəb Allahverdi Hacı Hüseyn oğlunun evində yerləşmişdi. İlk müdir o zaman tanınmış maarifçi Muxin olmuşdur. Fənn müəllimi Xanlar bəy Həsənbəyov, şəriət müəllimi Hacı Məşədi Hüseyn oğlu idi. Sonra Məmməd bəy Lütvəli bəy oğlu Qazıyev, Əbdüləli Bağır oğlu Muxtarov, Hacı Molla Kərim Rzaquliyev və başqaları burada işləmişlər”.

Bu fikirdən sonra Cəlil Məmmədquluzadənin Uluxanlı məktəbinə gəlişinə münasibət bildirilir: “Qulam Məmmədlinin “Molla Nəsrəddin” kitabında bir neçə səhifə bilavasitə Uluxanlı kənd məktəbinə həsr olunmuşdur. Qafqaz tədris dairəsinin müdiri 1887ci il 7 avqust tarixli məktubunda yazır: “Uluxanlı məktəbində müəllim vəzifəsini ifa edən Məmməd bəy Qazıyev azad edilmiş, onun yerinə Cəlil Məmmədquluzadə təyin edilmişdir. (İ.İsmayılov, E.Həsənov. “Zülmət səltənətində məşəl”. Uluxanlı məktəbi, s.17).

“Kavkazskiy kalendar” məcmuəsinin 1892–ci il nömrəsində göstərilir ki, iki sinifli Uluxanlı məktəbində Məşhədi İbrahim Hüseyn oğlu Hüseynov məktəbin fəxri nəzarətçisi, Rəhim Musarza oğlu Xəlilov isə müəllim idi və burada 41 şagirdin təhsil alacağı nəzərdə tutulmuşdu.

Məcmuənin 1895–ci il sayında Uluxanlı məktəbində Oadey Tahirov və Kələntər Kələntərovun fəxri himayəçisi Nikolay Semyonoviç, Zazunovun nəzarətçi, Molla Axund Hacı Məşhədi oğlu Hüseynovun şəriət müəllimi olduğu bildirilir.

Məcmuənin 1896–cı il nömrəsində isə Uluxanlı məktəbində Oadey Tahirov və Kələntər Kələntərov himayəçi, Viktor Aleksandroviç Muxin müdir, şəriət müəllimi Hacı Məşhədi Hüseyn oğlu Axundov, müəllim isə Xanlar bəy Həsənbəyov təqdim olunur.

Məcmuənin 1897–ci il nömrəsində Uluxanlı məktəbində Oadey Tahirov və Kələntər Kələntərov fəxri himayəçi, Məmməd bəy Lütvəli bəy oğlu Qazıyev, Molla Axund Hacı Məşhədi Hüseyn oğlu Axundov şəriət müəllimi, Xanlar bəy Həsənbəyov müəllim kimi göstərilmişdir.

Bəlli olduğu kimi, Muxin Uluxanlı məktəbindən sonra İrəvan Müəllimlər Seminariyasında fəaliyyətini davam etdirmiş, onu burada Məmməd bəy Lütvəli bəy oğlu Qazıyev əvəz etmişdir.

 Muxin burada hazırlıq kursunun müdiri idi. Məcmuənin 1898–ci il nömrəsində məktəbdə 35 şagirdin təhsil aldığı və Tahirovun, Kələntərovun, Məmməd bəy Qazıyevin, Molla Axund Hacı Məşhədi Hüseyn oğlu Axundovun eyni vəzifədə qaldığı, ancaq müəllim yerinin boş olduğu aydınlaşır”. Alim qeyd edir kçi, məcmuənin 1900–cü il nömrəsində Uluxanlı məktəbində 64 şagirdin təhsil aldığı, Oadey Tahirovun və Kələntər Kələntərovun fəxri himayəçi, Molla Vəli Məmmədəli oğlunun şəriət müəllimi, müəllim yerinin isə boş olduğu bildirilir.

  • Uluxanlı məktəbində hansı dəyişikliklər baş verirdi?

“Xatırlatmaq lazımdır ki, Uluxanlı məktəbi 1901–ci ildə də həmin heyətlə fəaliyyət göstərmişdir. Məcmuənin 1902–ci il nömrəsində Uluxanlı məktəbində dəyişikliyin baş verməsi aydınlaşır. Belə ki, Tahirov və Kələntərovu fəxri himayəçi kimi Andrey Aleksandroviç Qluxov əvəz etmiş, Məmməd bəy Lütvəli bəy oğlu Qazıyev isə yenə də nəzarətçi vəzifəsində qalmışdır. Məcmuədən o da bəlli olur ki, Oadey Tahirov və Kələntər Kələntərov Qəmərlinin Koyləsər kənd məktəbində fəxri nəzarətçi işləyirdilər. 1904–cü ildə də Uluxanlı məktəbində həmin heyət fəaliyyət göstərirdi. Axtarışlar zamanı “Kavkazskiy kalendar” məcmuəsində Uluxanlı məktəbilə bağlı son məlumata 1909-cu ildə rast gəlinir. Burada göstərilir ki, həmin ildə Uluxanlı məktəbində Şəmdin bəy Mahmudbəyov nəzarətçi, Frans Verjibitski müıllim, Hacı Molla Vəli Məşhədi oğlu şəriət müəllimi işləmişlər.

Uluxanlı məktəbi ilə 1918–ci ilə qədər olan məlumatı İ.İsmayılovun və E.Həsənovun “Zülmət səltənətində məşəl” kitabında əldə etmək mümkündür. “Zülmət səltənətində məşəl” kitabında verilən məlumata görə, 1917–ci ildə Şəmdin bəy və Mirzə Cəfər gedəndən sonra onların yerinə gələn Mirzə Ələsgər Rzazadə və mərhum, ordenli müəllimə Fatma Qədimovanın həyat yoldaşı Ələkbər Qədimov olmuşdur.

1918–20–ci illərdə İrəvan gimnaziyası və İrəvan Müəllimlər Seminariyası kimi erməni millətçilərinin törətdiyi iğtişaşlar nəticəsində bağlandı. Onu xüsusi vurğulamaq lazım gəlir ki, erməni daşnakları kəndi o qədər talan etmişdilər ki, 1988–ci ilə kimi bir söhbət düşəndə deyirdilər:”Zəngibasar talanı deyil ki?”

1920–ci ildən sonra elmin, mədəniyyətin inkişafı üçün geniş imkanlar açıldı. 1924–cü ildə İrəvan pedaqoji texnikumunun fəaliyyət göstərməsi Uluxanlı məktəbinin üfüqlərini genişləndirirdi. Məktəbin müəllimlərinin böyük bir qismi, o cümlədən Əsəd Məmmədov, Əli Xəlilov, Tamam Axundova, Əjdər Kazımov, Qadir Məmmədov, Məmmədəli Məhərrəmov, Əli Həsənov, Tağı Məhərrəmov, İsmayıl İsmayılov, Qulam Namazov, Əli Qədiməliyev, Cəfər Məmmədov, Əliqulu Səlimov, Heydər Nağıyev, Əkbər Əliyev İrəvan məktəbinin məzunları idi. Demək lazımdır ki, yuxarıda adları çəkilən ilk iki şəxsə 1928–30–cu illərdə İrəvan Pedaqoji Texnikumunda işləmiş, gələcəyin böyük elm xadimi, SSRİ EA–nın müxbir üzvü olmuş, Azərbaycan EA–nın keçmiş prezidenti, akademik Yusif Məmmədəliyev dərs demişdir”-deyə Ə.Zeynalov yazır.

Ə.Zeynalovun yazdığına görə,  30–cu illərdən başlayaraq Uluxanlıda ali təhsilli ziyalılar yetişməyə başladı. O, vurğulayır ki, Məmməd Rzayev 1936–cı ildə İrəvan Dövlət Universitetini ermənicə bitirmişdi. “Heydərqulu Quliyev, Əsəd Məmmədov, Heydərqulu Salmanov Bakıda ali təhsil almışlar. 1936–cı ildə İrəvan Dövlət Pedoqoji İnstitutunda Azərbaycan şöbəsinin açılması Uluxanlıda ali təhsillilərin sayının artmasını xeyli sürətləndirdi...

Demək lazımdır ki, uzun müddət ətraf kəndlərin Yuxarı Necili, Aşağı Necili, Cəngilər, Dəmirçi, Çobankərə, Mehmandar, Qaraqışlaq, Sarvanlar, Rəncbər, Həbilkənd və s. kənd məktəblərinin müəllimlərinin əksəriyyəti Uluxanlıdan idi. Onlar ilk təhsillərini məhz Uluxanlı məktəbində almışdılar...”

  • 1988–ci ilin 17–18 iyun hadisələri…

Ə.Zeynalov yazır ki, erməni saqqallıları Azərbaycan kəndlərinə hücum etdilər. O, qeyd edir ki, ilk zərbəni rayon mərkəzində Uluxanlı (Zəngibasar) azərbaycanlıları aldı. Evlər yandırıldı, talan edildi. Uzun illər rayonun Yuxarı Necili kəndində məktəb direktoru olmuş Qadir Məmmədovun evini üç dəfə talan etdilər, heç bir şey qalmadı. Zəngibasarın son məktəb direktoru Sənan Qədiməliyev döyülərək ölümcül vəziyyətə salındı. Həmin ili Zəngibasar məktəbinin şagirdləri heç bir ali məktəbə sənədlərini verə bilmədi.

  • 1988–ci il sentyabrın 1-i…

Ölkənin bütün məktəblərində yeni dərs ili başlayır. Hər yerdə qayğısız uşaqların şən qəhqəhələri. Yalnız bir məktəbdən başqa. Bu, Uluxanlı məktəbi idi. O, döyüşlərdə övladlarını itirmiş ananı xatırladırdı. Onun nə siniflərindən, nə də həyətindən səs–səmir gəlmirdi. Ulu Mirzə Cəlilin dərs dediyi tədris ilindən düz bir əsr sonra Uluxanlı məktəbi sözün əsl mənasında süquta uğradı. O, indi uzun illər boyu qoynunda bəslənib böyümüş, təhsil almış məzunlarının işlərində, əməllərində, bir də xatirələrində yaşayır. Məktəbin ömrü artıq tarixə yazıldı. Bir türk mahnısında deyildiyi kimi: “Bir də o ötən günlər, xatirələrdə qaldı…”.

Ə.Zeynalovun Uluxanlı məktəbin tarixinə ayna tutan bu yazısında qədim bir elin, ulusun həm gözəl, işıqlı, həm də hüzünlü günləri boylanır. Əlbəttə, yenidən Zəngibasara, Uluxanlıya qayıtmaq inamı da boy göstərir. Adı, fəaliyyəti, yetirmələri ilə tarixə köçən Uluxanlı məktəbi hər zaman xatırlanır və xatırlacaq da. Ondan başqa o məktəbdən zəng sədalarının eşidiləcəyi günün də uzaqda olmadığına inanırıq.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

07.04.2025 / 22:21
Avropa İttifaqı ABŞ-a qarşı cavab rüsumları tətbiq edəcək

07.04.2025 / 22:18
Ermənistanda doğum səviyyəsinin azalması fevral ayında da davam etdi

07.04.2025 / 21:30
İpə-sapa yatmayan Kreml yenə şərt irəli sürdü

07.04.2025 / 21:21
Tramp Çini 50% -lik əlavə rüsumla hədələdi

07.04.2025 / 21:21
Fidan nə demək istədi - Türkiyə Avropanı ABŞ-dan ayrılmağa təşviq edir?..

07.04.2025 / 21:19
Çin ABŞ-dan qaz idxalını dayandırdı

07.04.2025 / 21:14
David Babayandan etiraf: "Sadə pasportlarımız kimi, diplomatik pasportlar da Ermənistanın idi" - MƏHKƏMƏ + FOTO

07.04.2025 / 21:07
ABŞ-Rusiya barışığı Ermənistan iqtisadiyyatını çökdürür...

07.04.2025 / 20:49
Qazaxıstan və Türkmənistan Türk Kiprinə qarşı təhlükəli addım atdı...

07.04.2025 / 20:34
Ermənistan hakimiyyətinin bu qərarı da Rusiyaya təsir etmədi...

07.04.2025 / 20:19
İlham Əliyevin Pakistan səfərinə qarşı Ermənistanda hazırlıqlar başladı...

07.04.2025 / 20:04
Qaçaq Süleymanın Səttarxan hərəkatında böyük yeri var...

07.04.2025 / 19:51
ABŞ və İsrail İranda bu yerləri vuracaq - Tehran qonşu ölkələrdən başladı...

07.04.2025 / 19:43
David Babayan: "İşğal altındakı ərazilərdə qondarma rejimin “qurumları”nın veb-saytları Ermənistanın “.am” domeni ilə qeydiyyata alınırdı"

07.04.2025 / 19:36
Müxtəlif növ istehlak kreditləri tam fərqli faizlərlə verilir - Mərkəzi Bank bunu normal sayır?...

07.04.2025 / 19:30
Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırıldı

07.04.2025 / 19:25
İdxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısı genişləndirildi

07.04.2025 / 19:23
Türk Dövlətləri Təşkilatında dağıdıcı təzahürlər başlayıb - Qazaxıstan, Türkmənistan və Macarıstanın jestləri...

07.04.2025 / 19:09
Multikulturalizmin inkişafında mədəni-maarif proqramları müstəsna rol oynayır

07.04.2025 / 18:55
“Kollektiv öz səhvini düzəldərək filmdən Buzovna adını sildi” - Mirzə Ağabəyli

07.04.2025 / 18:46
Müttəhim general Ermənistanın Qarabağda basdırdığı minanı markasına kimi etiraf etdi…

07.04.2025 / 18:44
Palandöken İqtisadi Forumu Türkiyənin Erzurum şəhərində baş tutacaq

07.04.2025 / 18:44
Respublikaçılar Ukraynaya yardımın kəsilməsini istəyir

07.04.2025 / 18:32
Nazirliyin elmi institutlarının birləşdirilməsi nəyi dəyişə bilər...

07.04.2025 / 18:20
Qardaş xalqlar ədəbiyyatı - özbək ədəbiyyatı...

07.04.2025 / 18:18
Ermənistan XİN-in "900 xəritə yalanı" onu hərbi cinayət məsuliyyətindən qurtara bilməz...

07.04.2025 / 18:06
Avroittifaqın Gürcüstanda çevriliş planı ifşa edildi - QHT-lərə bunun üçün pullar verilir...

07.04.2025 / 17:57
BOKT-larda "qızıl ehtiyatları" hansı yollarla əldə edilir?..

07.04.2025 / 17:50
Müraciətlərin çox olduğu məktəblərə qəbul zamanı kimlərə üstünlük tanınacağı açıqlandı

07.04.2025 / 17:44
Məktəb ətrafında neqativ hərəkətləri ilə diqqət çəkən şəxs polisə dəvət olundu

07.04.2025 / 17:37
Neftimizi 70 dollardan aşağı düşürə biləcək 2 ciddi təhlükə var...

07.04.2025 / 17:34
Qarabağ mövzusu sülh sazişindən bu yolla çıxarıldı - erməni XİN-in yanlışı...

07.04.2025 / 17:23
“Şərurlu İsfəndiyar” təhqir etdiyi alimlərdən üzr istəməyə necə məcbur edilə bilər? - Rəylər...

07.04.2025 / 17:10
Almanlar rusları "antifaşizm - 80" tədbirlərindən qovdular - kim haqlıdır?..

07.04.2025 / 17:03
“Ozan Dünyası” jurnalının yeni sayı işıq üzü görüb

07.04.2025 / 16:57
Rusiya Bəşər Əsədi Suriyaya verməkdən imtina etdi - səbəbini də ilk dəfə açıqladı...

07.04.2025 / 16:45
Azərbaycan Prezidentinin Pakistan səfəri ermənilərə od qoydu - VİDEO

07.04.2025 / 16:36
“Düşünсə dəhlizi”

07.04.2025 / 16:22
ABŞ üniversitetlərində repressiya dalğası

07.04.2025 / 15:42
Valideynlərin uşaq sayına görə daha tez pensiyaya çıxması təklif edilir

07.04.2025 / 15:25
Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı - FOTO

07.04.2025 / 15:21
İsrail jurnalistlərin olduğu çadırı vurdu

07.04.2025 / 15:20
Vətən sevgisinə tapınan ömür...

07.04.2025 / 15:16
Babayan: "Xarici səfərlərə Ermənistan Respublikasının vətəndaşı kimi gedirdim"

07.04.2025 / 14:44
"Mən, Arayik Harutyunyan, Ruben Vardanyan və digərləri erməni sakinlərinin Azərbaycana inteqrasiyasının əleyhinə idik" - David Babayan

07.04.2025 / 14:15
Bakıda külli miqdarda borcu olan şirkət rəhbəri həbs edildi

07.04.2025 / 13:51
Sahibə Qafarova Şavkat Mirziyoyevlə görüşdü

07.04.2025 / 13:38
Daşkəsəndə çağırışa gedən həkim xəstə tərəfindən bıçaqlandı...

07.04.2025 / 13:26
Narkotikin təsiri altında avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edildi

07.04.2025 / 13:20
İran Azərbaycana yeni səfir təyin edəcək

07.04.2025 / 13:10
Трамп и Путин совершили грубейшую ошибку - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.04.2025 / 12:51
Həyəcan verici perspektivlər: hökumətimizin bunlardan xəbəri varmı?!

07.04.2025 / 12:47
Qarabağ bölgəsi Bakının sosial yükünü necə azalda bilər?

07.04.2025 / 12:41
Şəmkirdə quldurluqda şübhəli bilinən şəxslər saxlandı - FOTO

07.04.2025 / 12:25
Ordumuzun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub

07.04.2025 / 12:06
Mayın 1-dən uşaqların I sinfə qəbulu başlayır

07.04.2025 / 12:00
"Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında tunel tikiləcək - metropoliten rəsmisi

07.04.2025 / 11:43
DSX hərbçisinin ölümü ilə bağlı cinayət işi başlandı

07.04.2025 / 11:33
Sahibə Qafarova daha 3 il sədrlik edəcək - Qoşulmama Hərəkatından QƏRAR

07.04.2025 / 11:25
Bakıda 53 evin qaz sayğaclarını oğurlayanlar yaxalanıb

07.04.2025 / 11:15
Dmitriev:- “Amerika şirkətləri Rusiyaya qayıtmaq üçün minnətci düşürlər”

07.04.2025 / 11:08
Gələn aydan Bakıdan Kişinyova hər gün uçuşlar başlayır

07.04.2025 / 11:03
İran Bakıda ravvini öldürmək istədi - CANLI

07.04.2025 / 11:00
Bu gün Binəqədinin əksər yerlərində işıq olmayacaq - XƏBƏRDARLIQ

07.04.2025 / 10:31
"Yalnız bu halda saziş bağlaya bilərik"- Tramp Çinə şərtini açıqladı

07.04.2025 / 10:16
Əhməd əş-Şəraa Ankara yolçusudur

07.04.2025 / 10:07
5 güləşçimiz bu gün Avropa çempionatında mübarizəyə başlayır

07.04.2025 / 10:00
Bu gün Bakının 2 rayonu qazsız qalacaq

07.04.2025 / 09:39
TƏCİLİ - Cəbrayılda minaya düşən hərbçimiz həlak oldu

07.04.2025 / 09:32
Şəmkirdə 3 quldur yaxalanıb

07.04.2025 / 09:29
50-dən çox ölkə Trampa minnətçi düşüb - gömrük rüsumlarına görə...

07.04.2025 / 09:15
"Neftçi" "Şamaxı"ya, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı

07.04.2025 / 09:10
Berliner Zeitung: “Dmitriev Rusiya-ABŞ danışıqlarında əsas fiqur oldu”

07.04.2025 / 09:03
Xaçmazda ər arvadını öldürüb

07.04.2025 / 00:33
ABŞ-da Fələstinlə həmrəylik aksiyası keçirildi

06.04.2025 / 22:31
Trampın niyə Rusiyaya tariflər tətbiq etmədiyi məlum oldu...

06.04.2025 / 22:07
İsrail Türkiyəyə görə, Suriyanın zonalara bölünməsini təklif etdi

06.04.2025 / 21:53
İran silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi

06.04.2025 / 20:26
Mask Trampın tarif qərarına qarşı çıxdı - ləğv edilsin və...

06.04.2025 / 20:12
Trampın müşaviri ilə bağlı növbəti qalmaqal - Uolts bu dəfə cəzalandırıla bilər...

06.04.2025 / 19:57
Konqres Trampa impiçment hazırlayır

Multikulturalizmin inkişafında mədəni-maarif proqramları müstəsna rol oynayır

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011